Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   2   3   4   5   6   7   8   9   ...   97

14 
 
Dan yeri söküləndə Oğuz kağanın alaçığına 
Gün kimi bir işıq düşdü. 
Bu işıqdan göy tüklü, göy yelkəli, böyük, 
Erkək bir qurd çıxdı. 
Bu qurd Oğuz xaqana söz deyib durdu,  
Ta belə dedi: “Oğuz, ay Oğuz, 
Sən Urum üstünə getmək dilərsən, 
Oğuz, ay Oğuz, mən səndən irəlidə gedəcəyəm. 
Bundan sonra Oğuz kağan 
Alaçıqları yığdırdı, yola düşdü.  
Gördü ki, ordunun önündə 
Göy tüklü, göy yelkəli, böyük,  
Erkək bir qurd gedir. 
Bu qurdun arxasınca düşüb, ardınca getdilər. 
Bir neçə gündən sonra göy tüklü, göy yelkəli bu böyük,  
Erkək qurd dayanıb durdu (Bayat, 1993, s. 129). 
Məshəti  İsmayıl  Rüstəm  qızının  sözlərinə  görə,  dastanda 
qоşunun önündə yüyürən göy tüklü, göy dərili qurd Оğuz xaqa-
nın qələbə nişanıdır. Оrdunun savaş və qələbəsi isə döyüşkənlik 
ruhundan  çоx  qurdun  möcüzəli  iz  açımı  ilə  bağlıdır  (İsmayıl 
Rüstəm qızı, 2008, 129). Qələbə həqiqətini anlayan və xəbər vе-
rən  qurd,  döyüşü  əzmlə  həyata  kеçirənsə  Оğuz  xaqandır.  Göy 
yallı, göy tüklü müqəddəs Bоzqurdun hər dəfə оrdu önündə gö-
rünməsi Оğuza yеni yurd yеri qazandırırdı: 
Bundan sonra yenə bu göy tüklü,  
Göy yeləkli erkək qurdla Sındu, 
Tanğut, Şağam tərəflərə yola düşdü (Bayat, 1993, s. 134). 
 
 


15 
 
GÖYTÜRK VƏ UYĞURLARIN ETNOGENEZĠ ĠLƏ 
BAĞLI MĠFOLOJĠ MOTĠV VƏ SÜJETLƏR 
 
Qədim Çin  mənbələrində  Orxon-Yenisey  abidələrini  yarat-
mış türk xalqının  mənşəyi barədə türklərin öz dilindən bəzi  əf-
sanələr  qeydə  alınmışdır  və  onlardan  biri  bu  xalqın  Qərbdən  - 
Xəzər  dənizinin  qərb  sahillərindən  gəldiklərini  bildirməkdədir 
(Heyət, 1993, s. 72). 
Böyük  Türk  Xaqanlığının  əsasını  qoyan  göytüklərin  mən-
şəyi  ilə  bağlı  qədim  Çin  mənbələrində  qeydə  alınmış  birinci 
rəvayətdə  deyilir  ki,  hunlarla  eyni  soydan  olan  göytürklər  hun 
yurdunun  şimalındakı  Su  (So)  ölkəsindən  çıxmışlar.  Başbuğ-
larının, yəni sərkərdələrinin adı Kapan Pu idi və onun 16 qardaşı 
vardı. Bunlardan birinin anası boz qurd idi. Bu gənc  yellərə və 
yağışlara hökm edərdi. 
Göytüklərin  düşmənləri  bir  həmlə  ilə  qardaşları  aradan 
apardılar. Bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki 
arvadı  vardı.  Biri  yaz  tanrısının,  digəri  qış  tanrısının  qızı  idi. 
Onun  bu  arvadlardan  iki  oğlu  oldu  və  xalq  böyük  oğlu  özünə 
xaqan seçdi. O, Türk adını aldı. Onun 10 arvadı vardı və bu ar-
vadlardan türk xalqı törədi ( Heyət, 1993, s. 72; Гумилев, 2002, 
c. 26-27): 
Göytürklər  qədim  Xsiunq-Nunun  (hunların,  xəzərlərin) 
soylarından  yaranmışlar  və  onların  bir  qoludurlar.  Özləri  isə 
A-şin-na (―Tövrat‖da və ―Albaniya tarixin‖də Aşkenaz // Aske-
naz – sarmatların soy babası) adlı bir ailədən törəmişlər. (Son-
radan çoxalaraq) ayrı oymaqlar halında yaşamağa başladılar.  
Daha sonra Lin (Alan, Alaniya) adlanan bir məmləkət tə-
rəfindən  məğlub  edildilər.  (Məğlubiyyətdən  sonra  göytürklər) 
bu məmləkət tərəfindən bütünlüklə öldürüldülər.  
(Tamamilə  qırılan)  göytürklər  içində  yalnız  on  yaşlı  bir 
uşaq  qalmışdı.  (Lin  məmləkətinin)  əsgərləri  uşağın  çox  kiçik 
olduğunu  görüb  (ona  yazıqları  gəlmiş  və)  öldürməmişdilər. 
Uşağın təkcə ayaqlarını kəsmiş, özünü də bir bataqlıq içindəki 
otların arasına tullayıb getmişdilər.  


16 
 
(Bu  zaman)  uşağın  yanında  bir  dişi  qurd  peyda  oldu  və 
ona ət verərək bəslədi. Uşaq bu minvalla böyüdükdən sonra da 
dişi qurdla ər-arvadlıq etməyə başladı. Qurd da bu yolla ondan 
hamilə qaldı.  
(Göytürkləri  məğlub  edən  və  hamısını  qılıncdan  keçirən 
Lin məmləkətinin) kralı bu uşağın hələ də yaşadığını eşitdi və 
əsgərlərini  onu  öldürməyə  göndərdi.  Uşağı  öldürməyə  gələn 
əsgərlər  qurdla  uşağı  yan-yana  gördülər.  Əsgərlər  qurdu  öl-
dürmək istədilər, amma qurd (onları görən kimi) tez qaçdı və 
Kao-ç-anq  (Kuşan)  məmləkətinin  şimalındakı  dağa  getdi.  Bu 
dağda dərin bir mağara, mağaranın içində isə böyük bir ovalıq 
var idi. Çevrəsi də bir neçə yüz mildən artıq deyildi. Dörd yanı 
sıldırım  qayalarla  əhatə  olunmuşdu.  Qurd  qaçaraq  bu  mağa-
ranın içinə girdi və orada on uşaq doğdu. 
Vaxt  keçdikcə  bu  on  uşaq  böyüdü  və  bayırdan  qızlar  gə-
tirərək,  onlarla  evləndilər.  Beləliklə  evləndikləri  qızlar  hamilə 
qaldılar və bunların hər birindən bir soy törədi. A-şi-na ailəsi 
də bu on boydan biridir. 
Onların oğulları və nəvələri çoxaldılar və yavaş-yavaş yüz 
ailə  halına  gəldilər.  Ju-julara  tabe  oldular.  Altay  ətəklərində 
yerləşdilər.  Bundan  sonra  da  Ju-juan  dövlətinin  dəmirçiləri 
oldular... (Ögəl, 2006, s. 36). 
İkinci rəvayətdə isə deyilir ki, türkləin ilk atası Qərb dəni-
zinin,  yəni  Xəzər  dənizinin  qərb  sahillərində  yaşayırdı.  Bunun 
xalqı hunların bir bölümü idi və Asina (aşina) adlanırdı. Bu xalq 
qonşu  xalqlardan  biri  tərəfindən  məhv  edilir.  Bunlardan  yalnız 
bir  oğlan  uşağı  sağ  qalır.  Bir  dişi  qurd  həmin  uşağı  tapıb  ona 
qulluq  edir,  onu  böyüdür  və  onunla  evlənir.  Oğlandan  hamilə 
qalan qurd dənizin şərq tərəfinə keçirir və orada 10 oğlan uşağı 
doğur. Bu oğullardan Göytürk (Türküt) xalqı törəyir: 
Buradakı  Aşina  adı  üzərində  xüsusi  durmağımıza  ehtiyac 
var. Bu adı monqol dilindəki ―çino‖ (qurd) sözü ilə bağlamağa 
çalışırlar. Daha doğrusu, bu fikir elmi ədəbiyyatda artıq kifayət 
qədər möhkəmlənib. Biz isə ―Aşina‖ (Asina) adının Yafəs oğul-
larından Aşkenazın (Askenazın) adının Çin dilinə uyğunlaşdırı-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə