TOROBAY KULATOV (1908-1984)
1908-ci ildə Oş vilayətinin Aravan bölgəsinin
Qızıl-Bulaq kəndində anadan olmuşdur. 1920-ci
ildən 1925-ci ilədək Qızıl-Kiya şəhərində yaşamışdır.
1925-ci ilin fevralından Kuvasay-Qızıl-Kiya
dəmiryolunun tikintisində işləmişdir. Sonra şaxtada
qazmaçı kimi çalışmışdır. 1934-cü ildə kömürçülərin
komitə sədri seçilmişdir. 1936-cı ildə sovet-partiya
işçilərinin kursunda təhsil almış, 1938-ci ildə Qızıl-
Kiya şəhər sovetinin icraiyyə komitəsinin sədr
müavini seçilmiş, sonra “Qırğızkömür” trestinin
direktor müavini olmuşdur. 1938-ci ilin iyulunda
Qırğızıstan SSR Xalq Komissarları Sovetinin
sədri təyin edilmiş, 1945-ci ilin sentyabrında isə
Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin
sədri seçilmişdir ki, orada 33 il səmərəli surətdə və
uğurla işləmişdir. 1978-ci ildən İttifaq əhəmiyyətli
təqaüdə çıxmışdır.
Vətən qarşısında xüsusi xidmətlərinə görə, beş
dəfə Lenin ordeni, dörd dəfə Qırmızı Bayraq ordeni
və bir çox medallarla təltif edilmişdir. Dəfələrlə SSRİ
və Qirğızıstan SSR Ali Sovetinin deputatı seçilmişdir.
T.Kulatov böyük yenidənqurmalar dövründə ölkənin
rəhbəri olmuşdur. Yəqin respublikanın istənilən
bölgəsində elə bir möhtəşəm tikili tapmaq olmaz ki,
ora Kulatov öz imzasını atmamış olsun. Məhz bu illər
Böyük Çuy kanalı salındı, Kant-Balıqçı dəmiryolu
qolu çəkildi, eləcə də yüksək dağ magistralı Frunze-
Oş inşa olundu. T.Kulatov siyasətçi-konsolidator,
xalqının mənafeyini güdən insan idi. O həddindən
artıq xeyirxah, sadə və həssas insan olmuşdur. Bizdə
belə deyirlər: “Ot quruyar, dağlar qalar, amir gedər,
xalq qalar”. Həqiqətən də illər keçdi, amma Kulatov
haqqında xatirələr xalqın bu gün də yaddaşındadır.
Bu, Jenijokun mahnısında belə ifadə olunur.
Xalqınla bahəm – insansan,
Xalqsız bir kəs deyilsən.
Göydə ulduza çatsan da,
Cahanı əl altına alsan da.
Yalnız xalqınla böyüksən,
Xalqsız – yalnız “kiyiksən”.
246