tozağacılıqlara, söyüdlüklərə, qovaqlıqlara ürcah
olmaq mümkündür.
Şamlıqlar mütənasib Tyan-Şan şamından
(Şrenk şamı) ibarətdir. Bu meşələrin çox hissəsi
İssık-Kul çökəkliyində, Terskey və Kungey
Alatausunda; Daxili Tyan-Şanda, Narıntau, Atbaşı,
Baydulı və digər silsilələrdə; Qırğız sıra dağlarında,
Çon-Kəmin, Tara və b. çayların hövzəsində
yayılmışdır. Şamlıq meşələr 1 600 m-dən 3 100
m-ə qədər hüdürlükdə bitir. Çox vaxt şamlara
quşüzümü, tozağacları, hündürgövdə söyüdlər, bəzi
yerlərdə ağackimi ardıc və ağcaqovaq qatılır. Alçaq
boylu meşələrdə adətən, doqquzdon, itburdni, yallı
karaqana, söyüd, Türküstan ardıcı boldur. Bir
qayda olaraq, ot örtüyü çəmənliklə identikdir, nadir
hallarda çəmənlik-çöllük xarakteri daşıyır.
Fərqanə və Çatkal silsilələrinin cənub
yamaclarında 1 500 m-dən 2 800 m-ə kimi
hündürlükdə iri qozluq massivləri yayılmışdır.
Oralarda qozla bahəm qırğız alması, soqd gavalısı,
Türküstün ağcaqayını bitir. Alçaq meşələrdə
itburnu, doqquzdon, abeliya, bəzən isə ekzexorda
və aflatuniya böyüyür.
Ot tərkibi rəngarəngdir və meşə iri ot
örtüyündən – Tomson liqulariyası, Томсона,
Cunqariya xaçgülü, Beneken tonqalotu, nəhəng
cır yulaf, meşə qısaayağı (korotkonojka) kimi
bitkilərlə zəngin örtükdən ibarətdir. Bu meşələrdəki
təmiz pöhrəliklərdə qırğız almaları, Türküstan
ağcaqayını, adda-budda soqd gavalısı və soqd vəni
tapmaq olar.
Ağackimi ardıclar. Türküstan yarımkürəvi,
Zərəvşan ardıcı meşələri – Türküstan və Alay
silsilələrində geniş əraziləri tutur. Onlar Talas
Alatausunda da təsadüf edilir (Talas ardıcı).
Yarımkürəvi Türküstan ardıcı isə Qırğız silsiləsində
və Daxili Tyan-Şanda bitir. 1 200 m-dən 3 000
m-dək hündürlükdə yayılmışlar. Adətən, quru,
seyrək, nisbətən alçaqboylu meşələrdir, bəzi
yerlərdə seyrək meşəliklərə keçir. Ağacların
arasında adda-budda topulqa, itburnu, doqquzdon
kolları gözə dəyir. Onların bitki örtüyü çöllük və
çəmənlik-çöllüyündür.
Ağ şam ağaclıqları Semyonov ağ şamından
ibarət olur. Ağ şamlıqlara Talas Alatausunun
Beşdaş hövzəsində, Kətməntübinsk çökəkliyindəki
Uzunəhməd çayı boyu, Çatkal silsiləsinin
cənub yamacında – şam ağacı meşələri ilə eyni
hündürlükdə rast gəlinir. Ağ şam ağacının yanında
bitənlər digər bitkilər isə Tyan-Şan şamınkıları ilə
eynidir (ağcaqovağı istisna etməklə). Bunlardan
əlavə, oralarda ekzexorda, abeliya, əflatuniya da
tapmaq olar. Çatkal silsiləsində Semyonov ağ
şamına Tyan-Şan şamı qarışır.
Söyüd və qovaq meşələri çayların sututarlarında
bitir. Adətən, onları tuğay, ya da tokoy adlandırırlar.
Sahil qarağat, çaytikanı, karaqana kolluqları da belə
adlanır. Susamır, Qaragöl (Susamır əski yaşayış
məskəni),Talas, Kökömərən, Narın, Atbaşı boyu
böyük sututar meşələri bitmişdir.
3 600 – 4 000 m hündürlükdəki ən yuxarı
nəbatat sərhədlərində çox sahə boşluqdur, yaxud
ən soyuğadavamlı bitkilərdən – kobreziya,
ptilaqrostis, ağ qırtıc, çır yulaf, meşə süpürgəsi,
qorkuşa (sosyureya), şibyə, mamırdan ibarət qağ
tundrasıdır. Adətən, boşluqlardan yay örüşləri kimi
istifadə edirlər. Eynən bu hündürlüklərdə kiçik
sahələr driad gülü, dağ sosyureyası, ostrolodoçnik
(oksitrop) kimi yüksək dağlıq balışkimilərilə
örtülüdür. Bitkilər istini və rütubəti saxlamaq
üçün yerə yatır və balış görkəmi alır. Adda-budda
yastıqların arasından cil, yaxud sarı süsən kolları
bitir.
Qoz meşələri – ölkənin fəxarəti
Baharda dağların boz və qırmızımtıl-qonur
yamacları çiçəkləyən almanın və alçanın köpüklü
çiçəkləri ilə örtülür, qırmızı və çəhrayı zanbaqlar,
lalələr, qızılgül topluları bütün aləmi bürüyür
və dağlara xüsusi bəzək verir. Yaşıl meşə zolağı
yayda qaynar Fərqanə vadisi ilə Arslanboba – qoz
massivinin mərkəzinin yaxınlığındakı bərq vuran
ağ qarlı zirvələr arasındakı təzadı daha da nəzərə
çarpdırır.
Təbii qoz məhsul verməyə 10-15, bəzən isə
hətta 20 ildən sonra, yeni “ideal” sortu isə iki ildən
sonra başlayır.
Qırğızıstanda yetişdirilmiş yeni qoz sortlarına
Krasnodar diyarında, Krımda, Özbəkistanda,
Tacikistanda, Gürcüstanda rast gəlmk olar. Artıq
qozun 8 növü qəbul edilmişdir, onların içində
qozçuların arzusu “oş”, “desert” və “ideal” – tez
bəhər verən, şaxtaya davamlı sortlar da vardır.
Bu nə möcüzədir? Biz vərdiş etmişik ki,
qoz ağacları 30 metrə qədər hündürlükdə olan
nəhənglərdir. Amma “ideal” – cırtdan-ağacdır,
hər biri on qramlıq qozlarla örtülən yaşıl ağacın
hündürlüyü yerdən bir metrə qalxır.
Qoz meşələri – gələcəkdə ittifaq dərəcəli iqlim
kurortlarının məkanıdır, belə ki, iqlim burada
İsveçrənin kurortlarından geri qalmır. Buranın
təbiəti turistlərin ürəyincə olacaq, eləcə də ləpirçi
və naturalistlərin ixtiyarına geniş müşahidə,
tədqiqat və flora, fauna kolleksiyası üçün yaxşı
imkanlar verilmişdir.
Sarı-Çələk, Ken-Göl və başqa dağ gölləri
burada zümrüd ormanlıqlar içində mavi ləkələri
168