da mənimki olacaq!” Batırbay dağların yamaclarına
bir neçə min igid qoyub tonqal qalatdırır. Özü
isə zirvədə dayanaraq kətmənlə buz parçalarını
qoparıb oda atmağa başlayır. Buz əridikcə, su
arxları, çayları doldurur. Allah kimi isə Batırbayın
ipini çəkmək üçün aşağı göndərmək qərarına gəlir.
Və cənntdən ancaq başqasının sözünü təkrarlamağı
bacaran bir qocanı yerə göndərir. Batırbay buz
parçasını qopardır və deyir: “Batıracağam hər şeyi
suda! Çinar –mənimdir!” Qoca təkrarlayır: “Çinar
– mənimdir!” Batırbay ətrafına baxınır, heç kəsi
görmür. Yenə ucadan səslənir: “Yox, mənimdir!”
Qoca da ona: “Yox, mənimdir!” Batırbay qorxub
qorxusunu gizlətmək üçün gülməyə başlayır. Ancaq
qoca da onunla bahəm gülür. Batırbay gülüb-gülüb
havalanır. O təqdirdə, Allah səslənir: “Qoy indən
belə bu qoca dağlarda buzu və qarı qorusun!” Ey
yolçu! Hərgah dağlarda əks-səda eşitsən, bil və
agah ol: qoca xəbərdar edir ki, izin verilmiş sərhədi
aşmışsan. Hərgah günəşin üzü tutulursa, sənə əyan
olsun ki, Allah Çinarın örpəyini günəşin üzünə
atıb və insanlara özlərinə mənsub olmayana əl
atmamağı xatırladır. Səninki deyilsə, heç nəyi güclə
ələ keçirmək olmaz. Su isə heç kəsin deyil, zira su
olmasa, nə ot olar, nə insan, nə onun hiyləgərliyi,
nə gücü-təpəri”.
Turpanov N. Axşam. “Kurpsay hidroelektrik stansiyası” 1981-ci il, kətan, yağlı boya, 100 x 130, 2
145
Təbiət
Qırğızıstan – uca dağlar və nəhayətsiz vadilər
ölkəsidir. Mülayim, qismən subtropik en dairəsində,
təqribən Bolqarıstan, İtaliya, Monqolustan
yerləşən paraleldə yerləşir (39-43` şimal en
dairəsi). Qırğızıstanın şimal sərhədi Bakı, Roma,
Nyu-Yorkla eyni en dairəsində, cənub sərhədi isə
Lissabon, Vaşinqtonla eyni en dairəsinə uyğundur.
Respublika şərqdən qərbə 900 km uzanır, ən ucqar
şimal və cənub nöqtələrinin arasındakı məsafə isə
410 kim-dir.
Qırğızıstanın təbiəti özünəməxsus və zəngindir.
Dağətəyi ovalıqlardan və dağarası çökəkliklərdən
kəskin surətdə göyə ucalan qayalıq zirvəli
ehtişamlı dağ silsilələri yüz km-lərlə uzanıb gedir.
Uca dağ gədiklərinin beli zərrin parlaq günəşin
şüaları altında bərq vuran əbədi qarlarla və aramla
aşağı sürüşən göyümtül buzlaqlarla örtülmüşdür.
Buralarda qayalar və soyuqlar hökmfərmadır,
aşağda isə dağlıq və yarımdağlıq otlaqlar, meşələr,
qupquru düzəngahlar, bəzən səhralar. Dərənin
dibi ilə nəhəng qaya parçalarını qabağına qatıb
sürütləyən sürətli su axını gur-gur guruldayır. Gah
burada, gah orada yol üstünə sarp qayalar, daşlı-
kəsəkli yamaclar çıxır. Sanki indicə daşlar uçulub
töküləcək. Yamaclara yaxınlaşdıqca landşaftlar bir-
birini əvəzləyir. Yarımsəhranın günəşdən cızdağı
çıxmış kasad, qaba, qonur bitki örtüyü tünd-yaşıl
örüşlərlə və ucagövdəli Tyan-Şan ağ şam meşəliyi
ilə dəyişilir.
Qırğızıstan təbiətinin belə təzadları onun
ərazisinin dəniz səviyyəsindən xeyli hündürə
qalxması, dağ relyefi və geniş Avrasiya materikinin
mərkəzindəki mülayim qurşaq səhralarının
arasındakı mövqeyi ilə şərtlənir.
Səth
Qırğızıstan Tyan-Şanın və Alayın əksər hissəsini
tutur və intəhasız Orta Asiya səhraları Betpak-Dala,
Muyunqum, Sarı-İşikotrau, Qızılqumla, şərqdən
isə Tarim çökəkliyi ilə əhatələnir. Respublikanın
heç yerdə səthi dəniz səthindən 500 m-dən aşağı
düşmür, bəzi zirvələr isə 7 000 m-ə çatır. Onlardan
ən hündürü – Qələbə zirvəsidir. Zirvə – Böyük
Vətən Müharibəsi illərində kəşf olunmuş və
faşist Almaniyası üzərində qələbənin şərəfinə
belə adlandırılmışdır. Hündürlüyü – 7 439 m-dir.
Respublikanın yarısından çox sahəsi 1 000 m-dən 3
000 m-ə qədər, üçdə biri isə 3 000 m-dən 4 000-mə
kimi ucalıqda yerləşir.
Səthin quruluşunda əsas rolu dağ silsilələri
oynayır. Ərazinin ¾ tutan silsilələr şərqdən qərbə
yüz km-lərlə uzanıb gedir. Tarim çanağının sərt
strukturlarının Sibir platforması ilə ən yaxınlaşdığı
nöqtəsində Qələbə zirvəli hündür dağ qovuşuğu
Xan-Tenqri yaranmışdır. Xan-Tenqri Tyan-Şanın
oroqrafik mərkəzidir. Buradan Tyan-Şanın üç iri
dağ qövsü ayrılır – şimal, orta və cənub.
Şimal qövsü Kungey-Alatau, Qırğız Alatausu
və Talas Alatausu silsilələrindən ibarətdir.
Tyan-Şanın orta qövsü İssık-Kul çökəkliyindən,
Koçkor, Cumqal, Susamır vadilərindən cənuba
uzanaraq qərbdə Fərqanə silsiləsinə bitişir. Orta
qövs iki təcrid zəncirdən ibarətdir: şimal və
cənub zəncirlərindən. Şimal zənciri Terskey-
Alatau, Qarakoktı, Qızart, Sandıqtau, Cumqaltau,
Susamırtau silsilələrini özündə birləşdirir; cənub
qövsü – Sarıcaz, İnılçektau, Akşiyrak, Cetimbel,
Baydulı, Son-göl-tau, Qavaq, Cetim, Moldotau,
Kökirimtau silsilələrindən ibarətdir.
Tyan-Şanın cənub qövsü Kokşaal-Tau,
Borkoldoy, Atbaşı, Toruqarttau silsilələrindən
əmələ gəlir. Qərbdə Fərqanə silsiləsinə keçir, o da
şimal-qərbə uzanır. Qırğızıstanın cənub-qərbində
Alay, Türküstan və Alayarxası silsilələri ucalır.
Müasir Tyan-Şanın relyefi yer qabığının uzun
sürən təkamül tarixinin nəticəsində formalaşmışdır.
Burada ən müxtəlif dövrlərdən qalma süxurlar var:
Kembriyayaqədərki, Kembriya-silur, daş kömür,
mezozoy. Tyan-Şanın dağarası yarıqlarında tez-
tez kövrək paleogen və kaynozoy erasının ikinci
hissəsinin geoloji mərhələsinə aid laylara rast
gəlinir ki, onlar da paleozoy dağlarının dağılması
nəticəsində əmələ gələn süxurlardır.
Dağ süxurlarının laylaşmasının ardıcıllığı,
həmçinin onların yatma xarakteri, qazıntı faunası
Qırğızıstan hüdudlarında yer qabığının tarixinin
başlıca mərhələlərini bərpa etməyə imkan yaradır.
Devonda (400-320 mln il əvvəl) – paleozoyun ən
uzun sürən mərhələsində neokaledon qatlaşmasının
nəticəsində külleyi Qırğızıstan ərazisində qurunun
qalxması və dənizin geriləməsi baş verir. Bu zaman
Tyan-Şanın şimal zonasının – Narın-Kokşaal
və Fərqanə zonalarının əsas strukturları qat-qat
yığılır. Azacıq fasilədən sonra burada yenidən
geosinklinal rejim başlayır. Hal-hazırda Borkoldoy
və Atbaşı silsilələrinin yerləşdiyi nöqtələrdə dəniz
süxurlarının laylaşması baş verir. Yuxarı devonda
dəniz irəli gəlir və Şimali Tyan-Şanın geniş
torpaqlarını su altına alır. Həmin mərhələnin dəniz
süxurlarının burada olmağı buna dəlalət edir.
Daş kömür mərhələsi (320-270 mln il) Tyan-
146
Dostları ilə paylaş: |