Microsoft Word aslan ve ferhad doc



Yüklə 184,84 Kb.
səhifə1/5
tarix25.06.2018
ölçüsü184,84 Kb.
  1   2   3   4   5


www.cafarcabbarli.org 

 

 

 



ASLAN VƏ FƏRHAD 

Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki 

qardaş,  bir  bacı  yaşayırdı.  Qardaşlardan  biri  on  altı  yaşında  Fərhad,  o  birisi  iyirmi  altı  yaşında 

Aslan  idi.  Bacıları  isə  on  beş  yaşında  Züleyxa  adında  bir  qız  idi.  Bu  kiçik  ailədə  baş  verən  və 

vaxtılə  mənə  söylənilən  olduqca  mütəəssir  bir  hadisə  mənim  qəlbimi  sıxdığı  üçün  bu  hadisəni 

möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm. 

Zənnimcə,  xilqətdən  daha  əvvəl  ədalətsizlik  və  vicdansızlıq  yaranmışdır.  Zira,  istər  tarixə, 

istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar 

ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən 

iqdam  edirəm,  bu  rəvamıdır?..  Nəinki  insanlar  arasında,  hətta  xilqət  və  təbiətdə  daha  böyük 

qanunsuzluq  müşahidə  olunur.  Görürsən,  bir  nəfər  nifrətə  şayan  olan  zalımı  ucaldıb  bütün 

arzuların  fövqünə  yetirdi, amma digər  əhli  vicdan, pak  və  müqəddəs  bir  şəxsi  xar edib  ayaqlar 

altına saldı, hər tərəfdən onu fəlakət buludları çuğladı, o qədər o biçarəni əzdi ki, axırda onu ya 

intihara,  ya  qeyri  bir  tövrlə  canını  həyatın  əzablarından  qurtarıb  qara  torpaq  altına  girməyə 

məcbur etdi. 

Ola  bilsin  ki,  siz  buna  etiraz  edəsiniz,  möhtərəm  oxucularım!  Amma  səhv  edirsiniz.  Hər 

addımda  milyonlarla  buna  sübut  tapılar.  Onlardan  biri  də  yuxarıda  söylənilən  ailədə  baş  verən 

hadisə ola bilər. 

Fərhad,  Aslan  və  Züleyxanın  ata-anası  kiçik  bir  kənddən olub,  güzəranın  ağırlığından  köçüb 

şəhərə  gəlmişdilər.  Bunlar  da  hər  üçü  şəhərdə  doğulmuşdur.  İllərlə  qürbət  vilayətdə  zəhmət  və 

məşəqqətlə ailəsini dolandıran Aslanın atası, Aslan on altı yaşına yetdikdə vəfat etdi. Bir yandan 

Aslan  nökər  durub,  o  biri  tərəfdən  də  anası  qulluqçuluq  edib,  altı  yaşında  olan  Fərhadı  və  beş 

yaşında  olan  Züleyxanı  saxlayırdılar.  Altı  ay  keçmədi  ki,  biçarə  övrət  də  canından  artıq  sevdiyi 

kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. Biçarə ana ölümünə deyil, əziz və hənuz 

səbavət badəsi ilə bihuş olan balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. Amma əcəl 

heç  bir  məzluma  rəhm  eləyib  aman  verməz,  bərəks,  hamısını  dünyadan  intizar  köçürməyə  səy 

edir. 

Qışın  soyuq,  məşəqqətli  bir  gecəsi  idi.  Nə  bir  işıq  görünür,  nə  də  bir zihəyat səsi eşidilirdi. 



Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi. 

    Balaca  daxmacığın  küncündə  biçarə  ana  uzanıb,  axırıncı  dəfə  olaraq,  dövrəsinə  yığılan  əziz 

balalarının rəngi solmuş sifətlərinə baxırdı. Onlar isə analarının halını görüb: "Anacan, bəs biz?” 

- deyib səs-səsə verib ağlayırdılar. Külək  vəhşi  və qorxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta 

evə  girib  xırda  uşaqları  payız  yarpağı  kimi  titrədirdi.  Fərhad  və  Züleyxa  özlərini  analarının 

üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük olduğu üçün onları ovundurmağa çalışır, gah da 

ürəyi  davam  etməyib  zar-zar  ağlayırdı.  Bu  şəhərdə  bir  nəfər  əqrəbaları  yox  idi  ki,  bu 

fəlakətzadələrə  təsəlli  verəydi,  onları  sakit  edəydi.  Hava  daha  da  sərtləşir,  külək  daha  da 

gücləşirdi,  onsuz  da  sınıq  olan  qapını  tamamilə  sındırmağa  səy  edir  kimi  çırpınırdı.  Lampamn 

ziyası  yavaş-yavaş  sarımtıl  bir  rəng  alırdı.  Bu  işıq  uşaqların  solğun  üzünü  daha  da 

qəmginləşdirirdi.  Uşaqlar  ürəkyandırıcı  bir  səslə  ağlayır,  "Anacan,  ölmə!”  -  deyib  çığırırdılar. 

Ana  biixtiyar  balalarının  üzünə  baxıb  ağlamaq  istəyirdisə  də,  taqəti  yetmirdi.  Yavaş-yavaş 

gücdən  düşürdü.  Axır  nəfəsdə  biçarə  ana  tamam  gücünü  yığıb,  qollarını  açdı,  balalarını 

qucaqlayıb öpdü və zəif bir səslə dedi: "Balalarını mən ölürəm. Bir-birinizdən muğayat olun. Bir 

elə adam yoxdur ki, sizi ona tapşmm. Aslan, sən onlardan yenə bir az böyüksən, bir ümidim sənə 

gəlir.  Aslan,  oğlum,  barı  sən  balalarıma  kiçik  pasibarı  ol.  Ilahi,  üç  nəfər  yetim  balamı  sənə 

tapşırıb gedirəm... Can balalarım!”. 

Ana gəlinlikdən bir örpək saxlayırdı. Aslana tapşırdı ki, onu Züleyxaya versin. Ondan başqa 

heç bir şeyə gümanı gəlmirdi. Ana bir də balalarını öpüb, yaşla dolu gözlərini yumdu... 

Üç  nəfər  fəlakətzədə,  pasibansız  dünya  üzündə  qaldı.  Soyuq  qış  günləri...  dolanacaq  yox... 

tanış yox... bəs bunların halına kim yanacaq? Yenə biçarə Aslan... Axırıncı ümid o idi. Hərçənd 

o da uşaq idi, ancaq o birilərdən böyük olduğu üçün hər zəhmətə o qatlaşmalı idi. 

Doğrudan  da  Aslan  qayət-qəyur,  çalışqan  bir  uşaq  idi.  Bütün  günü  küçələri gəzdi ki, özünə 

bir  is tapsın,  mümkün olmadı. Son qəpiklərini də  xərcləyib qurtardı. Nökər durmaq  istədi, uşaq 

olduğu  üçün  heç  kəs  ona  beş  manatdan  artıq  vermədi.  Utandığından  da  heç  kəsə  dərdini  açib 



www.cafarcabbarli.org 

 

 

 



deyə  bilmirdi.  Yenə  axşam  oldu.  Evə  qayıtdı.  Pul  yox...  çörək  yox...  Yetimlər  məlul-məlul 

Aslanın  əlinə  baxdılar.  Aslan  onların  üzünə  baxmağa  utanırdı.  Hərdən  qaşını  qaldırıb  nəzəri 

uşaqların  solğun  üzünə  düşəndə  bütün  əzasi  inildəyirdi;  nəhayət,  o  tab  gətirməyib  gizli-gizli 

ağlamağa  başladı.  Bu  yaşda  bir  uşağın  üstünə  bu  qədər  əzab  düşəndə,  əlbət  ki,  özünü  itirər. 

Uşaqlar: "mən acmışam", - deyə zırıldayırdı. Uşağa hər möhnət üz versə, anasına gümanı gələr; 

onlar  da  "ana"  deyib  ağlayırdılar.  Aslan  uşaqların  başını  dizi  üstündə  qoyub  ovundurmağa 

çalışırdı; "Ağlamayın,  Fərhad, Züleyxa... Sabah  sizin üçün çoxlu-çoxlu şey alacağam". Uşaqlar 

bir-iki saniyə sakit olur, sonra yenə ağlayırdılar. 

Ayazlı qış gecəsi idi. Daxmada çıraq yanmırdı. Ayın solğun işığı pəncərədən uşaqların tutqun 

üzünü daha da kədərləndirirdi. Uşaqlar, ağlamaqdan  yorulmuş kimi,  başlarını  Aslanın dizi üstə 

qoyub  uzandılar.  Ayın  solğun  işığı  hərdən  buludla  pərdələnib  uşaqları  qaranhğa  qərq  edirdi. 

Aslan  daha  məhzun  bir  halda  qardaşına  və  bacısına  baxır,  gah  da  onların  halına  çarə  arayirmiş 

kimi  məlul-məlul  ətrafim  süzürdü.  Onun  qəmgin  gözlərində  sayeyi-küdurət  və  kədərdən  başqa 

heç bir şey görünmürdü. 

Bəli, təbiət gərdişi-insaniyyətlə elə bir düşmən deyil ki, fəlakət günündə onlara bir çarə arasm; 

bərəks,  həmişə  onların  fəlakətindən  istifadə  edib,  onların  daha  da  sərnigun  olmasına  səy  edir. 

Biçarə  insanlar,  bir  seydi-məzlum  və  qafil  deyillərmi  ki,  anadan  olan  gündən  təbiət  səyyadinin 

sənginə  düşür,  bir  də  dünyanı  tərk  etməklə  ondan  xilas  olurlar?!  Təbiətin  İnsanları  dünyaya 

gətirməkdə məqsədi, onlara əzab vermək deiyilmi? İnsanm düşməni qüvvətli və mərd olarsa, elə 

qorxulu  olmaz,  nə  qədər  ki,  bu  düşmən  hiyləgər  ola. İnsan  dünyaya  gəlir, təbiətin  xain  dayələri 

əlində qərəzgarana məqsədlə  nəvaziş olunur, bəslənilir, bununla  məxluqu minnətdar edir ki, sizə 

həyat verdim. Amma neçə illik həyatın hər dəqiqəsi bir sirri-maeyi-əzab deyilmi? Hələ insan bir 

qədər mətanətli olarsa, onun üçün qurulan torpaqlann bir qədərindən özünü xilas edə bilər. Amma 

vay o şəxsin halına ki, aciz ola! Hər dəqiqədə, hər qədəmdə onun qarşısında  bir  fəlakət uçurumu 

açılacaq. Amma təbiət əvvəlincilərin də asudə olmamasına çarə tapmış... Cəmi məxluqat cəm olub 

təbiətin  torunu  birdəfəlik  qırmağa  qəsd  etsələr,  yenə  də  onların  qarşısında  bir  ahənin  sədd,  bir 

vəhşi  və  müdhiş  düşmən  qalır  ki,  onu  heç  bir  qüvvət,  heç  bir  mədəniyyət  silahı  ilə  rəf  etməyə 

qadir olmazlar; necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər 

insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da... ölümdür!.. Bir dəqiqə öz seydinə fürsət 

və  azadəlik  verməz;  hara  getsə,  kölgə  kimi  onu  təqib  edər.  Hər  saniyədə,  hər  nəfəsdə  insan  onu 

gözləyir.  Bu  intizar  isə  ölümün  özündən  daha  müdhiş  deyilmi?  İnsanların  bu  qədər  şirin 

saydıqları və məhəbbətlə adını yad etdikləri həyata bircə kəlmə ilə "əzab" adı versəydilər, daha da 

gözəl olmazdımı?! 

Kiçik daxmada üç nəfər fəlakətzadə, xəyalat içində huşà gedib, bir-birinə sarılmışdı. Yavaş-

yavaş sübh açılırdı. Aslan tez qalxıb, "uşaqlar oynmasın", - deyə bir tək olan köhnə yorğanları ilə 

üstlərini  bərk örtdü, bayıra çıxdı.  Küçədə  belə tezdən  heç kəs  yox  idi.  Aslan  xəyalat  içində  yol 

yeriyir, hara gedəcəyini özü də bilmirdi. 

Budur, uzaqdan bir qaraltı gəlir. Aslan yavaş-yavaş ora gedir ki, nə olduğunu görsün. Burada 

bir  nəfər  Hacı  ticarətdən  gəlib  vaqondan  düşmüş,  səhər  erkən  faytonla  gəlirkən  faytonun  çarxı 

yolda sınıb, Hacı piyada qalmışdı, iki böyük çamadanı əlinə götürüb gedirdi. Aslan utandığından 

yavaşca Hacıya baxaraq, kəmal-ədəblə dedi: 

     -Hacı əmi, sənin üçün ağırdır, ver, birini mən aparım, sənə kömək edim. 

Doğrudan da Hacı elə gözləri ilə bir adam axtarırdı ki, çamadanları ona apartdırsın. Amma o 

vaxt küçədə heç kəs yox idi. Hacı diqqətlə  Aslanın  məhzun  və sarımtıl  üzünə baxıb çamadanın 

birini  ona  verdi.  Yolla  gəldikcə  Hacı  diqqətlə  Aslana  baxırdı.  Aslanın  qızmış  gözlərində  olan 

məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi. Axırda Hacı ondan: 

-  Oğlum, sən kimin oğlusan? Haralısan? Nə üçün belə məhzunsan?- deyə sual etdi. 

Aslan utana-utana öz macəralarını ona söylədi. Hacının isə ona ürəyi yanıb dedi: 

-  Gəl mən səni nökər saxlayım. 

Aslan  məmnuniyyətlə  razı  olub  Hacıdan  xahiş  elədi  ki,  pulsuz  da  xidmət  eləməyə  hazırdır. 

Ancaq belə olsun ki, iki nəfər yetim qardaş və bacısının dolanmasına da Hacı etina etsin. 

Hacı  həyətdə  olan  kiçik  daxmanı  Aslana  verdi  ki, orada öz  qardaş  və  bacısını  sakin  eləsin. 

Hacı həmişə də xörəkdən artıq qalanları və bəzi bu tövr şeylərlə onları saxlayırdı. Aslan isə can-

dildən Hacıya xidmət edirdi. Yeməklərindən əlavə ayda beş manat da Aslana verirdi ki, özü üçün 






Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə