Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə205/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   201   202   203   204   205   206   207   208   209

İzahlı şəriət hökmləri

       615 

 

səfeh,  müflis  olduğuna  görə  mal-dövlətindən  istifadə  etməkdən 



qadağan edilmiş şəxsin, müqavilə bağlaması səhih deyil. 

Məsələ  2914:  Sığorta  müqaviləsi  lazım  əqdlərdən  sayılır  və 

iki  tərəfin  razılığı  olmadan  pozula  bilməz.  Əlbəttə,  əgər 

müqavilədə şərt edilsə  ki, sığorta edən və sığorta olunan,  yaxud 

hər  ikisinin  müqaviləni  pozma  hüquqları  vardır,  bu  şərtə  əsasən 

sığorta müqaviləsini pozmaları caizdir. 

Məsələ 2915: Əgər sığorta edən öz verdiyi sözə əməl etməsə, 

sığorta  olunan  şəxs  şəriət  hakiminə  və  yaxud  səlahiyyətli 

orqanlara  müraciət  etməklə  onu  öz  vəzifəsini  yerinə  yetirməyə 

vadar  edə  bilər.  Həmçinin  müqaviləni  poza  da  bilər  və  sığorta 

haqqı adı ilə verdiyi məbləğin geri qaytarılmasını tələb edə bilər. 

Məsələ  2916:  Əgər  bir  neçə  nəfər  öz  müştərək  mallarından 

əldə etdikləri sərmayə ilə bir şirkət təsis etsələr və onlardan hər 

biri  şəriklik  müqaviləsi  əsnasında  başqasına  şərt  etsə  ki,  onun 

özünə,  yaxud  mal-dövlətinə  müəyyən  xəsarət  dəysə,  şirkətin 

gəlirindən  və  ya  sərmayəsindən  (hadisənin  növünü  və  ziyanın 

miqdarını  müəyyən  etsələr)  dəymiş  ziyan  aradan  qaldırılsın 

şirkət vəzifəlidir ki, dəymiş xəsarətləri aradan qaldırsın;  

SƏRQÜFLİ 

Tacir və bazar işçiləri arasında geniş  yayılmış müamilələrdən 

biri  də  sərqüfli,  yaxud  irəli  olmaq  haqqı  adlı  müqavilədir. 

Məqsəd  budur  ki,  icarə  edən  şəxs  özünün  icarə  etdiyi  və 

ixtiyarında  olduğu  məhəlli  iki  tərəfin  razılığı  əsasında  alınmış 

məbləğ  müqabilində  başqasına  həvalə  edir,  yaxud  malik  aldığı 

müəyyən  məbləğ  müqabilində  icarə  müddəti  sona  çatdıqdan 

sonra  icarəçini,  icarə  etdiyi  yerdən  çıxarmaqdan,  yaxud  icarə 

haqqını artırmaqdan çəkinsin. 

Məsələ  2917:  Gəlir  və  iş  yeri  kimi  bir  yerin  icarə  edilməsi 

icarəçi  üçün  orada  heç  bir  haqq  gətirmir  və  o,  icarə  müddəti 

qurtardıqdan  sonra  oranın  malikinin  öz  mülkündə  təsərrüf 



616        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

etməsinə,  oranı  boşaltmasına,  yaxud  əvvəlki  icarə  məbləğinin 



artırılmasına mane ola bilməz. Həmçinin icarəçinin müəyyən bir 

məhəldə  uzun  müddətli  olması,  həmin  məhəllin  müəyyən  dəyər 

və  yaxşı  ticarət  mövqeyi  qazanması  və  sair  kimi  şeylər  onun 

üçün həmin  yerdə qalmağa heç bir haqq gətirmir. İcarə müddəti 

qurtardıqdan  sonra  həmin  yeri  boşaldaraq  malikinə  təhvil 

verməsi vacibdir. Əgər sahibinin razılığını əldə etsə bu istisnadır. 

Həmçinin  başqasına  icarəyə  vermək  istəsə  gərək  (müəyyən  bir 

məbləğ  verməli  də  olsa)  sahibinin  razılığını  əldə  etsin.  Adətdir 

bir  miqdar  sərqüfli  ünavanında  sahib  olan  şəxsə  verib  onun 

razılığını  əldə  edirlər.  Xülasə  bu  fərziyədə  də  icarə  və  yeni 

icarəçinin oturmağı üçün sahibinin icazə və razılığı lazımdır. 

Məsələ  2918:  Kirayəçilərə  kirayəyə  (sərqüfli  olmadan) 

verilən  qədim  mülklərdə  ki,  hər  ay  razılığa  gəldikləri  məbləği 

mük  sahibinə  versin,  əgər  kirayəçi  digər  kirayəçini  öz  yerinə 

gətirmək  istəsə,  bu  işin  düz  olması  belə  düz  ola  bilər  ki,  yeni 

kirayəçi bir məbləğ pulu razılaşma ya hədiyyə ünvanında birinci 

kirayəçiyə  versin  ki,  o  yeri  onun  üçün  boşaltsın.  Bu  işdə  mülk 

sahibinin  razılığını  əldə  etsə  eybi  yoxdur.  İmam  Sadiqdən 

(ələyhis-səlam)

  soruşdular:  bir  kişiyə  sakin  olduğu  mülkdən 

çıxması üçün rüşvət ünvanında pul verirlər, bu məqsədlə ki, pul 

verən şəxs orada otursun, Həzrət buyurdu: heç bir eybi yoxdur.  



Məsələ  2919:  Əgər  icarəçi  dövlət  qanunundan  (belə  ki,  bu 

qanun  malikin icarəçini zorla icarə etdiyi  yeri boşaltmağa vadar 

etməsinin  və  yaxud  icarə  miqdarını  artırmasının  qarşısını  alır) 

istifadə  etsə  və  həmin  yeri  boşaltmaqda,  yaxud  icarə  haqqının 

artırılmasından  imtina  etsə  bunun  işi  haramdır  və  onun  həmin 

yerdə  malikinin  razılığı  olmadan  təsərrüf  etməsi  qəsb  sayılır. 

Əgər  həmin  yeri  boşaltmaq  işi  müqabilində  müəyyən  məbləğ 

alsa haramdır. 



Məsələ  2920:  Mülk  sahibinin  kirayəçini  mülkü  boşltmasına 

məcbur  edə  bilmədiyi  kirayələrdə,  mülk  sahibi  bir  il  müddətinə 




İzahlı şəriət hökmləri

       617 

 

icarə məbləğinin müqabilində mülkünü icarəyə verir və müəyyən 



bir  məbləği  sərqüfli  ünvanında  icarə  edəndən  alır.  Qərardadda 

şərt  edirlər  il  boyu  həmin  məbləğlə  yaxud  neçə  faiz  arımla 

icarəçinin  icarə  müddətini  artırsın,  belə  olan  surətdə  icarəçi  az 

yaxud çox məbləğ almaq ilə o mülkü ikinci icarəçiyə verə bilər, 

belə  olan  halda  mülk  sahibi  icarə  və  təhvil  verməyin  qarşısını 

almağa haqqı yoxdur. Amma bu halda mülk sahibi şərt edə bilər 

oranı  boşaltmaq  üçün  birinci  icarəçinin  ikinci  icarəçidən  aldığı 

sərqüflinin bir neçə fayızını alsın 



Məsələ  2921: Əgər mülk sahibi məsələn: üç il müddətinə bir 

mülkünü  yüz  min  tümənə  icarəyə  versə  və  bundan  əlavə 

müəyyən  məbləği  sərqüfli  ünvanında  alsa,  icarə  qərardadı 

yazılan  zaman  həmin  məbləğə  yaxud  bir  neçə  fayız  artığına 

sonrakı  mərhələlərdə  qərardadı  artırmalarını  şərt  etsə  yaxud 

icarəçinin,  mülkü  digər  şəxsə  (icarə  qiymətinin  artırılması  ya 

sərqüfli  şərti  ilə)  icarəyə  verməsini  şərt  etsə,  bu  halların 

hamısında  icarəçi  müəyyən  məbləği  razılaşmalarına  uyğun 

olaraq almaqla digərinə verə bilər. 

Məsələ  2922:  Əgər  malik  bir  yeri  müəyyən  bir  şəxsə 

müəyyən  müddət  ərzində  icarəyə  versə  və  icarə  əqdinin 

əsnasında özünə şərt etsə ki, müddət sona çatdıqdan sonra onun 

icarəsini birinci ildə razılaşdıqları həmin surətdə və ya hər il adi 

qayda  müəyyən bir  məbləğ verməklə uzatsın  və təsadüfən digər 

bir şəxs icarə  yerini boşaltmaq üçün icarəçiyə müəyyən məbləğ 

verib və bir daha onun orada qalmaq haqqı olmamasın  və o  yer 

ikinci icarəçinin ixtarında olsun, ikinci icarəçi müəyyən məbləği 

verəndən sonra haqq sahibi olmur. 

Məsələ  2923:  Malikin,  müqavilə əsnasında olan şərtlərə vəfa 

etməsi  vacibdir.  İki  məsələ  yuxarıda  qeyd  olunan  şərtə  əsaən 

icarə  müddətini artırsın. Malik öz şərtinə əməl etməzsə və icarə 

müddətini  uzatmaq  istəməzsə,  icarəçi  şəriət  hakiminə,  müraciət 

etməklə onu öz şərtinə əməl etməyə məcbur edə bilər. Əgər onu 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə