Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə36/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   32   33   34   35   36   37   38   39   ...   111

Matayev J. “Gəlin” 2011-ci il, kətan, yağlı boya, 60 x 75
99


Körpənin doğuluşu, ad seçimi
İnsanın  doğuluşu,  bütün 
dünyada  olduğu  kimi  bizim  də 
xalqımızda  bir  çox  əski  ayin  və 
ənənələrlə  nurlanır.  Bu  ənənələr 
hal-hazırda 
müasirlərimiz 
tərəfindən  də  əziz  tutulur,  onlara 
ehtiram  göstərilir.  Elə  ekzotikləri 
var  ki,  ayrı  heç  yanda  qarşıma 
çıxmayıb.  Məs.,  çağanı  ananın 
sinəsinə  salmazdan  əvvəl  ağzına 
bircə  tikə  ərinmiş  yağ  qoyurlar 
ki, balacanın sonrakı həyatı o yağ 
parçası  kimi  şirin  olsun,  ömür 
yolu  isə  hamar  getsin.  Yalnız 
bu  prosedurdan  sonra  ana  uşağı 
əmizdirməyə başlayır. 
Ana  südü  yəqin  bütün  insanlar  kimi,  qırğız 
üçün  müqəddəsdir  və  insan  ömrü  boyu  əlindən 
gələni etməlidir ki, ananın südü halal olsun.
Belə inanc var ki, körpə yuxuda gülümsəyirsə, 
qoruyucu-mələk  yuxusuna  girib,  yarıörtülü  gözlə 
yatırsa, qismətinə göyçək qızla evlənmək yazılıb...
Qırğız  laylaları,  bir  qayda  olaraq,  çox  lirik 
və  həlimdir  və  əksərən,  ətraf  dünya  haqqında 
bəhs  edir,  sanki  balaca  insancığazı  quşlarla  və 
heyvanlarla: bülbüllərlə, bildirçinlərlə, durnalarla, 
sərçələrlə,  çəpişlə,  nərçə  ilə  görüşə  hazırlayır... 
Laylalarda uşaqlardan canlı aləmə ehtiyatla, ehmal, 
məhəbbətlə yanaşmağı xahiş edirlər ki, gözəl quşlar 
daima insanların yanına uçub gəlsin, heyvanlar isə 
hürkmədən yaxınlaşsınlar...  
Ümumiyyətlə,  qırğızlara  heyvan  balalarına 
riqqətlə  yanaşmaq  xasdır.  Təsadüfi  deyil  ki, 
nəvazişlə  övladlarımızı  belə  adlarla  çağırırıq: 
qulunum (dayça), botom – nərçə.  
Qırğızlar qədimdən körpəyə ad seçiminə böyük 
məsuliyyətlə yanaşmışlar. Hesab olunur ki, düzgün 
seçilmiş isimdən uşağın taleyi çox asılıdır. 
Müsəlman  adətinə  görə  uşağa  adı  nəsildə  ən 
möhtərəm  şəxs  üç  dəfə  “Allahu-əkbər”  deyərək 
verir.  Bunu  deyərkən,  həmin  şəxs  sanki  Xaliqi 
məlumatlandırır  ki,  dünyada  belə 
ismi-şəriflə  insan  zahir  olub  və 
onun üçün Yaradandan mərhəmət, 
nüsrət diləyir. 
Çağanın  valideynləri  üçün 
ad  verimi  çox  məsuliyyətli 
missiyadır, çünki ata-ana körpə ilə 
əlaqədar  gələcəyə  böyük  arzular, 
ümidlər  bəsləyir.  Bəzən  körpəyə 
adı anadan olmamış verirlər, ancaq 
bu nadir hallarda vaqe olur. Belə 
vaxtından  əvvəl  advermə  bata 
–  nəsildəki  ən  möhtərəm  ixtiyar 
qocadan xeyir-dua və xoş arzular 
almaq  niyyətini  güdür.  Məs., 
“Manas”  dastanında  Manasın  yoldaşı  Kanıkey 
Koşoyun ricası ilə oğlu hələ boyunda olarkən onu 
Semetey  adlandırmışdı.  Bu  qədim  ənənə  hələ  də 
yaşamaqdadır.  Çağanın  adına  xeyir-dua  verilməsi 
çox mühüm iş hesab olunur. 
Yeri  gəlmişkə,  xoş  bir  ənənə  barədə  kəlmə 
kəsmək  istərdim.  Hərgah  ən  yaxın  qohumların 
övladı  olmursa,  çox  vaxt  qırğızlar  o  ailəyə  öz 
övladlarından  birini  verirlər  və  əmin  olurlar  ki, 
uşaq həmin ailədə sevimli və xoşbəxt yaşayacaq. 
Ölkəmizdə tanınmış və möhtərəm xalq yazıçısı 
Keneş Jusupov ibrətamiz bir söhbət edirdi ki, çox 
məşhur bir kişinin gözünün ağının-qarası, savadlı, 
ağıllı-kamallı yeganə oğlu tədricən içkiyə qurşanır, 
sonda  lap  yolunu  itirir.  Tanış  ağsaqqallardan  biri 
ailəyə  məsləhət  görür  ki,  ola  bilsin,  oğlanın  adla 
bəxti gətirməyib və nə qədər gec deyil, ona ayrı, 
daha alicənab ad vermək və ada xeyir-dua almaq 
qəsdilə  qonaq  çağırmaq,  qoyun  kəsmək  lazımdır. 
Yolunu  azmış  oğul  uzun  müddət  bu  niyyətə  əks 
çıxır,  lakin  nəticədə,  nənə  oğlanı  yola  gətirməyi 
bacarır:  bəlkə  Allah  bəxtini  verər?  Ağsaqqalları 
dəvət  edirlər,  kiçik  ziyafət  qururlar,  qonaqlar 
hamılıqla  yeni  adı  bəyənir...  Həqiqətən,  tezliklə 
oğlan spirtli içki qəbul etməyi azaldıb tərkidir, haqq 
yoluna gəlir, arvadı ilə barışır, ailəsinə qayıdır.
100


Belə olur ki, çağaya adı məhz həmin gün evə 
ilk daxil olan şəxsin şərəfinə verirlər. Bu gün hələ 
b.e.ə.  V  əsrdə  mövcud  olmuş  çox  qədim  adlara 
təsadüf olunur. Məs., Turan, Kaqan, Tegin, Bars...  
Atantay,  Joomart  (comərd,  səxavətli) 
adlarını  ən  mehriban  körpələrə  verirlər.  Belə 
əhvalat  söyləyirlər  ki,  bir  qadın  balacasının  süd 
yeməkdən  imtina  etməsindən  narahat  olubmuş. 
Uşaq qətiyyən anasının sinəsinə yaxın düşmürdü. 
O zaman müdrik bir adam qadına yad çağanı, bir 
ac  yetimi  doyuzdurmağı  məsləhət  bilir.  Qadın 
yad  balacanı  yedizdirdikdən  sonra  öz  çağası  tam 
sakitliklə südünü yeməyə başlayır. Digər balacanı 
isə ac quşları görəndə həmişə ağlamaq tuturmuş... 
Çağaların xeyirxah qəlblə anadan olmasına çoxlu 
misal  gətirmək  olar.  Qırğızlar  bu  cür  balacalara 
Atantay, Joomart və b. adları verirlər. 
Çox vaxt çağaya ad verəndə, sanki ətraf aləmi 
peşkəş  edirlər:  Kolbəy  –  göl  sahibi,  Taalaybəy 
–  xoşbəxtlik    sahibi...  Uzağa  getməyəcəyəm. 
Özümün iki qızım, iki oğlum var. Hələ xırdadırlar: 
böyük qızım Kanayımın yeddi yaşı, ortancıl oğlum 
Elimbəyin dörd yaşı var. Ancaq oğlan yaşına görə 
yetərincə  kamallı  uşaqdır.  Bir  dəfə  onu  özümlə 
İssık-Kula  istirahətə  aparmışdım.  Sahildə  gəzişir, 
söhbətləşirdik. Uşağın bacılarının, kiçik qaqaşının 
adlarının  mənasını,  nəyin  kimə  mənsub  olmasını 
orijinallıqla “açmağına” mat-məəttəl qaldım:
“Ay  –  göydəki  aydır,  demək  ay  Kanayıma 
məxsusdur.  Kun  –  günəşdir,  ona  görə  günəşin 
sahibəsi  Kunayımdır.  Dağlar  –  Tenirbəyindir. 
Anamız  Şatquldur  –  güllərin  hamısı  ananındır. 
Mən isə Elimbəyəm , demək bütün xalq mənimdir. 
Axı el – millətdir...”
Bax  biz  beləcə  təbiətin  başlıca  sərvətini 
mənimsəmişik!     
İlyina L.A. Analıq silsiləsindən “Səadət” (Sevinc) 1967-ci il, Bişkek, linoqravür, 90 x 50
101


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə