Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

74 
 
"Qədim  zamanlarda  bu  şəhər  Mahan  ölkəsinin  şahına 
mənsub  idi.  Şah  Samanqana  gəlib,  axlatlılardan  yüz  min  yu-
murta  tələb  edir.  Oğuzlar  bu  qədər  yumurtanı  toplayırlar, 
ancaq  fikirləşirlər  ki,  onu  göndərmək  üçün  at,  dəvə  lazımdır. 
Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı 
öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş 
yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma on-
ların  ağır  vəziyyətini  nəzərə  alaraq  onları  vergidən  azad  edi-
rəm.  Oğuzlar  gəlib  yumurtalarını  geri  alırlar.  Amma  yumur-
talar nişanlanmadığından kiminə böyük, kiminə kiçik yumurta 
düşür.  Bunu  ədalətli  hesab  etməyən  oğuzlar  Allahın  qəzəbini 
gözlməyə  başladılar.  Belə  də  oldu.  Taun  xəstəliyi  gəldi.  Bir 
gecədə  şəhəri  12  min  çadır  tərk  etdi.  Onlar  Misirə  gəldilər. 
Abbasi  xəlifəsi  əl-Mustakfibillah  Misirin  Şərqində  onlara  yer 
ayırdı.  Burada  onlar  özlərinə  kərpicdən  ev  tikdilər  .  O  vaxta 
qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də 
Qahirədən  şərqə  xarabalıq  qalır.  Bu  yeri  "Axlat  məhəlləsi" 
adlandırırlar" (Koroğlu, 1999, s. 62-63). 
Görəsən,  Şumer  əfsanəsindəki  Mahanla  haqqında  Övliya 
Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, ad-
ların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıq-
ları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğ-
rudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyiş-
mədən  və  ya  cüzi  dəyişikliklə  dövrümüzədək  ulaşa  bilmişdir? 
Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır. 
Yuxarıda  içərisindən  sitat  gətirdiyimiz  Şumer  dastanından 
belə  aydın  olur  ki,  Mahan  ölkəsindən  gəmilər  yüklə  qədim  Şu-
merin  Nippur  şəhərinə  gələrmişlər.  Bu  şəhərin  yerini  amerikalı 
alimlər  1883-cü  ildə  müəyyənləşdirə  bilmişlər.  Yerli  ərəblərin 
"Nuffar"  (Nippur  adının  bir  qədər  dəyişikliyə  uğramış  adı)  ad-
landırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə 
həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları 
yarıda  kəsməyə  məcbur  etmişdi.  1893-1896  və  1899-1900-cu 
illərdə  aparılan  qazıntılar  Fərat  çayının  aşağı  sahilində  yerləşən 
qədim Şumer şəhərini gün üzünə çıxardı (Церен, 1986, c. 140).  


75 
 
Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasi-
təsi  ilə  gəlirmiş.  Övliya  Çələbinin  Mahan  ölkəsinin  şəhərlərin-
dən  olduğunu  söylədiyi  Axlat  Dəclə  çayının  yuxarı  axarında, 
Bağdad yaxınlığında yerləşirdi (Koroğlu, 1999, s. 60). Bu isə o 
deməkdir  ki,  Mahan  ölkəsi  Dəclə  və  Fərat  çaylarının  yuxarı 
axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və 
həm  Şumer  dastanında,  həm  də  Övliya  Çələbidə  söhbət  eyni 
ölkədən gedir. 
Övliya  Çələbinin  bu  ölkə  ilə  bağlı  söylədiklərində  diqqəti 
ən  çox  çəkən  məqamlardan  biri  də  Bayandır  xanın  həmin  ölkə 
ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır: 
"Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün 
tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlu-
matında  ("Qorqud  Kitabı"nda  oğuzların  baş  hakimi)  Bayan-
dur  xanın  Mahandan  olması  çox  maraq  doğurur.  Bu  isə  o 
deməkdir  ki,  "Qorqud  Kitabı"ndakı  Bayandur  xan  bir  çox 
tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) 
etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.  
Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər ma-
terial  yoxdur.  Ancaq  Övliya  Çələbinin  məlumatlarını  tarixi 
həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan "Qorqud Ki-
tabı"ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bu-
nu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp 
bəyin qardaşı olması da gücləndirir." (Koroğlu, 1999, s. 63). 
Maraqlıdır  ki,  ―Kitabi-Dədəd  Qorqud‖da  Bayandır  xanın 
Amid  (Diyarbəkr)  sahillərindən  olması  qeyd  edilir.  Qazan  xan 
da Amid (Diyarbəkr) soylu adlandırılır. Qədim Amid şəhərinin, 
yəni  bugünkü  Diyarbəkrin  isə  həmin  bölgədə  yerləşdiyi 
məlumdur. 
Övliya  Çələbinin  yazdığına  görə,  Mahan  şahı  Bayandur 
xanı Axlatın hakimi təyin etmişdi (Koroğlu, 1999, s. 63).
 
Bu isə 
söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən 
məlumat  doğrudursa, oğuzlar Mahan ölkəsinin  ən qədim sakin-
lərindən  olmuşlar.  Bu  isə  o  deməkdir  ki,  Mahan  ölkəsi  barədə 
məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib 


76 
 
olmalı idilər. Qeyd edək ki, bəzi  alimlər Şumer-Akkad mənbə-
lərində adlarına "kuti" (quti) formasında rast gəlinən xalqı türk-
oğuz xalqı hesab edirlər və irəlidə görəcəyimiz kimi, onlar səhv 
etmirlər. 
Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış proto-
türk  etnoslarından  biri  də  adı  qədim  mənbələrdə  "kuti"  kimi 
çəkilən  tayfa  olmuşdur.  "Kuti"  etnonimi  e.ə.  III-II,  eləcə  də  I 
minilliklərə aid qaynaqlarda yad edilir.  
Tədqiqatçı  B.Landeberqer  kutilərin  türk  etnosuna  mənsub 
olduğunu,  etnonimin  isə  "quz"  (oğuz)  etnoniminin  dəyişilmiş 
fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, 
kuti  şəxs  adlarını  türk  dilində  izah  edərək,  B.Landeberqerin 
fikrini  təsdiqləmişdir  (Azərbaycan  tarixi,  1994,  s.  81-82).  Eyni 
fikrə  Firidun  Ağasıoğlu  da  şərik  çıxmışdır.  O,  kuti  hökmdar-
larının daşıdıqları ―Yarlaq‖ adını qədim türk yazılarındakı Yar-
lakar Kan Atanın, ―İbra‖ adını "Kitabi-Dədə Qorqud‖dakı İmrə-
nin, ―Kurum‖ adını qədim bulqarların xanı Kurum xanın və Al-
tun  Orda  xanı  Kurum  xanın,  ―Elulameş‖  adını  Elalmışın  (İlal-
mışın) adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk ad-
ları daşıdıqlarını ortaya qoymuşdur (Ağasıoğlu, 2005, s. 148). 
Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla 
ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının 
yuxarı  axarlarında  yerləşən  Tukriş  ölkəsi  ilə  yanaşı  çəkilir  (Bu 
ölkənin  adına  bənzər  Tikriş  adı  daşıyan  bir  şəhərin  də  olduğu 
məlumdur).  Həmin  ölkədə  Arisen  adlı  hökmdar  hakimiyyətdə 
olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını 
isə  Türkeş  qəbiləsinin  adı  ilə  eyniləşdirirlər  (Azərbaycan  tarixi, 
1994, s. 81-82). 
Bu  nüans  mövzumuz  baxımından  o  qədər  önəmlidir  ki, 
onun üzərində xüsusi durmamıza ehtiyac var. İş burasındadır ki, 
Əbülqazi Bahadır xan ―Oğuznamə‖sində (―Şəcərə – ye - Təraki-
mə‖) türkeşlərin soy babası, bu türk soyuna öz adını vermiş olan 
Türkeş bəyin  də adı  keçməkdə  və o,  Div Yavqunun vəzirlərin-
dən  biri  kimi  qeyd  edilməkdədir.  Əbülqazi  Bahadır  xanın  yaz-
dığına görə, Türkeş bəy Div Cıngüşümün oğludur və Div Yav-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə