Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə46/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

Müqəddəs Ala-Too torpağı 
Qırğızıstanda əsrlərdən bəri müqəddəs sayılan 
bir  çox  məkan  var. Yüzilliklərdir,  insanlar  onlara 
sitayiş  edir,  qoruyurlar,  bu  ənənələrə  riayət 
etməyənlər isə mənhus tale tərəfindən qəddarlıqla 
cəzalandırılır.
Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. 
Doğma  cayloom  Kok-Oyrokda  uca  yerdən  keçən 
yol  kənarında  nəhəng  gəmbər  durmuşdu.  Daşa 
camaat  arasında  Kanıkey-ənə  daşı  (Kanıkey 
ananın daşı) deyirdilər. Hələ “Manas” dastanında 
bu məkan təsvir olunmuşdur və ona görə insanlar 
həmişə bu daşa sitayiş edirlər. Bir dəfə artıq keçmiş 
yüzilin 80-ci illərinin sonunda iki nəfər buldozerçi 
yolu  hamarlayanda  nəhəg  qəmbəri  uçuruma 
aşırmışdılar.  Ağsaqqallar  söyləmişdilər  ki,  indən 
belə o iki nəfərin üstündə lənət var. İş necə hərlənib-
fırlandısa, müəyyən müddət keçəndən sonra hər iki 
yoldüzəldən  buldozerlə  birgə  elə  həmin  uçuruma 
yuvarlandılar.  Bu  minvalla,  hətta  qəmbər  də 
ilahiləşə bilər, axı həmin daş üzərində göz yaşı, qan 
axıtmışdılar, böyük əcdadlarımız isə ona xeyir-dua 
vermişdi.
Belə  bir  müəmmalı  hadisəni  yerli  qəzetlərin 
birində  təsvir  etmişdilər.  2000-ci  ildə  Qahirə 
yaxınlığında  bir  neçə  italyan  arxeoloqu  Misir 
fironunun  və  arvadının  məzarlığını  aşkara 
çıxarırlar.  Qəbirüstü  daşın  yazısını  çevirəndə 
belə mətn oxuyurlar: “Böyük ilahə İsida bu qəbri 
narahat  edənləri  üç  dəfə  cəzalandıracaq”.  Lakin 
alimlər  xəbərdarlığa  məhəl  qoymadan  qazıntıları 
davam  etdirərək,  nəinki  özləri  ilə  fironun 
əşyalarını, hətta mumiyaları da götürürlər. İntiqam 
uzun  çəkmir.  İtaliayaya  səfər  qabağı  bir-birinin 
ardınca  ekspedisiyanın  üzvlərinin  hamısı  bir-bir 
həlak olur. İlk ölən ekspedisiyanın rəhbəri olur – 
ürək  çatışmazlığı.  İki  gün  sonra  birinci  köməkçi 
ilan  çalmasından  dünyasını  dəyişir.  Ən  dəhşətlisi 
o olur ki, ekspedisiyanın digər üzvlərini və tarixi 
əşyaları  aparan  qatar  relsdən  çıxır.  Dəstədən  sağ 
qalan olmur, əşyalar və mumiyalar isə izsiz-tozsuz 
qeybə çəkilir. 
Bir çox əfsanələr xəbərdar edir ki, mərhumları 
yuxusundan dəng etmək olmaz. Üç il əvvəl bir qrup 
avstriyalı  arxeoloq  Çinin  şimal-şərqində  X  əsrin 
kurqanını aşkara çıxarmışdı. Yerli camaat misallar 
gətirərək dəfələrlə xəbərdar edirlər ki, ruhlar qəbrin 
sökülməsini bağışlamayacaqlar. 
Artıq bir həftə sonra ürək tutmasından alimlərin 
biri  ölür.  Az  keçməmiş  daha  ikisi  dünyasını 
dəyişir. Sağ qalanlar qorxu içində təxirsiz evlərinə 
qayıdırlar. 
Daha  belə  bir  tarixçəni  Karkır  otlaqlarında 
olanda eşitmişdim. Orada yaşıllıq vadinin ortasında 
daşlı-kəsəkli  bir  dağ  ucalır.  Sanki  kimsə  onun 
daşlarını qəsdən yığıb qalaqlamışdır. Xalq arsında 
dağa San-Daş deyirlər. Əfsanəyə görə, qədimdə bu 
daşlar, vaqiən, həlak olmuş döyüşçüılərin xatirəsinə 
toplanmışdır – hərəsi bir öldürülmüş igidin şanına. 
Bu  daş  nəhəgə  baxanda,  neçə-neçə  döyüşçünün 
doğma  torpağını  işğalçılardan  qorumaq  üçün 
başını  qoyduğunu  təsəvvür  etmək  mümkünat 
xaricindədir.  Artıq  bu  günümüzdə,  ağsaqqalların 
onu  fikrindən  daşındırmağına  rəğmən,  kimsə 
daşlardan  yeni  evinin  özülü  üçün  istifadə  etmək 
qərarına gəlir. Deyilənə görə, sonradan bu adam da 
faciəvi həlakətini tapır. 
Toktoqul  vadisində,  Uç-terek  (üç  qovaq) 
məkanında  üç  qoca  qovaq  ucalır.  Yerli  əhali  bu 
üçü qovağa on illərdir, səcdə edərək qoruyur, zira 
qırğızlar  üçün  qovaq  müqəddəs  ağacdır.  Qovaq 
kəsmək böyük suç sayılır. Çoxdan olmuş vaqiəyə 
görə,  bir  cavan  oğlan  gücünü  göstərib  öyünmək 
qəsdilə heç kəsin sözünə məhəl qoymadan qovağı 
kəsməyə  başlayır.  Naqafil  zarıltılı  inilti  eşidir 
və  başını  qaldıranda  ağacdan  qırmızı  mayenin 
axdığını görür. Dəhşət onun əzalarını sarır və cavan 
əbədi daşa çevrilib çapdığı qovağın yanında qalır. 
Uşaqlığımdan qonşuluğumuzdakı traktorçunun 
başına gələn bir hadisəni xatırlayıram. Xasiyyətcə 
sakit  və  təmkinli  insan  olan  traktorçu  meşənin 
yaxınlığında özünə ev tikmək fikrinə düşür və bir 
xeyli ağac qırır. Və günlərin bir günü Bıstrov rayon 
mərkəzinə  aparan  yolda  onun  başına  əcaib  vaqiə 
gəlir. Qəfildən havalanıb dəli olur və tezliklə ölür. 
132


Heç bir həkim ölüm səbəbini aydınlaşdıra bilmir. 
Qocalar  mülahizə  yürüdürlər  ki,  biçarə  bilmədən 
camaat arasında müqəddəs sayılan məzar adlanan 
ağacı  narahat  etmişdir.  Ehtimalən,  göydəki  hansı 
qüvvələr isə traktoristə bu təqsiri bağışlamamışdılar. 
Bu  sayaq  bir  çox  hadisəni  müqayisə  edərkən 
əminlik  hasil  edirsən  ki,  əcdadların  ənənlərini 
nəticəsiz pozmaq olmaz. 
Qırğızlarda  əski  çağlardan  müqəddəs 
sayılanlar:  kıdır  –  qədər,  müqəddəs  qüvvə,  arbak 
- əcdadların ruhu və tenir – asiman. İnsan təbiətlə, 
səma  qüvvələri  və  əcdadların  ruhları  ilə  qırılmaz 
telləri  duyurdu  və  onlar  mütləq  bir  çox  arzunu 
yerinə  yetirərdilər:  həyatda  bəxti  gətirmək,  bol 
məhsul yığmaq, evdə firavanlıq. Ruhların meylini, 
nüsrətini qazanmaq üçün insan sözün sehrli təsiri 
ilə təlqin etməlidir. 
Qırğızlar  islamın  qəbuluna  qədər  hökmfərma 
olan  mərhum  əcdadların  kultuna  ixlaskarcasına 
sitayiş  edirdilər.  Əcdadların  ruhları  ilahi, 
müqəddəs gücə malik idi. Ağır dəqiqələrd qırğızlar 
əcdadlarının  məzarlarını  ziyarət  edir,  qurban 
kəsir, müxtəlif bəlalardan qorunmaq üçün ruhlara 
pənah  aparır,  nicat  diləyirdilər.  Adətən,  bunu 
uzaq yol ərəfəsində, yaxud sülbə aid iri tədbirlərə 
hazırlaşarkən təvəqqe edirdilər.   
Ali  qüvvələrin  insanlara  pasiban  durmağı 
barədə  əfsanələr  çoxdur.  Danışırlar  ki,  Koçkor 
vadisində gözəl bir qız yaşayırmış. Ərə getsə də, 
uzun  müddət  övladı  olmurmuş.  Binəvanın  əli 
hər yandan üzülübmüş. Əri ilə qədim qəbristanın 
yanında  yaşayırmışlar.  İki  yüz  il  əvvəl  orada 
əfsanəyə  görə  bir  qırmanc  zərbəsi  ilə  pələngin 
əhədini  kəsib  öldürən  Torogeldi  bahadır  dəfn 
edilibmiş.  Məzarı  zman  keçdikcə  yerlə  yeksan 
olubmuş. Sonsuz gözəl döyüşçünün qəbrini bərpa 
etmək qərarına gəlir. Gili qoyun piyi ilə qarışdıran 
gəlin  bacardığı  qədər  məzarın  üstünü  torpaqlayıb 
təpəlik qaldırır. Gəlin göz yaşı tökə-tökə Allahdan 
dərdinə çarə istəyirmiş. Deyilənə görə, artıq yaşa 
dolandan sonra qadın dünyaya doqquz oğul gətirir 
və layiqli, bəxtəvər bir həyat sürür. 
İssık-Kulun  şimal  sahilindəki  dağətəyindən 
çağlayıb çıxan Məzar-Bulağın müalicəvi suyu üçün 
yerli camaat bu gün də ora gəlir. Qocaların sözünə 
görə, bu su nəinki cismi, həmçinin ruhu da sağaldır. 
İnanclara isnadən, suyun qeyri-adi keyfiyyəti çox 
illər bundan əqdəm, bulağın yanında naxoş çoban 
yuxulayandan  sonra  bəlli  olub.  Çoban  dağlarda 
möhkəm soyuqlayır, o dərəcədə zəifləyir ki, daha 
ev-eşiyini  görmək  ümidini  itirir,  halsızlığından 
bulağın  başında  yıxılıb  yuxuya  gedir.  Oyanan 
kimi  möhkəm  susuzluq  duyub  bulağın  suyunu 
udumlamağa başlayır, hər qurtumla həyat gücünün 
qayıtdığını hiss edir. O vaxtdan bəri bir çox adam 
Məzar-Bulağa şəfa tapmağa üz tutur. 
Bulağın başında bitən bitkilər də qeyri-adidir. 
Məs.,  kökləri  və  bur-budağı  bir-birinə  sarmaşıb 
bitən  cüt  ağaca  xalq  arasında  “cavan  ər-arvad 
ağacı”  deyirlər.  Ağacların  əzəmətli  tacları  sanki 
bu  yerlərdə  keçmişdə  yaşamış  cavanların  tarixini 
özündə  həkk  etmişdir.  Onlar  bir-birini  dəlicəsinə 
sevirmişlər. Oğlan varlı-hallı bay oğlu, qız yoxsul 
dul  qadının  qızı  idi.  Gəncin  atası  heç  bir  vəchlə 
belə qeyri-bərabər nikaha razılıq vermirdi. 
– Bir gecəyə ağac bitər, amma mən bu izdivaca 
razılıq vermərəm, – məğrur varlı kişi deyir. 
Qızın  anası  uşaqlara  yardım  etməyə  qərar 
verir.  Sinli  qadın  müqəddəs  bulağın  başına  gedir 
və  bütün  gecəni  sərasər  onların  xoşbəxtliyi  üçün 
dua edir. Səhər ertədən bulaq başına gələn adamlar 
əsil  möcüzə  görürlər.  Dünən  ot  bitmiş  yerdə 
iki  ağac  budaqlarını  zərifliklə  qucub  göylərə  əl 
uzadır. Adaxlı oğlanın atası da bulaq başına gəlir 
və oğlunun yoxsul qızla sevgisinə inanıb toylarına 
əngəl törətmir.  
Boş-boş danışmaqdansa, işini gör.
133


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə