Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə207/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   201   202   203   204   205   206   207   208   209

İzahlı şəriət hökmləri

       621 

 

hökmləri, hətta irs onların arasında sabitdir. Çünki irsdən istisna 



olunan  hallar  zinadan  əmələ  gələn  övladdır.  Bu  işin  haram 

olmasına baxmayaraq, zina hökmündə deyildir. 

Həmçinin  bu  övlad  hər  iki  surətdə  anasınındır  və  onunla  sair 

övladları arasında heç bir fərqi yoxdur. 



Məsələ  2938:  Əgər  qadın  öz  ərinin  nütfəsini  müsahiqə 

(lezbiyanlıq)  və  sair  yollarla  başqa  bir  qadının  bətninə  daxil 

edərsə  və  o  qadın  hamilə  olub  övlad  dünyaya  gətirərsə  övlad 

nütfənin  sahibinə  və  onu  dünyaya  gətirən  qadına  aiddir, 

baxmayaraq ki, bu əməl haramdır. 

Məsələ  2939:  Əgər  qadının  yumurta  hüceyrəsi  və  kişinin 

sperması götürülüb mayalandırıldıqdan sonra süni bətnə qoyulsa 

və bu işdən bir övlad dünyaya gəlsə, yumurta hüceyrəsinə sahib 

olana  aid  olur  və  bu  övladla  onun  arasında  bütün  nəsəb 

(qohumluq)  hökmləri  hətta  irs  hökmü  belə  cari  olur.  Əgər 

mayalandırılma  yerinə  yetməzdən  öncə  yumurta  hüceyrəsinə 

sahib  olan  dünyadan  getsə  övlad  ondan  irs  aparmır.  Amma 

uşağın  spermanın  sahibinə  nisbət  verilməsi  məlum  deyil,  lakin 

ehtiyat  etmək  yaxşıdır.  Xüsusi  ilədə  izdivacda,  deməli  ehtiyata 

əsasən izdivac tərk edilsin. 



Məsələ  2940:  Əgər  bir  qadının  mayalanmış  yumurta 

hüceyrəsini  başqa  bir  qadının  bətninə  qoysalar  və  orada  inkişaf 

edib övlad dünyaya gəlsə onun birinci qadına aid edilməsinin bir 

əsası vardır. Amma ehtiyat da tərk olunmamalıdır. Amma uşağı 

dünyaya  gətirən  qadın  analıq  hökmünü  daşıyır.  Bu  işin  əsası  və 

əsli işkalsız deyil. 



Məsələ  2941:  Qadının  öz  ərinin  mənisi  ilə  mayalandırılması 

caizdir.  Əlbəttə  əgər  bu  iş  baxışı  haram  olan  yerlərə  baxmağı, 

ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım tutursa, 

bu  işin  yerinə  yetirilməsi  ərindən  başqasına  icazəli  deyildir. 

Amma  zərurət  halı  istisna  olunur,  məsələn  uşaq  sahibi  olmaq 

onun  üçün  çox  çətin  olsa  və  hamilə  olmağı  üçün  də  bundan 




622        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

başqa yol olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad 



da heç bir fərqi olmadan onların sair övladları kimidir.  

ƏHALİ ARTIMINA NƏZARƏTİN HÖKMLƏRİ 

Məsələ  2942:  Caizdir  ki,  qadın  ona  mühüm  bir  ziyanı 

çatmadığı  təqdirdə  hamiləliyin  qarşısını  alan  dərmanlardan 

istifadə  etsin,  istər  əri  bu  işə  razı  olsun,  istərsə  razı  olmasın. 

Amma uzun müddətli istifadə etmək işkallıdır. 



Məsələ  2943:  Caizdir  ki,  qadın  ona  mühüm  bir  zərəri 

olmadığı, təqdirdə hamiləliyin qarşısını alan cihazlardan istifadə 

etsin.  Amma  gərək  onun  fərcinə  bu  kimi  cihazların  qoyulması 

zamanı baxılmasın,  haram olan  yerlərə  nəzər salınmasın,  yaxud 

ləms  edilməsin.  Amma  zərurət  halı  bundan  istisna  olunur, 

məsələn, uşaq sahibi olması onun üçün zərəri olarsa. 



Məsələ  2944:  Əgər  qoyulan  cihazın  nütfəni  mayalandıqdan 

sonra  məhv  etməsi  məlum  olarsa,  onun  icazəli  olması  işkalsız 

deyil. Ehtiyat budur ki, bu əməl tərk olunsun.  

Məsələ  2945:  Qadın  cərahiyyə  əməliyyatı  ilə  rəhim  (doğum) 

turbalıqlarını  bağlatdırması  bir  daha  doğa  bilməməsinə  gətirib 

çıxarmasa iki şərt daxilində icazəlidir. 

1.  Uşağlığın  götürülməsi  və  ya  yumurtalıq  kimi  bir  üzvün 

kəsilməsi nəticəsində ciddi bir ziyana səbəb olmasın. 

2.  Haram  olan  yerlərə  nəzər  salınmasın,  yaxud  ləms 

edilməsin.  Amma  zərurət  halı  bundan  istisna  olunur,  məsələn, 

uşaq sahibi olması onun üçün  zərərli və  ya  çətinliyə  düşməsinə 

səbəb olarsa. 

Məsələ  2946:  Keçən  məsələnin  hökmü  tamamilə  kişilərin 

barəsində də caridir. 



Məsələ  2947: Nütfə bağlandıqdan və ruh daxil olandan sonra 

bətndə  olan  rüşeymi  saldırmaq  icazəli  deyildir.  Amma  əgər 

bətndə  olan  rüşeymin  davam  etməsi  anaya  çox  ziyan  çatdırarsa 

 



ya elə bir çətinlik  yaradarsa adətən dözülməzdir,  yəni ananın 


İzahlı şəriət hökmləri

       623 

 

ölməsi  qəti  şəkildə  məlim  olsa  bu  halda  əgər  ruh  daxil 



olmayıbsa, saldırması caizdir, lakin diyəsini verməlidir. 

Məsələ  2948:  Əgər  ana  öz  bətnində  olan  rüşeymi  ruh  daxil 

olandan sonra saldırsa miqdarı diyə kitabında deyilən qədər diyə 

vermək  ona  vacib  olur  və  onu  uşağın  atasına,  yaxud  bətnindəki 

uşağın  vərəsələrinə  verməlidir.  Əgər  ata  uşağı  saldırsa  diyə 

vermək  ona  vacib  olur  və  onu  uşağın  anasına  verməlidir.  Əgər 

birbaşa  həkimin  vasitəsi  ilə  saldırılarsa  diyə  ona  vacib  olur, 

amma əgər vərəsələr ona güzəştə getsələr onda vacib olmaz.  

Məsələ  2949:  Caizdir  ki,  qadın  bəzi  vacib  əməlləri 

tamamlamaq  üçün  adət  günlərini  təxirə  salan  dərmanlardan 

istifadə etsin. Məsələn oruc, həcc əməlləri və başqa hallarda. Bu 

şərtlə  ki,  bu  iş  ona  mühüm  bir  ziyan  çatdırmasın.  Əgər  bu 

dərmanlardan  istifadə  etdiyi  halda  üç  gün  ardıcıl  olmayan  qan 

görsə  adəti  dövründə  olsa  belə,  heyz  hökmləri  ona  aid 

olmayacaqdır. 

DÖVLƏTİN SALDIRDIĞI XİYABAN VƏ KÜÇƏLƏRİN 

HÖKMLƏRİ 

Məsələ  2950:  Əvvəllər  camaatın  şəxsi  əmlakı,  evləri  olan, 

sonradan  dövlətin  öz  mülkiyyətinə  keçirərək  yol  saldırdığı 

xiyabanlarda  hərəkət  etmək  sahiblərinin  razılığlı  ilə  olarsa 

icazəlidir.  Əgər  dövlət  sahiblərinin  razılığı  olmadan  oraya 

təsərrüf  eləyərsə  qəsbi  yerlər  hökmünü  daşıyır  oradan  hər  növ 

istifadə  etmək  icazəli  deyil.  Amma  əgər  onun  malikini,  yaxud 

vəlisini  razı  salsa  onda  eybi  yoxdur.  Əgər  malikini  tanımasalar 

məchulul-malik  hökmlərinə  malik  olacaq  və  bu  barədə  şəriət 

hakiminə müraciət edilməlidir.  

Məsələ  2951:  Keçən  məsələdən  bu  kimi  torpaqların  yerdə 

qalan hissələrinin də hökmü aydın olur, belə ki, malikinin icazəsi 

olmadan onlardan istifadə etmək icazəli deyildir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə