Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə31/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   27   28   29   30   31   32   33   34   ...   111

Bərabərliyə  səy  –  həmçinin  qırğızların 
genetik xasiyyətlərindən biridir. Məhz bərabərlik 
bineyi-qədimdən  yaşayışın  əsas  prinsiplərindən 
biri  hesab  edilirdi.  Bu  mövzuda  qədim  qırğız 
atalar sözü bəhs edir: “Allah üçün hamı birdir”; 
“Varlının  yağı  varsa,  kasıbın  duzu”.  Eyni 
zamanda, qırğız xalqı amirlərinə hörmətlə yanaşır. 
Xalqın  müdrikliyinin  sayəsində  hökmranlar  və 
xalq üşün şərəf məcəlləsi tərtib olunmuşdu. “Xan 
camaatın  ürəyindəndirsə,  qoy  sevimli  dəvəsini 
xalq yolunda kəsməyə heyfi gəlməsin”. “Amirə 
qibtə  edən  çoxdur,  amma  ona  çatan  olmaz. 
Hiddətlənsin, ancaq qisas almasın”. “Gün işığını 
görən donmaz, xanın gözlərini görən ac qalmaz”. 
Xalqın  öz  amirinə  bəslədiyi  böyük  etimad  bu 
sözlərlə  ifadə  olunmamışdırmı?  Hökmdarın 
ləyaqətinin müdafiə olunması haqqında qırğızlar 
belə  deyirdilər:  “Birləşmiş  camaat  şahını 
incitməməlidir”. Keçmiş əyyamlarda xan mühüm 
qərar  qəbul  etməzdən  öncə  mütləq  camaatı  ilə 
məsləhət-məşvərət  edirdi.  “Camaatla  məsləhət 
etmişsənsə,  kəsilmiş  barmaq  da  elə  incitməz”, 
– əcdadlarımızın  dediklərindən. “Ellə gələn hər 
şey – toy-bayramdır”.
“Adam arasında ölüm də qəşəngdir” – xalq 
inamı çox məqamda əliaçıqlıq və mehmannəvazlıq 
qanunlarını müəyyənləşdirmişdir. 
Mərkəzi  Asiya 
xalqlarının 
arasında 
qonaqpərvərlik  qanunlarının  geniş  hökmfərma 
olması,  hər  şeydən  əvvəl,  keçmişdə  onların 
səciyyəvi  həyat  şəraiti  ilə  bağlıdır.  Hər  yeni 
gəlmiş  adam  köçəriyə  həm  poçtu,  həm  radionu 
əvəz edirdi və buna görə çox əziz idi. Qırğızın 
yurtasına istənilən millətdən qonaq sərbəst girə 
bilərdi  və  hamısına  ev  sahibləri  eyni  dərəcədə 
şad idilər. Cani-dildən dəstərxan açır, əvvəlcədən 
qonaq üçün yaxşı sovqat hazırlayıb saxlayırdılar.  
Xalqımın 
əliaçıqlığının 
və 
mehmannəvazlığının 
humanist 
xarakterini 
hamının  sevimlisi  şair  Alıkul  Osmonov 
“Qonağım ol” şeirində düzgün açmışdır:
Qırğız qonağa şaddır. Xoş bir saatda
Gəl içəri, yoldaş! Qonağım olarsan!
Qonaq yoxdur – kədərlidir ürəyim, 
Qanıqaradır evim də yol kənarında.
Xalq  yazılmamış  qonaqpərvərlik  qanunlarına 
çoxsaylı  maraqlı  mülahizə,  xoş  nəsihət  və  atalar 
sözü həsr edib. Bəziləri bu gün dillərdədir, digərləri 
unudulmaqdadır. Onlardan bəzilərini yada salmaq 
istərdim:
– Qonaqpərvər evdən çörək dadmamış getmək 
günahdır;
– Evinə qonaq girirsə, demək uğur onunla gəlir;
– Gələn yeddi nəfərdirsə, onlardan birini Allah 
göndərib;
–  Qapına  girən  yolçunu  Allah  göndərib. 
Əvvəlcə onu yedizdir, sonra soruş kimdir;
– Ən ləziz yeməyini qonağın üçün saxla;
– Qonağını da yedizdir, onun atını da;
– Yaxşılıq elə, əvəzi gələcək.
Söhbət  səxavətdən  və  bir-birinə  bəslənən 
ehtiramdan  düşəndə,  yaddaşımda  məşhur  qırğız 
pəhləvanı  barədə  əfsanə  canlanır.  Günlərin  bir 
günü pəhləvana bir qoca ürcah olub xəbər alır:
“Bax,  pəhləvansan,  tayın-bərabərin  yoxdur. 
Söylə mənə, dünyada qorxduğun nədir?” Pəhləvan 
fikrə  gedir:  “Möhtərəm  ağsaqqal,  mən  hətta 
Allahdan da qorxmuram. Ancaq adamların etibarını 
və  hörmətini  itirməkdən  qorxuram.  İnsanlar 
mənə  şan-şövkət  bəxş  ediblər,  ona  görə  onların 
qarşısında baş əyirəm”. Keçmiş zamanda qırğızlara 
dair  İsveç  tədqiqatçısı  Sven  Qedin  (1865-1952) 
çox  yazmışdır.  Mərkəzi Asiyaya  beş  ekspedisiya 
ərzində  alim  tərəfindən  qırğız  xalqının  tarixi, 
coğrafiyası və mənəvi mədəniyyəti barədə dəyərli 
məlumatlar  toplanmışdır.  “Asiyadan  keçərkən” 
kitabında  alim  qırğızlarla  görüşlərini  belə  təsvir 
edir:  “Tədricən  qırğızlara  hüsn-rəğbət  bəsləməyi 
öyrəndim.  Onların  arasında  dörd  ay  yaşadım  və 
özümü  tənha  hiss  etmədim.  Tərəddüd  etmədən 
mənə  mehmannəvazlıq  və  dostluq  nümayiş 
etdirirdilər”.  Alim  qırğız  qadınlarını  ənənəvi  baş 
örtüyü ələçəyə görə tanıyıb ayırd edirdi.
Bizim günlərimizə qədər əski, gözəl bir ənənə 
gəlib  çıxmışdır  –  aşar.  Zəhmət  tələb  edən  işlər 
zamanı,  məs.,  ev  tikintisində,  qohum-əqrəba  və 
dostlar  yığışıb  evin  divarlarını  qaldırır,  damını 
örtürlər. Aşarın  mahiyyəti  –  yoldaşlıqdır.  Son  on 
ildə  yüz  mindən  artıq  paytaxt  bənnaları  Bişkekin 
ətrafında  aşar  üsulu  ilə  özlərinə  ev  inşa  etmişlər. 
Mənə  Qırğız  Respublikasının  Joqorku  Keneş 
xalq  nümayəndələri  İclasına  məhz  aşar  vasitəsilə 
birləşmiş  seçicilər  tərəfindən  deputat  seçilmək 
xöşbəxtliyi nəsib olub.  
Xalqın  müdrikliyinə  aid  çox  söz  demək  olar. 
Təbiət və məişət qanunları çox vaxt vəhdət təşkil 
etmiş,  xalqın  amal  və  ümidləri  isə  hadisələrin 
təbii  axarına  maneələr  qoymamışdı.  Təbiətin 
özü  yoldaşlıq  fədakarlığına,  qarşılıqlı  yardıma, 
qonaqpərvərliyə, sadədilliyə və səbrə əsaslanan sağ 
qalma qaydalarını insanlara öyrətmişdi.  
79


Atalar sözü, kəlamlar, zərbi-məsəllər barədə
Xalqın  əsrlər  boyu  cilalanmış  şifahi 
kəlamlarında  möhkəmlətdiyi  əcdadların  müdrik 
nəsihətləri sayəsində biz mənəviyyatımızı qoruyub 
saxlamışıq.  Şübhəsiz,  qərb  ölkələrinin  texniki 
sivilizasiyasının səviyyəsinə çatmağımıza hələ çox 
var  və  bu  istiqamətdə  görəcəyimiz  iş  irəlidədir, 
fəqət əgər hərəkatımızın bu sahəsi hələ irəlidədirsə, 
mənəvi sərvətimizi keçmişimizdən alırıq. Köçəri-
qırğızların mənəvi sivilizasiyası biz varislər üçün 
bu  gün  əsil  müdriklik  dəfinəsi,  əxlaqi  qaydalar 
xəzinəsidir. 
Bu  gün  bizim  üçün  çox  şeyi  bərpa  etmək  və 
miras  qalmış  varidatdan  qənaətlə  istifadə  etmək 
vacibdir. Axı əfsanələrin, əsatirlərin, atalar sözünün, 
zərbül-məsəllərin  əksəriyyəti,  təbir  caizsə,  qırğız 
xalqının fəlsəfi tərcümeyi-halı, əxlaqi manifestidir.
Hər belə kəlam – xalq şüurunun dərinliklərindən 
üzə çıxarılmış və zamanla cilalanmış əsil mirvaridir:
– Pis işin üstü qırx ildən sonra da açılır; 
– Söz yarası, güllə yarasından bərk incidir;
– Sağ əlin qeyzini sol əllə sakitləşdir; 
–  Təzə  doğulmuş  oğluna  elinin  vətənpərvəri 
olmaq arzula;
– Qolu güclü olan birini yıxar, biliyi güclü olan 
– minini;
– Adam haqqında sözünə görə yox, işinə görə 
danış;
– Xalça, onu toxuyanındır;
– Atı nallayırlar, eşşək ayağını qaldırır;
– İgid doğmuş xalqa zaval yoxdur;   
– Peşman olmuş başı qılınc da üzmür;
– Atanın qatili səndən əfv diləyirsə, günahından 
keç;
– Böyük sözü – azar-bezara dərmandır;
– Ağsaqqal olan evdə, səadət də var;
– İlanın pulu qəşəngdir, dişi zəhərli;
Qul kimi işlə, şah kimi yaşa;
– Məğrurla məğrur ol – peyğəmbər oğlu deyil, 
qorxaqla qorxaq ol – atanın qulu deyil;
– Görməyəcəklər deyə, oğurluq etmə;
– Adam olan yerdə, tülkü də acından ölməz;
– Uşaqlı ev – bazar, uşaqsız ev – məzar; 
– Yaxşı adama toz da yapışmır;
– Qızıl yerdən çıxar, igid xalq arasından;
–  Vətənin  xoşbəxtliyi,  adamın  həyatından 
əzizdir;
– Böyüklərə – hörmət, kiçiklərə – izzət;
– Yeddi arxa nəslini tanımayan oğul – quldur;
– Özünü nəsildən hesab eləməyən qız, kölədir;
– Yetim ciyəsini özü kəsər;
–  Torpaq  haqqında  pis  söz  demə,  orada 
yatacaqsan,
Camaat haqqında pis söz demə, sənə qarğıyar;
Necə işləmisənsə, elə dişləyəcəksən;
–  Uşaqlıqdan  zəhmətə  qatlaşsan,  səadət  səni 
atmaz;
– Polad odda bərkiyir, insan işdə;
– Sərvətin atası zəhmətdir, anası – torpaq;
– Zəhmət yerdə qalmır;
– Qoyunun yağlılığı – çobandan asılıdır;
Zəhmətkeş adam yorğunluq nədir, bilməz;
– İgidin özünə baxma, işinə bax;
– Çox bilməyin ziyanı yoxdur;
–  Harada  razılıq  yoxdur,  orada  xoş  gün  də 
yoxdur;   
– Bircə buğda dənəsindən sıyıq bişirməzsən. 
Köçərilərin  həyatı  böyük  keçidlə  müqayisə 
olunurdu:  “Böyük  hara,  kiçik  də  ora”,  “Böyük 
qardaş  çıxan  ağacı,  kiçiyi  budaq-budaq  gəzər”, 
“Böyük  bacının  tökdüklərini,  kiçik  bacı  bir-bir 
yığar”.
Tənbəl haqqında adam arasında belə deyirlər: 
“Heç  iti  də  yoxdur,  hürsün”.  Ümumiyyətlə, 
tənbəllik  və  zəhmətsevərlik  –  xalq  kəlamlarının 
sevimli mövzusudur. 
80


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə