Microsoft Word aslan ve ferhad doc



Yüklə 184,84 Kb.
səhifə5/5
tarix25.06.2018
ölçüsü184,84 Kb.
#51809
1   2   3   4   5

www.cafarcabbarli.org 

 

 

 



başına firlandi, gözləri qaraldı, bütün əzası lərzəyə düşüb titrəməyə başladı. 

-  Fərhad,  -  dedi,  -  illərlə  çəkdiyim  zəhmətlər  unuduldusa,  barı  qardaşlıq  vəzifəsi...  Ox, 

Fərhad, mənə xəyanət... 

Bu  iş  Aslanın  zəif  əsəblərini  elə  titrətdi  ki,  bihuş  olub  yerə  yıxıldı.  Fərhad  bir  də  Aslanın 

üzünə  baxa  bilməyəcəyindən  geyinib  evdən  getdi.  Gülzar  artıq  öz  canı  üçün  qorxurdu:  zira, 

müsəlmanlar həmişə belə bir xəyanəti və təlıqirati qan ilə yuyurlar. Gülzar öz evlərinə getməyə 

də qorxurdu, çünki atası və qardaşı bu işdən hali olsaydılar, onu öldürərdilər. O, hara gedəcəyini, 

nə  edəcəyini  fikirləşirdi.  Bu  halda  Aslan  huşa  gəldi  və  Gülzara  tərəf  gəldikdə,  Gülzar  canının 

hövlündən  stəkanda  olan  karbola  kislotasını  qapıb  Aslanın  üzünə  atdı.  Bu  əcza  qulluqçu  naxoş 

olanda alınmışdı  və təbib tövsiyə etmişdi ki,  məbadə bu əcza üzünüzə  və gözünüzə dəysin,  bu, 

insanın  ətini  yandırar,  gözünə  tökülsə,  kor  edər.  Gülzar  öz  canının  hövlündən  belə  müdhiş  bir 

əczanı götürüb, ömründə bir dəqiqə rahatlıq bilməyən Aslanın gözlərinə atdı. 

Əvvəl  Aslanın  gözləri  cizildadi.  Aslan  buna  baxmayaraq  hövlnak  Gülzarın  dalınca  yeridi. 

Gülzar  evə  girib  qapını  bağladı.  Aslan  bir  qədər  çalışdıqdan  sonra  daha  durmaq  mümkün 

olmadığını hiss etdi: gözlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki 

bir kürə od onun gözlərinin  içinə tökülüb  yandırdı. Aslan gözləri  yumulu çalışırdı ki, tez özünü 

həkimə  yetirsin.  Amma  gah  bu  divara,  gah  o  divara  toxunurdu.  Axırda  qulluqçu  onun  əlindən 

tutub  bayıra  çıxardı  və  Aslanın  xahişinə  görə  bir  fayton  çağırıb  onu  mindirdi.  Aslan  həkimə 

gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman 

tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da 

gözlərinin sancısından zar-zar ağlayırdı. 

Fərhad  həmin gün özünə  bir evdə ev tutub, ahəstəcə  bir arvad göndərib,  Gülzarı qurtarmaq 

üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər 

axtardılarsa, tapa bilmədilər. 

Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: Qardaşını gözləri 

bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb: 

- Ah, qardaş, axır qəza səni nə bəlalara saldı!.. Can, əziz qardaşım! - deyə ağlamağa başladı. 

Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri 

yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı: 

- Ah,  bacı,  görürsənmi  mənə  nələr  edirlər?..  -  deyə  ağlamaqdan  axıb  bacısının  qucağma 

yıxıldı. 

Altı ay  Aslan  xəstəxanalar küncündə  çürüyüb, olan-olmaz pullarını  həkimlərə  verdi.  Amma 

gözləri  bir də günəşin zərrin şüaların görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını 

örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib 

sağalda  bilmədilər.  İndi  Aslanın  ürəyində  heç  bir  şey  yox  idi,  ancaq  gecə-gündüz  Allaha 

yalvarıb,  barı  bir  gözünə  zəif  də  olsa,  işıq  gəlməsini  təmənna  edirdi.  Amma  əfsus!..  Zaman 

dolanır,  lakin  Aslanın  gözlərinə  işıq  gəlmirdi.  Axırda  Aslan  bir  tərəfdən  tamam  pullarının 

qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, 

öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir 

həmdəm yox... İndi Aslan Allahdan ancaq ölüm istəyirdi. 

Züleyxa  tez-tez  gəlib  Aslana  baş  çəkirdi.  O  da  dərddən  lap  sınıxmışdı,  gözləri  çuxura 

düşmüş, yanaqları saralmışdı. 

Əsgər,  Aslanın  bu  fəlakətini  eşidib,  nə  qədər  onu  görmək  istəməyirdisə  də,  indi  ona  rəhmi 

gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa 

qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə 

bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun. 

- Əsgər, əzizim, ola  bilər ki,  məni sevməyəsən, amma  necə olsa,  mən sənin övrətinəm, barı 

oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, 

başına dönüm... 

Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. 

Ancaq  Aslan  əvvəlki  adam  deyildi.  Gecələri  o,  ağır  yuxular  görürdü.  Biçarə,  hövlnak  ayağa 

qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: "Ox, xain qardaş, mənə xəyanət, mənə zülm... Mən 

ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”. 

Züleyxanın  balaca oğlu  Kamil  ilə o, bir tövr gününü keçirirdi.  Amma Əsgər daima deyinir, 




www.cafarcabbarli.org 

 

 

 



bir  iş  olcaq  qışqırır,  bağırır,  heç  şey  üstə  Züleyxanı  söyür,  incidirdi.  Aslan  bunlan  eşidirdi, 

bacısının  bu qədər  əzab çəkdiyini görəndə ruhu  inciyirdi.  Lakin  nə etməli  idi?! Pullar qurtarıb, 

göz  yox,  dolanacaq  yox,  məcburən  səbir  etməli  idi.  Biçarə  zəifləmişdi,  qırışıq  üzünü  tük 

basmışdı, kədəravər bir görkəm almışdı. Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün 

nağıl  danışıb  güldürürdü.  Kamil  isə  Aslanı  ürəkdən  sevirdi.  Bir  dəfə  Əsgər  çay  içəndə  Aslan 

gözü  yumulu  gəlib,  birdən  çaya  toxundu.  Çay  Əsgərin  üstünə  dağıldı.  Əsgər  bundan  təngə 

gələrək,  o  saat  yerindən  durub,  Aslanın  üzünə  bir  şillə  vurdu.  Aslan  bir  söz  deməyib  ağlamağa 

başladı və əlini göyə qaldırıb dedi: 

-  Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin? 

Əsgər bunu görüb: 

-  Evimdə qaldığm bəs deyil, hələ bir məni qarğıyırsan da, - deyib Aslandan evdən getməsini 

tələb etdi. Züleyxa nə qədər  yalvardısa,  mümkün  olmadı. Əsgər Züleyxanın da  yalvarmasından 

təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman Qardaşının əlindən tutub, 

bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər. 

Aslan  gün-gündən  zəifləyirdi.  Züleyxa  da  hər  gün  ağlayır,  Fərhada  qarğıyırdı  ki,  nə  üçün 

onları  bu  qədər  bəlaya  saldı.  Hərdən  Züleyxa  Kamili  küçədə  görür,  bağrına  basıb  ağlayırdı. 

Zalım  Əsgər  anam  öz  balasından  ayırdığı  bəs  deyil,  Kamili  anasının  yanına  getməyə  də 

qoymurdu. 

Aslan  bütün  olan-olmazını  xərcləmişdi.  Züleyxa  hərdən  ev  şeylərindən  satıb  xərcləyirdi. 

Fərhad  isə özünü Gülzarla  bir  xəlvətə çəkib rahat  yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə 

də, amma Gülzarın  harada olduğunu  heç kəs  bilmirdi.  Fərhad qulluqdan çıxanda daha  bir  yana 

əyilməyir,  tez  evə  qayıdırdı.  Gülzar  isə  qorxudan  əsla  bayıra  çıxmırdı.  Bir  dəfə  qan  arvad 

Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi: 

-  Dünən  Gülzar  xanımgildə  idim.  Fərhad  da..  -  Birdən  işin  gizli  olduğunu  düşünüb,  səsini 

kəsdi.  Gülzarın qardaşı  bunu eşitcək tez qandan tələb etdi ki, Gülzarın  yerini desin. Qan əvvəl 

demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının 

belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən 

zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağın 

alcaq Əhməd çox şadlandı,  bu gecə  nə sayaq olsa üstlərinə atilan  bədnamhğı  bacısının qanı  ilə 

yumağa qərar verdi. 

Qan bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. 

Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. 

Gecədən  bir  qədər  keçmiş  Əhməd  əlində  bıçaq  Gülzargilin  evinə  gəldi.  Yavaşcà  özünü 

hazırlayıb  qapını  döydü.  Bu  halda  xəfiyyəçilərdən  biri  qapını  açdı.  Əhməd  içəri  gircək  dörd 

tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn 

xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri 

yıxıldı.  O  birilər  tez  yüyürüb  Əhmədi  tutdular.  Bu  anda  onun  üzü  bir  yerdə  duran  Gülzar  ilə 

Fərhada sataşdı, hirsindən başı hərləndi: 

-  Binamus  bacı,  namussuz  qardaş,  heç  tələsməyin,  həyatda  nə  qədər  mən  varam,  ləkədar 

edilmiş  namusumun  intiqamını  sizdən  alacağam.  Əgər  intiqam  almamış  ölərsəm,  qoy  xəlayiq 

desin ki, namusu ləkələnmiş bir binamus dünyadan getdi. 

Əhmədi  birbaş  həbsxanaya  apardılar.  İndi  Gülzar  ilə  Fərhad  heç  kəsdən  qorxmurdu.  Bir 

Əhməd  idi,  o  da  həbsxanaya  düşdü.  Hökumət  adamını  öldürdüyü  üçün  neçə  il  həbsxanada 

yatacaqdı. Amma onları vicdan həmişə narahat edirdi. Bir şadlıq vaxtında Aslan yadlarına düşür, 

hər ikisinin rəngi saralıb sustalırdı. 

Kamil on iki yaşında idi - məktəbə gedirdi. 

Aslan  ilə  Züleyxa  min  üsrət  ilə  dolanırdılar.  Kamil  gizlindən  onların  yanına  gəlirdi.  Aslan 

naçar  qalıb  evi  satdı.  Qeyri  şeylərindən  də  çox  qalmamışdı.  Yavaş-yavaş  hər  şey  qurtarırdı. 

Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının 

yanına gəlirdi. 

Əsgər  də  özünə  bir  arvad  almışdı.  Arvad  Kamili  incitdiyindən  Kamil  qüssə  edirdi,  hər  gün 

xəlvəti  anasının  yanına  gəlirdi.  Atasından  aldığı  xərcliyi  gizlin  anasına  verirdi,  hərdən  də 

anasının ağladığını görüb deyirdi: 

-  Ağlama,  ana,  məktəbi  qurtaran  kimi  səni  hər  dərddən  xilas  edəcəyəm,  hələ  indi  mən  də 




www.cafarcabbarli.org 

 

 

 



atamın əlinə baxıram. 

Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir 

gün o da naxoşladı. 

Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtanb tapdığı tör-töküntüdən bacısına 

verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı 

Fərhad  yol  ilə  gedəndə  dilənçiyə  pul  vermək  istədikdə,  birdən  hövlnak  geri  atıldı,  bu  sifətdən 

dönmüş  zəif  dilənçini  tanıdı,  -  o,  ömrünü  qardaş  yolunda  sərf  edən  Aslan  idi.  Tez  bir  beşlik 

verib, ətrafa baxaraq qaçıb getdi. 

O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir 

çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi: 

- Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. İndi sənin 

halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub. 

Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də 

qalxdı: 


- Ah, xain qardaş, - dedi - ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım... Daha tab 

gətirə bilmirəm... 

Qonşu arvad getdi. 

Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu: 

-  Qardaş, - dedi, - heç fikir eləmə. Allah özü onlara cəza verər. 

Aslan dedi: 

-  Yox,  bacı,  daha  bəsdir  mən  bu  qədər  əzabla  dünyada  qaldım,  sənə  də  əzab  verdim.  İndi 

mən  gedirəm...  anamın  yanına...  Səndən  çox  razıyam.  Anama  deyərəm  ki,  bir  Züleyxa  sənin 

sözlərinə əməl etdi. Məni, halal et, bacım, - deyə yerə yıxılıb öldü. 

Züleyxa  özü  naxoş,  bilmirdi  ki,  nə  etsin.  Bilmərrə  özünü  itirmişdi.  Anası  yadigar  qoyduğu 

örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa 

biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. İçəri gircək, 

Gülzar  illərdən  bəri  görmədiyi  və  görmək  istəmədiyi  Züleyxam  görüb,  "burada  bir  iş  var  ki,  bu 

bizə gəlib”, - deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib: 

     -Qardaşımın evidir, gəlmişəm, sənə nə var, -dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı 

bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa 

başladı. 

     -Ah,  nə  səbəbə  əziz  qardaşımın  intiqamını  xain  qardaşımdan  almayım,  -  deyə  yaxında  olan 

aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək 

istəyir" deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə 

zəhər adı  yazilmiş  bir şüşəyə  bir qədər gülab töküb ona  verdi. Züleyxa  yavaş-yavaş Gülzargilə 

gəlib  xörək  otağına  girdi  və  şam  etmək  üçün  hazırlanmiş  qablara  bir  qədər  zəhər  tökmək 

istədikdə,  Fərhad  qapını  açıb  içəri  girdi.  Şüşəni  onun  əlindən  alıb,  üstündə  zəhər  adını  görcək 

çığırıb dedi: 

     -Mənimi zəhərləmək istəyirsən?! 

     -Səni zəhərləmək istəyirəm! Səni! 

Fərhad  Züleyxanın  boğazından  yapışıb  stol  üstünə  yıxdı  və  bir  vaxt  buraxdı  ki,  Züleyxa 

ölmüşdü.  Fərhad  bacısının  tappıltı  ilə  yerə  dəydiyini  görüb,  özünü  itirdi  və  titrəməyə  başladı. 

Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib 

qalxdı,  daldalı  otaqdan  çıxdı.  Sabahısı  qəzetlərdə  yazıldı  ki,  məşhur  mühəndis  Fərhadın  bacısı 

zəhər içib özünü öldürmüşdür. 

Kamil  bunu  eşitcək  tez  məhəlli-hadisəyə  gəldi.  Şüşənin  üstündə  aptekin  adını  oxuyub,  tez 

aptekçinin yanına getdi ki: 

-  Nə haqla anama zəhər satmışsınız? 

Aptekçi məlum etdi ki: 

     - Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm. 

Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki: 

- Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır. 

Züleyxanın  boğazındakı  nişanın  Fərhadın  mürəkkəbindən  olduğunu  sübut  etdilər.  Kamil  bu 



www.cafarcabbarli.org 

 

 

 



məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi. 

İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar. 

Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı. 

Lakin  insanlar  məhkəməsindən  özünü  pul  ilə  xilas  edən  Fərhad,  vicdan  və  həya 

məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat!.. 

Həya  və  vicdan  Fərhadı  içindən  bir  vəhşi  kimi  çeynəyir,  iti  çəngəlli  bir  pələng  kimi  onu 

didirdi.  Fərhad  hara  gedirsə,  bu  hal  onu təqib  edirdi.  Nə  qədər  şad  və  fərəhəfza  bir  yerdə  olsa, 

Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif 

boğazından  yapışdığı gözünün qabağına gəlirdi.  Fərhad dərhal  hövlnak geri  çəkilir, çırpınmağa 

başlayırdı,  adamlar  onun  başına  yığılırdı.  Fərhad  bir  azdan  sonra  yenə  ayılırdı.  Bu,  bir  dəfə 

olmadı. Canıaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, 

sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər 

xəyalından  keçəndə  öz-özünə  deyirdi:  "Ah,  bu  qədər  də  vəhşilik  olarmı  ki,  mən  etdim!  Bu  nə 

vicdansızlıqdı!  Həyatını  yolumda  sərf  edən  əziz  qardaşımı  günəşin  ziyasından  məhrum  edib, 

sailliyə qədər endirdim. Yadımdadır o gecə... Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən 

yolla  gedirdim,  gördüm,  iki  gözdən  kor olan  qardaşım  əllərini  açiıb  yalvarır:  “Din  qardaşlarım, 

mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi 

öz əlimlə boğub öldürdüm... Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm?.. ”. 

Fərhad  tamamilə  özünü  itirirdi.  Bir  gün  qəbiristana  getdi.  Yan-yana  qazılmış  iki  qəbrin 

arasında oturub ağladı: "Ah, bağışlayın məni, mən sizə zülm etdim... Bağışlayın bir günahkarı ki, 

dizi  üstə  çöküb  sizdən  üzr  istəyir...”  Fəqət  məqbərələrdən  heç  bir  cavab  almadığı  üçün  kor-

peşman  evə  qayıtdı.  Qulluğa  gedirdisə  də,  gördüyü  işlər  nəzərindən  keçirkən,  durub  o tərəf-bu 

tərəfə  çırpınırdı.  Gah  da  yalvarıb  zanldayırdı.  Fərhadın  artıq  işə  yaramadığını  görüb,  qulluqdan 

xaric  etdilər.  O  tamamilə  dəyişib,  üzünü  tük  basmışdı,  başının  saçlan  ağarmış,  gözləri  çuxura 

düşmüş, sanki bir qədər bundan irəli şad, məsud və məşhur bir mühəndis olan Fərhad bu deyilmiş, 

bu ancaq bir cünun imiş. 

Həmişə şad bir həyat sürməyə adət edən Gülzar buna davam edə bilməyib, Fərhada: 

     -  Mən  sənin  evində  bu  qədər  əzab  arasında  qala  bilmərəm,  al  bu  sənin uşağın! - deyə balaca 

uşağı  Fərhadın  üstünə  atıb  getmək  istədikdə,  Fərhad  diqqətlə  Gülzarın  üzünə  baxdı,  zira,  onu 

görmək  istəmədiyindən  çoxdan  onun  üzünə  baxmamışdı:  o  saatda,  bir  gecə  bağda  keçirdiyi 

xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu: 

     -Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim 

evimizi  yıxdı.  Bu  bəs  deyilmiş  kimi,  indi  qeyrisinin  də  evini  yıxmağa  gedirsən.  Yox,  sənin 

nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün, bu qədər əzaba düçar olduğum üçün 

erkən  solmuş  xoşbəxt  ailəmizin  intiqamını  səndən  alacağam,  xainliyinin  cəzasını  öz  əlimlə 

verəcəyəm!  Fərhad  bunu deyib, Gülzarın  boğazından yapışdı, boğub uşağın üstünə yıxdı: - Gör, 

bu da cəza... ədalət... mükafat... intiqam... -deyə məcnunanə addımlarla otaqdan çıxdı. 

Fərhadı tutub həbsxanaya apardılar. 

Bir  neçə  gündən  sonra  Kamil,  yurist  vəzifəsində  gəlib,  bütün  anası  barəsində  cəm  etdiyi 

məlumatı ədalət məhkəməsinə verdi, işin təzədən təhdid edilməsini tələb etdi. 

Mühakimə edilərkən Fərhaddan soruşdular: 

-  Sənə  isnad  verirlər  ki,  Züleyxanı  da  sən  boğub  öldürmüşsən,  nə  ilə  özünü  safa  çıxara 

bilərsən? 

Fərhad əsə-əsə ayağa durub dedi: 

-  Bəli,  doğrudur,  mən  öldürmüşəm,  mən  bədbəxt!  Züleyxanı  da  mən  öldürmüşəm, 

Qardaşımın da gözlərinin kor olmasına mən bais olmuşam. O zamanlar mənim ürəyim daş kimi 

idi.  Sonra  həyatın  iti  pəncələri  altında  əzildim,  didildim,  özümün  bu  hala  düşməyimə  səbəb 

oldum.  Məndən  savayi  bir  xain  də  vardı  ki,  mənim  bu  hala  düşməyimə  çoxu o  səbəb olmuşdu. 

Amma  mən  ondan  öz  intiqamımı  aldım.  Indi  də  xahiş  edirəm  ki,  bacımla  qardaşımın  intiqamını 

məndən alasınız, - deyə Fərhad taqətdən düşüb, yerə yıxıldı. 

Bir az keçəndən sonra ədalət məhkəməsinin üzvləri çıxıb məşhur mühəndis Fərhadın iyirmi il 

katorqa cəzasına məhkum edildiyini bildirdilər. 

Fərhad, Züleyxa adını eşidəndə, yenə həmin müdhiş dəqiqələr gözü önündə durdu. Dizi üstə 

düşüb dedi: 




www.cafarcabbarli.org 

 

 

 



-  Bacım,  Züleyxa,  bağışla  məni!..  Gəlirəm  qara  üzlə  sənin  yanına...  Bağışla  məni...  Oh, 

Züleyxa,  günahkaram,  bağışla!..  Ey  məndən  intiqam  alan  cavan,  səndən  çox  razıyam  ki,  mənim 

tez həlak olub, əzablardan xilas olmağıma səbəb oldun. Barı gəl bu yaxşıhğma görə üzündən öpüm. 

Kamil Fərhadın acı halını görüb, imtina etməyib, yanına gəldi. 

-  Mən həmin qətlə yetirdiyin Züleyxanın oğlu Kamiləm, -dedi. 

Bunu eşitcək Fərhad geri çəkildi. 

-  Get,  mənim  əllərim  qanlıdır,  sənin  pak  və  müqəddəs  bədəninə  dəyməsin!  Ancaq  qiyamət 

günü  anandan  öz  günahkar  qardaşının  əfv  edilməsini  xahiş  edərsən.  Get,  əllərini  mənim  napak 

olan bədənimə vurma! Çəkil!.. - Fərhad əsərək, birdən yerə yıxılıb, ruhdan ayrıldı. 

Axırıncı nəfəsdə Fərhadın ağzından ancaq bu sözlər eşidildi: 



-  Bağışla, Aslan!.. Bağışla, bacım Züleyxa!.. Gəlirəm... günahkaram... bağışla! 

 

Yüklə 184,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə