Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə48/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   44   45   46   47   48   49   50   51   ...   111

idi. “Puqaçovun tarixi”nin ilk səhifələrində Puşkin 
yazırdı: “Yaikin o tayında bizdə qırğız-kaysak adı 
altında tanınmış tayfa ordaları köç edirlər”. Bundan 
əlavə,  Puşkinin  əlyazmalarında  “Heykəl”  seirinin 
qaralama variantında “qırğız” sözünə rast gəlmək 
olar.  Üçüncü  bəndin  son  sətirləri  belə  oxunurdu: 
“Slavyanların nəvəsi də, finn də, bu gün yarımvəhşi 
çərkəz, qırğız və kalmık...” 
Akademik  V.Petrovski  ilk  dəfə  Qırğızıstanı 
İsveçrə  ilə  müqayisə  edərək  respublikamızı 
“Orta  Asiyanın  İsveçrəsi”  adlandırmışdı.  Onu 
da  sözarası  qeyd  edək  ki,  İsveçrənin  qədim  adı 
Gelvetstan  Qırğızıstanla  həmahəngdir.  Ondan 
əvvəl  ölkəmizdə  30-cu  illərdə  olmuş  məşhur  rus 
coğrafiyaçısı  Aleksandrov  da  habelə  Qırğızıstanı 
“ikinci  İsveçrə”  adlandırmışdı. Aleksandr  indinin 
özündə də kurort zonalarının inkişafı üzrə ən yaxşı 
mütəxəssis sayılır. 
Gənc respublikaya yardım göstərmək məqsədi 
ilə  1931-ci  ildə  Çexoslovakiyadan  Frunze  ş. 
(hazırkı  Bişkek)  gəlmiş  “İnterqelpo”  koopertavi 
üzlərinin xatirələrindən: “Biz burjua nağılçılarının 
barəsində vəhşi ekzotik ölkə kimi danışdıqları bir 
ölkəyə gedirdik. Lakin biz elə ölkəyə gəlib düşdük 
ki, burada tikinti sürəti Qərbin ən qabaqcıl kapitalist 
ölkələrindəkindən  yüksəkdir.  Frunze  –  tamamən 
Avropa  şəhiridir.  Planlaşdırılmış  hamar  küçələri, 
genişlik  və  qovaqların  dübbədüz  hündürlüyü 
heyran qoyur. Teatrdan yeniliyin qoxusu gəlir. Bu 
yaxınlarda  “İntergelpo”dan  memarın  rəhbərliyi 
altında  inşa  olmuşdur...  Dağlar,  dağlar,  dağlar  – 
Qırğızıstan budur. Qırğız Alatausu, Terskey Alatau, 
Kunqey Alatau,  Narın-tau, At-Baş-tau  –  bunların 
hamısı Qırğızıstandır. Tyan-Şan da Qırğızıstandır. 
Qüdrətli yeddi kilometrlik Xan-Tenqri, ruhların şahı 
onun başının üstündə əfsanəvi hökmran kimi ucalır. 
Dağlar – Qırğızıstanın kasıblığının əsas səbibidir, 
lakin  eyni  zamanda  onun  sərvəti  dağlardadır.  Bu 
dağların  tərkində  faydalı  qazıntıların  nağılvari 
ehtiyatları gizlənir: burada kömür, neft, qalay, mis, 
qızıl var...”  
Yulius  Fuçikin  valideynlərinə  yazdığı 
məktubdan  parçalar:  “Özümü  gözəl  hiss  edirəm. 
Dörd nəfərin əvəzinə yeyirəm, Orta Asiya ilə Orta 
Avropanın  arasında  qətiyyən  fərq  duymuram. 
Ancaq  Qırğızıstanda  iqlim  azca  ayrı  cürədir. 
Bu gün 48` istilik var idi. Bədənimin qaralığı bu 
temperatura  uyğundur.  Hərgah  burada  bir  ay  da 
qalsam,  hətta  mütəxəssis  məni  qırğızdan  ayıra 
bilməyəcək. Başlıcası isə – burada elə azadlıq və 
sakitlik var ki, sadəcə gül kimi açmışıq...”
Hans  Şerfinq,  məşhur  Danimarka  yazıçısı, 
dəfələrlə  Sovet  İttifaqında  və  XX  əsrin  60-cı 
illərində  bizdə  Qırğızıstanda  olmuşdur.  Onun 
“Qırğızların  yanında  qonaq  olarkən”  kitabında 
təsvir olinmuş xatirələrdən bir neçə sətir:
“...  Bu  kitabçam  –  yaddaşımın  Qırğızıstan, 
nağılvari  ölkə  barədə  qoruyub  saxladığı 
xatirələrimin  bir  hissəsidir.  Həyat  yoldaşımla 
Frunzeyə  dəvətlə  gəlmişdik.  Frunze  –  vadidə 
yaranıb böyümüş iri şəhərdir. Şəhər bağa bənzərdir. 
Nəhəng,  göz  işlədikcə  nəhayətsiz  park,  ağaclar 
evləri  gizlədir.  Bir  çix  amerikan  evləri  kimi 
Frunzenin  planlaşdırılması  dördküncdür,  onun 
eyni, dübbədüz küçələri bir-birini düz bucaq altında 
kəsir. Cənuba gedən küçələrdən Monblandan uca 
dağlara panoram açılır. Onların dağlı zirvələri səhər 
ertədən  göy  səmanın  fonunda  çəhrayı  çalarla  nur 
saçır.  Sanki,  bu  dağlar  küçənin  sonundadır,  fəqət 
bəlli olur ki, onlara 40 km məsafə var...” 
Qırğızıstan təbiət xəzinələrindən savayı tarixi-
mədəni abidələrlə zəngindir. Onlardan biri Böyük 
İpək yolunda yerləşir – “Süleyman-Too” arxeoloji 
muzeyi.  Özündən  sonra  misilsiz  “Baburnamə” 
tarixi yaddaşını qoymuş görkəmli sərkərdə, Böyük 
Moğol sülaləsinin banisi Babur uzun müddət Oşun 
valisi  olmuşdu.  İndiyə  qədər  bütün  müsəlmanlar 
üçün  müqəddəs  “Süleyman-Too”  dağında  onun 
düşüncələri  üçün  üstündə  uzandığı  taxtı  durur. 
Oradan  isə  Baburun  yazdığına  görə  “Fərqanə 
vadisinə  gözəl  mənzərə  açılır”.  Bu  unikal  dağ 
2000-ci ildə 3 000 illiyi qeyd olunan respublikanın 
cənub paytaxtı Oşun mərkəzində yerləşir. Oş şəhəri 
–  Mərkəzi  Asiyanın  15  əsr  ərzində  dünyanın  üç 
hissəsini – Asiyanı, Avropanı, Afrikanı birləşdirən 
Böyük  İpək  Yolu  keçən  ən  qədim  şəhərlərindən 
biridir.  Haqqında  tarixi  əfsanələr  qoşulmuş  əski 
şəhər Oş daima alimlərin və səyyahların, habelə XX 
əsrin məşhur şərqşünaslarının diqqətini çəkmişdir.         
Qırğızıstan  qədimdən  inkişaf  etmiş  Mərkəzi 
Asiya  sivilizasiya  orbitinə  daxil  olmuşdu  və 
beynəlxalq  karvan  yollarının  əsas  keçid  məkanı 
kimi xidmət edirdi. Böyük İpək Yolunun sayəsində 
Şərq  və  Qərb  ölkələrinin  mədəniyyətlərinin 
qarşılıqlı  zənginləşməsi  baş  verirdi.  Buna  qırğız 
xalqının zəngin adət və ənənələri dəlalət edir. Hər 
şey özünü qırğızların mədəniyyətində, məişətində, 
dilində əks etdirir.      
Üzgən.  Türklər  tərəfindən  VIII-IX  əsrdə 
vahənin  mərkəzində  Mavəraünnəhrdən  Şərqi 
Türküstana aparan qədim karvan yolunun üstündə 
əsası qoyulmuş Qədim Üzgən – unikal memarlıq 
abidələri olan əski, tarixi-mədəni şəhərdir. Karvan 
yolunun  üstündə  olması  şəhərin  inkişafına  səbəb 
138


olmuşdu.  Qədim  Üzgən  çiçəklənən  şəhər  idi, 
möhkəm  qalasından  isə  Səmərqəndə,  Qaşqara  və 
Fərqanənin hər tərəfinə yol gedirdi. 
Qırğız  xalqının  mədəni  irsinə  dəyər  verib 
yanaşmasına  parlaq  misal  respublikada  arxeoloji-
memarlıq muzeyi Buran Qülləsinin yaradılmasıdır. 
Muzey  hazırkı  Tokmak  şəhərinin  12  km  cənuba 
yerləşən  Buran  əski  məskəninin  ərazisindədir. 
Tarixçilərin  və  arxeoloqların  çoxillik  zəhməti  ilə 
aşkara  çıxarılmışdır  ki,  bu  əski  məskən  Qaraxani 
xaqanlığının 
paytaxtı 
Balasaqun 
şəhərinin 
qalıqlarıdır.       
Orta Asiyanın digər şəhərlərindən fərqli olaraq, 
Balasaqun  Çingiz  xanın  ordusunun  basqınlarından 
zərər  çəkməmişdi  və  monqollar  hətta  onun  adını 
dəyişdirib Qobalık, yəni “Yaxşı şəhər” qoymuşdular.   
Şəhər  XIII-XIV  əsrlərdə  hələ  yaşayırdı,  lakin 
artıq  əvvəlki  kimi  əhəmiyyətə  malik  deyildi. 
Həyat  şəhərdə  tədricən  sönükləşir,  sakinlər 
onu  tərk  edir,  tikililər  sökülür  və  XV  əsrə  şəhər 
birdəfəlik  mövcudiyyətini  itirir.  Adı  yaddaşlardan 
silinir,  hal-hazırda  isə  şəhərin  yalnız  minarəsi  və 
qala  tikililərinin  qalıqları  vaxtilə  mövcud  olmuş 
Qaraxanilər  dövlətinin  paytaxtının  lal  şahidləri 
qismində qalırlar. 
Təpənin  cənub-şərqində  açıq  havada  yerləşən 
muzeyin mərkəzi abidəsi – Buran qülləsidir.  
Buran qülləsi – XI əsrin minarəsidir və Orta Asiya 
ərazisində  bu  sayaq  tikililərdən  ilkidir.  Minarələr 
məscidin nəzdində inşa edilir və möminləri namaza 
çağırmağa qulluq edir. Tədqiqatçılar güman edirlər 
ki, Buran qülləsinin yanındakı məscid qərb tərəfdən 
imiş.
Minarənin  şərq  səmtindən  1970-1972-ci  və 
1974-cü illərdə qazıntılar nəticəsinə aşkara çıxarılmış 
gümbəzlərin  qalıqları  yerləşir.  Onlardan  yalnız 
özüllər  qalmışdır.  Hər  üç  gümbəz  Qırğızıstanın 
unikal orta əsrlər memarlığının abidəsidir. 
Muzeydə  memarlıq  abidələrindən  başqa  açıq 
havada  həm  qədim  məskənin  özündən  tapılmış, 
həm də respublikanın digər rayonlarından gətirilmiş 
eksponatlar nümayiş etdirilir.
Daş-Rabat-  iki  ən  qədim  abidədən:  Daş-
Rabat  karvansarasından  və  qədim  məskən  Koşoy-
Korqandan  ibarət  tarixi-mədəni  zonadır.  Daş-
Rabat nadir və yaxşı qorunub saxlanmış orta əsrlər 
abidəsidir.  XV  əsrdə  Orta  Asiyadan  Çinə  aparan 
qədim  karvan  yolunun  üstündə  inşa  olunmuşdur, 
tacirlər və səyyahlar üçün yolüstü sığınacaq rolunu 
oynamışdır.  Bu  karvansara  bizə  yarıuçuq  şəkildə 
qalmışdı,  lakin  son  illər  bərpa  işləri  aparılmış  və 
qismən karvansaraya əzəli görkəm qaytarılmışdır.     
Sarı  Çələk  –  (Sarı  cam)  zonası.  Bir  çox 
səyyahların  arzu  etdiyi  görməli  yer  –  şan-şöhrəti 
respublikanın hüdudlarından çox uzaqlara yayılmış 
Sarı-Çələk  gölünün  ətrafı  qoruq  sahələridir.  Bura 
təbii geobotanik muzeydir, çünki qaynar Orta Asiya 
üçün tipik ağac növlərindən başqa, Sibir şəraitinə 
uyğun ekzotik bitkilərin məkanıdır. Tyan-Şan şamı 
ilə yanaşı cır alma, qoz və ağ şam, doqquzdon kolu 
və  soqd  gavalısı  (alça),  püstə  və  ardıc  çox  yaxşı 
bitib dururlar.  
Çatır-Kul  (Çətir-göl)  zonası  Narın  Toruqart 
avtotrasında yerləşir. Yol gölün başına qərbdən və 
cənubdan  dolanır,  Ak-Say  vadisinə  uzanıb  gedir. 
Nəhəng  dağ  gədiklərinin  yamacları  küləklərdən 
ovulub əcaib şəkilllərə düşmüş valehedici sarımtıl-
boz  əhəngdaşı  ilə  örtülmüşdür.  Burada  çoxlu 
mağaralar  var,  dərələrinin  üstünə  əzəmətli  sarp 
qayalar və daşlı-qəmbərli yamaclar əyilir, gur dağ 
çayları üzüaşağı şütüyr.  
Min-quş.  Bu  vadinin  yerlərinin  adları  zonada 
məskunlaşan  çoxsaylı  heyvanatın,  ələlxüsus, 
saysız-hesabsız  quşlardan  bəhs  edir.  Burada 
arıquşular, payızbülbülləri, göyərçinlər, alabaxtalar, 
qaratoyuqlar,  qarğalar,  sığırçınlar,  bağtorağayıları, 
qarasinə krasnoşeykalar boldur. Cingiltili nəğmələr, 
cəh-cəh, fit, civilti qeyri-adi meşə musiqi bəstələyir. 
Uçurumlu  yamaclarda  mağaralara  rast  gəlinir,  sıx 
qarışıq meşə ilə örtülü Kabak-Toonun yamaclarında 
Min-Buqu (min maral) qədim insan məskəni var.  
Son-Kul. Bu gölün yaradılışı haqqında qoşulmuş 
əfsanədə  deyilir  ki,  guya  onun  yerində  haçanlarsa 
xan  mülkü  var  imiş.  Zalım  hökmdar  öz  sarayında 
ən gözəl qızları əsarətdə saxlarmış. Hərəmxanasını 
doldurmaq üçün xan döyüşçüləri gözəllər seçməyə 
göndərirmiş. Qızlar gözüyaşlı dərələrə baş götürüb 
qaçırmışlar  və  onların  göz  yaşı  ehtişamlı  dağları 
riqqətə gətirir. Xan sarayı duran yer torpağın tərkinə 
batır, yamaclardan axan sular zalım xanın sarayını 
üstünü örtüb qərq edir...  
Bu zonanın heyvanat aləmi fövqəladə dərəcədə 
rəngarəngdir.  Yayda  müxtəlif  ördəklər,  qağayılar 
və digər su quşları yuva qurur. Gölün şirin suyunda 
keçəl  osman,  qubaç,  peled  yetişdirirlir.  40  il 
bundan əvvəl Son-Kul tamaməm balıqdan məhrum 
idi.  Bu  yaxınlarda,  2002-ci  ilin  uylunda  Rusiya 
Federasiyasının  keçmiş  Prezidenti  B.Yeltsinin  və 
Qırğızıstan  Prezidenti  Ə.  Akayevin  iştirakı  ilə  bu 
gözəl  gölün  sahilində  Taylak  bahadırın  200  illiyi 
qeyd  olundu.  Şahidlərin  dediyinə  görə  B.Yeltsin 
gölün  füsunkarlığına,  ələlxüsus  şaqraq  milli 
oyunlara valeh olmuş, xudahafizləşəndə demişdi ki, 
bura “ikinci Hollivuddur”.  
139


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə