Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə53/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   49   50   51   52   53   54   55   56   ...   111

Vəhşi  dağ  qoyunu  (arxar)  –  dağlarımızın 
yaraşığıdır.  Nə  istidən,  nə  şaxtadan  qorxmayan, 
dözümlü,  məğrur  heyvan.  Arxarlar  çox  gözəldir, 
ələlxüsus,  erkəklər  ağır,  buruq-buruq  burulmuş 
buynuzları ilə göz oxşayır. İri kütləsinə rəğmən – 
bəzən çəkiləri 150 kq-a çatır – onlar hərəki, çevik, 
zirəkdir.  Vəhşi  qoyunlar  sakitcə  otlayır,  cığırda 
bir-birirnin  arxasınca  düşüb  gedir.  İrəlidə  həmişə 
başçıdır.  Qayalar  ildırımların  arasıkəsilmədən 
parıltıları  ilə  işıqlanır,  sanki  göy  gurultusunun 
qulaqbatırıcı şaqqıltıları altında dağılmaq dərəcəsi 
ilə lərzəyə gəlir. Dağ əks-sədası gurultuları qat-qat, 
laybalay qaytarır, uzaqlaşdırır. Bax, arxarlara çox 
yəqin ki, bu məkanlarda ürcah olmaq mümkündür.  
Hara  baxsan,  sarp  qayalar,  yalçın  uçurumlar, 
şiş  zirvələrin  güdrətsi,  daş-qəmbərin  xaotik 
yığıntıları. Hətta isti yay günündə burada buzlaqlı, 
qarlı silsilələrin zirvələri çox yaxındır. 
Dikdir dağ gədikləri ilə dağ qoyunlarının daimi 
sevimli yerlərinə – dəniz səviyyəsindən 3-4 min m 
hündürlüyə  qalxmaq,  yolboyu  çoxsaylı  qayaarası 
dar  keçidlərdən,  daşlı-kəsəkli  yığnaqlardan,  irili-
xırdalı aşarımlardan aşmaq asan iş deyil. Fəqət bu 
heyvana  rast  gələn  andaca  dağ  yolunun  əziyyəti, 
məşəqqəti dərhal unudulur. 
Cüyür – zərif, gözəl, sadəlövh inanan, çox sürətli 
canlı. Cüyür qəfil zahir olur. Bu maralkimilərin ən 
balacasının incə ayaqları nə yayda ot üstündə, nə 
də qışda qar içində azacıq belə xışıltı qoparmır. 
Erkək  əlik  xırda  bur-budaqlı  buynuzlu  başını 
qürurla dik qaldıranda, gözəl görünüşə malik olur. 
Dişi – incə, yumşaq hərəkətli, zərifdir. Arxasınca 
balalarını  aparanda  əliyə  tamaşa  etmək  üçün  iki 
göz lazımdır. 
Avqustun  axırında  cütləşmə  vaxtı  çatanda,  
əliklər  çox  vaxt  dağ  dərələrində  yoğun  səslə 
böyürməyə  başlayırlar.  Həqiqətən,  əliklərin 
cütləşmə  dövrünün  səciyyəvi,  mütləq  əlaməti  – 
erkəklərin nərəli böyürtüləridir. Erkəklər cütləşmə 
dövründə sanki dəyişilirlər: adətən, ürkək heyvanlar 
cəsurlaşır,  davakar  olur,  çox  vaxt  ehtiyatı  əldən 
verirlər. 
Maral  –  buynuzlu  iri  heyvandır.  Bur-budaqlı 
buynuzlu,  çəkidə  3-3,5  sentnerə  çatan,  güclü, 
yaraşıqlı.  Maralın  hər  şeyi  dəyər  kəsb  edir: 
həmçinin hər il təzələnən cavan buynuzları. Avanı 
heyvandır. Yazda erkəklər buynuzlarını atır, ancaq 
yayın  axırına  təzələrini  çıxarırlar.  Şərq  nəzmində 
gözəl və mütənasib əndamlı qızları çox vaxt məhz 
bu yaraşıqlı, alicənab canlılara bənzədirlər.   
Qırğızıstanda  maral  dağlıq  şam  ağacları 
meşələrinin daimi məskunudur. Qırğızca müxtəlif 
təbii sərhədlərin, dərələrin, çayların maralla bağlı 
adları,  məs.,  “Ur-maral”  (maralı  öldür),  “Min 
buqu” (min erkək maral) və s. ona dəlalət dir ki, 
maral bu yaxınlaradək səma dağlarının örüşlərində 
çox geniş yayılmışdı.
Canavar  –  hər  yerdə  yaxşı  tanınmış  gecə 
yırtıcısıdır.  Dağlarda  da,  çöllüklərdə  də, 
meşələrdə  də  quldurluq  edir.  Qışda  dağlardakı 
canavarlar dərələrə, vadilərə enir, vaxtaşırı fermer 
təsərrüfatlarını da talayıb dağıdırlar. Qırğızıstanda 
qurda hər yerdə rast gəlmək olar – vadi bölgələrindən 
tutmuş  sırtlara,  yüksək  dağlıq  aşırımlara  qədər. 
Ələlxüsus, canavarlar Mərkəzi Tyan-Şanda – təbii 
sərhədlər  Aksayda,  Arpada,  Cəngi-Cer-Ulanda, 
Son-Kul  və  Çatır-Kul  zonasında  çoxdur.  Qurdlar 
Sarı-Cas, Köylü otlaqlarında, İssık-Kul sırtlarında, 
Oş  vilayətinin  dağlıq  rayonlarında  da  geniş 
yayılmışlar.  
Şimali  və  xüsusən  Cənubi  Qırğızıstanın 
dağlarında,  əsasən,  yüksək  dağlıq  qurşağı 
zonasında,  peşəkar  ovçulara,  bəzən  isə  çobanlara 
nadir  hallarda  çox  ehtiyatlı  və  ayıq  heyvanlara, 
qırğızların  “çuyo”,  rusların  qırmızı  canavar 
dedikləri qurdlara rast gəlmək nəsib olur. 
Bu  yaxınlarda  Rusiyanın  qəzetlərinin  birində 
belə  bir  xəbər  oxudum  ki,  Rostov  vilayətində 
dişi  canavar  9  nəfər  adamı  dişləri  ilə  parçalayıb 
dağıdıb. Yerli sakinlər qurdu güllələməyə müvəffəq 
olmuşdular, hamı belə qərara gəlmişdi ki, heyvan 
quduzluq xəstəliyinə tutulub. Lakin dünya görmüş 
təcrübəli  ovçular  belə  nəticəyə  gəlmişlər  ki,  bu, 
heyvanın insanlardan aldığı qisas idi: son vaxtlar 
Rusiya meşələrində yanğınlar ara vermir, ola bilsin, 
alovda dişi canavarın balalarının hamısı həlak olub.   
Tülkü  –  kürən,  yumşaq  tüklü,  hiyləgər,  zərif 
yırtıcıdır,  canavar  kimi  hər  yerdən  çıxır.  Rus 
nağıllarında  islaholunmaz  oğru  və  yalançı,  Çin 
nağıllarında  tovlayıcı  cadukun-qulyabanı,  qırğız 
nağıllarında  isə  bicliyi  və  hiyləgərliyinə  tülküyə 
qeyri-adi diplomat istedadı da aid edilir.  
Ayı  –  qidasında  ağına-bozuna  baxmayan 
heyvandır. Yeməyinin əsasını meyvələr, giləmeyvə, 
həşərat,  sürfələr  təşkil  edir.  Daha  iri  şikardan  da 
imtina  etmir:  çəpişi,  cüyürü  əzib  parçalaya  bilir. 
Amma  bu  ona  nadir  hallarda  nəsib  olur.  Heyvan 
Qırmızı kitaba daxil edilmişdir.   
Vaşaq.  Adı  çəkilən  vəhşi  heyvanı  ilk  görən, 
bu  vəhşi  pişikdə  –  Qırğızıstan  dağlarının 
daimi  sakinində  –  nə  qədər  gücün,  enerjinin, 
hiyləgərliyin,  məkrin,  kin-küdurətin  gizləndiyini 
təsəvvür  edə  bilməz.  Yırtıcı  rahatlıqla  cüyürün, 
təkənin,  dovşanın  öhdəsindən  gəlir.  Sututarın 
yaxınlığındakı  ağaca  dırmaşan  vaşaq  saatlarla 
hərəkətsiz,  səbirlə  qənimətinin  marığına  yatır. 
Canlılar su içməyə yaxınlaşanda, birinin kürəyinə 
havadan  qorxunc,  20-30  kq-lıq  bir  cəmdək 
149


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə