T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən dərs vəsaiti



Yüklə 0,58 Mb.
səhifə14/35
tarix18.01.2022
ölçüsü0,58 Mb.
#82948
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   35
C fakepathYeralt hidravl ka (d rs v saiti) (1)

2.5.Hasilatın artırılması üsulları

Quyuların məhsuldarlığının artırılması məqsədi ilə görülən tədbirlərin seçilməsində Dyüpyü formulu böyük əhəmiyyət kəsb edir. Bu formulaya əsasən quyunun hasilatı aşağıdakı asılılıqla ifadə oluna bilər.

Q = Q(P, , k, h, R1, R2) (2.42)

Indi isə hasilata təsir edən amilləri ayrı-ayrılıqda araşdıraq:



  1. Təzyiqlər fərqinin ( P) artması ilə Q artır.

P = P1- P2 olduğundan Q-nün artması üçün qidalanma konturundakı P1 təzyiqi artmalı və ya quyudibi təzyiqi (P2) azalmalıdır. P1 təzyiqini artırmaqla yüksək hasilat əldə etmək paktiki cəhətdən səmərəli olmadığı üçün P1-i sabit saxlamaq (bunun üçün laya işlənmənin başlanğıcından su vurulur) lazımdır. P2 – ni, yəni quyudibi təzyiqini azaltmaqla hasilatın artırılmasına nail olmaq olar. Bu tədbirindən geniş istifadə olunur. Lakin quyudibi təzyiqini azaltmaq həmişə yaxşı nəticə vermir. Çünki quyuların istismarının texnoloji şəraiti, lay enerjisi və quyudibi zonada süxurların möhkəmliyinin pozulması P2 –nin azalma həddini hüdudlandırır.Quyudibi təzyiqinin azalmasının müəyyən həddində quyudibi zonada süxurun möhkəmliyi pozulur , uçulma,süxur hissəciklərinin quyuya daxil olması, neftdə həll olmuş qazın ayrılması və s.kimi hadisələrin baş verməsi istismara mənfi təsir göstərir.

2. Keçiriciliyi ( artırmaqla hasilat ( Q ) artır.

Quyudibi zonada keçiriciliyi artırılmaq üçün “hidravlik yarılma” üsulundan geniş istifadə olunur.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə