Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə62/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   58   59   60   61   62   63   64   65   ...   111

ilə  bərq  vurur,  onların  soyuq  və  şəffaf  sularında 
çimmək isə unudulmaz təəssüratlar yaradır. Burada 
buzlaqlara  və  qarlı  aşırımlara  qalxmaq,  eləcə  də 
suyu günəşin zərrin şüaları altında göy qurşağının 
bütün  rəngləri  ilə  bərq  vuran,  daşların  üzərinə 
şırıltı  ilə  və  çilənə-çilənə  hündürlükdən  tökülüb 
köpüklənən məşhur Arslanboba şəlaləsinə getmək 
mümkündür.  Arslanbobanın  həndəvəri  turistlərin 
sevdiyi məkandır. Qoz ağacları bitmiş enli dərələr 
gözəl  və  əzəmətli  mənzərələri  ilə  göz  oxşayır. 
Uzaqdan  bozaran  dağönünə  qədər  torpağın  hər 
qarışı təravətli-yaşıl günbəzlərlə örtülmüşdür. 
Meşə aləminin heyvanat aləmi də rəngarəngdir. 
Burada cüyür, qaban, tülkü, ayı, porsuq, oxlu kirpi 
yaşayır. Yenot buranın iqliminə uyğunlaşmışdır. Bu 
meşələrdə çoxlu quş da vardır. Qara qaratoyuqlar 
dayanmadan  oxuyur,  şərq  bülbülləri  kolluqlarda 
cəh-cəh  vurur,  göyərçinlər  quruldayır,  qoz 
ağaclarının  yaşıl  budaqlarının  arasında  çalbaş 
payızbülbülləri civildəyir.
Qırğızıstanın  qoz  meşələri  təkcə  mədəni-
estetik  əhəmiyyət  daşımır,  onların  bütün  digər 
dağ  meşələr  kimi,  aşağılarda  yerləşən  və  pambıq 
yetişdirilən  bölgələrdə  çox  mühüm  amil  olan  su 
tarazlığının saxlanılmasında və torpağı eroziyadan 
qorumaqda dəyəri misilsizdir. 
Yabançı meyvələrin, xüsusilə də qozun yığımına 
görə  Qırğızıstan  keçmiş  Sovet  İttifaqında  birinci 
yerdə  gedirdi.  Bizim  respublikamızda  toplanan 
meyvə  yüksək  keyfiyyətinə  görə  dəyərləndirilir. 
Tərkibindəki  yağ  (75%)  və  zülala  görə  o,  təkcə 
fransız və ispan qozunu üstələmir, eləcə də bir çox 
Orta Asiya respublikalarıın məhsullarına nisbətdə 
dünyada öndə gedən yerlərdən birini tutur. 
“Gələcəyin  ağacı”  –  K.E.Tsiolkovski  qoz 
ağacı haqqında belə demişdi. Qozun dəyəri nədən 
ibarətdir  –  gələcəyin  də,  dövrümüzün  də  ağacı 
insana nə verir? 
Onun  meyvələri  forma,  rəng  və  qabığının 
qalınlığına, dadına və ləpənin qabıqdan çıxmağına 
görə  müxtəlifdir.  Qozun  ən  yaxşı  sortları  meyvə 
əldə  etmək  üçün  çoxaldılır,  ehtiyatla  qorunur  və 
mühafizə  edilir,  pislər  isə,  əsasən,  oduncaq  və 
qoruyucu  yaşıllıqların  salınması  üçün  istifadə 
olunur.
Hamıya  bəllidir  ki,  qoz  meyvə  bitkisi  kimi 
xüsusilə dəyərləndirilir. Qozun ləpəsində 70%-ədək 
yağ, 30%-ədək zülal və şəkər, insan orqanizmindəki 
zərərli  piroüzüm  (pürovik)  turşunu  məhv  edən  B 
vitamini, görməni gücləndirən A vitamini və sinqa 
kimi xəstəliklərin qarşısını alan C vitamini vardır. 
Qozun  ləpəsi  xoş  dada  malikdir,  qidalandırıcı 
xüsusiyyətlərinə görə isə buğda çörəyini üç dəfə, 
kartofu – yeddi, almanı – on iki-on üç, inək südünü 
on dəfə üstələyir.
Arslanboba  meşələrində  qoz  məhsulunun 
toplamı  orta  hesabla  bir  hektardan  250-300  kq-a 
gəlir.  Həmçinin  bu  məhsulun  alınmasına  edilən 
maliyyə  sərfiyyatı  minimaldır.  Onlar,  əsasən, 
əkilmiş  tinglərin  kəsilməkdən  qorunmağına, 
məhsul  yığımına  və  ziyanvericilərdən  qoruyucu 
tədbirlərin  keçirilməsinə  xərclənir.  Məhsul  bol 
yetişən il bu qədər qozu sərbəst şəkildə bitən bircə 
ağacdan yığmaq olar. Kalori ehtiyatına görə 300 kq 
meyvə bir nəfərin illik qida rasionuna bərabərdir. 
Qozun  ləpəsi  təkcə  natural  vəziyyətdə  deyil, 
eləcə  də,  tort,  halva,  qoz  yağı,  qoz  qaymağı 
və  konfetlərin  hazırlanmasında    geniş  istifadə 
edilir.  Kal  qozlardan  arakəsmələri  ilə  birlikdə 
həm  mürəbbə  bişirilir,  həm  də  yarpaqlarla  birgə 
yetişməmiş  meyvələr  C  vitaminin  alınmasına 
yararlıdır. C vitamini limon, portağal və naringiyə 
nisbətən yetişməmiş qozda daha çoxdur. Qoz yağı 
həmçinin  öz  növbəsində  təkcə  qidaya  deyil,  tez 
quruyan yükəsk keyfiyyətli rəngkarlıq boyaları, lak, 
möhkəm mətbəə mürəkkəblərinin hazırlanmasında 
işlədilir. Qoz yağı ətriyyat sənayesində bahalı efir 
yağlarının  –  qızılgül,  narınc,  bənövşə  və  v.  əldə 
edilməsində istifadə edilir.
Qozun  ləpəsindən  əlavə  qabığını  da  sumbata 
və  bülövlərin  istehsalı  üçün  düzəldilən  qarışıq 
maddəyə  töküb  istifadə  edirlər.  Ondan  alınan 
furfurol linoleuma və rezin məmulatlara möhkəmlik 
verir.  Qozun  arakəsmələri,  qabığı  və  yarpaqları 
25%-ədək  aşılayıcı  maddələrdən  ibarətdir,  bu  da 
dərinin  aşılanması  və  parçaların  qəhvəyi  və  qara 
rənglənməsində istifadə edilir.
Mebel  hazırlanması  və  naxışvurma  işlərində 
ən  dəyərli  material  kimi  qoz  oduncağına  böyük 
tələbat  vardır.  Bu  oduncağın  dəyərli  fərqləndirici 
əlamətləri damarların hər hansı qanunauyğunluqdan 
asılı olmayan dağınıqlığı və emal olunmuş səthin 
olmazın dərəcədə hamar olmasıdır.
Mebel sənayesində qoz uru, yaxud təbir caizsə, 
yatmış  tumurcuqların  koloniyasından  gövdədə 
əmələ gələn fır ələlxüsus çox yüksək dəyərləndirilir. 
Fırın kəsiyi kifayət qədər mürəkkəb şəkildə alınır. 
Bu rəsmdə sferik çevrələr və ovallar oduncağın al-
əlvan, fərqli enlikdə dolanbac layları əhatəyə alır 
və hər şey füsunkarcasına vəhdət təşkil edir. Dünya 
bazarında qoz ağacının fırı həddindən artıq yüksək 
dəyərləndirilir. Belə hallara da rast gəlinmişdir ki, 
qoz ağacının bir pud fırı bir pud gümüşə bərabər 
tutulurmuş.  
169


 İqlim
Qırğızıstanda  günəş  çox  olur.  Gün 
parlaqlığının orta illik müddəti burada 2 500- 2 700 
saat  (Moskvada  –  təqribən  1  600  saat)  həddində 
bulunur.  Çon-Kəmin,  Çonqızılsu,  Arasana, 
Qarabaltı,  Çonaşu  və  b.  tipli  çoxsaylı  ensiz 
vadilərdə illik müddət 1 700-1 800 saatdan yuxarı 
olmur. Günəş parıltısının davamiyyətinə müəyyən 
təsiri buludluluq da göstərir. Buludluluğun orta illik 
ölçüsü Qırğızıstanın bölgələri üzrə 5-6 bal təşkil 
edir.  Maksimum  buludluluq  mart-aprel  aylarına 
düşərək 7-8 bal, minimum avqust-sentyabrda 3-4 
baldır.
Davamedici  günəş  parlaqlığı  ilə  əlaqədar 
Qırğızıstan böyük istilik həcmi alır. İstilik və işığın 
bolluğu burada üzüm, pambıq, qaysı kimi bitkiləri 
yetişdirməyə imkan verir. Düzənlik Qırğızıstanın il 
ərzində aldığı radiasiyanın ümumi həcmi 120-160 
kkal/kv. sm-dir ki, keçmiş Sovet İttifaqının heç bir 
yerində bu qədər çox radiasiya həcmi yoxdur. 
Orta  Asiyanın  cənubundan  –  İrandan  və 
Əfqanıstandan  –  əsən  siklon  küləklər  İran 
havasının (belə desək, Cənubi Xəzər, murqab və 
Yuxarı  Amudərya  siklonları)  isti  tropik  axınları 
daxil olarkən, onlara qarışır. İsti qış havası onlarla 
əlaqədardır. 
Qışda soyuq, qarlı hava və yayda sərin, yağışlı 
hava  soyuq  havanın  şimal-qərbdən  və  şimaldan 
axını  ilə  əlaqədardır.  Qışda  aydın  hava  Sibir 
170


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə