Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə52/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   48   49   50   51   52   53   54   55   ...   111

Şan  üçün  yer  qabığının  hərəkiliyi  və  landşaftın 
sürətli  dəyişilmıəsi  ilə  əlamətdardır.  Quru-dəniz 
nisbətində  Qırğızıstanın  müasir  ərazisi  qurunun 
üstünlük  təşkil  etdiyi  şimali  Tyan-Şana  və  dəniz 
rejimi hökmfərma olan Cənubi Tyan-Şana və daha 
çox  qurunun  olduğu  Türküstan-Alay  sisteminə 
ayrılır. 
Orta Asiyanın iqlimi bu vaxt quru idi və Qırğız 
silsiləsində və İssık-Kul hövzəsində gips, dolomit 
və daş duz süxurları formalaşdı.
Permdə  –  paleozoyun  son  mərhələsində  – 
Tyan-Şanın  relyefi  indiki  kimi  sahmanlanmışdı. 
Qalxmalar arasında suya batmaların zonaları yatırdı 
ki, onlarda da güclü yığıntılar toplanırdı. Dənizin 
geriləməsindən sonra Tyan-Şanın ümumi qalxması 
baş  verir.  Hündürlük  tərəddüdləri  bu  mərhələdə 
müasir  səviyyəyə  çatmasalar  da,  nəzərəçarpacaq 
dərəcədə  idi.  Buna  konqlomeratların  güclü 
yığıntıları dəlalət edir. 
Trias  mərhələsində  –  mezozoy  erasının  ilk 
mərhələsi  (225-185  mln  il  əvvəl)  –  Tyan-Şan 
platoşəkilli  və  maili  yamaclı  uzunsov  hündürlük 
şəkilli idi. Aşınma qabığı və qismən kök süxurları 
ovulurdu və hissəciklər maili aşağılara sürüşürdü. 
Sonradan onlar dağönü qarılmalarına çevrilmişdilər.
Yurada  (185-140  mln  il  əvvəl)  ovalıqların 
mütəmadi  bataqlıqlaşan  alçaq  sahələrində  qonur 
və  daş  kömürləri  üçün  başlanğıc  olan  nəbati 
material  yığılırdı.  Bu  mərhələdə  relyef  düzənlik, 
maili-təpəli  idi.  Çoxsaylı  çaylar  sularını  və  daş 
qırıntılarını  yarıqlara  tökürdülər  ki,  onların  da 
əyrintisi  gil,  qum,  qırmadaşın  laylaşması  ilə 
kompensasiya  olunurdu.  Çatlaqlar  geniş  allüvial 
ovalıqlar xarakteri daşıyırdı. Düzənliklərdə bolsulu 
çaylar  aramla  axır,  burulur,  çoxlu  xırda  göllər  və 
geniş bataqlışlaşmış sahələr yaradırdı. 
70 mln il çəkən təbaşir dövründə Tyan-Şanın 
ümumi  çökməsi  fonunda  nisbi  yuxarı  sahələr 
seçilirdi.  Cənubi-Qərbi  Tyan-Şanda  cənub-qərbi 
istaqamətə  uzanmış  yarımada,  habelə  geniş 
sərilmiş Alay-Türküstan adası aşkar yuxarı çıxırdı. 
Bu adalarda Tyan-Şanın silsilələri hündür idi.
Paleogen  –  kaynozoy  erasının  birinci 
mərhələsi (70-26 mln il əqdəm) onunla xarakterizə 
olunur  ki,  Turan  ovalıqlarına  sarı  açıq  ucqar 
çökəkliklər – Fərqanə, Zərəvşan, Çuy və b. danizin 
altında  qalmışdı.  Onları  ayıran  Qərbi  Tyan-Şanın 
silsilələrinin belləri isə Orta Asiya dənizinə burunlar 
formasında  girir,  adalar  arxipelaqlarına  keçirdi. 
Tyan-Şanın  silsilələrlə  tamamən  qapanmış  daxili 
yarıqları  –  Narın,  İssık-  Kul, Aksay  və  b.  –  dəniz 
səviyyəsindən azca yuxarıda yerləşirdi. 
Tyan-Şanın  paleogen  silsilələri  müasirlərdən 
alçaq  və  kiçik  idi.  Geniş  dağönlərinin  və  bəzi  ön 
silsilələirn yerində yastı uzunsov təpəliklər yerləşirdi. 
Tyan-Şanın landşaftı üçün müxtəlif hündürlüklərdə 
səpələnmiş əhatəli hamarlanmış sahələr (peneplen) 
səciyyəvi idi. Tyan-Şan neogendə intensiv qalxırdı. 
Bu  müddət  ərzində  atmosfer  yağıntılarının  həcmi 
çoxaldı  və  soyuqlaşma  başladı.  Bu  da  kaynozoy 
erasının ikinci hissəsinin lap əvvəlində buzlaqların 
yaranması ilə nəticələndi.  
Neogenin sonunda və kaynozoy erasının ikinci 
hissəsinin əvvəlində qalxmalar o qədər sürətli idi ki, 
dağlar  xarici  təzahürlərin  təsiri  altında  dağılmağa 
macal tapmırdı: suyun, küləyin, şaxta aşılanmasının. 
Dağların  yüksəlişi  qaba  qırıntı  materialının  – 
prolüvinin  əmələ  gəlməsi  ilə  müşayiət  olunurdu. 
Qırıntı  materialı  yarıqları  və  göl  çökəkliklərini 
doldururdu. Bu laylar dağlar qalxanda geniş vadilərə 
istiqamətli  ətəklərdə  dağönü  zəncirlərini  –  adırları 
yaratdı.  Qalxma  prosesində  keçidli  antesedent 
(latın “əvvəl gələn” sözündən) vadilər əmələ gəldi. 
Onlar əvvəlcədən də var idi, lakin neogen tektonik 
hərəkətlərə qədər bunlar balaca təpəliklərdən çarpaz 
keçən  xırda  çay  vadiləri  idi.  Hərçənd,  neogendə 
təpəliklər  ovalıqlardan  sürətlə  qalxırdı,  hər  halda, 
çaylar onların içində özlərinə məcra ovub “deşməyə” 
macal  tapırdı.  Dağyaranma  müxtəlif  güclü,  bəzən 
fələkətə gətirib çıxaran qüvvəli zəlzələlərlə müşayiət 
olunurdu. Bu günün özündə də Qırğızıstan yüksək 
seysmik  rayonlara  aid  edilir.  Deyilənlərdən  aydın 
olur ki, Tyan-Şan qalxma ərzində ayrı-ayrı struktur 
ünsürlərinin  geri  qalması  ilə  izah  olunan  pilləli 
yamac  quruluşlu,  müxtəlif  yaşlı  çoxyaruslu  sinəli 
dirçəlmiş dağlıq ölkədir.  
Yerdə yatan yumurta – 
Göydə uçan quş olacaq
Hər şeyin öz vaxtı var. 
147


Heyvanat aləmi 
Uzaq  keçmişdə  qırğızlar  üçün  bir  çox  əşya, 
quşlar, heyvanat müqəddəs sayılırdı. Onlara səcdə 
edir, haqqında hər cür əfsanələr qoşurdular. Çoxları 
indi də əski çağlarda insanların doğum ilini necə 
müəyyənləşdirməyi  xatırlayırlar.  Onlar  belə 
deyirdilər:  “Coomərd  balıq  ilində  anadan  olub”, 
yaxud “Mezgil bəbir ilində evlənib”.
Bir sıra sənəd ona dəlalət edir ki, Qırğızıstan hələ 
keçən əsrin başlanğıcında qoruq diyar kimi məşhur 
olub. ABŞ-ın o vaxtkı prezidenti Teodor Ruzveltin 
Qırğızıstana gəlişi bu barədə çox şey deyir. Bəlli 
olmuşdur  ki,  o  ova  çox  aludə  və  həvəsli  səyyah 
imiş.  İki  həftə  ərzində  dağlarda  yaşamış,  məşhur 
Marko Polo keçilərinin ovuna çıxıbmış. Bizdə ağ qu 
quşlarının və vağların gözəl rəqsindən zövq almaq, 
uca dağlara qalxanda isə Tibet öküzlərinə (yak) rast 
gəlmək olar. Tyan-Şan qonur ayısı, qırmızı canavar, 
Türküstan vaşağı və müşklü öküz, maral, yenot və 
varan  dövlət  müdafiəsi  altına  götürülüb.  Bizim 
ölkəmiz  Mərkəzi  Asiyada  vəhşi  heyvan  və  bitki 
növlərinin unikal toplum yeridir. Burada 500 növ 
onurğalı, o cümlədən, 83 növ məməli, 368 növ quş, 
28  növ  sürünən,  3  növ  suda-quruda  yaşayan,  75 
növ balıq, 300 növ həşərat yaşayır, 4 500 növ bitki 
bitir.  O  səbəbdən,  ekoloji  təhlükəsizliyin  həyati 
vacib   problemlərindən biri insanların dərrakəsinin 
paradiqmasının dəyişdirilməsi, inkişafın texnokrat, 
istehlakçı modelindən humanist modelinə keçidin 
təminatıdır. Bu humanist modelin özülündə müasir 
qırğızların  əcdadların  nəsihətlərinə  qayıdışı  durur 
–  təbiətlə  həmahəng  yaşamaq,  onu  dağıtmamaq, 
qorumaq və inkişaf etdirmək. Zənnimcə, hələlik qar 
bəbirinin  məskunlaşdığı  yeganə  yerin  Qırğızıstan 
olmasını desəm, yanılmaram.   
İlbirs  –  qar  bəbiri  –  yüksəkliklərin  şahıdır. 
Bəbir  qarlı  dağların  lap  kəlləsində  məskundur  və 
çox nadir hallarda sürüdə yaşayır. İlbirs saxlanma 
şəraitində  sağ  qalmır.  Qar  bəbiri  dünyada  ən 
məğrur, qorxmaz canlı sayılır. O, özgə qənimətinə 
heç vaxt əl atmaz, öz ləyaqətini alçaltmaz. Bəbir 
azadlıqsevər,  ağıllı,  ehtiyatlı  və  valehedivci 
gözəldir. Sıx, qar kimi bəyaz, yaraşıqlı xallı dərisi 
bəbiri  nəsli  tam  kəsilmək  təhlükəsi  qarşısında 
qoyub. Bu yaxınlaradək xalq inanır ki, qırğızların 
qəbilələrindən biri ağ bəbirin nəslindəndir. 
Tibet öküzləri (yak) də 3 000 m-dən yuxarıda 
yaşayır.  Həmçinin  güclü,  cəsur  heyvandır,  özünü 
canavardan,  hətta  bəbirdən  qorumağa  qadirdir. 
Tibet  öküzü  üçün  ən  sərt  şaxtalar  belə  qorxulu 
deyil. Qidasını özləri tapır. 
Əcdadlarımız  hələ  qədim  əyyamlarda 
əski  qıllı  mamontları  xatırladan  dağ  kəllərini 
əhliləşdirməyi  bacarmışlar.  Tibet  öküzlərinin  əti 
yüksək  kalorili  və  dadlı  hesab  olunur.  Çox  vaxt 
öküz əti kosmonavtların və alpinistlərin rasionuna 
daxil  edilir.  Südü  o  qədər  yağlıdır  ki,  istifadə 
edərkən  su  ilə  durulaşdırmaq  zəruridir.  Belə 
süddən çalınmış yağın analoqu yoxdur: 5 qr Tibet 
öküzünün  yağı  100  qr  kərə  yağını  əvəzləyir.  Bu 
heyvanların  ödü  qiymətli  dərman  preparatlarının 
hazırlanmasında  istifadə  olunur.  Buynuzlarından 
suvenirlər  hazırlanır.  Tibet  öküzlərinin  dərisi  çox 
dəyərləndirilir – möhkəm, uzunömürlü... Dağlarda 
yaşayan  qırğızlar  öküzlərə  ehtiramla  xitab  edir, 
onları  “cənab”  sözünün  mənasını  verən  toro-toro 
adlandırırlar. 
Pələng.  Qırmızı  pələng  haqqında  bir  neçə 
kəlmə söyləmək istərdim. Xalq arasında danışırlar 
ki,  qırmızı  pələng  Kurmanjan  datkanı  müşayiət 
edirmiş.  Guya  Alay  çariçasını  haradansa  peyda 
olmuş,  sanki  ildırımlardan  toxunmuş  qırmızı 
pələngin  gur  çay  axınından  xilas  etməsini  görən 
şahidlər var imiş. Kurmanjan datka ərinin yanına 
tələsərək çayı keçirmiş və ayağı büdrəyib az qala 
suların  qoynunda  həlakətini  tapacaqmış.  Onu 
müşayiət  edən  əshabələri  möcüzəli  xilasın  şahidi 
oluban qırmızı pələngi göylərin elçisi, Kurmanjan 
datkanın pasibandarı hesab etmişlər. 
Dağ  keçisi  (qarapaça).  Buludlara  çatan 
yüksəkliklərdə  hər  tərəfə  heyvanların  tapdayıb 
açdığı  cığırlar  uzanıb  gedir.  Bunlar  dağ 
keçilərinindir.  Onlar  onlarla  ildir,  eyni  aşırımları 
aşıb keçirlər. Belə hündürlükdə bəbirlərdən savayş 
heç kəsdən qorxuları yoxdur, bu səbəbdən, sakit-
sakit  dağların  yamaclarında  otlayırlar.  Müşahidə 
olunmuşdur  ki,  çəpişlər  yamacların  yuxarısında 
otlayanda,  analar  mütləq  aşağıdan  onları  sanki 
sığortalayaraq qoruyur.  
148


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə