185
və hərtərəfli müəyyənləşdirilməsidir. Qanunda kitabxanaların bütün
əhalinin istifadəsi üçün ümumaçıq olması, kitabxanalara dövlət qayğısı və
dövlət tərəfindən maliyyələşdirilməsi prinsiplərinin əsas prinsiplər kimi
ön plana çəkilməsi kitabxanaların gələcək inkişafı üçün şərait yaratmaqla,
onun ən demokratik kitabxana sisteminə çevrilməsini təmin edir.
3-cü maddədə kitabxana işi sahəsində dövlətin əsas vəzifələri
müəyyənləşdirilmiş, onun həyata keçirilməsi yolları göstərilmişdir.
Qanunun II fəslində kitabxana sistemi, onun təşkili və tərkibi
əsaslandırılmış, respublikamızda olan bütün kitabxana şəbəkələri, onların
tabeçiliyi prinsipləri, dövlət və qeyri-dövlət kitabxanaları haqqında
məlumat verilmiş, onların statusu müəyyənləşdirilmişdir.
Bu fəslin 7-ci maddəsi “Milli Kitabxana” adlanır. Burada dünya
təcrübəsinə əsaslanaraq milli kitabxananın tərifi verilmiş, onun statusu
müəyyənləşdirilmişdir. Qanunda göstərilir: “Milli Kitabxana Azərbaycan
Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən,
milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və
Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o
cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb
mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır”.
Həmçinin Qanunda Milli Kitabxananın kitabxanaşünaslıq,
biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat müəssisəsi, ölkənin
bütün kitabxanaları üçün metodik mərkəz, kitabxanalararası abonement
və kitabxanaların beynəlxalq əlaqələr mərkəzi olması əsaslandırılmış,
eyni zamanda Milli Kitabxananın qarşısında duran vəzifələr ətraflı
şəkildə təhlil edilmişdir. Bu Qanunun böyük üstünlükləri ondan ibarətdir
ki, Milli Kitabxana bütün sahələrdə beynəlxalq standartlara cavab verən
bir kitabxana müəssisəsi kimi nəzərdən keçirilmişdir.
Qanunun 8-ci maddəsində respublika əhəmiyyətli elmi-sahəvi
kitabxanalar müəyyənləşdirilmişdir. İndiyə qədər bəzi hallarda mübahisə
doğuran respublika əhəmiyyətli kitabxanaların və onların vəzifələrinin
186
müəyyənləşdirilməsi bu boşluğu doldurmuş, onların fəaliyyəti üçün şərait
yaratmışdır.
Qanunun 9-cu maddəsində kitabxanaların informasiya orqanları və
digər idarə və müəssisələrlə, həmçinin özlərinin bir-biri ilə əməkdaşlıq
qurmaları, öz işlərini göstərilən müəssisələrdə koordinə etmələri vacib
sayılmış, kitabxana işinin bütün cəmiyyətlə əlaqədə olması
əsaslandırılmışdır.
Qanunda kitabxanaların yaradılması və yenidən təşkili məsələlərinə
aydınlıq gətirilmiş, yeni kitabxanaların ancaq qanunvericiliyə uyğun
təşkil edilməsi məqsədəuyğun sayılmış, kitabxanaların yenidən təşkilinə
və müstəsna şəraitdə müvəqqəti olaraq köçürülməsinə ancaq müvafiq icra
hakimiyyəti orqanlarının razılığı olduqda icazə verilməsi məqsədəuyğun
hesab edilmişdir.
Qanunun III fəsli “Kitabxana fondu” adlanır. 8 maddədən ibarət olan
bu fəsildə xalqımızın milli sərvəti olan kitabxana fondlarının yaradılması,
komplektləşdirilməsi, qorunub saxlanılması, kitabxana fondlarının
növləri, kitabxana fondlarının təchizi, kitabxanaların mübadilə fondları,
depozitar fondlar, dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və
kitabxanaların pulsuz məcburi nüsxələrlə təchiz edilməsi məsələləri öz
hüquqi həllini tapmışdır. Qanuna görə, kitabxana fondları dövlət
mülkiyyətidir və dövlət tərəfindən qorunur. Dövlət kitabxana fondlarını
dağıdanlar, mühafizəsini təşkil etməyənlər, qorunmasına, uçotunun
aparılmasına cavabdeh olan müəssisələr dövlət qanunları qarşısında
məsuliyyət daşıyırlar.
Dövlət kitabxana fondlarının yaradılması və dövlət tərəfindən
maliyyələşdirilməsinin Qanunda öz əksini tapması demokratik bir hal
olmaqla kitabxana işinə dövlət qayğısının təzahürüdür. Qanunda
həmçinin ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin kitabxana
şəbəkələrinin həmin nazirlik, idarə və müəssisələrin vəsaiti hesabına
komplektləşdirilməsi nəzərdə tutulmuşdur. Qanunda kitabxanaların
komplektləşdirilməsində (xüsusilə rayon, kənd kitabxanalarının)
kollektorun böyük rolu nəzərə alınaraq, onun işinin yaxşılaşdırılması
lazım bilinmiş və komplektləşdirmə işinin günün tələbləri səviyyəsinə
qaldırılması onun qarşısında bir vəzifə olaraq qoyulmuşdur.
187
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun böyük
əhəmiyyət kəsb edən maddələrindən biri “Kitabxanaların pulsuz məcburi
nüsxələrlə təchizatı” adlı 15-ci maddədir. Dünyanın bütün ölkələrində bir
qayda olaraq mühüm dövlət və ümummilli əhəmiyyət kəsb edən bir çox
kitabxanalar pulsuz məcburi nüsxələr alır. Bu işin olduqca böyük, milli,
tarixi və mədəni əhəmiyyəti danılmazdır. Nəşr olunan kitablar heç bir
bürokratik çətinlik olmadan kitabxanalarıb fonduna düşür. Beləliklə də
dövlət kitabxanaları fondlarının tamlığı təmin olunur. Bazar
iqtisadiyyatına keçdiyimiz indiki şəraitdə nəşriyyatların əksəriyyəti
özəlləşmişdir və onlar bazarın tələbatına uyğun olaraq öz istədikləri
kitabları nəşr edirlər. Belə kitabların uçotunu aparan, onları toplayan,
mühafizə edən və saxlayan heç bir müəssisə yoxdur. Bu baxımdan
Qanunun bu maddəsi çox vaxtında qəbul edilmiş və Azərbaycan kitabının
qorunub saxlanılmasını təmin etməyə yönəlmişdir.
Qanunda göstərilir: “Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat
fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər
tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz
məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının
kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara,
Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı
Dövlət Universitetinin Kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz
məcburi nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və
jurnal redaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər”.
Qanunun 16-cı maddəsində isə dövrün tələblərinə cavab vermək,
əhaliyə kitabxana xidmətini daha da təkmilləşdirmək, kitabxanaların
beynəlxalq əlaqələrini günün tələbləri səviyyəsində qurmaq üçün çox
ciddi vəzifələr həll edə bilən kitabxanaların mübadilə fondlarının
yaradılması təsbit edilmişdir.
Məlumdur ki, xüsusilə elmi kitabxanaların mübadilə fondu olmadan
həm ölkədaxili, həm də beynəlxalq kitab mübadiləsini həyata keçirmək
mümkün olmaz. Ona görə də Qanunda göstərilir ki, müvafiq icra
hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata
Dostları ilə paylaş: |