Üç qırğız bahadırı – Koşoy, Kojomkul və Kanıbəy
Osmonəliyev haqqında
Toktoqul
vadisinin
daş
darvazasına
yaxınlaşdıqca yəhərəbənzər əcaib dağ diqqəti
özünə çəkir, sanki kimsə dağı Narın çayının sahilinə
yaxın çəkib.
Əski əfsanə söyləyir ki, bunu Koşoy nəhəng-
bahadır edib. Guya çayın qarşısına bənd atıb
suyunu vadiyə döndərmək istəyirmiş. Yalnız
üçüncü cəhddə, yüz Tibet öküzünün ətini yeyib yüz
ilxının kumısını içəndən sonra yekə kətmənlə dağı
yerindən tərpədə bilib. Amma pəhləvan Narının
məcrasını dəyişdirməyə nail olmayıb – gərgin
işdən ürəyi partlayıb. Kətmənin dağın ortasında
şırımlayıb qoyduğu izinə görə insanlar ona sonralar
Kətmən-Tübə adını vermişlər.
Əfsanəvi qırğız pəhləvanı Kaba uulu
Kojomkulun adını çəkməməyim ədalətsizlik olardı.
Vaxtilə onu “rus Poddubnı” adlandırırdılar. Fiziki
göstərişlərinə əsasən rus pəhləvanlarından geri
qalmırdı – boyu 197 sm, çəkisi 164 kq. Entuziast
olaraq kureş və oodarış üzrə yarışlar təşkil edir, çox
vaxt şəxsən özü də yarışırdı. O vaxt ən sadə idman
qurğularının inşasına böyük diqqət yetirirdi.
Kojomkulun
bugünkü
həyatı
dildən-
dilə ötürülən əfsanəyə çevrilmişdir. Suusamır
düzəngahlarında hamı bu pəhləvanı tanıyırdı. Bu
günün özündə vadidə adam hündürlüyündə daş
parçası durur – pəhləvan bayram günlərinin birində
qoca çobanın xahişi ilə daşı çayın məcrasından
götürüb yurtanın yaxınına aparmışdı. Yurtaya qədər
məsafə isə yüz m olardı… Bu gün Kojomkulun
həmyaşları ixtiyar kişilər daşı onun abidəsi hesab
edirlər.
Daha bir misli görünməmiş hadisə baş
vermişdi. 1921-ci ildə Kojomkulu Semireçensk
(Yeddiçay) vilayətinin I kasıblar qurultayına
nümayəndə qismində dəvət etmişdilər. Şahidlərin
danışdığına görə, bir dəfə qurultaydan sonra
nümayəndələr parka toplaşıb istirahət edəndə,
ixtiyar bir kişi at belində onlara yaxınlaşır – öz
gözü ilə pəhləvanı görüb onun qüvvəsindən
əminlik hasil etmək niyyəti var imiş. Kojomkul çox
fikirləşmədən kişinin atının altına girib yekə əlləri
ilə atın ayaqlarını qucaqlayaraq üstündəki minici
ilə parkın çıxışına aparır. Hamı heyrətə gəlir. Ahıl
kişi isə ağlayıb Kojomkulu bağrına basır və deyir:
“Sağ ol, oğul. Belə bir oğlumun olmasını istərdim”.
Bax beləcə qırğız bahadırın həyatı epik tarixə
çevrildi. Bu insanın xatirəsi əbədiləşdirilmişdir:
Qırğızıstanda güləş idmanı Federasiyasının qərarı
ilə hər il qırğız xalqının görkəmli oğlu Kojomkul
Kaba uulunun xatirəsinə həsr olunmuş sərbəst
güləş üzrə yarışlar keçirilir.
Həmyerlimiz Kanıbəy Osmonəliyev ağır
atletikada ilk SSRİ çempionu olmuşdur. Mənə
danışmışdılar ki, finalda Kanıbəy Osmonəliyev
Koreyadan olan çox güclü rəqiblərlə mücadiləyə
çıxmışdı. Ştanqadan yapışanda, tamaşaçılar onun
dodağının altında pıçıldadığını görmüşdülər –
ardınca dartıntı, təkan… və ştanqa pəhləvanın
başı üstündədir! Təəccüblüsü odur ki, məşqlərdə
Kanıbəy Osmonəliyevə bu ağırlığın öhdəsindən
gəlmək nəsib omurdu. Sonradan ondan nə
pıçıldadığını soruşanda, Manasın ruhunun ona
yardım etməsi üçün dua etdiyini cavab vermişdi.
Kanıbəy indiyəcən əmindir ki, məhz Manasın
ruhu ştanqanı qaldırmağa ona kömək göstərmişdi.
Ölkəmzin tarixində Kanıbəy ilk qırğız idmançısı –
Olimpiada çempionu olmuşdur. Yəqin ki, genlər
rolunu oynamışdır, axı necə də olsa, Kanıbəy Koşoy
bahadırın və Kojomkul pəhləvanın nəslindəndir.
İgid şərəf üçün doğulur,
Şərəf uğrunda ölür.
122