Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə59/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   55   56   57   58   59   60   61   62   ...   111

Nəbatat dünyası
İnsan  üçün  təbiət  həyat  mühiti  və  mövcudiyyət  üçün  vacib 
təbii ehtiyatların mənbəyidir. İnsan və təbiət qarşılıqlı sıx bağlı və 
ayrılmazdır.  
Ölkəmizin  nəbatat  dünyası  rəngarəng  və  zəngindir.  Tyan-
Şan  şamı  meşələrinin  nəhəng  sahələri.  Süni  surətdə  artırılmış 
küknarlar,  çoxsaylı  üvəz,  zirinc,  qarağat,  itburnu  giləmeyvələri 
kolluqları.  Göbələk,  payızın  sonuna  qədər  təzə-tər  qalan  şirəli 
otluqlar,  qayalıqlar,  ardıclıqlar  burada  həm  yem  bitkiləri  üçün, 
həm də dağ keçisi, cüyür, qaban, maral kimi qiymətli dırnaqlıların 
daimi  yaşayış  və  çoxalma  yeri  üçün  qoruyucu  şəraitin  əlverişli 
kompleksini yaratmışdır.
Regionun  milyonlarla  insanının  həyatının  və  rifahının  asılı 
olduğu ali dəyərli şey – sudur. Qərbi Tyan-Şan dağları Atlantik 
okeandan  rütubət  gətirən  qərb  küləklərinin  qarşısını  kəsərək, 
onlarla  çayın  mənbəyini  yaratmışdır.  Çayların  suyu  israf 
olunmadan suvarmaya, məişət və sənaye ehtiyaclarına işlənir. 
Yağıntının  həcmi  yalnız  dağların  hündürlüyündən  deyil, 
həmçinin təbii bitki örtüyü, ələlxüsus meşə və kolluq örtüyündən 
asılıdır.  Təbii  bitki  örtüyü  saxlanan  yerdə  yağmur  da  çoxdur, 
axıntının  paylanması  da  bərabəır  həcmdədir.  Bulaqlar  çağlayan 
yerdə  çayların  da  suyu  bollaşır.  İnsanın  ağılsız  hərəkətləri 
ucbatından  bitki  örtüyü  pozulmuş  yerlərdə  yağıntının  həcmi 
azalır, əksinə, daşqınların və sellərin dağıntı gücü və tezliyi artır. 
Sellər və daşqınlar evləri, körpüləri, yolları yuyub dağıdır, mln-
larla dollar zərər vurur.
Hissə  tamdan  böyük  olamaz,  amma  zəngin  ola  bilər.  Qərbi 
Tyan-Şanın  bioloji  rəngarəngliyi  –  yalnız  Mərkəzi Asiyanın  və 
bütövlükdə  cahanın  bioloji  müxtəlifliyinin  bir  qismidir.  Fəqət 
onun  konsentrasiyası  burada  çox  yüksəkdir.  Buralar  sanki  yerli 
növ  –  aborigenlərin  də,  uzaq  ölkələrdən  gəlmələrin  də  birləşib 
dinc və yanaşı yaşadığı təbii botanika bağı və heyvanxanadır. 
Burada 3,5 mindən artıq bitki növü, başqa sözlə cəmi Mərkəzi 
Asiyanın bitki aləminin 60 %, 30 növ balıq, 3 növ suda-quruda 
yaşayan,  20  növdən  artıq  sürünən,  300-dən  artıq  quş,  60  növ 
məməli,  6  min  növdən  artıq  həşərat  məskundur.  Bitkilərin  və 
ələlxüsus, onurğasızların arasında bir çoxu hələ kəşf olunmaqlarını 
gözləyir. 
Respublikanın bitki landşaftı bioloji formaların çoxluğunun 
sayəsində  rəngarəngdir:  birillik  və  çoxillik  otlar,  kolluqlar, 
yarımkolluqlar, ağac növləri .
Dağlıq  otlaqlar  –  keçəl  qayalıqların  və  buzlaqların  önündə 
sonuncu pillələrdir. Bu otlaqların məskunları sərt şəraitə alışmışlar 
– ilin yarısı mənfi temperatur hökmfərmadır. 
162


Çokmorov S. “Qırqovulla mənzərə” 1986-cı il, kətan, yağlı boya, 59, 2 x 79
163


Daqlıq çəmənliklərin bitkiləri özünəməxsusdur, 
lakin  rəngarəngliyinə  görə  orta  dağlıq  örüşlərdən 
geri qalır. Primula, daşqıran, oksitrop (ostrolodki), 
kobreziya,  zanbaq,  lalə,  süsən,  yaddaş  çiçəyi, 
dəlicincilim,  astraqal,  edelveys,  xırdaləçək, 
çayırsədəfi, 
qaytarma, 
şultsiya, 
gentiana 
(qoreçavka),  qarabaşaq,  prolomnik,  bənövşə, 
kalliantemum,  dənli  bitkilərdən  –  şırımlı  topal, 
trişetinnik (trisetim), reqneriya, yumaq, dağ qırtıcı. 
Soyuq çınqıllı yüksək dağlıq yerlərdə ən yuxarıdakı 
qarların  arasından  adda-budda  tikanlı-balışlııar 
bitir.
Sürünənlərdən  buralara  Alaq  qoloqlazı  и 
qalxansifət  (şitomordnik)  kərtənkələləri  dırmaşır. 
Quşlardan  keçəl  kərkəslər  (toğlugötürən,  qızıl 
ağbaba),  berkut,  ulu  doğan  (baloban),  ular,  qaya 
göyərçini, qaya qaranquşu, buynuzlu torağay, dağ 
incir quşu, boz quyruqqapan (kamenka-plyasunya), 
qırmızıqarın  qızılquyruq,  qara  qızılquyruq, 
vüroklar, qarğa, dağ zağcası, kluşitsa xarakterikdir. 
Qırğızıstanda çoxlu mağara var – speleoloqlar 
üçün geniş fəaliyyət meydanı açılmışdır. Onlar 75 
mağaranı tədqiq etmişlər.
Bitkilərin  rolu  insan  üçün  əvəzedilməzdir. 
Qədim çağlardan bitkilər insanların qida mənbəyi 
olmuş,  onları  yedirtmiş,  müalicə  etmişdir. 
Heyvanların  davranışını  müşahidə  edən  insanlar 
otların,  kökümsovların,  giləmeyvələrin  köməyi 
ilə müxtəlif xəstəliklərdən can qurtarmışlar. Xalq 
arasında məlumdur ki, nir çox heyvan xəstələnəndə 
inadla müəyyən otları axtarıb tapır və yeyir. Məs., 
itlər,  pişiklər  dənli  bitkilərin  yarpaqları,  marallar 
levzeya (maral kökü), keçilər qəhvə ağacını və b. 
yeyirlər. 
Yabanı  bitkilərin  müalicəvi  cəhətlərini  qədim 
yunanlar  öz  əsatirlərində,  babillər,  assiriyalılar, 
misirlilər və b. papiruslarında qeyd etmişlər.    
Qırğızların  canlı  təbiət  sahəsində  bilikləri 
müstəsna  dərəcədədir.  Onlara  yüzlərlə  müxtəlif 
dağ bitkilərinin adı məlumdur. Bu zaman bitkilərin 
zəhəri, həm heyvanlar üçün, həm də xalq təbabəti 
üçün faydalı xüsusiyyətləri yaxşı öyrənilmişdir.    
Qırğızıstan bitkilərin rəngarəngliyi üzrə unikal 
diyardır və çox illərdir, ölkənin əczaçılıq sənayesinin 
cır moruq (acılıq), çaytikanı, termopsis, çayırsədəfi  
və digər dərmanlara olan ehtiyacını ödəyir.
Müasir  təbabət  təcrübəsi  xəstələri  müalicə 
etmək  üçün  böyük  həcmdə  dərman  vasitələrinə 
malikdir. Onlardan 40 % bitki mənşəlidir.
Qırğızıstanın  florası  4  min  ali  bitki  növünə 
sahibdir. Onların arasında xalq təsərrüfatında geniş 
istifadə olunan çoxlu yem, dərman, aşılayıcı, efir-
yağlı, kauçuklu bitkilər var. Onlardan ən azı dörddə 
biri dünyanın daha heç harasında bitmir. 
Bizim  subdağlıq,  dağlıq  çəmənliklərimizin 
təsərrüfat,  yem  əhəmiyyəti  böyükdür.  Onlar 
yüksək  dağlıq  örüşlərinin  əsas  və  məhsuldar 
tipidir.  Qırğızıstanda  kənd  təsərrüfatı  sahələrinin 
əksəriyyətini  yüksək  yem  məhsuldarlığı  olan 
örüşlər təşkil edir. 
Meşələr  ən  mühüm  təbiət  sərvətlərindəndir. 
Qırğızıstanda  onlar  705  min  hektar  ərazini 
tuturlar.  Respublikanın  ən  qiymətli  meşə  massivi 
Qırğızıstanın  cənubunda  cəmləşmiş  dünyada 
yeganə unikal relikt qozluqlardır. Dağlıq diyarımızın 
gözəlliyinə görə nadir guşəsi, təbii botanik bağdır. 
Meşəliklərdə 130 növ ağac və kolluqlar bitir: qoz, 
püstə, badam, armud, yabanı gavalı, zirinc.
Ardıc  –  möcüzəli  ağacdır.  Uzunömürlüdür,  2 
min ilə qədər yaşayır. Bəzi ağacların yaşı 3 min ilə 
çatır. Tyan-Şan  dağlarında  diametri  10  m-ə  çatan 
ardıc nüsxələrinə rast gəlmək olar. Ardıc meşələri 
Qırğızıstanın bütün meşələrinin 40 % təşkil edir.  
Fitonsidlər  buxarlandıran  ardıc  ağacları 
havanın  sağlamlaşdırılmasına  kömək  edir.  Ardıc 
meşələri dağların yamaclarını eroziyadan qoruyur, 
rütubəti  toplayıb  özündə  saxlayır.  Təsadüfi  deyil 
ki,  xalq  arsında  ardıc  beşiyində  yatan  çağanın 
böyüyəndə  pəhləvan  qabiliyyətli  olacağını,  ardıc 
türbəsində  basdırılan  nəşlərin  isə  çürümədiyini 
hesab edirlər.
Hal-hazırda ardıc oduncağı geniş tətbiq olunur: 
taxta məmulatların lakla örtülməsi üçün qətran, efir 
yağı istehsal olunur, karandaşlara işlənir. Ona görə 
çox vaxt ardıcı karandaş ağacı adlandırırlar. 
Qırğızıstan şəraitində Tyan-Şan – Şrenk şamı 
geniş yayılmışdır. Bu gözəl ağacın sıx konusşəkilli 
tacı  var,  hündürlüyü  60  m-ə  çatır,  diametri  isə 
1,5  m-ə  qədər  enlənir.  Şam  380-450  il  yaşayır. 
Ən  qocaman  nüsxələr  Terskey  Ala-Toosunun  və 
Kungey  Ala-Toosunun  yamaclarında  rast  gəlinir. 
Oralarda  ağacın  inkişafı  üçün  əlverişli  şərait 
var.  Tyan-Şan  şamı  meşələri  respublikanın  meşə 
örtüyünün 12%-dən çoxunu təşkil edir.
Ağacın  oğuncağı  yüngül,  ağ  və  yumşaqdır, 
tikintidə,  musiqi  alətlərinin  istehsalında  istifadə 
olunur. Ondan qətran, zift, skipidar, kanifol, ağac 
sirkəsi, aşılayıcı maddələr əldə olunur. 
Tyan-Şanı  soğan  ölkəsi  adlandırırlar.  Burada 
yabanı soğan həddən ziyadə çoxdur. Dağönlərindən 
qarlı sıralara qədər bitir. Qırğızıstanda 60 növdən 
çox müxtəlif soğan tapmaq olar. Çox növü qidaya 
yararlıdır,  uğurla  baş  soğanı  əvəzləyir.  Bəzi  dağ 
soğanlarınəın görkəmi o qədər gözəldir ki, onları 
bəzək  bitkisi  kimi  tətbiq  etmək  mümkündür  – 
güllüklərin və çiçək dirriklərinin bəzəkləri olar. 
Maraqlıdır  ki,  efedranın  (cır  moruq)  yaxın 
qohumları  (şam,  küknar,  qara  şam,  ağ  şam) 
164


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə