Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə55/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

Quşlar
Qırğızlar  bineyi-qədimdən  köçəri  həyat 
tərzi  sürmüş,  vəhşi  təbiətin  qoynunda  yaşamış, 
onu  sevmiş,  müşahidə  etməyi  bacaramışlar. 
Onlar  yüzlərlə  quşun,  heyvanın,  bitkinin  adını 
gözyumulu bilirdilər. Qırğız şifahi rəvayətlərində, 
əfsanələrində, folklorunda yüzlərlə quşun adı çəkilir. 
Quşlara,  ələlxüsus,  quşçular  və  berkutçular  yaxşı 
bələd idilər. Onlar alıcı quşların xarakterlərindən, 
vərdişlərindən,  yuva  həyatlarından,  tüklənmə 
xüsusiyyətlərindən  məharətlə  baş  çıxarırdılar. 
Qırğızlar  qədimdən  quşlarla  zəngin  diyarda 
məskundurlar. Ovçular və maldarlar alıcı iti gözə 
malik idilər, ən səciyyəvi cəhətləri sezir və təbiətdə 
çoxlu quş növlərini asanlıqla ayırd edib tanıyırdılar.   
Hər landşaftda öz quş növlərinin toplumu var. 
Əlvan dağlıq aləminə rəngbərəng quşlar cahanı da 
münasibdir.
Sanki təbiət nisbi kiçik məkanda bu sayda quş 
növləri  üçün  həyat  şəraiti  yaratmağın  qayğısına 
qalmışdır.  Bu,  bir-birinə  qətiyyən  oxşarları 
olmayan  quşların  və  heyvanların  məskən  saldığı 
təbii  heyvanxanaya  bənzəyir.  Haradasa  cəm  50 
km  yol  getmək  lazımdır  ki,  səhra,  çöllük,  dağlıq 
çəmənliyi, əbədi qarlar qurşaqlarını keçəsən.
Onlara  görə  cənnət  quşları  adını  almış  neçə 
növün  təsviri  verilmişdir.  Daima  havada  yaşayan 
quşlar.  Havanı  mənimsəyən  quşlar  heç  də  ora 
köçməmişlər.  Onların  siması  yalnız  səma  ilə 
deyil,  həmçinin  torpaq  və  yerdə  bitən  hər  şeylə 
formalaşmışdır. Sözsüz, yalnız bitkilər onlar üçün 
əhəmiyyət  kəsb  etmir.  Quşları  gözlərinə  görünən 
hər şey maraqlandırır. Hərəkilik və fəallıq quşları 
Yerin  digər  məxluqları  ilə  toqquşdurur.  Quşlar 
bəzi  canlılardan  qaçır,  digərlərinə  laqeyddirlər, 
üçüncülərsiz isə yaşaya bilmirlər. Demək olar ki, 
quşların ətraf mühitləri kimi, özləri də rəngarəngdir.
Quşların  yerləşdirilməsi  –  maraqlı  prosesdir. 
Hər  ayrı  halda  səbəb  ayrıdır  və  təbiətin  əsrlər 
boyu iqlim tərəddüdləri, yaxud insan fəaliyyətinin 
nəticəsində səbatlı dəyişkənliyindən xəbər verir.
Qırğızıstanda  ən  xırda  quş  5-6  q  çəkisində  – 
çalıquşudur (korolyok), ən nəhəng toğlugötürən isə 
min dəfə ağırdır. Dovdaq isə ondan ağır çəkilidir – 
12-15 kq. Ölçülər – mühüm əlamətdir və nisbi tanış 
quşların  təsvirində  verilir:  sərçələrə,  sığırçınlara, 
ördəklərə, qazlara.
Fərdlərin  sayına  görə  növlər  çoxsaylılara, 
adilərə  və  azsaylılara  bölünür.  Bu  və  ya  digər 
məkanlarda rast gəlməyə görə dominant quşlar, fon 
quşları və nadir quşlar olurlar. 
Çoxsaylı  növlər  milyonlarla  fərdlərlə  təmsil 
olunur.  Bunlar  sərçələr,  qarğakimilər,  vüroklar, 
tənəkquşları, ötməquşları, qaratoyuqlar, sığırçınlar, 
konyoklar, qaranquşlar və digərləridir.
Azsaylılara  tək-tək,  ən  yaxşı  halda  onlarla 
fərd aiddir. Bunlar, hər şeydən öncə, nadir hallarda 
rast  gəlinən  iri  quşlardır:  toğlugötürən,  keçəl 
kərkəs (kumay), berkut, cırtdan qartal, oraqdimdik 
(serpoklyuv),  qara  hacıleylək,  çayqaranquşu, 
dovdaq.  Bu  siyahıda  yırtıcı  quşların  belə  sayı 
təsadüfi  deyil.  Axı  təbiətin  qanunlarına  görə, 
yırtıcıların sayı, səbəbinə yaşadıqları qurbanlarının 
sayından həmişə az olur. 
Bərri-biyabanda,  qəsəbədə,  şəhərdə,  meşədə, 
dağlarda  –  quşlara  hər  yerdə  rast  gəlirik.  Bəzən 
onlar  çoxminlik  ədəddən  ibarət  dəstələrə  yığılır. 
Elə zənn edirik ki, onlar çoxdur. Əslində, belə deyil. 
Mütəxəssislər quşları təbiətdə saymağı öyrənəndə 
bəlli  olub  ki,  bəzi  quşlar  lap  az  qalıb.  Ornitoloq 
alimlər  hesab  edirlər  ki,  kürreyi-ərzdə  100  mlrd 
quş  məskundur.  Bu  o  deməkdir  ki,  planetin  hər 
sakininə 20-25 ədəd quş düşür. Bəzi ovçular isə bir 
ov mövsümündə daha çox quş vurmağa müvəffəq 
olurlar.  Təsəvvür  edirsinizmi,  dünyada  hər  adam 
onlardan  nümunə  götürsə,  nələr  baş  verər,  planet 
nə halətə düşər?!
Bəs Qırğızıstanda nə qədər quş var? Bunu səhih 
bilən yoxdur. Doğrudur, ov və sənaye əhəmiyyətli 
quşların  haqq-hesabı  aparılır.  O  səbəbdən,  aşkar 
etmişik ki, su quşlarının sayı bizdə 50 mindən bir 
qədər atrıqdır. Onların ən çoxsaylısı – qırmızıburun 
dalğıcdır  –  31  min  ədəd.  Bir  neçə  yüz  yaşılbaş 
ördək,  qaşqaldaq;  700,  bəzən  1  000  qu  quşu  var. 
Ancaq  bunlar  –  İssık-Kul  gölündə  qışlayanlardır. 
Su  quşlarının  yuvalarına  yüz  dəfələrlə  az  rast 
gəlinir, bəzisi isə ümumiyyətlə yuva qurmur. Digər 
154


ov quşlarından ən çoxsaylıları: kəklik – 532 min, 
ular – 166 min, qırqovul – 317 min. Bu minvalla, 
Qırğızıstanda  bir  kəkliyə  7,  bir  ulara  –  24,  bir 
qırqovula – 100 sakin düşür.
Mütəxəssislərin  sözlərinə  görə  dağlıq 
meşələrdə 4-5 mln quş (hektara 8-10 quş) yaşayır, 
meşələr isə ərazimizin yalnız 3%-i təşkil edir. 
Çöllüklərdə,  yarımsəhralarda  və  sırtlarda 
quşlar nadir hallarda məskən salır, ona görə bütün 
Qırğızıstanda 50-70 mln-dan çox quş yoxdur. Hər 
sakinə 5-7 quş düşür. 
Respublikada 21 dəstəyə məxsus 340 növ quş 
var (dünya faunasının 40 dəstəsindən). Ən zəngin 
sərçəkimilər  dəstəsində  150  növə  təsadüf  etmək 
olar. İkinci yerdə 40-dan artıq növlə cüllütlər gedir, 
üçüncü yerdə – 30-dan çox gündüz yırtıcı quşları, 
dördüncü yeri yastıdimdiklilər 25 növlə tutur, qalan 
dəstələrdə isə 5-10, bəzən hətta 1-2 növ olur.
Ən  müxtəlif  növ  toplumu  orta  hündürlüklü 
dağlardadır. Orada mühit yüksək dağlıq ərazilərdə 
olduğu kimi sərt deyil. 3 000 m-dən yuxarı 130 növə 
təsadüf  edirlir,  onlardan  yalnız  90-ı  yuva  qurur. 
Çokmorov S. “Tovuz quşları”. Yağlı boya, 57, 5 x 74, 5 
155


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə