Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə39/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   35   36   37   38   39   40   41   42   ...   111

107


Qırğızların  təsviri  incəsənətinin  canlı 
şahidləri  qismində  Yeniseyin  yuxarı  axarlarında 
və  Qırğızıstanın  ərazisində  aşkara  çıxarılmış 
memarlıq və tətbiqi incəsənət abidələri çıxış edir. 
Bu abidələr müasir dövrümüzdə artıq heç bir şübhə 
yeri qoymur ki, köçəri-qırğızlar təsviri sənətkarlığa 
malik  olmuşlar.  Qayaüstü  rəsmlər  qədim 
rəssamların təbiəti və insanların məişətini əl altında 
olan vasitələrlə gerçək əks etdirmək tendensiyasını 
aşkar  nümayiş  etdirir.  Əcdadlarımızın  tarixinin 
təkamülü  daşların  üstündəki  rəsmlərdə  öz  əksini 
parlaq  surətdə  tapmışdır.  Həmin  rəsmlərin 
əksəriyyəti həm ibtidai, həm də sinifli cəmiyyətin 
estetik  dünyagörüşünün  xarakteristikasını  özündə 
ehtiva  edir.  Tədqiqatçılar  isbat  etmişlər  ki,  hər 
qayaüstü  rəsm  gözəllik  axtarışının  nəticəsidir. 
Bu  fikri  qədim  yaşayış  məskəni  Saymalı-Daşda 
tapılmış  heyvanların  şəkilləri,  əkin  və  mərasim 
rəqslərinin  səhnələri  təsdiqləyir.  Hal-hazırda  bu 
abidələr dövlət mühafizəsi altındadır.    
Qayaüstü  rəsmlər  bizə  keçmişdə  mövcud 
olmuş  şamanlardan  bəhs  edir.  Şamanlıq  ruhlara 
inama  əsaslanır  və  şaman  insanla  ruh  arasında 
vasitəçi sayılır. Bundan əlavə, o qədim dövrlərdə 
şaman  həm  də  dastansöyləyən,  özünəməxsus 
“şifahi salnaməçi” idi. Maraqlıdır ki, üstündən min 
illər  keçəndən  sonra  “Manas”  dastanının  məşhur 
ifaçısı  Saqımbay  Orozbakov  yaradıcılıq  ilhamı 
gələn anları vergisini hami-ruhların müdaxiləsi ilə 
izah edirdi.  
Qədimliklə belə müqayisəni əl işi xalçalarında, 
fərqli  zinətlərdəki,  əsrdən  əsrə  təkrarlanan, 
sevimli  qırğız  xalq  naxışlarını  tədqiq  etməklə 
aparmaq olar... Bu gün də qırğız təsviri və tətbiqi 
incəsənətnin  səciyyəvi  keyfiyyəti  sənətşünasların 
rəyincə,  özünəməxsus  məzmunun  və  gözəlliyin 
vəhdətidir.    
Şırdak. Keçə nəqşləri 
Bu gün cahanda kim  qırğız xalçaları – şırdak, 
tuş  kiyiz,  ala  kiyiz  –  barədə,  usta  qadınların 
təkrarolunmaz  əl  işləri  haqqında  eşitməyib? 
Əllə  qoyun  yunundan  əyrilmiş  ipliklə  toxunmuş, 
müxtəlif  heyvanların  rəmzli  təsvirləri,  bəzən  isə 
bütöv səhnələrlə – ovla, toyla, yarışlarla bəzənmiş 
isti keçə şırdak nağılvarı rənglərlə gül açır...
Məs., döşəmə və divar xalçaları – ala kiyizlər, 
şırdaklar, tuş kiyizlər – hər qırğız ailəsinin mütləq 
atributu  və  gəlinin  başlıca  tərkib  hissəsidir.  Ala 
kiyizlərin  və  şırdakların  hazırlanmasına  hər  usta 
qəlbinin bir parçasını qoyur, rəng seçir, şən kolorit 
verir, qeyri-adi nəqş vurur. 
Qırğız  şırdakı  dərhal  tanınır.  Onun  üçün 
yerliyin  və  nəqşin  bərabəliyi,  ritmik  sadəlik  və 
ifadəlilik  xarakterikdir,  naxışları  hədsiz  dekorativ 
və monumentaldır. Koçkor muyuz – qoç buynuzu, 
təkə muyuz – təkə buynuzu, kıyal – təxəyyül kimi 
motivlərin  nisbi  yeknəsəqliyi  ilə  müsbət-mənfi 
yerləşmə prinsipi, xalça naxışının səthi xarakterinə 
və rəng qamması məhdudluğuna rəğmən, zənginlik 
hissiyyatı yaradır.
Ustanın  əvvəlcədən  şəklə  əsasən  kəsib 
doğradığı naxışlar və yerlik parçalarının bir-birinə 
tikilib  birləşdirildiyi  mozaika  texnikası  xalçanı 
mürəkkəb ton uzlaşmalarından məhrum edir. Fəqət 
rəngin özü bundan udub ifadəli bərq vurur, şırdaka 
şən kolorit və dəqiq rəng uzlaşmaları verir: qırmızı 
– abı, qəhvəyi – narıncı, qəhvəyi – bəyaz.
Tonal koloritinə görə ala kiyiz əlvan Ala-Too 
dağlarına  çox  yaxındır.  Vaqiən,  çox  al-əlvandır, 
fəqət  bu  rəngarənglik  dəqiq  çalar  qammasına  və 
ritmik  müəyyənliyə  malik  şirdakla  müqayisədə 
azca sönükdür. Lakin eyni zamanda ala kiyizlərin 
hazırlanmasında qadın ustalar istənilən improvizəni 
əldə  edir,  zira  boyanmış  yundan  keçə  özülə  nəqş 
basanda,  sanki  onun  cizgiləri  bir  qədər  yayılır 
və ənənəvi naxışlar yeni forma və yeni səslənmə 
qazanır. Şırdak 30-40 il xidmət edir, ala-kiyiz iki 
dəfə az. Ancaq onun hazırlanması da ikiqat asandır. 
Bəzəkli keçə məmulatlar qədim ənənəyə malikdir 
və  bəzi  tədqiqatçıların  rəyincə,  onların  ornament 
və  texnika  kökü  skif  dövrünün  sənət  abidələrinə 
qədər uzanıb gedir. 
Tuş-kiyiz – xonçalı və enli yelənli düzbucaqlı 
xalçadır. Yelənin yuxarı hissəsi xonçanın dərininə 
işləyən  bir,  iki,  yaxud  üç  üçbucaqla  –  tumarla 
bəzənə bilər. Ornamentdə tumar qədimdən amulet, 
gözmuncuğu rolunu oynayır.
Tuş  kiyuza  məxmər,  ipək,  mahud,  satin  və 
plüş kimi rənginə və quruluşuna görə nəzərəçarpan 
parçaların vəhdəti parlaq dekorativlik bəxş edir. 
Lakin  bu  vəhdət  yalnız  bayramsayağılığı, 
motivlərin 
zənginliyini, 
tikmənin 
boya 
rəngarəngliyini  vurğulayır.  Ustalar  tikməni  sanki 
yelənin  tikilməmiş  yerliyində  ornamental  portalı 
qabardaraq effektlə nümayiş etdirirlər. 
Nə  qədər  usta  qadın  varsa,  bir  o  qədər  də 
xalça naxışı var. Qırğız naxışlarında çox vaxt Ana-
hami  –  Umay-ənənin  surəti  canlandırılır.  Umay-
ənənin  əbədi  yol  yoldaşını  qırğızlar  ilxıçı  quşu 
adlandırırlar. İlxıçı quş da Umay-ənə kimi tifilləri 
qoruyur,  onlara  pasiban  durur,  ona  görə  qırğızlar 
108


“Ala kiiz”
109


heç  vaxt  ilxıçı  quşa  daş  tolazlamır  və  uşaqlarına 
belə bidəti də qadağan edirlər. 
Qırğız naxışlarını tədqiq edən bir çox rəssamlar 
onların  peyzaj  janrı  ilə  yaxınlığını  qeyd  edirlər. 
Nəqşlərin  arasında  dağ  zirvələrinin  uca  ağlığına, 
bayçeçeklərin (novruzgülü) ağ ulduzlarına və yanar 
zanbaqlara təsadüf etmək olar. Qırğız incəsənətinə 
xas bütün bu motivlər öz canlı təcəssümünü döşəmə 
xalçalarında – ala-kiyiz və şırdakda tapmışdır (ala-
kiyiz  –  boşamtraq  keçə  əsasının  içinə  müxtəlif 
rənglərlə  boyanaraq  düzülmüş  ondan  da  boş  yun 
əlçimlərinin  salınması;  şırdak  –  keçə  yerlikdə 
boyanmış keçələrdən nəqşli qurama).
“Biz  qırğız  xalçalarında  xətlərin  və  bəzəyin 
həyatiliyinin,  cizginin  ifadəliliyinin,  işığın 
təzadının  və  kompozisiyanın  tamlığının  şahidi 
olduq”, – sənətşünas A.Romm yazır.    
Həqiqətən,  qırğız  ornamentinin  sevimli 
quruluşu  oval  və  yarımdəyirmi  xətlər,  aparıcı 
rənglər  isə  qırmızı  və  göyün  vəhdətidir.  Hər  şey 
məhz bu çalarları seçmiş müdrik ustalar tərəfindən 
düşünülmüşdür,  axı  qırmızı  və  göyün  uzlaşması 
təmiz səma və çiçəklənən bahar torpağının rəmzidir.
Keçmişin  dərinliklərindən  süzülüb  gələn 
ustalıq  nəsildən  nəslə  ötürülmüşdür  və  bu  gün 
alimlərin  arasında  belə  bir  rəy  mövcuddur  ki, 
qırğız  xalçalarının  nəqşləri  əsrlərin  özünəməxsus 
salnaməsi, əcdadlarımızın gələcəyə “namə”ləridir.
Deməliyik  ki,  tekstilin  növü  kimi  keçə 
məmulatlar  Qırğızıstanda  qədim  çağlardan  geniş 
yayılmışdır.  Keçədən  baş  örtükləri,  arxalıqlar, 
şırdaklar  tikilirdi.  Keçə  isidici  material  kimi 
də  işlənirdi.  Keçə  –  hər  şeyə  yarayan  çox  yaxşı 
materialdır.  Onun  dəyərli  xassələri  və  usta  qadın 
tərəfindən  məmulata  ötürülmüş  insan  enerjisinin 
istisi  sahibinə  sakitlik  və  ev  rahatlığı  bəxş  edir. 
Keçədən  çantalar,  başmaqlar,  suvenirlər  və 
qalpaqlar bu gün cazibədar ölkəmizə ən azı bir dəfə 
gəlmiş  müxtəlif  turistlərin  vətənlərində  hərgünkü 
həyatda istifadə olunur.    
   
Qırğız çiyi
Bizim  yerlərdə  olmuş  amerikan  alimi  Con 
Sammers  “Qırğız  çiyi”  adlı  kitab  nəşr  etmişdir. 
Onun  dediyinə  görə,  yalnız  qırğızlar  –  dünyada 
yeganə  xalq  –  çiydən  gözəl  zinətlər,  hər  cürə 
suvenirlər və ev əşyaları hazırlayırlar. 
Çiy  evi  tozdan  və  güclü  küləkdən  yaxşı 
qoruyur.  Gecə  və  səhər  ertədən  qırğızlar  adətən, 
yurtanın  ətəyini  açırlar,  xalçanı  çirmələyirlər  və 
taxta  kereqeyə  bağlayırlar  ki,  yurtanın  çiydən 
düzəldilmiş taxta barmaqlıqlarının arasından təmiz 
dağ havası girsin.
Yurtanın  mərkəzindəki  ocağın  üstündə  xörək 
bişirərkən, çiy alovu artmağa qoymur və tüstünün 
yurtaya yayılmasının qarşısını alır.
Çiydən  toxunmuş  həsirlər,  əlvan  divar 
mənzərələri,  çoxlu  irili-xırdalı  əşyalar,  qadın 
çantaları,  uşaq  gəlincikləri  göz  oxşayır  və 
qadın  ustaların  əllərinin  istisini  və  günəşin 
hərarətini insanlara ötürür. Bütün bunların hamısı 
özünəməxsus  möhkəm,  nazik,  elastik  “qırğız 
bambuku”nun məhsuludur.
Bu gün Qırğızıstanda tətbiqi incəsənətin xalq 
ənənələrini  bərpa  edən  və  inkişaf  etdirən  ustalar 
var.  “Kıyal”  birliyinin  ustalarının  fəaliyyəti  ona 
istiqamətlənmişdir  ki,  milli  dekorativ-tətbiqi 
incəsənətin  unudulmuş  üsulları  və  texnologiyası 
öyrənilib  bərpa  edilsin.  Ustalarımızın  məhsulları 
nəinki  respublika  daxilində,  həmçinin  onun 
hüdudlarından  kənarda  ad-san  çıxarmışdır. 
Məhsullar  çoxsaylı  sərgilərdə  və  yarmarkalarda 
qızıl, gümüş və bürünc medallar qazanmışdır. 
Yatağın darlığı – darısqallıqdır, 
Qəlbin darlığı – zülmdür;
Yerin darısqallığı eyib etməz
Ürək geniş olsun.
110


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə