cütlük nəinki ahıl yaşı, habelə çox ciddi, səliqəli
geyimi və bir-birinə zərif münasibətilə dəiqqət
çəkirdi. 90 yaşında nəinki yaddaşını və biliklərə
can atmağı itirməmək, hamçinin birgə yaradıcılıq
fəaliyyətinə arzusunu pərvazlandırmaq necə
vacibdir! Bu mülayim cütlük cavanların yanında
təqlid, örnək üçün canlı nümunə idi.
Sonradan yerli qəzetlərin birində K.Karasayevlə
müsahibədə oxumuşdum ki, akademik sidq-
ürəkdən xalqı ilə bahəm uzun və xoşbəxt ömür
sürdüyünü etiraf edir və indi yalnız bir şey arzulayır
– o dünyaya hörmət-izzət, ləyaqətlə köçmək.
Kənddən gəlmiş insanı ilk baxışda yalnız
geyimindən deyil, dilinin sadəliyindən də ayırd
etmək asandır. Uşaqlıqda mən Əbdürəhman adlı
bir ağsaqqal tanıyırdım, qocalığında ömrünü
uzatmaq üçün bütün quşların ətindən dadmışdı,
son günlərində isə boş dağarcıqla gəzir, haqqında
çox eşitdiyi ölümsüzlük bulağını axtarıb tapmağa
çalışırdı. Həyatını kənddə sürmüş insan nağıllarda
yalnız həqiqətə və xeyrə inanır, yalanı yaxın belə
buraxmaq istəmirdi.
Hal-hazırda “BBC” radiosunda qırğız
redaksiyasını təmsil edən Arslan Koyçiyev
(Toktoqul bölgəsindən) bir dəfə mənə babasından
danışmışdı. Can verən ahıl artıq uzanıb danışa
bilmirdi. Amma qonşusu ona baş çəkməyə gələndə,
başı ilə dəstərxana işarə etmişdi. Qocalarımız son
ana qədər mehmannəvazlığın xoş ənənələrinə
riayət etməyə çalışırlar. İxtiyar insan üçün başlıcası
– ləyaqətini saxlamaqdır. “Canın-başın necədir?”
sualına, can verən mütləq “Jakşımın” – “yaxşıyam”
cavab verəcək. Halı necə pis olsa da, yanındakıların
ovqaını heç bir vəchlə pozmayacaq. Qırğızıstanın
xalq şairi Aalı Tokombayev məşhur “Ana dili”
şeirində əcdaları sayaq ləyaqətlə getməyə ümid
bəslədiyini yazır: “...qoy ölüm saatımda mənim
“xoşbəxtəm!” etirafı dilimə “jakşımın” gəlsin”. Bu
barədə şair C.Sadıkov isə belə yazır:
Qırğızın səbri çox yoxlanılıb.
Xəbər al ondan: “Necəsən?”
“Yaxşıyam!” – deyəcək.
Doğmasını incitməyəcək,
Rahatlıqla da burdan köçəcək.
Mərhumu son mənzilə ötürəndə qəbristanda
ağsaqqal mütləq toplaşanlardan ölən adamın necə
həyat sürdüyünü, özü haqqında qoyduğu xatirələri
xəbər alır. Adətə görə, hər kəs bu adam barədə
yaxşı xatirə söyləməli, xasiyyətinin yalnız müsbət
cəhətlərini dilə gətirməlidir.
Qırğızlar hamının hörmət bəslədiyi ağsaqqalın
ölümü barədə deyirlər ki, bir nəfər yox, min nəfər
rəhmətə gedib. Hörmət qazanmayan pis adam
ölürsə, elə belə də deyirlər: “Bir adam ölüb”.
68
Bekcanov M. “Təşviqatçı”, 1968-ci il, Bişkek, tuş, lələk (reysfeder), 79 x 59
69
Müqəddəs ana – Umay Ənə
Qırğız xalqı qədimdən qadına hörmət edib onu
əziz tutur. Bunun ən yaxşı şahidi – xalq atalar sözü
və zərbül-məsəllərdir: “Yaxşı gəlin – xəzinədir”;
“Gəlin pis olmaz, düşdüyü ev pis olar”;
“Birinci sərvət – sağlamlıqdır, ikincisi – arvad”;
“Gül – torpağın bəzəyidir, qız – xalqın”;
“Qadının xisləti hörmət tələb edir”;
“Yaxşı arvadın, yaxşı əri də olur”;
“Kim arvadının qayğısına qalmır, onu qula
döndərir”;
“Qadın olan yerdə, bərəkət də var”;
“Kimin anası sağdır, qocalmaz”;
“Cənnət, ananın ayaqları altındadır”...
Hətta belə bir atalar sözü də var: “Allahın
qəzəbinə keçmişsənsə – günahın bağışlanar, ananın
qarğışına keçmişsənsə – heç vaxt”.
Hələ Manasın vaxtında hesab edilirdi ki, pak
qadın ərinin hətta ölümcül yarasını da sağalda bilər
– yalnız üstündən keçməklə. Eposun qəhrəmanı
Ayçörək qu quşu görkəmini alıb yaralı Semeteyin
yanına tələsir. Qadın yaralı Semeteyim üstünfən
keçir və... “onda, nəhayət, qanlı ox ucluğu yaradan
çıxdı”, – dastan belə nəql edir. Manasın arvadı
Kanıkey hər hərəkəti, hər sözü ilə ərini yüksəldir,
bahadırın başına gələcəkləri yarım il əvvəlcədənm
görə bilirdi. Dastanda birbaşa söylənilir ki, qadın
ilahi mənşəli varlıqdar.
Qırğız rəvayətlərinin motivləri əsasında lentə
alınmış “Ağ bəbirin nəsli” filminin baş qəhrəmanı
Saykal-ənə xalqının xəstəliklərini müalicə edir, bəd
ruhları qovur, çətin illərdə Yaradandan xanədanı
üçün nicat istəyirdi. Qadın “Ağ bəbir”ların anası
hesab olunurdu. Qədim xalq təbabətinin bəzi
üsulları birbaşa epik əfsanələrin əks –sədası kimi
səslənir. Məs., əgər kişinin boynu şişirsə, sadəcə üç
dəfə qadına təzim etməlidir – şiş çəkiləcək.
Çox vaxt qırğız ailələrində yeni doğulmuş qızın
adına gül kəlməsi əlavə olunur. Bununla yalnız
qızın zərifliyi və gözəlliyi vurğulanmır, həmçinin
ilk qadının güldən çıxdığı barədə inanc əks olunur.
Qırğız kişiləri qızı adı ilə çağırmırlar, hörmətlə
çon qız, xanım deyirlər. Qadınlar ərlərinə bahadır
deyərək, ailədə onların mövqelərini qaldırırdılar.
Ovçu evə şikarla qayıdanda, əvvəl qadınla,
sonra ahıllarla, yalnız bundan sonra qalanları
ilə bölüşürdü. Bizim abavü-əcdadımız analarını,
arvadlarını, bacılarını, qızlarını bu dərəcədə əziz
tuturdular. Demək lazımdır ki, qırğız qadını heç
vaxt çadralanmayıb və həmişə kişilərlə çiyin-çiyinə
həyat çətinliklərinə sinə gərib.
Xalqımın tarixində qadına münasibəti bütün
sözlərdən yaxşı nümayş etdirən unikal fakt var.
840-cı ildə Uyğur xaqanlığının paytaxtı talan
olunarkən, qırğız döyüşçüləri çinli şahzadə Tay-
Xonu əsir götürürlər. Qırğız xaqanı onu özünə
günü almır, əksinə, gücləndirilmiş fəxri qarovulun
müşayiəti ilə vətəni Çinə göndərir. Yol uzaq olur.
Dəfələrlə karvan uyğur xanı Ugenin döyüşçülərinin
hücumuna məruz qalır. Yalnız üç ildən sonra
şahzadəni evinə sağ-salamat çatdıra bilirlər.
Xaqanımızın bu hərəkəti çinlilərdə hörmət qazanır.
1825-1827-ci illər amansız müharibələr
dövründə düşmənlər Taylak bahadırın qəbiləsini
qırıb tələf eləyirlər. Ancaq onun arvadı, müdrik
qadın son anda çağasını beşikdən götürüb enli
ətəyinin altında gizlətməyə macal tapır. Sonda bu
cəsarətli qadın həlakətini tapsa da, körpə sağ qalır
və sülbü davam etdirir. Bu, məşhur Osmon bahadır
idi.
Ümumiyyətlə, qırğız qadınlarını azadlıqsevərlik
və heyrətamiz iradə gücü fərqləndirir. Xalq
yaddaşında bir çox görkəmli qırğız qadınlarının
unudulmaz adları həkk olunmuşdur. İlk növbədə,
yadımıza 96 il yaşamış və 1907-ci ildə vəfat
etmiş Kurmanjan datkanın əfsanəvi adı gəlir. Bu
heyrətamiz qadın çağdaşlarının böyük ehtiramını
qazanmışdır. Valideynləri onu bay oğluna verməyi
qərara alanda, qızın cəmi 18 yaşı var idi. Kurmanjan
onların seçimini qətiyyətlə rədd edir, bu isə o vaxtlar
misli görünməmiş asilik hesab edilirdi. Kurmanjan
ilk dəfə cənublu qadınların kölə vəziyyətinə açıq
çağırışla çıxış etmişdi. 21 yaşında sevib ailə qurdu.
Əri – Kokand xanlığı baş Komandanı və beş oğlu ilə
bahəm maarifləndirməyə və məscidlərin inşasına
70
Dostları ilə paylaş: |