Andlar
Keçmiş əyyamlarda dostlar ağır yürüşdən əvvəl bir-biri ilə sədaqət əhd-
peymanı bağlayır, andı möhkəmlətmək üçün bir camdan su içirdilər.
Onlardan hər birinə yaxşı əyan idi ki, andın pozulması ölümdən qorxuncdur.
Xalq hesab edirdi ki, həyatın atası – Günəşdir, anası – Torpaq, qanı – Su, ruhu –
Havadır.
Andını pozan insan özü özünü bu sözlərlə lənətləməli idi:
– Qoy məni sonsuz səma cəzalandırsın!
– Qoy məni məhsuldar torpaq cəzalandırsın!
– Qoy məni müqəddəs cümə cəzalandırsın!
– Qoy məni dibsiz qəbir cəzalandırsın!
– Qoy ən müqəddəs şeylərimdən məhrum olum!
– Qoy məni Tenir-Too dağları və Manasın ruhu cəzalandırsın!
– Qoy bu zülmət gecədən sağ çıxmayım!
– Qoy günün doğmasını görməyim!
– Qoy günün batmasını görməyim!
– Qoy hər şeyə ay şahid dursun!
– Qoy məni dogma torpağımın duzu cəzalandırsın!
Manasın döyüşçüləri yürüşdən əvvəl bu sayaq and içirdilər:
Andı pozana Göy Səmanın
Açılmış
sonsuzluğu cəza kəssin,
Qara Torpağın
tüklü sinəsi,
Andı pozanı cəzalandırsın,
Qoy isti qanı yerə tökülsün!
Məsləkdaşlar bir-birinə belə and içirdilər: “Ölsək, bir çalada ölərik. Sağ
qalsaq, sonradan bizi təpənin başında hörmətlə dəfn edərlər!”
Ola bilsin, çoxları 1993-1996-cı illəri xatırlayır. O illərin kədərli şöhrəti həmin
dövrdə çağırışçıların çoxunun hərbi hissələrdən fərariliyi ilə yadda qalmışdı.
Mətbuatın yaydığı məlumatlara isnadən, yalnız üç il müddətində üç yüzdən artıq
əsgər qırğız ordusundan fərarilik etmişdi. Sonradan bəlli olmuşdu ki, bu əsgərlər
Talas bölgəsindən savayı respublikanın bütün yerlərindən gəlmiş sakinlər idi.
Məlum olmuşdu ki, Talasdan gələn çağırışçılar hərbi hissəyə göndərilməzdən
əvvəl Səxavətli Manasın gümbəzi önündə hərbi borclarını ləyaqətlə yerinə
yetirəcəkləri barədə and içmişlər. Onlar qanundan deyil, Manasın ruhunun andını
pozacaqları təqdirdə, cəzalandırılacaqlarından qorxmuşdular. Bu ayinin ənənəyə
çevrilməsi pis olmazdı. Belə mərasimlərin çağırışçılar üçün təşkil edilməsi əsil
vətənpərvərlik hissinin aşılanması üçün zəruridir.
86
torpağın müqəddəs duzu qarğış tökür; əcdadlarının
ruhu barədə bihörmət danışan adam binəsibə,
yainki köləyə çevrilir. Hərgah peşman olub üzr
istəyirdisə, boynuna tatarı salırdılar, belə deyirdi:
“Əcdadlarımın ruhu, günahımdan keç, bağışla,
doğma torpaq, bağışla, doğmalarım, bağışlayın,
sizin qulunuz ollam!”
Mənim kəndimdə bokonçu var. Onun nəslində
heyvanları ağına-bozuna baxmadan ovlayan bir
qana həris ovçu var imiş. Deyilənə görə, bunun
ucbatından vəhşi dağ qoçu (arxar) kişiyə qarğış
töküb. Neçə nəsildir, bu sülbün kişiləri ya faciəvi
şəkildə
həlak olurlar, ya da özlərini öldürürlər.
Sibirə sürgündən qayıdan Toktoqul Satılqanov
deyişmələrin birində akın Korqooldan öz ünvanına
yaman sözlər eşidir. Akın deyirmiş ki, Toktoqul
katorqada donuz əti yeyirmiş. Bu da müsəlmanlar
üçün bağışlanmaz günahdır. İncimiş Toktoqul
Korqoolu qarğayıb bundan sonra ömründə
xoşbəxtlik nədir, bilməsin, deyibmiş. Qocalar
danışırdılar ki, Toktoqulun qorxunc qarğışı
Korqoolu tutmuşdu.
Qarğışın müdhiş qüvvəsini açan daha bir
əfsanə yaşayır. Qədim əyyamlarda iki ovçu
yaşayırmış – Karamırza və Asan. Günlərin bir
günü Narında yerləşən Alamışık meşələrində ova
çıxmış kişilər otlayan maralların arasında əliuşaqlı
buynuzlu bir qadın görürlər. İri, yağlı bir maralı
nişana götürən ovçular onu vurmaq qərarına
gəlirlər. Atəş açılır, ardınca uşaq fəryadı eşidilir.
Bəlli olur ki, ovçular qadının yanında oynaqlayan
uşağı vurublar. Buynuzlu qadın elə qarğış tökür ki,
sonradan hamısı tutur: “Karamırzanın nəsli üçüncü
arxada kəsilsin. Asanın nəsli yüzə çatmasın, çatsa
da payıza qalmasın!” Qırğızlar deyirlər: “Özündən
qabaq, sözə qulaq as”.
Çoxmarov S. “Minas” eposuna ill. “Hücumdan sonra” 1989- cu il. 51,5x74,5
89