Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə204/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   201   202   203   204   205   206   207   208   209

612        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

Məsələ  2909:  Əgər  ribalı  müamilədə  artıq  verən  tərəf  malı 

möhtərəm  olmayan  kafir  olsa,  artıq  hissəni  almaq  müsəlman 

üçün  icazəlidir.  Deməli  belə  ribalı  müamilələrin  icrası  ilə 

əlaqədar bank işləri bölməsində işləmək icazəlidir. 



Məsələ 2910: Dövlət banklarında, olan əmlak dövlətin malıdır 

və  məchulul-malik  hökmündə  deyil.  Onlardan  istifadə  etmək 

üçün  şəriət  hakimindən  icazə  almaq  lazım  deyil.  Bu  banklarda 

işləməyin də heç bir iradı yoxdur.  



BANK MÜZARİBƏSİ 

Banklarda  geniş  şəkildə  yayılmış  qərardadlardn  biri  də 

müzaribədir. Belə ki, bank əmanət qoyan ilə müzaribə ünvanında 

həlik  yaxud  mərhələli  müəyyən  şəkildə  olunmuş  məbləğ 

müqabilində qərardad bağlayır, əmanət qoyanın əmanəti aid olur. 

Məsələ  2911:  Belə  müzaribələr  müxtəlif  cəhətlərdən 

işkallıdırlar. Onları qeyd edirik. 

1.  Müzaribədə  xəsarət  gərək  mal  sahibindən  olsun.  Lakin 

bank müzaribəsində bu mövcud deyil. Hətta heç vaxt mal sahibi 

dəyən  xəsarətləri  bankdan  qəbul  etmir.  Buna  əsasən  bu  cür 

müzaribələr  riba  borcuna  qayıdır  və  onun  gəliri  haramdır.  Əgər 

bank  şərt  etsə  dəymiş  ziyanı  özü  aradan  qaldırsın  bu  hal 

istisnadır. 

2.  Müzaribədə  gəlirin  işlədən  ilə  nisbət  etibarı  ilə  bölünməsi 

şərtdir.  Məsələn:  desin  gəlir  yarı-yarıya  mal  sahibi  ilə  işlədən 

arasında  bölünəcək.  Lakin  bank  müamilələrində  məsələn  belə 

deyilir:  qoyulan  pula  nisbətən  on  səkkiz  faiz  mal  sahibinindir, 

buda  işkallıdır.  Hətta  riba  kimidir.  Başqa  söz  ilə  desək,  şəri 

müzaribədə gəlir işçi ilə mal sahibi arasında bölünür, ancaq bank 

müzaribəsində  ələ  gələn  gəlirin  əslinə  əsasən  deyil,  gəlir  pulun 

əslinə əsasən ödənilir. 

3. Banklar camaatın pulu ilə ticarət etmirlər, pulu üçüncü bir 

adama  verirlər  və  onun  ilə  müzaribə  edirlər,  məsələn:camaatın 




İzahlı şəriət hökmləri

       613 

 

pulunun bir miqdarını müəyyən gəlir ilə mərkəzi banka verirlər, 



lakin  bu  iş  düzgün  deyil.  Həmçinin  kimin  pulu  üçüncü  şəxsə 

verildiyi  məlum  deyil  və  onun  gəliri  necə  bütün  müştərilər 

arasında bölünür. Əgər bütün müştərilərin pulunun üçüncü şəxsə 

verildiyi  deyilsə,  bu  təsəvvür  olunası  deyil  və  həqiqəti  də 

yoxdur. 

4. Bamklar həməşə müştərilərin pulu ilə ticarət etmirlər. Çox 

vaxt  tikinti  işləri  görürlər  yaxud  pulu  müxtəlif  layihələrə 

sərmayə  qoyurlar.  Məlumdur  müzaribədə  bu  cür  sərmayə 

qoymaq düzgün deyil. 

5.  Bütün  banklarda  qanun  belədir  ki,  təxir  edildiyinə  görə 

artıq  mənfəət  alırlar,  bu  iş  də  düzgün  deyil,  hətta  riba 

hökmündədir. 

6.  Çox  hallarda  banklar,  əkin  tarlaları  və  bağlar  üçün  kiredit 

verirlər  və  mənfəət  alırlar.  Bu  işin  bağ  sahiblərindən  pul  ilə 

almaq, ünvanında olduğu məlum deyil, yaxud müzariə, müsaqat 

və  ya  digər  ünvanında  olduğu  məlum  deyil,  hər  biri  olsa 

işkallıdır.  Çünki  müzariə  və  müsaqat  ticarət  deyil  və  alış  da 

yoxdur.  Müzaribənin  gəlirlərini  banklarda  düzə  çıxartmaq 

həqiqətən çətin məsələdir, qeyd olunan iradlar və başqa iradların 

mövcud  olması  ilə,  banklara  əmanət  qoymağın  düzgün  olması 

istər uzun müddətli olsun istərsədə qısa müddətli çətin məsələdir. 

Əqdlərdə  inşa qəsdi lazımdır. Lakin adətən tərəflər müzaribə 

əqdini  niyyət  etmirlər.  Adətən  banklara  pul  qoyan  şəxslər 

müzaribənin nə olduğunu bilmirlər. 

Qeyd  olunanlara  əsasən  bankların  verdikləri  mənfəəti, 

müzaribə ünvanında düzəltməyin həqiqəti yoxdur. 



Diqqət:  Mənə  təqlid  edənlər,  bank  müzaribəsində  bu 

məsələnin düzgün olmasını deyən camiuş-şərait digər müctəhidə 

müraciə edə bilərlər. 



614        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

SIĞORTA MÜQAVİLƏSİ 

Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs 

söz  verir  ki,  aylıq,  illik,  və  s...  müəyyən  bir  məbləği  sığorta 

edənə versin və onun müqabilində sığorta edən şəxs də öhdəsinə 

götürür ki, sığortaya üzv olan şəxsə, yaxud qərardadda müəyyən 

olunan  üçüncü  şəxsə  zərər  dəyəndə  və  yaxud  hadisə  baş  verən 

zaman müəyyə məbləği ödəsin.  

Sığortanın bir neçə növü vardır: 

1.  Şəxsin  ölüm,  xəstəlik  və  sair  hadisələr  müqabilində 

sığortası. 

2.  Əmlakın  sığortası,  məsələn:  avtomobil,  təyyarə  və 

maqazada  olan  mallar  kimi,  şeylərin  yanğın,  aşmaq,  oğurluq  və 

sair kimi işlər müqabilində sığortası. 

Məsələ 2912: Sığorta müqaviləsinin bir neçə şərti vardır: 

1-2.  Sığorta  edən  və  sığorta  olunan  şəxs  icab  və  qəbulu 

desinlər  ya  yazsınlar  yaxud  onlara  dəlalət  edən  hər  hansı  bir  iş 

etsinlər. 

3.  Sığorta  hansı barədə  olsa,  istər şəxs, istərsə  də  mal-dövlət 

barəsində növü təyin edilməlidir. 

4.  Sığorta  müqaviləsinin  əvvəli  və  sona  çatma  müddəti  qeyd 

olunsun  və  həmçinin  ödəniş  və  (əgər  ödəniş  aylıq  olarsa)  aylıq 

ödənişin miqdarı müəyyən olsun. 

5.  Sığortanın  hansı  hadisə  müqabilində  olması  (məsələn: 

yanğın,  oğurluq,  suda  batmaq,  xəstəlik  və  digərləri  kimi) 

müəyyən olsun, 



Məsələ  2913:  Sığorta  müqaviləsindəki  tərəflər  həddi-büluğa 

çatmış,  ağıllı  olmalı  və  ixtiyar  üzərindən  bu  müqaviləni 

bağlamalıdırlar, onların səfehlik, yaxud müflisləşmə nəticəsində 

məhcur olmamaları (mal-dövlətindən istifadə etməkdən məhrum 

edilməmələri)  şərtdir.  Deməli  həddi-büluğa  çatmayan,  dəli, 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə