Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə206/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   201   202   203   204   205   206   207   208   209

618        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

öz  şərtinə  əməl  etməyə  vadar  edə  bilməsə,  malikin  razılığı 



olmadan, icarəçi o yerdən istifadə edə bilməz. 

Məsələ  2924:  İcarə  qərardadında  icarə  müddəti  qurtarandan 

sonra  hər  il  həmin  qiymətə  yaxud  məsələn:  neçə  fayız  bahasına 

icarəni artırmaları və qərərdadın öz-özünə artmasını şərt etmələri 

mümkündür.  Bu  çür  şərtləri,  nəticə  şərti  adlandırırlar  və  onun 

düzgün olması qeyri mümkün sayılmaz. Belə olan surətdə yalnız 

mülk  sahibi  icarə  almaq  haqqı  var.  Əgər  icarəçi  digərinə 

verməsini  şərt  etsə,  icarə  olunan  yeri  digərinə  təhvil  verməsi 

üçün mülk sahibindən icazə alması lazım deyil.  



BƏDƏN YARMAĞIN HÖKMLƏRİ 

Məsələ  2925:  Ölü  müsəlmanın  bədənini  yarmaq  icazəli 

deyildir.  Əgər  bir  kəs  bu  işi  görərsə,  diyə  kitablarında  qeyd 

olunan təfsilə əsasən, ona diyə vermək vacib olur. 

Ölü kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə, caizdir. 

Lakin zimmi kafir olsa bədəninin yarılması işkallıdır. Əgər onun 

bədəninin  yarılması  öz  şəriətində  caizdirsə,  onun  bədənini 

yarmaq icazəlidir. 

Məsələ  2926:  Əgər  bir  müsəlmanın  canının  qorunması  digər 

insanın  bədəninin  yarılmasına  bağlıdırsa,  mümkün  olan  halda 

zimmi  olmayan  kafirin  və  ya  zimmi  olub-olmamasında  şəkk 

etdikləri kafirin bədənini  yarsınlar. Əgər bu da mümkün olmasa 

şəriətlərində  bədənin  yarılması  icazəli  olan  zimmi  kafitin 

bədənini  yarsınlar.  Əgər  zimmi  kafitin  bədənini  yarmaq  da 

mümkün  olmasa,  hər  bir  halda  müsəlmanın  bədəninin  yarılması 

ehtiyata əsasən icazəli deyil. 



Məsələ  2927:  Təlim  və  başqa  məqsədlə  müsəlman  bədənini 

yarmaq  icazəli  deyildir.  Müsəlmanın  canının  qorunması  hal-

hazırda ona bağlı olsa ehtiyat budur ki, tərk olunsun.  



İzahlı şəriət hökmləri

       619 

 

BƏDƏN ÜZVLƏRİNİN CALAĞI VƏ KÖÇÜRÜLMƏSİNİN 

HÖKMLƏRİ 

Məsələ  2928:  Ölmüş  müsəlmanın  bədən  üzvlərini,  məsələn 

gözünü, əlini və s. diri bir şəxsin bədəninə peyvənd etmək üçün 

kəsilməsi icazəli deyildir. Əgər bir kəs bu işi görərsə onun diyə 

verməsi  lazımdır.  Kəsilmiş  üzvün  dəfn  edilməsi  də  vacibdir. 

Amma  əgər  biri  peyvənd  vurarsa  və  diri  insanın  bir  üzvü 

sayılarsa onu yenidən kəsmək vacib deyildir. 



Məsələ  2929:  Əgər  bir  müsəlmanın  həyatının  qorunması  bir 

ölmüş  insanın  bədəninin  zahir  üzvünün  kəsilməsinə  bağlıdırsa 

onun kəsilməsi işkallıdır, onu kəsən şəxsə diyə vacib olur. Əgər 

bir  şəxs  günah  edib  bir  üzvü  kəssə  və  diri  insanın  bədəninə 

peyvənd vurulsa onun bir hissəsi sayılır və diri şəxsin bədənində 

olan hökmlər də ona aid olur. 



Məsələ  2930:  Əgər  bir  müsəlmanın,  bədən  üzvlərinin  birinin 

yaşaması,  bir  ölmüş  müsəlmanın  bədən  üzvünün  kəsilməsinə 

bağlıdırsa, onun kəsilməsi icazəli deyil. 

Məsələ  2931:  Əgər  bir  şəxs  öləndən  sonra  onun  bədən 

üzvlərindən  birini  kəsib  başqa  diri  adama  köçürülməsinə 

vəsiyyət  etsə  bu  vəsiyyətə  əməl  etmək  işkallıdır.  Əgər  o  üzv 

böyrəy  kimi  daxili  orqan  olsa  icazəlidir.  Onu  kəsənə  diyə  vacib 

deyil. Ümumiyyətlə insan öldükdən sonra bədən üzvləri peyvənd 

etməyə yararlı deyil. 



Məsələ  2932:  Əgər  bir  şəxs  onun  bədən  üzvlərindən  birini 

başqasına köçürülməsinə razı olsa iki haldan qıraq deyil: 

1.  Əgər  o  üzv  göz,  qulaq,  əl  və  ayaq  kimi  əhəmiyyətli 

üzvlərdaən olarsa icazəli deyil. 

2.  Əgər  ət  və  dəri  kimi  olsa  icazəlidir.  Böyrək  kimi  daxili 

orqanlarda isə bədən üçün çox ziyanı olmazsa icazəlidir.  



Məsələ 

2933: 

Yeməkdən 

qeyri 

vasitələrlə 



qandan 

faydalanmaq  və  ondan  halal  istifadə  etmək  üçün  onu  satmaq 




620        

QARIŞIYA ÇIXAN YENİ MƏSƏLƏLƏR 

 

icazəlidir.  Deməli  bu  gün  qanı  yalnız  xəstələr  və  yarılılar  üçün 



istifadə  etdiklərinə  görə  satmağın  heç  bir  eybi  yoxdur.  Amma 

ehtiyat budur  ki, öz qanını başqasına verən şəxs pulu gərək qan 

götürməyə  verdiyi  icazənin  müqabilində  alsın.  Qeyd  olunan 

ehtiyat  mümkün  olduğu  qədər  tərk  olunmasın.  Amma  qan 

götürmək qan verən şəxs üçün zərli olarsa işkallıdır. Əgər zərəri 

çox olarsa icazəli deyil. 



Məsələ  2934:  Qanı  möhtərəm  olmayan,  yaxud  şəkkli  olan 

ölmüş  kafirin  bədən  üzvünü  müsəlmana  peyvənd  etmək  üçün 

kəsmək  caizdir.  Peyvənd  edildikdən  sonra  müsəlmanın 

bədəninin  hökmləri  o  üzvə  də  şamil  olur.  Çünki  onun 

bədənindən bir hissə kimi hesab olunur.  

Məsələ 2935: İt kimi nəcisül-eyn (zatən nəcis olan) heyvanın 

bədən  üzvlərindən  birini  kəsib  müsəlmanın  bədəninə  peyvənd 

edilməsinin  işkalı  yoxdur.  Peyvənd  edildikdən  sonra  da 

müsəlman  bədəninin  hökmləri  ona  şamil  olur.  Çünki  artıq  diri 

şəxsin  bədən  üzvündən  hesab  olunur  və  o  hissədə  həyat  vardır, 

pakdır və onunla namaz qılmaq caizdir. 



SÜNİ MAYALANDIRMA 

Məsələ  2936:  Qadını,  ərindən  başqasının  mənisi  ilə 

mayalandırmaq icazəli deyildir, istər ərli olsun istər ərsiz, istər ər 

və  arvad  buna  razı  olsunlar,  istər  razı  olmasınlar,  istər  bu  iş 

ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə. 



Məsələ 2937: Əgər bir qadın, öz ərindən başqasının mənisi ilə 

mayalandırılsa və hamilə olub övlad dünyaya gətirsə, bu hadisə 

səhv  üzündən  baş  vermiş  olduğu  halda,  yəni  onu  ərinin  mənisi 

ilə  mayalandırmaq  istədikləri  halda  başqasının  mənisi  ilə  səhvə 

düşübsə, belə olan surətdə şübhəsiz övlad məni sahibinindir. Bu 

məsəlinin  hökmü  vəty  be  şübhə  kimidir.  Lakin  əgər  belə  bir 

mayalandırma  agahlıq  üzündən  və  qəsdən  olarsa,  yenə  də 

övladın  məni  sahibinin  olması  uzaq  deyildir  və  bütün  nəsəb 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə