74
"Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına
mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yu-
murta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar,
ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır.
Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı
öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş
yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma on-
ların ağır vəziyyətini nəzərə alaraq onları vergidən azad edi-
rəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumur-
talar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta
düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini
gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir
gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər.
Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer
ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta
qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də
Qahirədən şərqə xarabalıq qalır. Bu yeri "Axlat məhəlləsi"
adlandırırlar" (Koroğlu, 1999, s. 62-63).
Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya
Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, ad-
ların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıq-
ları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğ-
rudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyiş-
mədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir?
Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.
Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından
belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şu-
merin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı
alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin
"Nuffar" (Nippur adının bir qədər dəyişikliyə uğramış adı) ad-
landırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə
həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları
yarıda kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu
illərdə aparılan qazıntılar Fərat çayının aşağı sahilində yerləşən
qədim Şumer şəhərini gün üzünə çıxardı (Церен, 1986, c. 140).
75
Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasi-
təsi ilə gəlirmiş. Övliya Çələbinin Mahan ölkəsinin şəhərlərin-
dən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında,
Bağdad yaxınlığında yerləşirdi (Koroğlu, 1999, s. 60). Bu isə o
deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı
axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və
həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni
ölkədən gedir.
Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti
ən çox çəkən məqamlardan biri də Bayandır xanın həmin ölkə
ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:
"Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün
tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlu-
matında ("Qorqud Kitabı"nda oğuzların baş hakimi) Bayan-
dur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o
deməkdir ki, "Qorqud Kitabı"ndakı Bayandur xan bir çox
tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.)
etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.
Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər ma-
terial yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi
həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Ki-
tabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bu-
nu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp
bəyin qardaşı olması da gücləndirir." (Koroğlu, 1999, s. 63).
Maraqlıdır ki, ―Kitabi-Dədəd Qorqud‖da Bayandır xanın
Amid (Diyarbəkr) sahillərindən olması qeyd edilir. Qazan xan
da Amid (Diyarbəkr) soylu adlandırılır. Qədim Amid şəhərinin,
yəni bugünkü Diyarbəkrin isə həmin bölgədə yerləşdiyi
məlumdur.
Övliya Çələbinin yazdığına görə, Mahan şahı Bayandur
xanı Axlatın hakimi təyin etmişdi (Koroğlu, 1999, s. 63).
Bu isə
söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən
məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakin-
lərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə
məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib
76
olmalı idilər. Qeyd edək ki, bəzi alimlər Şumer-Akkad mənbə-
lərində adlarına "kuti" (quti) formasında rast gəlinən xalqı türk-
oğuz xalqı hesab edirlər və irəlidə görəcəyimiz kimi, onlar səhv
etmirlər.
Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış proto-
türk etnoslarından biri də adı qədim mənbələrdə "kuti" kimi
çəkilən tayfa olmuşdur. "Kuti" etnonimi e.ə. III-II, eləcə də I
minilliklərə aid qaynaqlarda yad edilir.
Tədqiqatçı B.Landeberqer kutilərin türk etnosuna mənsub
olduğunu, etnonimin isə "quz" (oğuz) etnoniminin dəyişilmiş
fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə,
kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin
fikrini təsdiqləmişdir (Azərbaycan tarixi, 1994, s. 81-82). Eyni
fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdar-
larının daşıdıqları ―Yarlaq‖ adını qədim türk yazılarındakı Yar-
lakar Kan Atanın, ―İbra‖ adını "Kitabi-Dədə Qorqud‖dakı İmrə-
nin, ―Kurum‖ adını qədim bulqarların xanı Kurum xanın və Al-
tun Orda xanı Kurum xanın, ―Elulameş‖ adını Elalmışın (İlal-
mışın) adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk ad-
ları daşıdıqlarını ortaya qoymuşdur (Ağasıoğlu, 2005, s. 148).
Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla
ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının
yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu
ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu
məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə
olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını
isə Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər (Azərbaycan tarixi,
1994, s. 81-82).
Bu nüans mövzumuz baxımından o qədər önəmlidir ki,
onun üzərində xüsusi durmamıza ehtiyac var. İş burasındadır ki,
Əbülqazi Bahadır xan ―Oğuznamə‖sində (―Şəcərə – ye - Təraki-
mə‖) türkeşlərin soy babası, bu türk soyuna öz adını vermiş olan
Türkeş bəyin də adı keçməkdə və o, Div Yavqunun vəzirlərin-
dən biri kimi qeyd edilməkdədir. Əbülqazi Bahadır xanın yaz-
dığına görə, Türkeş bəy Div Cıngüşümün oğludur və Div Yav-
Dostları ilə paylaş: |