Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   2   3   4   5   6   7   8   9   ...   97


 
V.P.Alekseyev  kimi  alimlər  də  şərik  çıxmışlar  (Дебец,  Левин, 
Трофимов,  1952;  Левин,  1961;  Гинзбург,  1968;  Алексеев, 
1977, с. 9). 
Digər xalqların miflərində olduğu kimi, türk mifologiyasın-
da da etnoqonik motiv və süjetlərin əsasında əcdad kultu durur. 
Əksər türk xalqları bütün türklər üçün ümumi olan ulu əcdaddan 
başqa bilavasitə öz soy və boylarının ulu babalarını da unutma-
mış,  onları  ayrı-ayrı  qəhrəmanlıq  eposlarında  əbədiləşdirmişlər. 
Bu  eposlar  minillər  boyu  yeni-yeni  elementlərlə  zənginləşdiri-
lərək,  hər  dövrə  uyğun  şəkildə  müasirləşdirilsə  də,  əcdad  kultu 
öz  kökləri  ilə  ibtidai  mədəniyyətin,  totemistik  və  animistik 
təsəvvürlərin mövcud olduğu dövrlərə qədər uzanır. 
Belə hesab edilir ki, ibtidai cəmiyyətdə ictimai şüur və fik-
rin inkişaf səviyyəsi ibtidai mədəniyyətlə qarşılıqlı əlaqədə olub 
və ibtidai sosial-mədəni sistemin inkişaf dinamikasına təsir gös-
tərir. İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik 
olub,  mövcud  sistemli  strukturun  yenidən  dirçəlməsinə  imkan 
verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyi-
dir ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır. 
Mif  çağında  ulu  əcdad,  ilk  növbədə,  yaşayış  tərzi  ilə  təbiət 
hadisələri və heyvanlar aləmi arasında oxşarlıq görmüş (qidalan-
mada,  doğumda,  hərəkət  və  davranışda,  eləcə  də  digər  zahiri 
əlamətlərdə), həmin aləmlərlə özü arasındakı qeyri-adi əlaqəyə tə-
sir göstərməyə çalışmış, bununla da nəhəng vəhşi canlılar tərəfin-
dən  gələn  təhlükələrə  qarşı  nikbinliklərini  qoruya  bilmişdir.  On-
ların yaşamaq uğrunda mübarizəsindən və topladıqları təcrübədən 
doğan inanışlar «sınaqlardan çıxarılaraq» yaddaşlarında möhkəm-
ləndikcə  təsəvvürlərə  çevrilmişdir.  Ulu  əcdad  dünyaya  həmin 
təsəvvürlərin  baxış  bucağından,  yaxud  pəncərəsindən  baxmışdır 
və  onlar  sistemləşdirildikcə  totemizm,  animizm,  animatizm,  ma-
giya  və  kult  münasibətləri  şəklini  almışdır.  Təbiət  varlıqlarının 
fetişləşdirilməsi  isə  müxtəlif  ayin  və  mərasimlərin  keçirilməsinə 
meydan  açmışdır.  Ovçuluq,  maldarlıq  və  əkinçilikdə  qazanılan 
uğurların  da  səbəbini  həmin  təsəvvürlərin  doğurduğu  qeyri-adi 
məxluqlarla əlaqələndirmişlər (Qafarov, 2010, s. 14-15). 



 
Totemizm  (Şimali  Amerika  hindularının  dilindən  götürül-
müşdür, ―onun qəbiləsi‖ deməkdir) — insan kollektivləri (qəbi-
lə, tayfa) ilə müəyyən heyvan və bitki növləri, habelə hər hansı 
bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohum-
luğu  əlaqələrinə  etiqad  edilməsindən  ibarətdir.  Məsələn,  Tols-
tov,  Bernştam  və  Bekmıradov  kimi  tanınmış  türkoloq  alimlər 
oğuzların  ən  qədim  zamanlarda  öküzə  totem  münasibəti  bəslə-
diklərini söyləmişlər (Bayat, 1993, s. 124). 
Türk  mifologiyasında  onqon-quş  motivi  ən  geniş  yayılmış 
motivlərdəndir.  Məsələn,  əldə  olan  çoxsaylı  mənbələr  toğanın 
(qartalın)  bəzi  türk  soy  və  boyları  tərəfindən  onqon-əcdad  kimi 
qəbul  edildiyini  söyləməyə  əsas  verir.  Saxa-yakutlar  öz  əcdad-
larının kiçik bütləri içərisinə Sour adlı qarğanın bütünü də əlavə 
edirmişlər  (Ögel,  1995,  s.147).  Bu  quş  Altay  əsatirində  Tanrı 
Ülgenin  düzəltdiyi  insan  bədənləri  üçün  böyük  Tanrı  Kudayın 
yanından ruh gətirən bir quşdur (Анохин, 1824, с. 18). 
Deyilənlərə  şeytanın  düzəltdiyi  qadın  və  kişinin  quşa  çev-
rilmələrini də əlavə etmək lazımdır: 
Tanrı hirslə qadının düz üzünə tüpürdü. 
Qadın quş olub uçdu, Kordoy quşudur adı, 
Bataqlıq qorxudur, hər it ona uladı. 
Kişi də bir quş oldu, ona deyirlər Yalban
Ayaqları çox uzun, surəti də çox yaman. 
Çox qəribə quşdur bu, nədənsə yox əlləri
Gəzib tapır, - harda var, - atılmş çəkmələri. 
Ən böyük əyləncəsi topuğunu gəmirmək, 
Evlərdəki nəcislər ona ən gözəl yemək (Ögel, 1995, s.149). 
S.Neklyudov  bu  cür  çevrilmələri  ruhun  müxtəlif  canlı  və 
cansız  varlıqlarda  təzahür  etməsi  ilə  əlaqələndirir  (Неклюдов, 
1979). 
Bənzər halla Azərbaycan-türk əfsanə və nağıllarında da tez-
tez  rastlaşmaq  mümkündür.  Bu  baxımdan  aşağıdakı  mif  deyi-
lənlərə ən gözəl misaldır: 
İki  oğlan  cüt  sürürmüş,  biri  İsa  adında,  biri  də  Musa 
adında.  Bunlar  yorulub  bir  az  yatırlar  ki,  dinclərini  alsınlar. 



 
Öküzlər açılıb qaçırlar. İsa ilə Musa oyanıb görür ki, öküzlər 
yoxdu.  Nə  qədər  axtarırlarsa,  tapa  bilmirlər.  Ağaları  da  çox 
əzazil  adam  olur.  Bu  uşaqlar  qorxularından  evə  qayıda  bil-
mirlər.  Allaha  yalvarırlar  ki,  bizi  quşa  döndər.  Allah  bunları 
quşa döndərir. Bunlar başlayırlar öküzləri axtarmağa. Həmişə 
də  bir-birindən  soruşurlar  ki,  tapdın?  (Azərbaycan  mifoloji 
mətnləri, 1988, s. 70). 
Türk-şaman  mifoloji  sisteminin  ən  arxaix  alt  qatlarından 
birini təşkil edən onqonçuluğun izlərinə Azərbaycan folklorunda 
da geniş rast gəlinməkdədir. Bu baxımdan ―Keçəlçələr‖ nağılın-
dakı sərçə (Besanoğlu, 1966, səh. 171-173), ―Məlik Məmməd və 
Məlik Əhməd‖, ―Moltanı padşahı‖ və ―Daş üzük‖ nağıllarındakı 
göyərçin (Azərbaycan nağılları, II c., 1961, səh. 234; IV c., 1963, 
səh. 93; ll c., 1961, səh. 66-68), bir-birinin fərqli variantları olan 
―Hazarandastan bülbül‖ və ―Altun bülbül‖ nağıllarındakı bülbül 
(Azərbaycan  nağılları,  I  c.,  1961,  səh.  116;  Türk  masalları,  I 
kitap,  1971,  səh.  167),  Əhmədnən  Sənəm‖  nağılındakı  qaraquş 
(Azərbaycan nağılları, V c., 1964, səh. 113-114) və s. onqon quş 
surətlərini misal çəkmək olar. 
Bu  mövzu  Məhəmməd  Hatəmi  Tantəkin  tərəfindən  hərtə-
rəfli  araşdırılmışdır  (Tantəkin,  2004).  Onun  yazdığına  görə, 
sehrli  nağıllarda  sadəcə  ―quş‖  adı  ilə  dinləyicilrə  təqdim  edilən 
sətirlər də az deyil. Onlar ölünü dirildir, ətləriylə insanlara qeyri-
adilik  gətirir,  qiymətli  yumurtalar  ilə  kasıbları  varlandırırlar 
(Tantəkin, 2004, səh. 9).  
Nağıllarımızda gerçəkdən də sadəcə ―quş‖ adı ilə çıxış edən 
onqon surətlərə rast  gəlinir və onlar gerçəkdən insanların hima-
yəçiləri kimi  çıxış  edirlər. Özü də bu hal  təkcə  Azərbaycan na-
ğıllarında  deyil,  Türkiyədən  toplanmış  nağıllarda  da  geniş 
yayılmışdr (Azərbaycan nağılları, II c., 1961, səh. 2, 165; III c., 
1962, səh. 97, 253, 256-257; Türk masalları,  I kitap, 1971, səh. 
269;  II kitap, 1971, səh. 196; Türk folkloru araştırmaları, 1973, 
səh. 3268-3269). 
Azərbaycan  türklərinə  aid  aşağıdakı  mif  də  böyük  maraq 
doğurur: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə