Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə97/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   93   94   95   96   97   98   99   100   ...   111

ÇOLPONBƏY BAZARBAYEV (1949-2002)
Qırğız  torpağı  bir  çox  pərəstişkarların 
kumirinə  çevrilmiş  dünya  səviyyəli  Çolponbəy 
Bazarbayev  kimi  cahanşümul  istedadlardan  heç 
vaxt məhrum olmamışdır.
Onun artistlik yüksəlişi sürətli oldu. Frunzedə 
M.Kurenkeyev 
ad. 
Musiqi-Xoreoqrafiya 
məktəbində  təhsil  aldığı  illər  və  Moskva 
Akademik  Xoreoqrafiya  Məktəbindəki  təcrübə 
artıq onu peşəkar səhnədə uğurlu debütə hazırladı. 
“Qu gölü” baletindəki ilk çıxışından sonra dərhal 
mütəxəssis  və  tamaşaçıların  diqqətini  cəlb  etdi. 
Az sonra hamı tərəfindən milli balet truppasının 
lideri kimi tanınmış Bazarbayev “Yatmış gözəl”, 
“Şelkunçik”,  Don  Kixot”,  “Karmen-süita”, 
“Əbədiyyət”,  “Tomiris”,  “Rəqqasə”,  “Çolpon” 
və başqa baletlərdə aparıcı partiyaları ifa edirdi. 
Onun repertuar siyahısında həm müasir, həm də 
tarixi  tematika  əsas  hissəni  tuturdu.  Aktyorun 
istedadı  qəhrəmanlıq  obrazlarında  tam  açıldı. 
Onların içində xüsusi aparıcı yeri rəşadətli Spartak 
tutur. O, döyüşdə hünərvərcəsinə məğlubedilməz, 
sevgilisi  ilə  görüşdə  nəzakətli  və  sədaqətlidir. 
O  həmçinin  bəstəkar  K.Moldobasanovun  “Ana 
düzü”  balet-oratoriyasındakı  Qasım  obrazını  da 
qayğı və sevgi ilə, yalnız ona xas böyük ustalıqla 
yaratmışdı.  Dünyanın  bir  çox  səhnələrində  ona 
əl  çalaraq  alqışlamışlar.  O,  başqalarının  şeirdə, 
mahnıda  və  ya  kətan  üzərində  verdikləri  hər 
şeyi rəqsdə anlada bilmişdi. Bizdə xalq arasında 
yaraşıqlı  kişiləri  “cigittin-qulu”  adlandırırlar 
ki,  bu  da  “igidin  gülü”  deməkdir.  Çolponbəy 
Bazarbayev həqiqətən də təkrarolunmaz cazibəyə 
və misilsiz istedada malik insan idi. Təəssüf ki, 
bu gün biz Allah tərəfindən verilmiş bu istedadı 
itirmişik. Çolponbəy nadir hallarda rast gəlinəcək 
ürəyiaçıq, ziyalı, həyatsevər, dərin yumor hissinə 
malik insan idi. Sadalanan bütün xüsusiyyətlərdən 
başqa  həm  də  həddən  ziyadə  nadir  natiqlik 
qabiliyyətinə malik idi. Onun qəfil faciəvi ölümü 
nəinki  doğma  və  yaxınlarını,  həmçinin  bütün 
sevən  pərəstişkarlarını  sarsıtdı.  Hamı  ürəyində 
ağlayırdı. Bir həqiqəti dərk etdim ki, ulduzların 
səmadan  yerə  enməsi  təhlükəlidir.  O  isə  sözün 
əsil mənasında ulduz idi. 
256


SABIRƏ QUMUŞƏLIYEVA (1917-2007)
Aktyor  ər-arvadın  ikisinin  də  eyni  dərəcədə 
istedadlı  olması,  tamaşaçıların  sevgisini  paralel 
qazanması  və  zaman  keçdikcə  öz  millətinin 
mənəvi liderinə çevrilməsi nadir haldır. Qırğızıstan 
Respublikasının  xalq  artısi  Muradbəy  Rəsulov  – 
Sabirə Qumuşəliyevanın həyat yoldaşıdır. Deyilənə 
görə, ölümündən qabaq o, sevimli arvadına deyibmiş 
ki,  xanımı,  ərinin  teatr  incəsənətinin  ulduzuna 
çevrilməyindən  ötrü  kölgədə  qalaraq  əlindən 
gələni  edibmiş.  Amma  əslində  hər  şey  əsla  belə 
olmamışdı. Sabirə Qumuşəliyeva kölgədə qalmadı. 
Məhsuldar  ömrünün  67  ilini  səhnədə  keçirərək, 
2000-ci ildə Qırğızıstanda ali fərqləndirmə mükafatı 
–  “Qırğızıstan  Respulikasının  Xalq  Qəhrəmanı” 
mükafatını  alan  ilk  qadın  oldu.  S.Qumuşəliyeva 
–  daxili  gözəllik,  qırğız  qadınının  istedadının 
mücəssəməsidir,  milli  ənənələri,  azadlıq  ruhunu, 
qabiliyyəti  kövrəkliklə  qoruyan  insandır.  Onun 
rejissor T.Okeyevin “Alova idaət et” filmində Urkui 
ana  rolu  bənzərsiz  ifa  olunmuşdur.  Əminəm,  elə 
bir tamaşaçı tapmaq olmaz ki, bu filmi seyr edərkən 
göz  yaşına  hakim  kəsilsin.  Dərininə  varsaq,  Sabirə 
Qumuşəliyeva – yeni nəsillərə xeyir-dua verən ikinci 
Umay-ənədir.
İndi qırğız kino və teatrını Sabira Qumuşəliyevanın 
uğurları olmadan təsəvvür etmək olmaz. Düşünürəm 
ki, gözəllik təkcə cavanlıqda olmur. Sönməz gözəllik 
qocalığa  qədər  gedə  bilər.  Bayramların  birində 
meydanda  bayraq  ağacının  yanındam  keçən  xalq 
artisti S.Qumuşəliyevanı görəndə öz düşüncələrimdə 
bir  daha  əmin  oldum.  O,  qüsursuz  formada  idi: 
milli  geyimdə  və  miniatür  dikdaban  tuflidə  özünə 
əminliklə və mərdanə, yalnız ona xas ləyaqətlə və əsil 
aristokratlar  sayağı  addımlayırdı.  Diqqət  etdim  ki, 
onun gözəlliyinə valeh olan təkcə mən deyilmişəm. 
Bir  zamanlar  rəssam  Çuykov  qırğız  qızının  şəklini 
çəkmişdi.  Şəkil  elə  belə  də  adlanırdı:  “Sovet 
Qırğızıstanın  qızı”.  Deyəsən,  rəssam  elə  Sabirə-
əkənin  özünün  şəklini  çəkmişdi.  Onun  cavanlığını 
elə belə də təsəvvür edirdim. 
257


ÇINGIZ AYTMATOV  (1928 – 2008)
Qırğızıstanın  xalq  yazıçısı,  Sosialist  Əməyi 
Qəhrəmanı, Lenin mükafatı laureatı, Qırğızıstanın 
və  dünyanın  bir  çox  ölkələrinin  Dövlət  mükafatı 
laureatı,  Qırğızıstanın  Milli  Qəhrəmanı,  əsərləri 
planetin yüzlərlə dilinə tərcümə edilmiş şəxs Talas 
vilayətinin Şəkər kəndində anadan olmuşdur.
Çingiz Aytmatov “altmışıncılar” nəslindəndir. 
Bu, maarifpərvər ruhun, yaxud söylənildiyi kimi, 
“fizik və liriklərin” ən yaxşı dövrü idi. Hər halda, 
azadlığın  toxumunu  məhz  onlar  səpmişdilər  və 
insana  qarşı  olan  ictimai  quruluşa  qarşı  səslərini 
ucaldan  onlar  olmuşdu.  Ç.Aytmatovun  bütün 
həyatı – xalqa ləyaqətlə xidmətdə və üzərinə düşən 
vəzifəni yerinə yetirməkdə bizim üçün nümunədir. 
O,  həqiqətə  və  xeyirə  möhkəm  inamın  bariz 
nümunəsidir.  Bü  gün  dünya  ədəbiyyatını  Çingiz 
Aytmatovun ismi və onun misilsiz əsərləri olmadan 
təsəvvür  etmək  mümkün  deyildir.  O,  dünyada 
əbədi  və  sönməz  mənəvi  dəyərlərin  təsdiqinin 
güclü  toplusunu  özündə  daşıyan  yazıçı  kimi 
tanınmışdır.  “Cəmilə”,  “İlk  müəllim”,  “Üzbəüz”, 
“Qırmızı  alma”,  “Qırmızı  örpəyimdə  qovaqcıq”, 
“Dəvə gözü”, “Oğulla görüş”, “Çətin keçid”, “Ağ 
paroxod” povestləri, “Cəllad kötüyü”, “Çovğunlu 
yarımstansiya”  (“Gün  var,  əsrdən  uzun”), 
“Əlvida,  Gülsəri!”,  “Dəniz  qırağında  qaçan  ala 
it”, “Kassandranın damğası” romanları və adlarını 
xatırlatdığım  başqa  bir  çox  ölməz  əsərlər  onun 
qələminin bəhrəsidir.
Məhz Qırğızıstan, bu “sirli ölkə” (vaxtilə rus 
səyahətçiləri bizim diyarımızı belə adlandırırdılar) 
dünyaya XX yüzilliyin parlaq, görkəmli yazıçısını 
– Çingiz Aytmatovu bəxş etmişdir. Məhz Aytmatov, 
Yeniseyin yuxarı axarlarından qırğız səma dağları 
Ala-Too  yüksəkliyinə  qədər  köçəri  dünyasının 
yaratmış  olduğu  ən  yaxşı  yaradılışın  –  mənəvi 
müdrikliyin  tükənməz  bulağına  çevrilmiş  xalq 
dastanı  “Manas”ın  baş  qaldırdığı  mənbəyində 
dayanmışdı. 
Bütün 
dünya 
Ç.Aytmatovun 
yaradıcılığı  sayəsində  min  illik  inkişaf  tarixinə 
malik  qırğız  xalqını,  onun  mədəniyyətini, 
ənənələrini,  dünyagörüşünü,  fəlsəfəsini,  arzu-
diləklərini  və  can  atdığı  məqsədlərini  tanıdı. 
Bununla  da  o  sanki  cahanın  qırğız  obrazını 
çəkmişdi. Yazıçı öz yaradıcılığında milli dəyərləri 
dünya  mədəniyyətinin  ən  mütərəqqi  uğurları  ilə 
258


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə