Şan üçün yer qabığının hərəkiliyi və landşaftın
sürətli dəyişilmıəsi ilə əlamətdardır. Quru-dəniz
nisbətində Qırğızıstanın müasir ərazisi qurunun
üstünlük təşkil etdiyi şimali Tyan-Şana və dəniz
rejimi hökmfərma olan Cənubi Tyan-Şana və daha
çox qurunun olduğu Türküstan-Alay sisteminə
ayrılır.
Orta Asiyanın iqlimi bu vaxt quru idi və Qırğız
silsiləsində və İssık-Kul hövzəsində gips, dolomit
və daş duz süxurları formalaşdı.
Permdə – paleozoyun son mərhələsində –
Tyan-Şanın relyefi indiki kimi sahmanlanmışdı.
Qalxmalar arasında suya batmaların zonaları yatırdı
ki, onlarda da güclü yığıntılar toplanırdı. Dənizin
geriləməsindən sonra Tyan-Şanın ümumi qalxması
baş verir. Hündürlük tərəddüdləri bu mərhələdə
müasir səviyyəyə çatmasalar da, nəzərəçarpacaq
dərəcədə idi. Buna konqlomeratların güclü
yığıntıları dəlalət edir.
Trias mərhələsində – mezozoy erasının ilk
mərhələsi (225-185 mln il əvvəl) – Tyan-Şan
platoşəkilli və maili yamaclı uzunsov hündürlük
şəkilli idi. Aşınma qabığı və qismən kök süxurları
ovulurdu və hissəciklər maili aşağılara sürüşürdü.
Sonradan onlar dağönü qarılmalarına çevrilmişdilər.
Yurada (185-140 mln il əvvəl) ovalıqların
mütəmadi bataqlıqlaşan alçaq sahələrində qonur
və daş kömürləri üçün başlanğıc olan nəbati
material yığılırdı. Bu mərhələdə relyef düzənlik,
maili-təpəli idi. Çoxsaylı çaylar sularını və daş
qırıntılarını yarıqlara tökürdülər ki, onların da
əyrintisi gil, qum, qırmadaşın laylaşması ilə
kompensasiya olunurdu. Çatlaqlar geniş allüvial
ovalıqlar xarakteri daşıyırdı. Düzənliklərdə bolsulu
çaylar aramla axır, burulur, çoxlu xırda göllər və
geniş bataqlışlaşmış sahələr yaradırdı.
70 mln il çəkən təbaşir dövründə Tyan-Şanın
ümumi çökməsi fonunda nisbi yuxarı sahələr
seçilirdi. Cənubi-Qərbi Tyan-Şanda cənub-qərbi
istaqamətə uzanmış yarımada, habelə geniş
sərilmiş Alay-Türküstan adası aşkar yuxarı çıxırdı.
Bu adalarda Tyan-Şanın silsilələri hündür idi.
Paleogen – kaynozoy erasının birinci
mərhələsi (70-26 mln il əqdəm) onunla xarakterizə
olunur ki, Turan ovalıqlarına sarı açıq ucqar
çökəkliklər – Fərqanə, Zərəvşan, Çuy və b. danizin
altında qalmışdı. Onları ayıran Qərbi Tyan-Şanın
silsilələrinin belləri isə Orta Asiya dənizinə burunlar
formasında girir, adalar arxipelaqlarına keçirdi.
Tyan-Şanın silsilələrlə tamamən qapanmış daxili
yarıqları – Narın, İssık- Kul, Aksay və b. – dəniz
səviyyəsindən azca yuxarıda yerləşirdi.
Tyan-Şanın paleogen silsilələri müasirlərdən
alçaq və kiçik idi. Geniş dağönlərinin və bəzi ön
silsilələirn yerində yastı uzunsov təpəliklər yerləşirdi.
Tyan-Şanın landşaftı üçün müxtəlif hündürlüklərdə
səpələnmiş əhatəli hamarlanmış sahələr (peneplen)
səciyyəvi idi. Tyan-Şan neogendə intensiv qalxırdı.
Bu müddət ərzində atmosfer yağıntılarının həcmi
çoxaldı və soyuqlaşma başladı. Bu da kaynozoy
erasının ikinci hissəsinin lap əvvəlində buzlaqların
yaranması ilə nəticələndi.
Neogenin sonunda və kaynozoy erasının ikinci
hissəsinin əvvəlində qalxmalar o qədər sürətli idi ki,
dağlar xarici təzahürlərin təsiri altında dağılmağa
macal tapmırdı: suyun, küləyin, şaxta aşılanmasının.
Dağların yüksəlişi qaba qırıntı materialının –
prolüvinin əmələ gəlməsi ilə müşayiət olunurdu.
Qırıntı materialı yarıqları və göl çökəkliklərini
doldururdu. Bu laylar dağlar qalxanda geniş vadilərə
istiqamətli ətəklərdə dağönü zəncirlərini – adırları
yaratdı. Qalxma prosesində keçidli antesedent
(latın “əvvəl gələn” sözündən) vadilər əmələ gəldi.
Onlar əvvəlcədən də var idi, lakin neogen tektonik
hərəkətlərə qədər bunlar balaca təpəliklərdən çarpaz
keçən xırda çay vadiləri idi. Hərçənd, neogendə
təpəliklər ovalıqlardan sürətlə qalxırdı, hər halda,
çaylar onların içində özlərinə məcra ovub “deşməyə”
macal tapırdı. Dağyaranma müxtəlif güclü, bəzən
fələkətə gətirib çıxaran qüvvəli zəlzələlərlə müşayiət
olunurdu. Bu günün özündə də Qırğızıstan yüksək
seysmik rayonlara aid edilir. Deyilənlərdən aydın
olur ki, Tyan-Şan qalxma ərzində ayrı-ayrı struktur
ünsürlərinin geri qalması ilə izah olunan pilləli
yamac quruluşlu, müxtəlif yaşlı çoxyaruslu sinəli
dirçəlmiş dağlıq ölkədir.
Yerdə yatan yumurta –
Göydə uçan quş olacaq;
Hər şeyin öz vaxtı var.
147