Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   24   25   26   27   28   29   30   31   ...   97

83 
 
ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şura-
sının səlahiyyətində olmuşdur (Bayat, 1993, s. 19). 
Füzuli Bayat mövzu ilə bağlı yazır: 
"Bir çox qəhrəmanlıq dastanlarıı kimi "Oğuz kağan" da 
ulu toyla qurtarır. Dastanda belə toy bir neçə dəfə təkrar olu-
nur  və  heç  biri  də  evlənmə  aktı  ilə müşahidə  olunmur.  Oğuz-
namə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlar-
dakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz 
evlənmə  mərasimi  deyil,  oğuz  cəmiyyətinin  vacib  siyasi,  iqti-
sadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qu-
rultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göün-
düyü  kimi  qurultay  xarakterli  bu  toyda  oğuz  cəmiyyətinin 
strukturu,  hakimiyyət  məsələsi,  vərəsəlik  prinsipi  ,  tayfaların 
yerləri,  damğaları  müəyyənləşdirilir.  Bu  toy  Dədə  Qorqud 
oğuznamələrində  Bayındır  xanın  ildə  bir  dəfə  toy  verib  oğuz 
bəylərini  bir  yerə  yığıb,  şənlikdə  vacib  olan  məsələləri  həll 
etməsinə uyğundur." (Bayat, 1993, s. 310).  
Süleyman  Əliyarov  izlərinə  "Dədə  Qorud"da  rast  gəlinən 
demokratiya və parlament sistemi barədə deyir:  
"Kitabdakı "qocalar" anlayışı Rəşidəddin və Əbülqazi ki-
tablarındakı  "kəngəş  bəyləri"nə  tam  uyğundur;  Rəşidəddinin 
"kəngəş yapın, bəylərin istədiyi nə olsa, elə hökm verin" yazısı 
bunu  göstərir.  Beləliklə,  hərbi  demokratiya  dövründə  daimi 
hakimiyyət  orqanı  olan  hərbi  şura  (ağsaqqallar  şurası)  oğuz 
tarixində  doqquz  "qocadan"  -  kəngəş  bəylərindən  ibarət  ol-
muşdur." (Əliyarov, 1991, s. 151). 
Qədim  dilimizdə  cümhuriyyət,  respublika  anlamlarına  gə-
lən  "El"  termininin  işlənməsi,  demokratik  düşüncənin  ifadəçisi 
kimi  çıxış  edən  "toy"  və  "qurultay"  terminləri  ilə  yanaşı  "ken-
gəş" (şura, parlament) (ДTC, 1969, c. 299) kəlməsinin də olması 
və Avropa dillərindəki  "konqres" (qurultay, parlament) termini-
nin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik 
prinsiplərinin  və  demokratik düşüncə  tərzinin, eləcə də  insanlar 
arasında,  o  cümlədən  qadınla  kişi  arasında  hüquq  bərabərliyi 
ideyalarının  qədim  türklərdən  digər  xalqlara  keçdiyini  sübut 


84 
 
etməkdədir. Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyni-
liyinin əlavə sübutları hesab edilə bilər.  
Kutilərin Ön Asiyanın  geniş  əraziləri üzərindəki  uzunmüd-
dətli hakimiyyəti ilə bağlı Mahmud İsmayıl yazır: 
"Azərbaycan  torpaqlarında  məskunlaşmış  soylardan  kuti 
soybirləşməsini də qeyd etmək lazımdır. Onların bu ərazidə ol-
maları  hələ  III  minilliyə  aiddir.  Bilicilərin  fikrincə  onlar  II 
minillikdə  xeyli  zəifləmiş,  I  minillikdə  isə  bu  ərazidə  məskun 
olan  digər  soylarla  qaynayıb-qarışaraq  tarix  səhnəsindən  çıx-
mışlar." (İsmayıl, 1955, s. 5). 
Mütəxəssislərin nəzərini çoxdan çəkmiş şumer-türk paralel-
lərini  kutilərin  (oğuzların)  İkiçayarası  üzərindəki  bir  əsrə  yaxın 
hakimiyyəti  dövrünün  yadigarı  sayan  Firidun  Ağasıoğlu  haqlı 
olaraq yazır: 
"Eyni  sözləri  türk-şumer  paralelləri  haqqında  da  demək 
olar.  Belə  ki,  bu  dillərdə  ayrı-ayrı  qrammatik  və  leksik  para-
lellərin  ortaya  çıxmasını  m.ö.  IV-II  minilliklərdə  şumerlərlə 
kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə 
izah etmək mümkündür... şumer-türk əlaqəsini də "dil ittifaqı" 
hesab etmək olar. 
Türk dillərinin başqa sistemli dillərlə müqayisəsi göstərir 
ki,  türk  etnosu  ilk  çağlarda  şumer,  dravid,  hat  dilləri,  sonra 
sami,  hind-avropa  və  qafqazdilli  xalqların  əhatəsində  olmuş-
dur.  Doğu  və  quzey-doğu  istiqamətlərə  miqrasiya  edən  türk 
boyları daha sonra çin, monqol və ural dilləri ilə kontaktda ol-
muşlar.  Türkologiya  elminin  çıxılmaz  dalana  girməsi  məhz 
yanlış bilgi üzərində qurulan qondarma "Altay nəzəriyyəsi" ilə 
bağlıdır.  Nəzərə  almaq  lazımdır  ki,  Türk  etnosu  Ön  Asiyada 
yaranmışdır,  m.ö.  IV  və  II  minillərin  ortalarında  iki  böyük 
köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər. Bunu 
antropoloji,  arxeoloji,  mifoloji  və  dil  faktoru  da  təsdiq  edir. 
Protoazər  türkləri  (Azərbaycan  protürkləri)  isə  ilkin  Ata 
yurdda qalmışlar" (Ağasıoğlu, 2005, s. 211). 
Tədqiqatçılar  ilk  dəfə  ―şumer‖  ifadəsinə  Aşşur  hökmdarı 
Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmiş-


85 
 
lər.  Əslində  bu  kəlmə  ―sumer‖  şəklində  qeyd  edilmişdir.  Lakin 
termin  rus  elmi  ədəbiyyatına  nədənsə  ―şumer‖  şəklində  daxil 
olmuş, Azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuşdur. 
Aşşur  hökmdarının  mirzəsi  ―gizli  şumer  sənədləri‖  haqqında 
məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış 
qazıntılar nəticəsində üzə çıxan və Aşşur-Babil mədəniyyətindən 
də  qədim  olan  mədəniyyətə  ―şumer  mədəniyyəti‖  adı  verilmiş-
dir. Alimlərin şumer  adlandırdıqları xalq  isə  özünü ―kenqir‖ və 
ya ―kəngər‖adlandırmış, qonşuları isə onlara ―qarabaşlar‖ və ya 
―qarapapaqlar‖ demişlər. 
Tarix  elmləri  doktoru,  mərhum  Yusif  Yusifov  şumerlərin 
daşıdığı və qonşuları tərəfindən onlara şamil edilmiş bütün adla-
ra  sonrakı  minilliklərdə  də  türk  soy  və  boyları  içərisində  rast 
gəlindiyini xüsusi qeyd etmişdir. 
Şumerlər  Messopatamiyanın,  yəni  İkiçayarasının  adı  elmə 
məlum  ən  qədim  xalqı  idi.  Onlar  bu  əraziyə  kənardan  gəlmiş-
dilər. Belə hesab edilir ki, eramızdan əvvəl IV minilliyə aid edi-
lən  əl-Übeyd,  eradan  əvvəl  3000-2800-ci  illərə  təsadüf  edən 
Uruk  və  eradan  əvvəl  2800-2600-ci  illəri  əhatə  edən  Cömdət  - 
Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdı. 
Ayrı-ayrı  alimlər  şumerlərin  Messopatamiyaya,  başqa  sözlə, 
İkiçayarasına  Anadoludan,  Şərqi  Qafqazdan,  yəni  Şimali  Azər-
baycandan,  Cənubi  Azərbaycandakı  Urmiya  gölü  sahillərindən, 
eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri barədə fikirlər 
irəli  sürmüşlər.  Bu  da  təbiidir.  Cünki  alimlər  həm  Anadolu,  həm 
Azərbaycan,  həm  də  Cənubi  Türkmənistan  ərazilərində  şumer 
mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər. 
Şumer  mədəniyyətinin  görkəmli  tədqiqatçılarından  biri, 
tanınmış  arxeoloq  Samuel  Kramer  özünün  ―Tarix  Şumerdən 
başlayır‖  adlı  kitabında  şumerlərin  İkiçayarasına  Cənubi  Azər-
baycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü, bunun 
eradan əvvəl lV minillikdə baş verdiyini yazmaqdadır. 
Məşhur  norveçli  səyyah  və  alim  Tur  Heyerdal  da  Qobus-
tandakı gəmi təsvirlərini tədqiq etdikdən sonra şumerlərin Mes-
sopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə