Kaba uulu Kojomkul
123
124
TORPAQ
IV
125
Qırğız günəşinə dair
Aləmdə hamı üçün yeganə günəş şəfəq
saçır. Fəqət, deyəsən, mənim üçün isə daha biri
mövcuddur – doğma qırğız günəşi. O elə günəşdir
ki, xüsusi isti saçır, daima istidir və harada olsam,
məni özünə cəzb edir. Həyat yolumu nurlandıran
günəşdir. O doğma günəş insan həyatının son
günləri, saatları, dəqiqələri, saniyələrində o qədər
dəyərlidir ki, hər kəs Allahdan onun şəfəqini daha
bir an görmək üçün möhlət istəyəcək. Həyat ona
görə tükənmir ki, biz ölürük, sadəcə günəşin gur
nurunu daha görmək imkanını itiririk. Aydın
məsələdir – günəş yoxdursa, cahanda həyat da
bitmişdir.
Baykalarxasında
keçirdiyim
hərbi
xidmətimdə uzunmüddətli ezamiyyətlərdə olmaq
məcburiyyətində idim, hara getsəydim, isti qırğız
günəşimin yoxluğunu hiss edirdim. Dünyaya
gəlişimlə anama borcluyamsa, torpağımın
gözəlliyini görməyimlə günəşə borcluyam. Ona
görə doğma günəş – zənnimcə ana südü ilə əxz
etdiyimiz günəşdir.
Xatirimdədir, uzun müddət Yaponiyaya ezam
olunmuşdum. Hərçənd orada günəş torpağa daha
yaxın yerləşsə də, oranın günəşi mənə doğma
gəlmədi, yad təsiri bağışladı. Yaponiya möcüzəli
ölkədir. Ancaq orada yaşamaq istəməzdim, o diyar
mənim üçün deyil. Doğan günəş ölkəsində qaldığım
son günlər doğma günəşim üçün burnumun ucu
göynəyirdi. O günəş mənim üçün ana südü kimidir
– yeganə, əvəzedilməz, doğuluşdan müqəddəs.
Doğma günəşimə bağlılığımı evdən iraq lap kəskin
duydum.
Zənnimcə, çoxlarının xatirindədir ki,
sovet hökuməti illərində on beş sosialist
respublikasının arasında yalnız Qırğızıstanı
“günəşli” adlandırırıdılar. Yadımdadır, məktəb
buraxılış imtahanında məhz “Günəşli Qırğızıstan”
mövzusuna inşa yazmışdım.
Qırğızlar lap qədimdən günəşə sitayiş etmişlər.
Dağlılar günlə oyanır, günlə yatır, günlə havanın
necə olacağını deyirlər. Ola bilsin, bu səbəbdən,
milli bayraqda tündükdən içəri süzülən günəş
təsviri verilmişdir. O da təsadüfi deyil. Əski
çağlarda, bəşəriyyət hələ saat icad etməmişdən
qabaq, əcdadlarımız zamanı günəşin hərəkəti ilə
təyin edirmişlər. Hətta belə bir inanc da yayılmışdı:
yağış yağırsa, demək günəş ağlayır, gur şəfəq
saçırsa, deməli gülür.
Bir dəfə xalq şairi Jalil Sadıkovla söhbət
edərkən mənə bir dostunun – tanınmış şair Maştay
Kudayevin hekayətini söylədi. Maştay Kudayev
Stalin repressiyaları dövründən bəri həyatının
böyük əksəriyyətini Qırğızıstanda yaşamışdı.
Ancaq 80-ci illərin sonunda ailə səbəblərinə görə
qohumları ilə vətəninə – Nalçik şəhərinə köçməli
olmuşdu.
Kudayev uşaqlıq illərini Kantda keçirmişdi
və paytaxtdan (o vaxt hələ Frunze adlanan) şəhər
tipli kiçik qəsəbəyə aparan bir qəşəng yol onun
hafizəsinə möhkəm həkk olunmuşdu. Yol, vaqiən,
çox gözəl idi – hər iki tərəfdən uca qovaqlarla
əhatələnib uzanırdı. Nalçikə köçəndən sonra
Maştay heç vəchlə daha bu pöhrəliyi görməyəcəyi
fikri ilə razılaşa bilmirdi. Sonradan şəhərdən
kənarda yarım saatlıq məsafədə oxşar pöhrəlik
tapmış və heç olmazsa, ayda bir dəfə ora gedib
könlünü sakitləşdirməyə adət etmişdi.
Jalil Sadıkov dəfələrlə dostunun yanına qonaq
getmişdi. Son görüşlərində isə Maştay Kudayev
dostundan rica etmişdi ki, doğma Qırğızıstana
onun gözləri ilə baxsın. Ayrılanda ağlamış, həyat
yoldaşının ucbatından sevdiyi diyardan kənar
düşdüyünə görə peşman olduğunu bildirmişdi. Bu,
iki yaxın dostun son görüşü olur. Kudayev son söz
kimi söyləmişdi ki, günəşin ayrı cürə şəfəq saçdığı
qırğız torpağında qalıb yaşasaydı, ömrü uzun
olardı. Bu yalnız Qırğızıstanın Qafqaz xalqının
oğlu üçün doğmalaşması, əziz diyara çevrilməsi
barədə bircə canlı misaldır. İndi isə Qırğızıstanın
uşaqlıq və gənclik ölkəsinə çevrildiyi digər “bizim
qafqazlı” – Nəzir Xubiyevin şeirindən sətirlər
gətiririk:
126
...İssık-Kulun mavi dalğaları,
yenə yuxuma girir, gəncliyim kimi.
Onilliklər keçsə də, unudarammı
Çörəyinizi, ey qırğız diyarı.
Dumanlı mavilik, çəhrayı alov,
Kumısınızı və o uzaq axşamı?..
Hər şeyi xatırlaram! Şirin nitqiniz,
Günəşiniz kimi, isidir qəlbimi.
Kumısın ruhu, acılı tüstü təmi,
Yurtada yuva qurur uzun illəri.
Süzüb gedir ay işığı, tutammazsan,
Nəğmə kimi səslənir, su kimi axır...
Onun sözlərinə dəfələrlə respublikamızda
olmuş balkar xalq şairi Qaysın Quliyev qüvvət
verir:
...Otun sanki yataqdır mənə,
Su içdim, çörəyini nuş elədim.
Balkar dərəsinə oxşar yerlərdə
Ağrımı, gəncliyimi qoydum mən.
Qırğız diyarı, çox şey etdin mənə sən,
Müğənnilərini dost etdin mənə.
Əllərimi sıxdılar, amma göz yaşı
Məndə yox, onlarda... parladı.
Bu yaxınlarda Türkiyəyə səfərim zamanı uzun
illər TİKA-nın (Türk İşbirliyi və Koordinasiya
Ajansı) Qırğızıstanda nümayəndəsi kimi çalışan
Selde Özdenoğlunun evinə getmək nəsibim oldu.
Söhbət ərzində bizə isti münasibətini bildirib söylədi:
“Qəribə də olsa, Türkiyəni ikinci vətənim hesab
edirəm. Təəccüblüsü budur ku, Qırğızıstan üçün daha
çox darıxıram. Hələlik ailədə övladımız yoxdur və
Qırğızıstan mənim üçün darıxdığım bir uşaq kimi
qalmaqdadır”. Nə deyək, şərhsiz. Belə bir atalar sözü
var: “Xoş söz ürəyə məlhəmdir”.
Mənim üçün qırğız pasportunda qırğız yazılan
qırğız deyil, o kəsdir ki, bu torpaqda doğulub, böyüyüb,
kök atıb, Vətəninin rifahı üçün əlindən gələni edib və
bu günə qədər doğma yerlərini əziz tutur, həyatını
Ala-Toonun dağ silsiləsi olmadan təsəvvür edə bilmir.
Axunov U. “Oşun köhnə küçəsi” 1974-cü il, Bişkek, sulu boya, 50 x 60
127
Dostları ilə paylaş: |