Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə41/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   37   38   39   40   41   42   43   44   ...   111

qədim  oyunudur.  Bu  gün  həm  də  onu  “Kök  börü” 
(boz  qurd)  adlandırırlar.  Bu  qəribə  oyunun  kökləri 
əsrlərin  dərinliyinə  gedib  çıxır.  Ehtimalən,  oyun  o 
uzaq dövrlərdə yaranmışdır ki, Qırğızıstanın adamsız 
çöl və dağlarında heyvan sürüləri qışda, yayda açıq 
səma altında, süni yemsiz, ağılsız-axursuz otlayırdı 
və  canavarlar  tez-tez  həmlə  edərək  qoyun-quzunu 
dağıdır, adamlara dərd-bəla gətirirdi.
Odlu  silahın  qaibliyi  ucbatından  heyvandarlar 
yerindəcə canavarların öhdəsindən gələ bilmirdilər. 
Cəsur  igidlər  oynaq  və  dözümlü  atların  belində 
canavarların  təqibinə  çıxır,  yırtıcıları  yarımcan 
çatlayana qədər qovalayır, çomaqla, qamçı ilə vurur, 
leşini yerdən götürüb bir-birinin əlindən alırdılar.   
Sonralar,  daha  oturaq  həyat  tərzinə  keçəndən 
sonra  kok  börü  ulak  tartışla  əvəzlənib  milli  atçılıq 
idmanına  –  minicilərin  keçi  cəmdəyi  uğrunda 
mübarizəsinə çevrildi.
Hal-hazırda  respublikada  bir  çix  atçılıq  idman 
növü  koloritini  və  əzəliliyini  saxlayaraq  milli 
sərhədləri  aşmış,  ölkədə  qaynar  atların  belində 
qüclü,  qorxmaz,  cəsur  igidlərin  sevimli  yarışlarına 
çevrilmişdir.  
Bu gün hətta beynəlxalq “Kök börü” federasiyası 
yaradılmışdır.  Hər  il  Müstəqillik  günündə  kubok 
uğrunda  yarış  keçirilir.  Güman,  oyun  oradan  kök 
almışdır  ki,  qurdların  sürülərə  basqınlarından 
hirslənmiş,  qeyzlənmiş  insanlar  əllərinə  düşmüş 
əbədi  düşməni  parçalayır,  cırım-cırıq  edirdilər. 
Yaranandan, təkmilləşəndən sonra bu ənənə məişətə 
iştirakçılarından  atı  bacarıqla  idarə  etmə  məharəti, 
böyük  fiziki  qüvvə,  dəyanət,  cəsarət  tələb  edən  ən 
geniş  yayılmış,  sevimli  oyunlardan  biri  kimi  daxil 
olmuşdur. 
Bu  gün  respublikada  “Kök  börü”  üzrə 
vahid  qaydalar  tətbiq  olunur.  Yarışlar  komanda 
xarakterlidir.  19  yaşından  cavan  oğlanlar  iştirakl 
qadağandır. Komandanın tərkibi məhduddur. 
Yarış  üçün  yumşaq  torpaqlı,  hamar  səthli  100-
150x200-300 m sahəli, iki başında qapını göstərən 
bayraqlar sancılmış meydança seçilir. Meydançanın 
ortasında 6 m diametrli dairə (mara) cızılır və cəmdək 
ora qoyulur.
Hakimin işarəsi ilə hər komandadan bir oyunçu 
keçini yerdən götürməyə çalışır. Cəmdək qaldırılan 
kimi mücadiləyə digər üzvlər qatılır. Komandaların 
məqsədi  –  cəmdəyi  rəqibin  qapısına  tullamaq  və 
özünün  qapısını  qorumaqdır.  Qalib  –  rəqib  qapıya 
cəmdəyi daha çox dəfə atan komanda sayılır. 
Qaydalar  izin  verilmiş  və  verilməmiş  üsulları 
ayırd  edir.  Məs.,  rəqibin  atının  cilovundan  tutmaq, 
heyvanı  qırmancla  vurmaq,  rəqibin  özünün 
əllərindən,  qurşağından  yapışmaq,  keçini  yəhərə 
bağlamaq,  atını  üstünə  çapan  digər  atın  qarşısına 
köndələn  çevirmək,  meydançanın  hüdudlarından 
kənara çapmaq olmaz.  
“Oodarış” – həmçinin çox populyar at idmanı 
növüdür. Şən, emosional bir oyundur – iki süvari 
bir-birini  atdan  vurub  yıxmağa  cəhd  göstərir. 
Rəqibi atla bahəm yıxmağa da izin verilir. Oyunda 
bunlara  izin  verilir:  rəqibin  qurşağndan,  əlindən, 
bədənindən tutmaq, dizlərini və ayaqlarını rəqibin 
atının  bədəninə,  sağrısına  dayamaq.  Oyunda 
qadağandır: rəqibə, ya atına nə ilə olur-olsun, zərbə 
vurmaq, rəqibin başından, boynundan, saçlarından, 
üzündən  tutmaq,  atın  cilovundan,  yüyənindən 
yapışmaq,  rəqibin  barmaqlarını  burmaq,  qayda 
əleyhinə  fənd  işlətmək,  əllərini  rəqibin  ayaqları, 
üzəngisinin  altına  salmaq,  cilovu  rəqibin  başına, 
əllərinə atmaq.  
Bu  mücadilə  fiziki  hazırlıq,  zirəklik  və  atı 
yaxşı sürmək məharəti tələb edir. Risk ehtimalını 
nəzərə alanda, oodarışı qorxmazların idman növü 
adlandırmaq olar.
“Ər  sayış”  –  cəngavər  turnirlərini  xatırladan 
pəhləvanların  at  belində  nizə  ilə  tutaşmasıdır. 
Vuruşma  açıqlıq  yerdə,  tamaşaçıların  iştirakı  ilə 
təşkil  olunur.  Oyunun  məğzi  ondan  ibarətdir  ki, 
süvarilər çöllüyə çıxıb atı var gücü ilə çapdıraraq 
nizənin  küt  ucu  ilə  rəqibi  yəhərdən  salırlar.  Bu 
oyun  növü  “Manas”  eposunda  rast  gəlinir  və  ən 
qorxmaz,  cəsur  bahadırların  özlərini  sınamasıdır. 
“Ər sayış” qırğızların hərbi keçmişi ilə sıx bağlıdır 
və hərbi zamanın tələbatından doğmuşdur. Bu oyun 
uzun müddət qırğız xalqının hərbi hazırlığının əsas 
vasitələrindən biri olub və qalmaqdadır. 
“Qız  kuumay”  –  əvvəllər  toy  adəti  olan 
populyar  cavan  oyunu.  Bu,  bəylə  gəlinin  və 
dostlarının iştirak etdiyi cıdırdır. Məqsəd – bəyin 
gəlinə çatıb öpməyə çalışmasıdır. 
Oyunun şərtlərinə isnadən, gəlin ən yaxşı atın 
belinə  oturub  cıdıra  birinci  çıxır.  Bəyin  vəzifəsi 
“qaçan”  gəlinə  çatıb  tutmaqdır.  Bununla  bəy 
nəinki  öz  zirəkliyini,  qıvraqlığını  isbata  yetirir, 
həm də gəlinə məhəbbətini təsbit edərək evlənmək 
hüququnu “möhkəmləndirir”.
Ancaq bunu əldə etmək əsla asan iş deyildir. 
Axı bəyin vəziyyəti daha əlverişsizdir – gəlinin atı 
da yaxşıdır, ona bir neçə m imtiyaz da verilir. Belə 
şərait  bəydən  atı  məharətlə  sürmək  bacarığı  və 
təqibi üsulluca qurmaq qabiliyyəti tələb edir. Qıza 
çatmayan igidə sonrakı çıxışlara icazə verilmir.
“Qız carış” – çox gözəl və valehedici mənzərəli 
oyundur.  Qızlar  və  gənc  qadınlar  göyçək  atların 
115


belində,  bəzənmiş  milli  yəhərlərdə,  parlaq  milli 
geyimlərdə starta yığışırlar. Bayramlarda, təntənələr 
zamanı  təşkil  olunan  oyundur.  Tamaşaçılar 
nəfəslərini  qısıb  cıdırın  başlanğıcını  gözləyirlər. 
Yalnız gözəl baş örtüklərindən yarışda neçə qızın 
və gənc qadının iştirakını ayırd etmək mümkündür. 
Qırğız qadınları kütləvi toplum yerlərində libasın 
“forma”sına ciddi riayət etməyi xoşlayırlar. 
Yüksək dağlıq, sərt qış, dərin qarlar şəraitində, 
sürülərlə  yalnız  dar  daş-kəsəkli  cığırla  hərəkət 
etmək  mümkün  olan  yerlərdə,  ensiz  dərələrdən 
axan  gur,  köpüklənə-köpüklənə  guruldayıb  nəfəs 
kəsən çaydan keçərkən atsız keçinmək mümkünat 
xaricindədir.  Amma  qırğız  qadınları  yalnız  ev 
qayğılarını  çəkmirdilər,  məharətlə  at  belində  də 
gəzib  dolaşırdılar.  Bu  barədə  V.İ.Lipski  1906-cı 
ildə yazıırdı: “Mən gözəl mənzərə şahidi olmuşam: 
ən təhlükəli və çətin məkanlarda, dağlarda, gur dağ 
çaylarından keçəndə qırğız qadını sakitcə yol gedir. 
Bir  əlində  körpəsini  tutur,  digəri  ilə  ev  əşyaları 
qablanmış tərs nəri dartır; bu zaman hələ öz atını 
da idarə etməyə macal tapır”.
Qırğız  qadını  balacalıqdan  at  belindədir. 
Yüksək dağlıq, amansız qış, dibi görünməyən qarlar 
şəraitində sürülərlə köç dağların dikdir yamacları 
ilə,  sürətli  çaylarla  hərəkət  edir  –  atsız  keçinmək 
olmur. Ona görə qız jarış, gəlin jarış idman növü 
bu  gün  geniş  miqyasda  istənilən  yarışların, 
bayramların,  xalq  şənliklərinin  proqramına  daxil 
edilir. Bu idman növündə minici qadından yəhərdə 
möhkəm oturuş və çaparı məharətlə sürmək vərdişi 
tələb olunur. 
“Tıyın  enməy”  –  oyunun  mənası  süvarinin 
tam  sürətlə  çapan  atın  belindən  əyilib  yerdəki 
sikkəni  əlinə  götürməsidir. Təbir  caizsə,  igidlərin 
at  belində  özlərini  göstərməsidir.  Müasir  oyunun 
yeni növüdür. 
Çıxış  nöqtəsindən  finişə  qədər  məsafənin 
uzunluğu  100  m-dən  çox  deyil. İştirakçı hakimin 
işarəsi  ilə  start  xəttinə  yaxınlaşır.  Start  xəttindən 
50-60 m uzaqlıqda təmiz, rəvan, açıq rəngli qum, 
yaxud  yonqarla  işarələnmiş  yerdə  tıyın  –  sikkə 
qoyulub. İştirakçı atını dördnala çapdıraraq sikkəni 
qaldırmalıdır.  Asta  yerişə  keçəndə,  yaxud  pulu 
götürən  anda  atın  başını  çəkib  dayandıranda, 
sayılmır,  ikinci  çıxışa  isə  izin  verilmir.  Vaxt 
startdan  finişə  qədər  qeydə  alınır.  Minici  yıxılsa, 
yenidən durub atın belinə oturmalı və finişə qədər 
çapmalıdır. Əks təqdirdə, oyundan çıxarılacaq. Hər 
iştirakçının  üç  çıxışa  icazəsi  var.  Qələbə  sikkəni 
daha çox qaldıran şəxsə verilir.  
“Ordo”  –  tarixi  köklərə  malik  qoyun  aşıqları 
ilə  emosional,  baxımlı  oyundur.  Ciddi  qaydaları 
və sərt tələbləri var. Məğzi ondan ibarətdir ki, hər 
iki dəstə ordonu söküb “xan”ı sərkərdələri ilə əsir 
götürsün.
“Ak  çolmak”  –  Qırğızıstanda  geniş  yayılmış 
gecə  oyunlarındandır.  Ancaq  aylı,  işıqlı  gecələr 
oynanılır. Aparıcı tərəfindən naməlum istiqamətdə 
atılmış ağ yaylığı, ya da ağ çubuğu axtarıb tapmaq 
lazımdır. 
“Arkan  tartış”  –  respublikanın  bütün 
regionlarında geniş yayılmış komandalı güclü kişi 
oyunu.  Hər  iki  komandada  oyunçuların sayı  eyni 
olmalıdır.  Say  məhdud  deyil.  Oyunun  məqsədi  – 
rəqib dəstənin üzvlərini xətdən o yana dartmaqdır. 
Oyun  üçün  örkən  götürülür.  Sonuna  düyün 
vurulur.  Təqribən  2  m  aralıda  üzbəüz  iki  xətt 
çəkilir.  Onların  ortasında  daha  biri  –  başlanğıc 
cızığı çəkilir. Örkənin ortası həmin cızığa qoyulur. 
Hakimin  işarəsi  ilə  dəstələr  kəndiri  qaldırıb 
ikiəlli yapışırlar (kəndirin ortası başlanğıc xəttində 
hakimin dabanı altındadır).
İrəlidə olan oyunçusu başlanğıc xəttini keçən 
dəstə uduzur. 
“Jooluk  taştamay”  –  ən  kütləvi,  ən  geniş 
yayılmış  cavan  oyunu.  Adətən,  gündəlik 
qayğılardan  qurtulan  gənclər  axşamlar,  əksərən, 
aylı gecələrdə çəmənliyə çıxır və oyun başlayır.   
İştirakçılar dairə vurub bir-birinin yanında sıx 
otururlar.  Gənc  oğlan,  yaxud  qız  xeylağı  aparıcı 
yaylığını burub oturanların arxasınca gəzir, yaylığı 
kimə  isə  nəzərəçarpmadan  atmaq  üçün  münasib 
məqam axtarır.  
Oyunun  qaydalarına  əsasən,  oturanlar 
qılçalarını  rahat  qoya  bilərlər,  əlləri  isə  irəlidə 
olmalıdır.  Hərdən  arxanı  əllə  yoxlamağa  icazə 
var.  Başı  çevirmək,  ətrafına  baxınmaq  olmaz. 
Bu  tələbləri  pozanı  “doqquz  qaytan”la  (yaylıqla 
doqquz  zərbə)  cəzalandırırlar.  Yaylıq-qaytanı 
nəzərəçarpmadan  atan  aparıcı  dairə  vurmaqda 
davam  edir,  yaylıq  atılan  adam  bunu  sezmədisə, 
aparıcı qaytanı götürüb ondan qaçan key oyunçunu 
vurmağa  çalışır.  Bu  zaman  hər  ikisi  dairə 
vururlar.  Şansını  qaçırmış  oyunçu  həm  zərbədən 
yayınmalıdır, həm də öz boşalmış yerinə oturmağa 
cəhd göstərməlidir. Həmin oyunçu yerinə oturmağa 
macal tapırsa, aparıcı əvvəlki adam qalır və oyun 
yenidən başlanır.      
“Selkinçək”. Qırğız gəncləri həmişə yelləncəklə 
əylənmişlər. Bir qayda olaraq, xalq bayramlarında, 
toylarda,  digər  tünlük  yerlərdə  daima  yelləncək 
qurmağa təşəbbüs göstərən adam tapılır. 
Əvvəllər,  adətən,  yelləncəyi  asmaq  üçün 
116


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə