Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə94/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   90   91   92   93   94   95   96   97   ...   111

ALIKUL OSMONOV (1915-1950)
Cavanlığımdan əl çəkmərəm mən
Mahnıma əl dəyməyin, qoruyacağam.
Allaha lap yüz kərə yalan satsam da
Mahnımı ömrümdə aldatmaram mən.
Bu  məşhur  dördlük  Alıkul  Osmonovun  qısa 
həyatının  leytmotivinə  çevrildi.  A.Osmonov 
valideynlərini erkən itirib yetim qalmış və Tokmak 
şəhərinin  uşaq  evində  böyümüşdü.  Ağır  uşaqlır 
illəri,  sonradan  isə  uzun  sürən  xəstəlik  onun 
səhhətini  lap  korlamışdı.  O,  həyatdan  çox  erkən, 
ürəyindəkilərin  ən  təkmilini,  ən  yaxşısını  dilinə 
gətirməmiş, nəğməsini oxumamış, məşum yaşında 
– 35 il ömür sürərək getdi. O, qırğız şeir üslubunun 
imkanlarını  genişləndirən,  doğma  poeziyanı  yeni 
bədii formalarla zənginləşdirən, Puşkin, Şekspir və 
Şota Rustavelinin ən yaxşı tərcüməçilərindən olan 
şair-novator  idi.  O,  xalqının  yaddaşında  doğma 
Qırğızıstanın  ilhamlı  realist  şairi,  dövrünün  oğlu 
kimi əbədi qaldı. Bu gün, demək olar ki, şeirlərini 
sevən hər kəs onun şeirlərindən bir-iki bənd əzbər 
söyləyə  bilər.  Lirikaya  və  romantikliyinə  görə, 
bir  çox  ədəbiyyatşünaslar  onu  qırğız  Puşkini 
adlandırırlar. 
Xatirimdədir,  bizə,  Milli  Dövlət  Universitetinin 
jurnalistika  fakültəsinin  birinci  kurs  tələbələri 
A.Osmonovun poeziyasının vurğunlarına çox təsir edirdi 
ki, onun yaradıcılığı lazımınca dəyərləndirilməmişdir. 
Birləşib onun ad gününü özünəməxsus tərzdə keçirməyi 
qərara  aldıq.  A.Osmonovun  doğum  günü  əlimizdə 
şairin  portreti  şəhərin  mərkəzində  addımladıq.  Onun 
məzarına  gül  dəstələti  qoyduq  və  orada  bədii  qiraət 
keçirdik. Biz bunları səmimi qəlbdən, ürəkdən edirdik. 
O da xatirimdədir ki, bizim kimi, o qədər də imkanlı 
olmayan  tələbələrdən  sevimli  şairimizin  heykəlini 
ucaltmaq  üçün  pul  topladıq.  Alıkul  Osmonovun 
istedadına  və  xatirəsinə  o  vaxtkı  hakimiyyətin  tam 
laqeydliyi bizim şəstimizə toxunmuşdu. 
Çox  şadam  ki,  1997-ci  ildə  Milli  Kitabxananın 
girişinin  qarşısında,  nəhayət,  onun  heykəli  qoyuldu. 
Açılışda  Prezident  A.Osmonovun  Vətənə,  təbiət 
gözəlliyinə  və  İssık-Kul  gölünə  həsr  edilmiş  gözəl 
şeirlərindən özü əzbərdən oxudu.
Biz hələ də A.Osmonovun ad gününü onun məzarı 
önündə dostlarla birgə qeyd edirik. Özünün qoşduğu və 
onun böyüklüyünə aid qoşulan şeirləri əzbər söyləyirik. 
Beləliklə, onun ruhu bizi birləşdirir və ruhlandırır.
247


ABDILAS MALDIBAYEV (1906-1978)
Abdılas Maldıbayev – peşəkar milli musiqinin 
banilərindən  biri,  məşhur  bəstəkardır.  Abdılas 
uşaqlıqdan mahnılar oxumağı və sadəcə, zümzümə 
etməyi  çox  sevərdi.  Təhsil  aldığı  Çon-Kəmin 
kəndində məktəb açılanda sevincinin həddi-hüdudu 
yox  idi.  Sadəcə  oxumaq  uşaqlıq  arzusu  tələbat 
dərəcəsinə  çatdı. Artıq  məşhur  xalq  mahnılarının 
oxunmasına  qane  olmurdu,  ona  elə  gəlirdi  ki, 
zamanı, dövrü üçün həqiqəti, gerçəkliyi əks etdirən 
mahnılar lazımdır. Bu hissiyyat musiqiçi olmaq və 
mahnını özü bəstələmək arzusu ilə üst-üstə düşdü. 
Birinci mahnı necə isə, səssiz-səmirsiz, təhtəlşüuri 
gəldi. Onun adı “Akinay” idi. Orada Akinay adlı bir 
qızın  gözəlliyindən  və  ona  səmimi  münasibətdən 
bəhs edilirdi. 
Abdılas  Maldıbayev  1929-cu  ildə  pedaqoji 
texnikumu  bitirib,  milli  teatr  studiyasında 
işləməyə başladı ki, bu da onun musiqi ilə intensiv 
məşğul  olmasına  yardım  göstərdi.  A.Maldıbayev 
bir  müddət  teatrda  musiqi  texnikumunda  işlə 
aktyorluğu bərabər aparırdı, amma üç il keçdikdən 
sonra  birdəfəlik  texnikuma  keçdi.  Bu  gündən 
onun yaradıcılığında üç istiqamət müəyyən edildi: 
bəstəkarlıq,  müğənnilik  və  aktyorluq.  Moskvada 
1939-cu  il  mayın  26-dan  iyunun  6-sına  qədər 
keçirilən I qırğız incəsənətinin dekadasında iştirakı, 
yaradıcılığının  Moskva  tamaşaçıları  tərəfindən 
yüksək dəyərləndirilməsi, onu daha da ruhlandırdı. 
Abdılasın şöhrəti hər tərəfə yayıldı. Dekada günləri 
Abdılas  Maldıbayev  həm  də  müğənni-aktyor 
kimi iştirak etdi: konsertdə həm öz, həm də xalq 
mahnılarını ifa etdi. 
O,  “Ajal  orduna”  (“Ölüm  əvəzinə”),  “Altın 
qız”  musiqili  dramlarını,  “Ayçörək”,  “Toktoqul”, 
“Manas” oparalarını yazmışdır. Bəstəkar tərəfindən 
cəmi  400-ə yaxın mahnı və romans bəstələnmişdir. 
Abdılas  bu  gün  də  ifa  edilən  200-ə  qədər  xalq 
mahnısını  işləmişdir.  A.Maldıbayevin  istedadı 
ləyaqətlə  qiymətləndirilmişdir.  Bu  gün  portreti 
qırğız əskinazı somda öz əksini tapmışdır. Xalq isə 
onun melodiyalarını hələ də sevə-sevə, heyranlıqla 
dinləyir.
248


QAPAR AYTIYEV (1912-1986)
SSRİ  xalq  rəssamı,  Sosialist  Əməyi 
Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Qapar 
Aytiyev  1912-ci  ildə  Oş  vilayətinin  Tüleykən 
kəndində  anadan  olmuşdur.  Valideynlərini  erkən 
itirmiş,  uşaq  evində  tərbiyə  almışdır.  Q.Aytiyev 
xalqın  gizli  düşüncə  və  diləklərini  ifadə  edən, 
ali  vətəndaşlıq  realist  incəsənətinin  dərinliklərini 
və  bitib-tükənməz  imkanlarını  açan  böyük  rus 
təsviri  sənət  ustalarının  məktəbini  keçmişdir.  O 
–  sözün  əsil  mənasında  öz  torpağının  oğlu  idi. 
Təbiət  –  onun  ilhamerici  düşüncə  və  fikirlərinin 
mənbəyi  idi.  Q.Aytiyevin  mənzərələri  torpağa 
sevgi  ilə  ruhlandırılmışdır,  dahiyanə  tərzdə 
vüqarlıdır,  dinclik  gətirəndir.  O,  ilk  növbədə, 
rəssam-mütəfəkkir, rəssam-feyləsufdur. Aytiyevin 
ən  yaxşı  silisilə  mənzərələrindən  biri  –  “Qırğız 
torpağı”  adlanır.  Məhz  bu  peyzaja  görə  rəssam 
1967-ci  ildə  Toktoqul  adına  respublika  mükafatı 
almışdır.  Bu isim Q.Aytiyevin bütün yaradıcılığına 
epiqraf kimi də tətbiq oluna bilərdi, çünki rəssamın 
işlərinin  hamısı  bütünlüklə  qırğız  torpağının  və 
onun insanlarının vəsfinə həsr olunmuşdur. Onun 
“Kolxoz  həyəti”,  Dağlarda  axşam”,  “İssık-Kulda 
günorta”,  “Bərq  vuran  göl”,  “Cayloda  günorta”, 
“Cənubda axşam” ən yaxşı mənzərə əsərləri hesab 
edilir.
Bütün  yaradıcılığı  dövründə  Q.Aytiyev 
portretə  də  müraciət  etmişdir.  Onun  bu  janrda 
ən  yaxşı  əsərləri  qırğız  mahnılarının  tanınmış 
ifaçısı  Musa  Bayetovun,  şair Alıkul  Osmonovun 
portretləridir.  O,  50-ci  illərdə  C.Kojəhmədovla 
birgə “Akınlar” qrup portretini yaratdı. Bu şəklin 
qəhrəmanları  –  milli  mədəniyyətin  inkişafında 
böyük  xidmətləri  olan  qırğız  incəsənəti  və 
ədəbiyyatının  ağsaqqallarıdır.  Dahi  rəssamın 
fərdiliyi  ilə  seçilən  gözəl  əsərləri  Qırğızıstanın 
təsviri  incəsənət  üzrə  qızıl  fonduna  daxildir. 
Q.Aytiyevin yaradıcılığı təkcə təbiəti əks etdirmir
o,  seyrçinin  şüurunu  istiqamətləndirir,  ona 
məsuliyyət,  borc  hissini  oyadan  müsbət  enerji, 
Vətənə  məhəbbət  duyğusunu  verir  –  biz  bütün 
bunları vətənpərvərlik adlandırırıq. Qapar Aytiyev 
o milli rəssamlardandır ki, yaradıcılığı ilə xalqının 
böyük ruhunu təsdiq edir.
249


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə