Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   2   3   4   5   6   7   8   9   ...   97

17 
 
laraq bir qədər təhrif edilmiş  forması  hesab  edirik. Belə düşün-
məyimizə  səbəb  Musa  Kağankatlının  Aşkenazı  (Askenazı)  sar-
matların cəddi adlandırması (Kalankaytuklu, 1993, s. 15), Plini-
yin türkləri sarmatların bir qolu sayması, Pomponiy Melanın isə 
türklərlə sarmatların qonşu olduqlarını yazmasıdır (Гейбуллаев, 
1991, s. 329-330, 334). Xəzər xaqanı İosifin on türk, o cümlədən 
xəzər soyunun cəddi kimi Aşkenazın qardaşı  Toqarmanın (Tür-
kün) adını qeyd etməsi də (Плетнева, 1976, с. 7) fikrimizə haqq 
qazandırmaqdadır. Bütün bu faktlar barədə irəlidə bir qədər daha 
ətraflı söhbət açılacaqdır. 
Türklərin  genezisi  ilə  bağlı  ikinci  rəvayətin  məzmunu  be-
lədir: 
Bəziləri  belə  deyirlər:  Bir  rəvayətə  görə  göytürklərin  ilk 
ataları  Xsi-hai,  yəni  Qərb  dənizinin  (Xəzərin) sahillərində  ya-
şayırdılar. Onların qadınları, kişiləri (uşaqları ilə birlikdə), bö-
yüklü-kiçikli hamısı birlikdə Lin (Alan, Alaniya) adlı bir məm-
ləkət  tərəfindən  məhv  edilmişlər.  (Türklərin  hamısını  qırdıq-
ları halda) yalnız bir uşağa rəhm etmiş, onu öldürməkdən vaz 
keçmişlər.  Bununla  belə,  onun  da  qollarını  və  qıçlarını  kəsə-
rək,  özünü  Böyük  bataqlığın  içindəki  otların  arasına  atmış-
dılar. Bu vaxt dişi bir qurd peyda olmuş və ona hər gün ət və 
yemək  gətirmişdir.  Uşaq  da  bunları  yeyərək  özünə  gəlmiş  və 
ölməmişdi.  (az  bir  vaxtdan  sonra)  uşaqla  qurd  ər-arvad  kimi 
yaşamağa başlamış və qurd uşaqdan hamilə olmuşdu. 
(Türklərin  əski  düşməni  olan  Lin  dövlətinin  hökmdarı 
uşağın sağ qaldığını eşitdikdə) tez adamlarını göndərərək həm 
uşağı, həm də  qurdu öldürməyi  əmr etmişdir. Əsgərlər qurdu 
öldürməyə  gəldikləri  zaman  qurd  bundan  xəbərdar  olmuş  və 
qaçmışdı.  Çünki  qurdun  müqəddəs  ruhlarla  (əyələrlə) əlaqəsi 
vardı  (və  daha  öncə  onlar  vasitəsilə  düşmənlərin  gəldiklərini 
xəbər tutmuşdu). 
Buradan  qaçan  qurd  Qərb  dənizinin  şərqindəki  bir  dağa 
getmişdi.  Bu  da  Kao-ç-anqın  (Kuşanın)  şimal-şərqində  yerlə-
şirdi. Bu dağın altında isə çox dərin mağara var idi. (Qurd bu-
raya gəlincə) dərhal həmin mağaranın içinə girmişdi. Bu ma-


18 
 
ğaranın arxasında böyük bir ovalıq var idi. Bu ovalıq başdan-
başa ot və çaylarla örtülü idi. Ovalığın çevrəsi isə təqribən 200 
mildən artıq idi. 
Qurd  burada  on  oğlan  uşağı  doğmuşdu.  (Göytürk  dövlə-
tini  quran)  A-si-na  (―Tövrat‖da və  ―Albaniya tarixi‖ndə Aske-
naz)  ailəsi  bu  uşaqlardan  birinin  soyundan  törəmişdir  (Ögəl, 
2006, s. 38). 
Qeyd edək ki, məşhur fransız alimi, Çin mənbələri və coğ-
rafiyası  üzrə  tanınmış  mütəxəssis  J.Dögin  Çin  mənbələrindəki 
―Xsi-hai‖ dənizinin (Qərb dənizinin) Xəzər dənizi olduğunu təs-
diqləməkdədir (Tahirzadə, 1991, 68). 
Çin  mənbələrində  türk  xalqının  mənşəyi  ilə  bağlı  qeydə 
alınmış bu iki rəvayətdə üç məqam diqqəti xüsusi cəlb edir. 1-ci 
məqam  türklərin  ulu  babalarının  Xəzərin  qərbində,  yəni  Azər-
baycanda yaşamış olması faktıdır ki, bu faktı eradan əvvəl III-II 
minilliklərə aid akkad və aşşur mənbələri, eləcə də eradan əvvəl 
I minilliyə aid Urartu mənbələri təsdiqləyir.  
Türklərin  adının  Azərbaycan  sakinləri  kimi  hələ  eradan 
əvvəlki  Akkad  və  Aşşur  mixi  yazılarında  "turukku"  kimi  qeyd 
edildiyini  ilk  dəfə  təsbit  edən  tanınmış  alim  Zelik  Yampolski 
olmuşdur. O, türklərin mənşəyi və ilk ata yurdu barədə o vaxta 
qədər rus - sovet tarixşünaslığında mövcud olan rəsmi baxışlara 
qarşı çıxaraq bildirmişdi ki, akkad mənbələri "türk" etnoniminin 
qeydə alındığı ən qədim yazılı mənbələrdir (Tahirzadə, 1991, s. 
62-64).  Eradan  əvvəl  birinci  minilliyə  aid  Urartu  mixi  yazıla-
rında da eyni xalqın adı, eyni ərazinin sakinləri kimi qeyd edil-
mişdir. Urartu mənbələrində həmin xalqın adı "turuxi" kimi çə-
kilir.  Firidun  Ağasıoğlunun  fikrincə,  Aşşur  mənbələrində  rast 
gəlinən  "turukku"  etnonimi  "türk"etnik  adının  aşşur  dilindəki 
səsləniş və yazılış formasıdır
 
(Ağasıoğlu, 2005, s. 39)  
İlk  dəfə  Zelik  Yampolski  tərəfindən  söylənilən  bu  fikrə 
sonralar  Əbülfəz  Hüseyni,  Cəfər  Cəfərov,  Məhəmməd  Hatəmi 
Tantəkin,  Yusif  Yusifov,  Qiyasəddin  Qeybullayev,  Tofiq  Hacı-
yev,  Mahmud  İsmayıl,  Kamil  Əliyev,  Firidun  Ağasıoğlu,  Ni-
zami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik çıxmışlar. 


19 
 
Yusif Yusifovun yazdığına görə, "türk" adına erkən orta əsrlərə 
aid  hind  qaynaqlarında  turukka",  Xotən  mətnlərində  "ttrruki", 
Tibet  mənbələrində  "druq"  və  "druqu"  formasında  rast  gəlmək 
mümkündür (Azərbaycan tarixi, 1994, s. 78).            
Turuklar  barəsində  ilk  məlumatlara  e.ə.  XlV  yüzilliyə  aid 
Aşşur mənbələrində rast gəlindiyini, daha sonra isə "turux" (və 
ya turuxi) adı ilə Urartu mənbələrində məlumat verildiyini vur-
ğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə 
eyniləşdirildiyini söyləməkdədir (İsmayıl, 1955, s. 7).                
Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl ll minil-
liyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv 
siyasətə  qoşulması  başlayır.  Onlar  Zaqroş  dağlarını  aşaraq  İki-
çayarasına  daxil  olurdular.  Türklər  Aşağı  Zab  çayının  yuxarı 
axarında  yerləşən  Raniyə  düzənliyinə  çıxır  və  burada  yaşayan 
hürrilərlə  ünsiyyətə  girirdilər.  Ümumiyyətlə,  onlar  bu  ərazi  uğ-
runda mübarizə aparırdılar və bununla da İkiçayarasının şimalın-
da yaranmış Aşşur dövlətinin sərhədlərində təhlükə yaradırdılar.     
Aşşur mixi yazılarından belə məlum olur ki, aşşur hökmdarı 
l Şamşi-Adad türklərə qarşı hərbi yürüş təşkil edir, lakin bu tay-
faların müdaxiləsinin qarşısını ala bilmir. Türklər aşşurların nə-
zarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər. Aşşur hökm-
darı l İşme-Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:     
"O  ki  qaldı  Şuşarra  olkəsinə,  siz  mənə  yazırsınız  ki,  bu 
ölkə həyacan içindədir və biz onu saxlaya bilmirik. Qoy qasid 
sizə vəziyyəti izah etsin. Turukkulu Lidaya və bu ölkədə onun-
la  birlikdə  olan  turukkilər  rəqabət  aparırdılar  və  iki  yaşayış 
məntəqəsini  dağıtmışdılar.  Mən  oraya  əlavə  qoşun  gətirdim, 
onlar dağlara çəkildilər. Mən əhalidən soruşdum və bu qərara 
gəldim  ki,  bu  ölkə  nəzarətə  alına  bilməz."  (Azərbaycan  tarixi, 
1994, s. 73, 74).       
Təbii ki, mixi yazılardaki "turukku", "turuxi", "turuk" adla-
rını  "türk"  enonimi  ilə  eyniləşdirən  alimlərimiz  haqlıdırlar.  Biz 
də  bu  fikirdəyik  ki,  adlarına  ilk  dəfə  eradan  əvvəl  lll  minilliyə 
aid  akkad  və  aşşur  mixi  yazılarında  "turuku"  kimi  və  eradan 
əvvəl  l  minilliyə  aid  Urartu  mənbələrində  "truxi"  kimi  rast  gə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə