Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə40/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   36   37   38   39   40   41   42   43   ...   111

“Çiy”
111


Xalq oyunları
Min illər ərzində qırğız xalqı yadelli işğalçılarla 
mübarizə  aparmışdır.  Hərb  həyatı,  yürüşlər  və 
qovğalar dözüm, dəyanət, qüvvə, çeviklik, zirəklik 
tələb  edirdi.  Bunların  hamısı  milli  oyunların 
xarakterində də müəyyən izlər qoyurdu.
Sonralar,  müharibələr  xətm  olunanda,  oyun 
və  yarışlar  hərbi  vuruşma  çalarını  itirir  (“Cambı 
atmay”  –  atın  belində  çaparaq  atma),  bəziləri 
isə  büsbütün  ölüb  gedirdi  (“Sayış”  –  at  belində 
nizələrlə savaş). Oyunlar idman, istirahət, əyləncə 
xarakteri alırdı.
Köç  həyatının  səciyyəsi  bir  çox  oyuna 
köçərinin mütləq yol yoldaşı – atı, qaçağan çaparı 
daxil etmək tələbini irəli sürürdü.
Lakin sovet hökumətinin torpağımıza gəlişi ilə 
kamandan ox atmaq qadağan olundu. Ağsaqqallar 
bunun bircə səbəbini izah edirlər – elə hallar olurdu 
ki,  qırğızlar  çilləyə  ox  qoyub  çəkməklə  yadelli 
zalımları hədəfə götürüb bir atəşə məhv edirdilər. 
Bir  neçə  onillik  ərzində  qırğızlar  kamandan  ox 
atmağa  yadırğadılar.  Bu  gün  həmin  idman  növü 
demək  olar  ki,  dirçəlir  və  Qırğızıstanın  idman 
həyatında  yenilik  sayılır.  Dövlət  səviyyəsində 
“Oodarış”  (minicini  yəhərdən  vurub  salma),  “At 
çabış” (cıdır), “Qız kuumay” (qıza çat) və b. kimi 
milli idman növləri təsbit olunmuşdur.    
Xalq  oyunları  qırğız  dastanı  “Manas”da  çox 
koloritli  və  dolğun  təsvir  olunmuşdur. Akademik 
V.V.Radlovun təbirincə: “Hərbi yürüşlər, elçiliklər, 
dəfn  mərasimləri,  cıdırlar,  ev  məişəti  və  s.  epik 
genişliyi ilə canlanır”.
Qırğız kişiləri və qadınları, gəncləri və uşaqları, 
sinli  adamları  bu  gün  də  at  belində  istənilən  dağ 
yolunda çapa, daşl-kəsəkli cığırlarla yuksəkliklərə 
qalxa, aşırımları aşa bilirlər. 
Son  19-20  ildə  “kureş”  (güləş),  at  oyunları 
“ulak  tartış”,  “toquz  korqool”  və  b.  kimi  milli 
idman növləri fəal bərpa olunub yenidən gündəmə 
gətirilir. 
Milli idman növləri üzrə ən iri yarışlardan biri 
1997-ci ildə keçirilmiş Qırğız Respublikasının milli 
idman növləri və milli oyunları üzrə I Spartakiadası 
oldu.  İlk  dəfə  yarışlara  “Burkut  saluu”  (qartalla 
ov)  və  “Quş  saluu”  (şahinlə  ov)  daxil  edilmişdi. 
Bu  idman  növləri  qırğızları  mahir  ovçular  kimi 
xarakterizə  edir.  Yarış  iştirakçıları  quşları  idarə 
etməkdə  məharət  göstərirdilər.  Yırtıcı  quşlar  isə, 
ümumiyyətlə, təlimə çox çətinliklə yatır.   
“Berkutla, yaxud qırğı ilə ov”. Bu yırtıcı quşları 
insana xidmət etmək üçün əhliləşdirmək məqsədilə 
təlimçi, quşların xarakter və vərdişlərini bilməli, bu 
tutağan quşların imkanlarına bələd olmalıdır.  
Hal-hazırda  ölkəmizdə  berkutla  canavar  və 
tülkü, qırğı ilə dovşan və qırqovul ovuna çox sayda 
ovçu çıxır. 
Yerli  yaşlı  adamlar  nəql  edirlər  ki,  qırğızlar 
çox yaxşı atıcı olmuşlar. Bu fakt heyrət doğurmur, 
zira ov – qırğızlar üçün bütün sülbə azuqə, geyim 
verən aparıcı peşələrdən olub. Böyük ziyafətlərdə, 
yaxud əsilzadə insanın yas məclislərində kamandan 
oxatma  üzrə  özünəməxsus  yarış  keçirilirdi. 
Deyilənə görə, hətta ad-sanı doğma diyardan çox-
çox uzaqlara yayılan mahir atıcılar var imiş.     
Ancaq güman ki, qırğızların ən sevimli idman 
növü “kureş”dir – unudulmaz və vaqiən, təntənəli 
bir mənzərə olan pəhləvanlar güləşi. Məhz burada 
güləşçilərin  qücü,  təpəri  tam  dolğunluğu  ilə 
açılıb nümayiş edilir. Belə güləş yarışları bir çox 
xalqlarda populyardır. Amma qırğız güləşçilərinin 
yarışları  onunla  fərqlənir  ki,  bütün  tutaşmaları 
komuzçular  müşayiət  edir,  mücadilənin  şərhini 
verir,  yarışmaçıların  qüvvəsinin  və  cəsarətinin 
şöhrətini göylərə qaldırır.
Bu  yarışlar  –  lakmus  kağızı  kimi  millətin 
pəhləvan  qüvvəsini  səhvsiz  təyin  etməyə 
imkan  yaradır.  Axı  qırğızlar  əyyami-qədimdən 
pəhləvanları  ilə  ad  çıxarmışlar.  Cantaraq  qırğız 
oğullarının  qüvvə  və  qüdrəti  unikal  “Manas” 
əsərində tərənnüm edilmişdir. Orada Koşoy bahadır 
ondan heç də gücdə geri qalmayan qırğız Joloyun 
kürəyini  yerə  qoyur.  Onu  da  vurğulamalıyıq  ki, 
eposda  əski  təsvirlər,  təbir  caizsə,  kureşin  hədsiz 
112


Torobəyov S.S. Diptix “Kok Boru” Sağ hissə, 2010-cu il, kətan, yağlı boya, 90 x 100
Qaçağan nə qədər uzağa çapsa
Sürətini bir o qədər artırar;
Çılğın at hamını ötər.
113


dəyərli əzəli təfərrüatları əks olunmuşdur. Bu gün 
məhz o növ respublikada yenidən gündəmə gətirilib 
dirçəldilir. 
“Jambı  atmay”  –  at  belində  çapa-çapa 
oxatma.  Bu,  qırğız  milli  idman  növlərinin  ən 
qədimlərindəndir.  Jambı  –  gümüş  xəlitəsi,  yaxud 
digər  vəzndə  ağır  cavahirdir  və  maili  basdırılmış 
payadan mükafat kimi asılmışdır. Oyunun şərtlərinə 
görə yarışmaçı at belində çaparaq qaytanı oxlamalı 
və jambını yerə salmalıdır. 
Bu gün silahdan tarım çəkilmiş ipə və ondan 
asılmış  metal  xəlitəsinə  atəş  açırlar.  “Cambı 
atmay”  oyununa  16  yaşından  yuxarı,  silahı  yaxşı 
işlətməyi  bacaran  və  yəhərdə  möhkəm  oturan 
şəxslər buraxılır.  
XX əsrin əvvəlinə qırğızlarda ondan artıq cıdır 
növü  var  idi:  tay  çabış  -    üçyaşar  və  daha  cavan 
dayçalarla cıdır; kunan çabış – üçyaşar qulunlarla 
cıdır; bıştı çabış – dördyaşar atlarla cıdır; at çabış 
–  böyük  atların belində  müxtəlif cıdırlar.  Onların 
arasında ən populyarı isə dəfn mərasimində təşkil 
olunan çon at çabış idi. 
“At  çabış”  –  cıdır.  Bu,  qədim  və  ən  geniş 
yayılmış  idman  növüdür.  Demək  olar  ki,  qırğız 
xalqının ən sevimli və ən başlıca idmanıdır. Cıdır 
üçün oynaq və dözümlü, uzaq məsafələrə qaçışa tab 
gətirə  biləcək  atları  seçirlər.  Təcrübəli  məşqçilər, 
adətən,  böyük  cıdırlara  təkyaşar  dayçaları  (tay 
çabış) hazırlayır, təlim keçir və il yarımlıqda cıdıra 
çıxarırlar (kunan çabış).  
Əvvəllər  at  çabışı  fərqli  səbəblərə  görə,  çox 
vaxt bayramda, yainki dəfndə təşkil edirdilər. Qalib 
ləl-cavahirat  və  heyvan  mükafat  alırdı.  Cıdırda 
bütün cinslərdən və hər yaşda atlar iştirak edirdi. 
Hər  məşqçi  (sayapker)  çaparı  çıxışa  özü  bildiyi 
kimi  hazırlayırdı.  Ekspertlər  (sınçi)  atın  köklüyü, 
əzələ  quruluşu,  qan  damarları,  tənəffüsü,  yerişi 
əsasında  cıdıra  hazır  olub-olmamağını  səhvsiz 
təyin edirdilər.   
Bu  idman  növü  ilə  indinin  özündə  də  iri 
təntənəli  tədbirlərin  açılışı  başlayır,  bağlanışa 
xitam verilir.   
Ola  bilsin,  cavan  nəsildə  güc,  qorxmazlıq  və 
hünər  tərbiyə  edən  qırğız  atçılıq  idman  növləri 
haçanlarsa dünyanın olimpiya oyunları sıyahısına 
daxil ediləcək.
“Jorqo  salış”  –  yorğaların  uzaq  məsafələrə 
idman cıdırları. Qırğızlarda yorğa – sevimli atdır. 
Yorğa  atın  gözəl,  axıcı,  ritmik,  iti  qaçışı  həmişə 
tamaşaçıların  və  süvarilərin  heyranlığına  səbəb 
olur. Gələcək minicinin hazırlığı erkən uşaqlıqdan 
başlanır  və  9-10  yaşlı  oğlan  xeylağı  peşəkar 
miniciyə  çevrilib  böyük,  kiçik  yarışlarda  jokey 
şəxsində iştirak edir.  
Bu idman növünün həvəskarları jorqonu minik 
atının  ən  yüksək  keyfiyyəti  hesab  edirlər.  Burada 
nəinki qaçışın sürəti və dəyanət, həmçinin heyrətamiz 
dərəcədə rəvan, tərpənişsiz qaçış nümayiş etdirilir.
Qırğız xalqı yorğalar haqqında çox atalar sözü 
və zərbül-məsəllər qoşub: “Yorğa ata minənə yoldaş 
olma”, “Bir gün ömrün qalıbsa, günün yarısını yorğa 
atın belində keçir” və b. 
Yorğa atların yarışları hal-hazırda yüksək dağlıq 
otlaqlarda  və  cıdır  yollarında  keçirilir.  Yarışlara 
həddi-büluğa  çatmış  minicilər  və  yorğa  atı  idarə 
etməyə qədərincə vərdişli yeniyetmələr buraxılır. 
Qırğız  üçün  yorğa  –  xüsusən  sevimli  atdır. 
Yorğalar at belində gedən minicilər üçün çox dəyər 
kəsb  edir,  çünki  yorğa  yeriş  süvari  üçün  çapıq  və 
xoşdiur; at ayaqları üstə aşırılır və minicini tərpədib 
silkələmir. Ələlxüsus, yorğa atın belində hamar səthli 
uzaq məsafələri qət etmək rahatdır – düzəngahları və 
preriyaları.
Qırğızların  yorğalara  xüsusi  sevgisi  bir  çox 
atalar  sözündə  inikasını  tapmışdır.  Məs.,  deyirlər: 
“Corqo  mingendey  –  elə  həzz  alıram,  sanki  yorğa 
belində  oturmuşam”;  “corqo  süylöö  –  yorğa  çapan 
kimi  rəvan  və  səlis  danışmaq”;  “kişinin  corqosu  – 
yorğa adam” – komuzçunu, virtuoz musiqiçini belə 
adlandırırlar və s.    
Hər qırğızın gözündə yorğa at göyçəkdir. 
Çingiz Aytmatov “Əlvida, Gülsarı!” povestində 
yorğa atın yerişini belə təsvir edir:
“... Və o an gəlib çatdı. Çapar atlar yorulmağa 
və tədricən geriləməyə başladılar, yorğa isə hələ-hələ 
sürət götürürdü. “Çu, Gülsarı, çu!” – at sahibinin səsini 
eşitdi və günəş daha sürətlə üzü bəri yuvarlandı. Və 
çatdığı, sonra arxada qoyduğu minicilərin hiddətdən 
əyilmiş  sifətləri,  havaya  qulaylanmış  qırmanclar, 
dişləri ağaran, xırıldayan atların başları bir-bir ötüb 
keçdilər.  Naqafil  yüyənin  və  cilovun  hakimiyyəti 
qeybə  çəkildi,  Gülsarı  üçün  nə  yəhəri,  nə  süvarisi 
mövcud  oldu  –  atın  batinində  yalnız  qaçışın  odlu 
ruhu baş qaldırdı...
Hər şeyə rəğmən, irəlidə yan-yana iki at çapırdı, 
tünd  boz  və  kəhər.  Heç  birisi  güzəştə  getmir,  geri 
qalmır,  minicilərinin  hayqırtıları  və  qamçıları  ilə 
qızışdırılaraq irəli şığıyırdılar. Onlar güclü çaparlar 
idi.  Gülsarı  uzun  müddət  qovub  atlara  çatdı  və 
yoxuşda, nəhayət, ötüb keçdi. Təpəliyin üstündə elə 
bil  böyük  dalğanın  belinə  sıçradı,  bir  anlığa  sanki 
uçuşda çəkisiz donub qaldı...”  
“Ulak tartış” yaxud “kok börü” – keçi cəmdəyi 
uğrunda süvarilərin tutaşması – qırğız xalqının çox 
114


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə