Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə42/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   38   39   40   41   42   43   44   45   ...   111

yaxınlıqdakı ağacdan istifadə edir, kəndir atırdılar. 
Adam  çox  olanda,  “Selkinçək”in  ikinci 
variantı var – “Altı bakan” (altı paya). Bu ad böyük 
yelləncəyin qurulması üçün payaların (bakanların) 
istifadə olunduğu dövrdən qalıb. Bu payalarla yurta 
quranda xalçaları və yurtanın tündüyünü qaldırırlar.
Selkinçəkdə 1 nəfər yellənirsə, altı bakana 2, 
bəzən daha çox nəfər minir. Bu zaman yelləncəyin 
yerliyinin  başında-ayağında  gənclər,  ortada  isə 
qızlar dayanır. Cavanlar çox canlı, şən, emosional 
yellənir və mütləq ovqat qaldıran səmimi mahnılar 
oxuyurlar.   
“Ak  tərək-kök  tərək”.  Keçmişdə  bu  ancaq 
qızların oyunu idi, amma tədricən hər iki cinsdən 
olan 12-16 yaşlı yeniyetmələrin oyununa çevrildi. 
Komanda  oyunudur,  məzmunca  bizim  “Bənövşə, 
bəndə düşə” oyununu xatırladır. Oyunçuların sayı 
sərbəst olur, adətən, 10-15 nəfər yığılır. 
Komandalar 30-50 m uzaqlıqda əl-ələ tutaraq 
üzbəüz  səf  qururlar.  Hər  komanda  əvvəlcədən 
şərtləşərək  oyun  adı  alır.  Oyun  püşklə  başlanır. 
Oyunun  məqsədi  rəqibin  zəncirini  qırmaq  və 
qırılmış zəncirin daha çox bəndlərini (oyunçuları) 
öz tərəfinə çəkməkdir. 
“Çikit”. Əsasən, orta və yuxarı sinif şagirdləri 
oğlan  xeylaqları  oynayırlar.  Alət  kimi  iki  paya 
istifadə  olunur.  Birincisi  –  bala,  ya  da  bala  çikit 
–  15-20  sm,  ikincisi  –  ənə,  yainki  ənə  çikit  –  1 
m-ə  yaxın  uzunluqda  olur.  Respublikanın  cənub 
bölgələrində  bu  payalara  at  və  dayaq  deyirlər. 
Oyun  üçün  hamar  meydançada  3-4  m  diametrli 
çevrə  çəkilir.  Dairənin  ortasına  balanın  (paya) 
diametrindən kiçik çala olur.  
Oyunun  məqsədi  –  ənənin  köməyi  ilə  iti 
payanı çaladan qaldırmaq və havada zərbə vuraraq 
mümkünat daxilində uzağa tolazlamaqdır.
“Toquz  korqol”.  Azacıq  şahmatı  xatırladan 
masaüstü  mürəkkəb  oyundur.  Oyun  taxtası  18 
dəlikdən  və  2  qazandan  ibarətdir.  Hər  oyunçu 
tərəfdən  9  dəlik  və  sağ  səmtdə  qazan  var.  Eyni 
zamanda  “Toquz  korqol”u  yalnız  2  nəfər  oynaya 
bilər.  Hər  9  dəliyin  öz  adı  var,  nömrələmə  isə 
ümumidir – 1-dən 18-ə qədər. 
1.  Quyruq (quyruq uy).
2.  Narahat (tekildək uy).
3.  Atötməz dəlik (at ötpös).
4.  Yaman inək (jaman uy).
5.  Bel (bel uy).
6.  Kürək (dalı).
7.  İki diş (eki diş uy).
8.  Yaşıl boyun (kok moyun).
9.  Ağız (ooz).
Qeyd: partiyada gedişlərin yazısı zamanı sözlər 
dəliklərin  nömrələnməsi  ilə  əvəzlənir.  Oyunçular 
üzbəüz oturur. Hər oyunçu 81 kürə alır və hər dəliyə 
9 ədəd kürə qoyur. İlk gedişi püşk müəyyənləşdirir. 
Bu gediş I və X dəlikdən savayı istənilən dəlikdən 
başlana bilər. 
Torobəyov S.S. Diptix “Kok Boru” Sol hissə, 2010-cu il, kətan, yağlı boya, 90 x 100
117


Ənənəvi geyimlər 
XIX əsrin ortalarında kişilər alnında 
və peysərində kəsik, uca, şiş, keçə papaq 
qoyurdular;  xalatları  parçalardan  tikib 
əlvan  qurşaqla  qurşaqlayır,  yürüşlər 
zamanı ətəklərini aşağıdan kəsikli enli 
dəri şalvarın içinə salırdılar; dik dabanlı 
uzunqunc  çəkmələrin  pəncəsi  qısa  idi. 
Gənc qadınlar baş örtüyü – konusşəkilli 
mahud özüllü, xəzlə, gümüş zinətlərlə, 
qiymətli  daşlarla  işlənmiş,  yanlardan 
asma  bəzəklər  vurulmuş  şökülö 
qoyurdular.  Bu  barədə  tarixçi  və 
kulturoloq  S.M.Abramzon  hədsiz 
hörmətlə “Qırğız xalqının mədəniyyəti 
barədə oçerk” kitabında yazır. 
Kişilərin son dövrdə geyimi köynökdən və çit, 
yaxud bez, çox vaxt sırıqlı materialdan, yoxsullarda 
isə armyakdan tikilən qaytanlı aşırmalı enli şalvardan 
–  dambaldan  ibarətdir;  köynəyin  üstündən  qısa 
arxalıq – beşmant, ya da qolsuz kəltəçə, soyuqda 
isə astarına pambıq doldurulmuş pambıq parçadan 
xalat  –  çapan,  ya  da  mahud,  armyakla  örtülmüş 
sırıqlı – çəpkən, çəkmən geyilirdi. Qışda aşılanmış 
qoyun  dərisindən  yunu  içəri  kürk  –  ton,  poston 
və  eyni  materialdan  yunu  içəri  şalvar  –  terı-şım 
istifadə olunurdu. Həmçinin yundan təmizlənmiş, 
varlı  qırğızlarda  isə  rəngli  ipəklə  işlənmiş  təkə 
dərisindən dəri şalvar – jarqak-şım geyilirdi. Həm 
qadınların, həm də kişilərin üst geyimi, altdan hər 
hansı xəzlə (qoyun, tülkü, canavar və s.) işlənmiş 
və  üstünə  parça  tikilmiş  kürk  –  içikdir. Yağışdan 
və çiskinli havadan qoruyan geyim kimi qolçaqlı 
keçə yapıncıdan – kementaydan istifadə olunurdu. 
Çobanlar keçə astarlı, evdə toxunmuş yun parçadan 
xalat – çiydan geyirdilər. 
İmkanlı  qırğız  məxmər  arxalıq  və  şalvar, 
bir  neçə  mahud  və  ipək  xalat  geyinirdi,  kürkü 
yumşaq  ağ  quzu  dərilərindən  tikilirdi.  Kasıb  üst 
geyimi  kimi  bəzən  üryan  bədənə  geyilən  qaba 
xalatla  kifayətlənirdi.  Çəkmələr  qismən  əvvəlki 
kimi  qorunub  saxlanmışdır  –  hündür  dabanlı 
uzunqunclar,  amma  ən  çox  dabansız 
və  möhkəm  arxasız,  yumşaq  altlıqlı 
uzunqunclar  –  maas  yayılmışdır. 
Maası dəri qaloşla – kəpiçlə geyirdilər, 
nadir  hallarda  qaloş  rezindən  olurdu 
–  kölöş.  Cənublu  qırğızların  arasında 
dabansız,  qaba  altlıqlı,  burnu  azacıq 
qalxmış  uzunqunclar  –  mökülər  geniş 
yayılmışdı.  Keçmiş  zamanlarda  keçi 
yunundan tikməli ağ keçə uzunqunclar 
tikilirdi.  Baylarda  və  manaplarda  dəri 
altlıqlı məxmər uzunqunclara da təsadüf 
olunurdu.  Əhalinin  ən  yoxsul  təbəqəsi 
kobud uzunqunc – çokoy, aşılanmamış 
dəri parçalarından qurama çarıq geyir, çobanlar isə 
dağlarda  gəzib  dolaşmaq  üçün  at  dırnaqlarından 
səndəllər  –  tay-tuyak  istifadə  edirdilər.  Məişətə 
həmçinin  rus  sapoqları  növlü  ayaqqabılar  da 
daxil  olurdu.  Başa  araqçın  və    variyyətdən  asılı 
olaraq  qoyun  dərisindən,  tülkü,  dələ  xəzindən 
tebetey  qoyulurdu.  Yayda  onu  keçə  papaqla  – 
kənarları qatlanmış və məxmərlə işlənmiş qalpaqla 
əvəzləyirdilər.  Kişi  libasının  zəruri  ləvazimatı 
–  kəmər,  yaxud  ətəyinə  mütləq  bıçaq  asılan  yun 
qurşaq – kur idi. Bayların və manapların kəmərləri 
bahalı gümüş zinətlərlə işlənirdi. 
Qadın  libası  eyni  zamanda  paltar  rolunu 
oynayan uzun və enli köynəkdən, uzun çaxçurdan 
–  ılazımdan,  paltarın  altından  geyinən  aşırmalı 
dambaldan  və  qolsuz  arxalıqdan  –  jeletkedən 
ibarət  olurdu.  Paltarlar  üçün  parlaq  və  çığırqan 
çitlər  seçilir,  az  imkanlı  qadınlar  isə  mata 
parçasından  istifadə  edirdilər.  Qız  xeylaqlarının 
geyiminin qadınlarınkından fərqi sinəsində kəsiyin 
qaibliyi  idi.  Bəzi  məkanlarda  qızlar  arxalıq  – 
çıptama  geyinirlər.  Əvvəllər  qadın  köynəklərinin 
sinəsini  ağ  matanın  üzərində  rəngli  yun,  yainki 
ipək  tikmələrlə  bəzəyirdilər.  Arxalıqları  tünd 
pambıq parçadan, astarlı tikirdilər. Qızlar və gənc 
qadınlar libasın üstündən moruğu, yaşıl, yaxud abı 
məxmərdən  jaket  geyinirdilər.  Köç,  yainki  başqa 
118


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə