Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek


Matayev J. “Urqa” 2009-cu il, kətan, yağlı boya, 60 x 75 151



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə54/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   50   51   52   53   54   55   56   57   ...   111

150


Matayev J. “Urqa” 2009-cu il, kətan, yağlı boya, 60 x 75
151


atılır...  Vaşağın  iti  caynaqlarından  və  qüvvətli 
pəncələrindən qurtulmaq çətin məsələdir.
Marmot  –  respublikamızın  yüksək  dağlıq 
bölgələrinin  məskunudur.  Yumşaq,  qısa  xəzi  ilə 
seçilir.  Dərilərin  əksəriyyəti  ixraca  gedir.  Xırda 
heyvanlaın  həyatı  yadların  gözündən  etibarlı 
surətdə  gizlənir.  Günortalar  marmotlar,  dələlər, 
dovşanlar,  sünbülqıranlar,  sincablar,  dələlər  çox 
fəaldır.  Digər  canlılar,  əksinə,  “fəaliyyətə”  ancaq 
gecələr çıxır: kirpilər, yarasalar, ərəbdovşanları və 
hətta bəzi yırtıcılar. 
Alaqızıl  (forel).  Bu  balıq  İssık-Kulun  yararlı 
su hövzəsində nəinki yeni vətənini tapdı, həmçinin 
özü  üçün  xüsusi  əlverişli  həyat  mühitində 
kəskin  surətdə  dəyişildi.  1930  və  1936-cı  illərdə 
Ermənistanın Sevan gölündən xüsusi soyuducularda 
bir  neçə  mln  geqarkun  alaqızıl  kürüsü  gətirildi. 
Sevandakı  maksimum  30-40  sm-in  müqabilində 
89  sm  uzlunuğa,  çəkidə  isə  Süvandakı  3-4  kq-la 
müqayisədə 10 kq-a, ayrı-ayrı hallarda 15-18 kq-a 
çatan  İssık-Kul  geqarkunun  erkəkləri  Sevandakı 
həmcinsləri  ilə  yanaşı  qoyulanda  4,5  dəfə  ağır, 
dişiləri isə 7 dəfə böyüdü. Boyla bahəm bu balığın 
məhsuldarlığı da artdı. Maraqlı faktdır ki, İssık-Kul 
alaqızılı  zahirən  də  dəyişikliyə  uğramışdır:  rəngi 
əlvanlaşmış,  vücudunda  yeni  halqavari  ləkələr 
əmələ  gəlmiş,  alnı  genişlənmişdir.  Balıq  qışın  ən 
sərt aylarında, əsasən, dekabr-yanvarda çoxalmaya 
gedir.
Bundan  əlavə,  alaqızıl  İssık-Kulda  yırtıcıya 
çevrilmişdir.  Əsas  qidasının  80%-ni  təşkil  edən 
şimal qızılbalığını və digər alaq funksiyalı balıqları 
yeyir. 
Dəqiq  bəllidir  ki,  heyvanlar  və  quşlar 
valideynlik hissindən məhrum deyil. Maraqlı misal: 
yumurta  üstündə  yatan  ilan  instinktiv  titrətməyə 
başlayır.  Özü  qızışanda,  yumurtalarını  da  isidir. 
Qırğızıstanın dağlarında bu sürünənin 50-dən artıq 
növünə təsadüf etmək olar. Quşlar “şahlığı” da eyni 
dərəcədə  rəngarəngdir.  Qırğızlar  uzaq  keçmişdə 
quşları  və  heyvanatı  müqəddəs  sanırdılar.  Onlara 
sitayiş edir, barələrində hər cür əfsanə qoşurdular. 
Qədimdə  elə  olurdu  ki,  adamlar  doğum  illərini 
heyvan adı ilə müəyyənləşdirirdilər. 
I il – çıçkan (siçan) ili;
II il – uy (inək) ili;
III il – bəbir ili;
IV il – koyön (davşan) ili;
V il – balıq ili;
VI il – jılan (ilan) ili;
VII il – jılkı (at) ili;
VIII il – koy (qoyun) ili;
IX il – maymıl (meymun) ili;
X il – took (toyuq) ili;
XI il – it ili;
XII il – donuz ili.   
Xalq  arasında  əfsanə  gəzib-dolaşır  ki,  qədim 
çağlarda siçanla dəvə mərcə girirlər ki, yeni əsrin 
birinci  ilini  kimin  adı  ilə  adlandıracaqlar.  Qərara 
alınır ki, qələbə şəfəqi ilk görənə veriləcək. Günəşin 
doğmasını gözləyəndə, dəvə uzun boynunu uzadır, 
siçan  isə  onun  təpəsinin  düz  ortasına  dırmaşıb 
birinci ciyildəyir: “Günəşi görürəm!” Bu minvalla, 
siçan mərci udur və indi əsrin ilk ili onun adı ilə 
başlanır.  
Qırğızıstanın təbiət landşaftlarının müxtəlifliyi 
və  ərazisinə  Ön  Asiya,  Orta  Asiya,  Cənubi 
Asiya, Şərqi Sibir, Avropa və Avrasiya növlərinin 
müdaxiləsi  faunaya  fövqəladə  rəngarənglik  bəxş 
etmişdir.  Buradakı  nisbi  kiçik  ərazidə  ovalıq  və 
yüksək dağlıq, səhra və meşə, çöllük və çəmənlik 
canlılarına rast gəlinir. 
Səhra heyvanları Qırğızıstanda meşə və dağlıq 
canlıları  ilə  müqayisədə  azdır.  Onların  səciyyəvi 
nümayəndələri  –  gəmiricilərdir:  sarı  sünbülqıran, 
cəngil  qumsiçanı,  qırmızıquyruq  qumsiçanı, 
ərəbdovşanı,  tolay  dovşanı,  uzunqulaq  kirpi. 
Quşlardan burada saca - büldürük, səhra qarquşu, 
çəhrayı sığırçın, sürünənlərdən düzənlik tısbağası, 
şərqi  kiçik  boa,  jeltopuzik  –  çox  uzun  ayaqsız 
kərtənkələ və b. məskundur. 
Bütün  bu  canlılar  rütubətin  və  yemin  kasad 
olduğu, havanıт isti keçdiyi və demək olar ki, təbii 
daldalanacaqların az rast gəlindiyi səhra həyatına 
fərqli  tərzdə  uyğunlaşmışdır.  Səhra  canlılarının 
əksəriyyəti gecə həyatı keçirir, gündüz isə istidən 
xilas  axtararaq,  yuvalarına  girir  (sarı  sünbülqıran 
və uzunqulaq kirpi), yaxud da qumun içinə qazınıb 
gizlənirlər (şərqi kiçik boa, kərtənkələlər). Səhrada 
rütubət  az  olduğuna  görə,  burada  iri  məsafələri 
sürətlə qət etməyə qabil, yainki qidada olan su ilə 
dolanmağı  bacaran  heyvanat  sağ  qalıb  yaşamağa 
qadirdir. Birincilərin sırasına ryaboklar, ikincilərə 
– bir çox gəmiricilər, yırtıcı və bitkiyeyən quşlar, 
həmçinin  bütün  sürünənlər  aiddir.  Məməlilərin 
əksəriyyətində  və  quşların  hamısında  tər  vəzləri 
qaibdir, bu da suyun buxarlanmasını azaldır. Səhra 
məskunlarının hərarəti qalxmaqdan xilas edən açıq 
rənglərini vurğulamamaq olmaz. Hər şeyə rəğmən, 
bunlar qədərincə deyil. Ən isti dövrdə gəmiricilərin 
və  sürünənlərin  əksəriyyəti  yuxuya  gedir,  quşlar 
və tolay dovşanları isə səhranı tərk edir. Çox vaxt 
istidə  bitki  örtüyü  tezliklə  yanıb  cızdağı  çıxmış 
lyoss    səhralarında  yaşayan  sünbülqıranlar  və 
tısbağalar yay yuxusundan qış yuxusuna gedir və 
onların fəal həyat dövrü yalnız yazda çəkir. 
152


Təbii  daldalanacaqların  az  olduğu  məkanda 
mövcudiyyət  uğrunda  mübarizə  kəskin  şəkildə 
gedir.  Düşməni  vaxtında  sezmək  və  müdafiə, 
yaxud  xilas  üçün  lazımi  tədbirlərin  görülməsinə 
sarı-qonur  qoruyucu  rəng,  iti  qulaq,  yaxınlaşan 
düşməni nəinki yandan, həm də arxadan görən çəp 
yerləşmiş gözlər kömək edir. 
Çöllükərin  heyvanat  aləmi  zəngin  və 
müxtəlifdir.  Bu  onunla  izah  olunur  ki,  əvvəla, 
buralarda qida daha boldur və həyat şəraiti nisbətən 
az sərt, yumşaq keçir, ikincisi, bu məkana canlılar 
yalnız  Ön  və  Mərkəzi  Asiyanın  səhralarından, 
düzənliklərindən  (boz  dağsiçovulu,  açıqrəngli 
savsar,  çölpişiyi,  qızılı  arıqapan,  göyçəqarğa, 
suilanı,  bəzəkli  bağilanı,  yaşıl  qurbağa,  göl  quru 
qurbağası)  deyil,  habelə  Avropa  çöllərindən  də 
(dovdaq, çölsiçanları, bildirçin, bəzgək və b) gəlib 
çıxmışdır. 
Çöllüyün  həyat  tərzi  səhra  həyat  tərzinə 
oxşardır,  ona  görə  düzlərin  canlılarının 
uyğunlaşması səhranınkılara oxşayır, ancaq elə də 
kəskin təzahür etmir. 
Meşələrin  heyvanat  aləmi  ən  zəngin  və 
rəngarəngdir. Yemin bolluğu, düşməndən sıx meşə 
yarpaqlarının arasında gizlənmək imkanı, mülayim 
iqlim bura həm gəmiriciləri, həm dırnaqlıları, həm 
yırtıcıları,  həm  də  ələlxüsus  növbənöv  çoxsaylı 
quşları cəlb edir.  
Qırğızıstanın  meşə  faunası  əsas  etibarilə 
Avropada və Asiyada geniş yayılmış heyvanlardan 
ibarətdir.  Bunlar  məməlilər  –  qonur  ayının Tyan-
Şan növü, vaşaq, qaban, cüyür, sincab, boz qurd, 
meşə dələsi, quşlardan – qırğı, adi qaragöz qızılquş 
və  b.-dır.  Burada  sırf  Avropa  üçün  xarakterik 
növlər  də  məskundur:  gəmiricilər  –  ağac  siçanı, 
meşə  siçanı;  quşlar  –  tetraquşu  (buralar  onun 
yayılmasının cənub sərhədidir), qırğı, alacadimdik 
və  yeganə  meşə  sürünəni  –  qıvraq  kərtənkələ. 
Hərdən  Şərqi  Sibir  növləri  də  bu  məkana  baş 
çəkir  –  xırda  həşəratyeyən  burozubka,  nadir 
hallarda rast gəlinən maral, səciyyəvi tayqa quşu – 
üçbarmaq ağacdələn və b. Qırğızıstanda Orta Asiya 
növlərindən endemiklər məskundur: gəmiricilər – 
Tyan-Şan mışovkası, Tyan-Şan çölsiçanı.
Meşə  heyvanatının  və  quşlarının  əksəriyyəti 
oturaq həyat tərzi keçirir, yaxud meşə hüdudlarında 
köç edir. Burada çöldən və səhradan fərqli olaraq 
həyat mərtəbələrə ayrılır. Aşağı yarusda heyvanların 
çoxu  məskundur  –  gəmiricilər,  dırnaqlılar, 
yırtıcılar.  Yuxarı  –  ağac  yarusu,  əsasən,  quşlarla 
məskunlaşıb. Məməlilərdən ikinci mərtəbədə meşə 
dələsi, ağac siçanı yaşayır. Bu heyvanların hamısı 
öz  mühitlərinə  fərqli  uyğunlaşmışdır.  Dırmaşan 
canlıların  iti  caynaqlı  yapışan  pəncələri  var  – 
onların  sayəsində  sürətlə  ağacların  gövdələrinə 
dırmaşırlar, uzun, tüklü quyruqları isə sıçrayışlarda 
sükan rolunu oynayır. Qırğı meşə həyatına ən yaxşı 
cəhətdən  uyğunlaşmışdır.  Qısa,  dəyirmiləşmiş 
qanadları  və  uzun  quyruğu  qidalandığı  quşların 
arxasınca  qovan  zaman  sıx  budaqların  arasından 
sivişib keçməyə və ən gur yerlərə soxulmağa imkan 
yaradır.  
Yüksək  dağlıq  Qırğızıstanın  heyvanat  aləmi 
çox  özünəməxsusdur.  Səciyyəvi  nümayəndələr: 
dağ  keçisi  –  təkə,  vəhşi  dağ  qoyununun 
arxasınca  ova  çıxmış  qar  bəbiri  –  irbis,  çox 
nadir heyvana çevrilmiş qırmızı canavar, həddən 
ziyadə  ehtiyatlı,  amma  aciz  quş  olan  ular  –  dağ 
hindtoyuğu, daşlarına arasında çaşıb geri qalmış 
çölsiçanını axtaran daş dələsi (beloduşka). Tyan-
Şanın yüksək dağlıq sırtlarında daha bir maraqlı 
canlı  məskundur  –  relikt  sünbülqıran.  Heç  kəsə 
bəlli  deyil  Avropa  (boz)  sünbülqıranının  ən 
yaxın  qohumunu,  səciyyəvi  çöl  heyvanını  hətta 
yayı  sərin  keçən  3  500  m  ucalıqda  sığınacaq 
axtarmağa nə vadar edib. Alimlər güman edirlər 
ki,  heyvancığaz  bu  hündürlüyə  dağyaranma 
başlayanda,  yaşadığı  düzəngahla  bahəm  qalxıb. 
Bu lap çoxdan baş vermiş ləng qaldırmada bizim 
səyahətçimiz  sərt  şəraitə  alışmış  və  müstəqil 
növə  çevrilmişdir.  Bütün  dağ  canlıları  dağlarda 
yaşamaq üçün xüsusi bədən üzvlərinə malik olur. 
Məməlilərdə  arxa  ayaqlar  yaxşı  inkişaf  etmiş, 
oma  sümüyü  kürək  sümüklərindən  yuxarıda 
yerləşmiş  olur.  Belə  quruluşla  dağlarda  qaçmaq 
və bir qayadan o birinə atılmaq yüngüllüklə başa 
gəlir.  Buradakı  çox  azsaylı  sürünənlər  (Himalay 
kələzi,  Alay  qoloqlazı,  qlazçatı  kərtənkələ), 
yumurtaların  inkubasiya  dövrünə  əngəl  törədən 
sərin iqlim səbəbindən diri bala doğurlar. Dağlarda 
quşlar  özünü  yaxşı  hiss  edir.  Suyun  yanındakı 
qayalıqlarda  daş  kəkliyi,  daha  doğrusu,  yüksək 
dağlıq quşu deməkdən çox, qaya kəkliyi yaşayır, 
çünki onu şəhər qaranquşu kimi qayalar özlərinə 
cəlb edir. Burada həmçinin günəşdə lələkləri tünd-
bənövşəyi və abı çalarlarla bərq vuran göy quşun 
füsunkar  nəğməsini  eşitmək  olar. Yüksək  dağlıq 
yerlərdə yırtıcı quşlar – qar və qara keçəl kərkəs, 
toğlugötürən, həmçinin dağ zağçası, dağ vüroku, 
dağ bağtorağayı, tixedrom və s. yuva qururlar.   
Dağ  heyvanlarının  və  quşların  əksəriyyəti 
Mərkəzi Asiya faunasına aiddir, lakin burada Orta 
Asiya  nümayəndələrinə  də  rast  gəlinir  –  bunlar 
endemiklərdir:  gümüşü  çölsiçanı,  uzunquyruq 
marmot, ular – dağ hindtoyuğu, daş dələsi, keçəl 
kərkəslər, toğlugötürən, kəklik, dağ zağcası daha 
geniş  yayılmışdır.  Onlara  Mərkəzi,  Ön  və  Orta 
Asiyada təsadüf olunur. 
153


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə