Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə63/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   59   60   61   62   63   64   65   66   ...   111

antisiklonunun  cənub-qərbi  periferiyasının  təsiri 
altında bərqərar olur. 
Bütün  Orta  Asiya,  o  cümlədən  Qırğızıstan 
siklonlar sistemlərinin cənub periferiyasına düşür. 
Onların sayəsində respublikanın ərazisinə qərbdən 
nisbi soyuq və rütubətli hava kütlələri daxil olur. 
Qırğızıstanın,  həm  də  külleyi  Orta  Asiyanın 
üzərində  azad  atmosferdə  təxminən  3  000  m 
yüksəkliklərdə  atmosferin  ümumi  dövriyyəsi  ilə 
əlaqədar  havanın  qərbi  keçidi  hökm  sürür.  Çox 
vaxt yer səthi yaxınlığında relyefdən asılı olaraq 
küləklərin istiqaməti qısa məsafələrə dəyişilir.  
İssık-Kul gölü ətrafındakı silsilələr güclü yerli 
küləklərin yaranmasını şərtləndirir. Burada hakim 
küləklər – qərbi ulan və şərqi santaşdır.   
İssık-Kul  hövzəsində  göl  qışda  havanın 
temperaturuna  yumşaq  təsir  göstərir.  Onun 
sayəsində  gölün  daha  dərin  mərkəzi  hissısinə 
bitişən  sahil  bütün  Şimali  Qırğızıstanda  ən  isti 
qışla fərqlənir. Burada orta yanvar temperaturu – 
2-3`-dir. 
Nisbi  qısa  və  yumşaq  qış  Cənub-Qərbi 
Qırğızıstanda  keçir.  Belə  ki,  respublikada  ən 
yüksək  yanvar  temperaturları  –  0`-dən  aşağı 
1,5-2,6`  - Ak-Terek-Qavda  və  Cəlalabadda  olur. 
Elə il keçir ki, Fərqanə və hətta Çuy vadilərində 
temperatur  dekabr  və  yanvar  aylarında  15-20`-
yə  qalxır.  Aşağı  temperaturlar  Alay,  Çatkal, 
Ketmentübin  vadiləri  üçün  xarakterikdir.  Orada 
orta  yanvar  temperaturları  -13,5`-dən  -17,5` 
qədərdir.  
Qışda  sərt  temperatur  şəraiti  Tyan-Şanın 
bir  çox  qapalı  yüksək  dağlıq  çökəkliklərində  – 
Aksayda,  Arpada,  Susamırda,  Toquztorooda, 
Çonuzenqequşda  və  b.  müşahidə  olunur.  Burada 
relyef havanın durğunluğu və möhkəm soyuması 
üçün  şərait  yaradır.  Aksay  rayonu  Qırğızıstanın 
soyuq  qütbü  hesab  edilir.  Burada  çoxillik  orta 
yanvar  temperaturu  0`-dən  aşağı  27,7  `  çatır. 
Mütləq minimum isə - 53,6`-dir. Bu temperatura 
yaxın soyuqlar Arpa vadisində (-51`), Susamırda 
(-50`), Çatırgöldə (-49`) qeyd olunmuşdur. 
Qırğızıstanda  bahar  qısa,  yağışlıdır.  Digər 
mövsümlər  kimi  eyni  zamanda  gəlmir.  Yaz, 
Fərqanyanı  Qırğıızıstanda,  adətən,  fevralın 
sonunda, Çuy vadisində martda başlayır. Dağlarda 
hər yüz metr hündürlükdən bir bahar təqribən üç 
gün gecikir.  
Yay  ən  uzunsürən  mövsümdür  –  mayda 
başlayır.  Gələn  hava  kütlələri  səthdən  isinərək 
sürətlə  tropik  kontinental  kütlələrin  cəhətlərini 
–  quruluğu  və  yüksək  temperatuları  –  özlərində 
təzahür etdirirlər. Ələlxsus Fərqanyanında çox isti 
olur. Burada Lenin-Col kəndində respublikada ən 
yüksək (27,5`) orta temperatur qeydə alınmışdır.   
Dağlarda  yay,  ələlxüsus,  birinci  yarısında, 
sərin keçir. Ən aşağı (4,3`) orta iyul temperaturu 
Tyan-Şan müşahidə nöqtəsində qeydə alınmışdır. 
4  500  m-dən  artıq  hündürlüklərdə  isə,  bir  qayda 
olaraq, iyulun orta temperaturu 0`-dən aşağıdır.     
Qırğızıstana  payız  sentyabrın  sonunda  gəlir. 
Bu zaman soyuq hava kütlələrinin təsiri güclənir 
və  yazdakkı  kimi  havanın  kəskin  dəyişməsi 
müşahidə olunur. Payız uzun, quru keçir. Dağətəyi 
düzənliklərdə noyabr-dekabra qədər çəkir. 
Hava  axınları  üçün  açıq  dağ  silsilələri  ən 
çox  yağmur  həcmini  öz  səthlərinə  alırlar.  Belə 
ki,  Çuy  vadisinin  düzənlik  hissəsində  300-400 
mm  yağmur  düşürsə,  Qırğız  silsiləsinin  Cənub-
Qərbinin  3  000  m  hündürlüyündə  ildə  750-770 
mm yağıntı düşür. Qırğızıstanın Cənub-Qərbində 
ən çox həcmdə yağıntı –  900-1 000 mm – cənub-
qərbə  yönəlmiş  Fərqanə  silsiləsinin  yamaclarına 
düşür.  Bu  silsilənin  Daxili Tyan-Şana  tərəf  qarşı 
ətəklərinə 200-250 mm yağıntı düşür. 
Xüsusən  qış  yağmurları  Tyan-Şanın  yüksək 
dağlıq  bölgələrinə  az  düşür.  Qış  qar  buludları 
adətən, 3 000 m-dən aşağıda toplaşır, bu səbəbdən, 
yağmurlar dağ silsilələri tərəfindən tutulub saxlanır 
və çökəkliklərə düşmür. Bunun nəticəsində Koçkor 
vadisi, Narının, Aksayın, Arpanın yuxarı axarları 
üçün qarsız qışlar xarakterikdir.  
Dağlıq  bölgələrdə  cənub  ekspozisiyasının 
yamaclarında  tamamən  qar  örtüyündən  təmiz 
yerlərə  rast  gəlinir  ki,  bu  da  heyvanların  qışda 
otarılması üçün yaxşı şərait yaradır.      
Eyni  zamanda  şimal  və  şimal-qərbi 
ekspozisiyanın yamaclarında çoxlu qar yığılır və 
orada tez-tez qar uçqunları baş verir. Bunlar özləri 
ilə bəzən böyük bəlalar gətirir. 
171


Sular 
Tyan-Şan  və  Alay  dağlarında  nəhəng  buzlaşma 
qovşaqlarının,  qarlı  dağlar  yerləşən  böyük  sahələrin 
mövcudiyyəti,  yeraltı  suların  çxışı  sıx  və  yayılmış 
hidroqrafik şəbəkəni formalaşdırır.
Qırğzıstanın  bütün  iri  çayları  uca  dağlarda 
buzlaqların  və  qarlı  zirvələrin  yanında  başlanğıc 
götürür. Çayların su tutumu onların hövzəsinin mütləq 
hündürlüyü, buzlaşma dərəcəsi və çayları qidalandıran 
qarlı  çöllərin  sahələri  ilə  əlaqəlidir.  Aşağı  axarlarda 
intensiv buxarlanma və filtrasiya nəticəsində çayların 
su tutumu azalır.
Qırğızıstanda  iki  hidroloji  sahə  ayrılır:  axının 
formalaşdığı  sahə  –  dağlıq  zona  və  axının  paylaşma 
sahəsi – dağətəyi və ovalıq. Axının paylaşma sahəsində 
həm də, belə desək, yeraltı suların altdan çıxarılması 
zonası formalaşır və orada bir çox çay əlavə qidalanma 
alır. Çox vaxt burada qrunt sularından qidalanan çaylar 
və çeşmələr başlanğıc götürür. Belə suaxarları suyun 
şəffaflığına görə “qara su” adlandırırlar. 
Qırğızıstanın  çayları  Aral  dənizinin  (Qırğız 
Respublikasının  76,5%),  Tarimin  (12,4%),  İssık-
Kulun (10,8%), Balxaşın (0,3%) hövzələrinə aiddir. 
Respublikanın bütün çaylarının orta illik axını 45,6 
km3 təşkil edirki, o da keçmiş Sovet İttifaqının ümumi 
axınını 3%-dir. Qırğızıstanın çayları nəhəng potensial 
enerjiyə  malikdir.  Bütün  çayların  məcra  enerjisinin 
ehtiyatları  orta  illik  su  nəzərə  alınmaqla  165  mlrd.
kv/saat,  yaxud  18,9  mln  kvt  təşkil  edir.  Qırğızıstan 
çaylarının  hesablanmış  potensial  enerji  ehtiyatları 
keçmiş Sovet İttifaqında Rusiyadan və Tacikistandan 
sonra  3-cü  yeri  tutur.  Zəngin  su  resursları  nəinki 
respublikanın,  eləcə  də  Özbəkistanın,  Qazaxıstanın, 
Tacikistanın  kənd  təsərrüfatı  zəmilərinin  suvarılması 
üçün böyük əhəmiyyətə malikdir. 
Qırğızıstanda  çaylar  əsasən,  qar  və  buzlaqların 
ərinti suları ilə qidalanır. Əbədi qarların sərhədi, başqa 
sözlə, qarların yuxarı yığılıb buzlaq təşkil etdiyi o xətt, 
silsilələrin  yamaclarının  istiqamətindən  asılı  olaraq  
3  600-4  600  m  yüksəklikdə  yerləşir.  Halbuki  qərbi 
Qafqazda o xətt ortalama 2 800 m yüksəklikdə, Altayda 
isə  2  400-3  500  m  yüksəklikdədir.  Qar  xəttinin  çox 
hündürdə olması yalnız Qırğızıstanın cənubi mövqeyi 
ilə deyil, həm də iqliminin quruluğu ilə izah olunur. Ən 
alçaq qar xətti Fərqanə və Qırğız silsilələrində yerləşir. 
Çayların  çoxunun  mənbəyi  qarlıqlarda  və 
buzlaqlarda olduğu üçün, suyun temperaturu aşağıdır. 
Lakın  axın  o  qədər  gurultulu  və  sürətlidir  ki,  qışda 
çaylar  donmur.  Bir  çox  çaylarda  yalnız  sahillərə 
yapışmış ensiz buz qəmbərləri və xəşələ əmələ gəlir. 
Adətən,  xəşələni  su  elektrik  stansiyalarının  bəlası 
adlandırırlar, çünki kanalları və barmaqlıqları doldurur 
və suyun turbinlərə dolmasına əngəl törədir. 
Yuksək  dağlardan  başlanğıc  götürüb  möhkəm, 
çətin ovulan süxurların arasından axan su heyrətamiz 
dərəcədə şəffafdır. Yayda isə buzlaqlardan çıxarılmış 
yığıntıların  ucbatından  ağımtıl-boz  rəngə  boyanır. 
Kövrək, asan yuyulub ovulan süxurların arsından axan 
çaylar  qarlar  əriyəndə  və  leysanlar  zamanı  bulanır, 
qırımızımtıl-kərpici, yaxud çirkli-qəhvəyi çalar alır.
Əsas Tyan-Şan-Narın su arteriyası Böyük və Kiçik 
Narının (Narın şəhərindən 44 km şərqə) qovuşuğundan 
əmələ gəlir. Çayın uzunluğu – 616 kim, məcranın sahəsi 
– 50 110 km2-dir. Böyük Narının mənbəyi Akşiyrak 
masivinin  Petrov  buzlağı  ətəyində  yerləşən  göldən 
çıxır; Kiçik Narın Cetimbel silsiləsinin buzlaqlarından 
çıxan çoxsaylı çaylardan əmələ gəlir. Böyük və Kiçik 
Narının  qovuşuq  nöqtəsində  su  israfı  90  m3  /san, 
mənsəbdə 421 m3/san-dir. Çoxsaylı qolları – Atbaşı, 
Alabuka, Kökömərən və b. – qəbul edən Narın Fərqanə 
silsiləsini  yarır.  Fərqanə  vadisi  hüdudlarında  Narın 
Qaradərya ilə qovuşur və Sırdəryanı yaradır. 
  Çu  –  Tyan-Şanın  digər  iri  çayıdır.  Öz  adını 
Cuvanarık və Koçkorla qovuşandan sonra alır. Boom 
dərəsindən Çuya çıxandan sonra sağdan çaya başlıca 
qolu  –  Çon-Kəmin  tökülür,  ardınca  şimal-qərbə 
burularaq Çuy vadisinin münbit zəmilərini suvarır və 
Münkümün qumlarında itir.
Qırğızıstanın iri çaylarına həmçinin Talas, Qızılsu 
(Alay), Sarıcaz, Aksay, Sox və b. aiddir.  
Qırğızıstanın  bir  çox  bölgələrində  davamlı 
yağışlar  və  bitkilərlə  zəif  möhkəmlənmiş  dağ 
yamaclarındakı qarların əriməyi nəticəsində, su axını 
torpağı  yuyub  aparır,  bəzən  isə  iri  qaya  parçalarını 
özü ilə sürütləyir və sel gəlir. Bəzən sel zəmiləri basır, 
yolları yuyub aparır, tikililəri sökür, xalq təsərrüfatına 
böyük məbləğə başa gələn ziyan vurur.
Yeraltı sular mənşəyinə görə, əksərən, filtrasiyadan 
keçir. Onlar yağış, ərinti və digər suların yerin altına 
və xırda çatlaqlara süzülməsi nəticəsində əmələ gəlir. 
Yeraltı  suların  böyük  hissəsi  yüksək  dağlıq 
yerlərdə yaranır və yeraltı su axarları ilə aşağı süzülür. 
Dağarası  və  dağların  içindəki  boşamtraq  divarlı 
yarıqlarda,  adətən,  nəhənf  qrunt  suları  ehtiyatları 
yığılır.  Bəzən  bu  toplanmış  sular    səthə  yaxın 
172


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə