Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


“Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o ta-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   5   6   7   8   9   10   11   12   ...   97

26 
 
“Serika (Türk – sirlər ölkəsi) qərbdən İmay dağının o ta-
yında, uzunluq dairəsi üzrə yerləşən İskitiya (Skifiya, Ġskitlər 
ölkəsi)  ilə,  şimaldan Fuludan  keçən  paralel  xətt  üzrə  uzanan 
bataqlq torpaqlarla, şərqdən son ucu 180◦ / 63◦ və 180◦ / 35◦ 
arasında  yerləşən  naməlum  torpaqlarla,  cənubdan  isə  öncə 
Qanq  çayının  o  tayında  yerləşən  Hindistanla,  173◦  /  35◦  xətti 
ilə,  sonra  isə  eyni  xətt  üzrə  sonu  bilinməyən  Çinlə  əhatələn-
mişdir. 
Serikadan  (Türk  -  sirlər  ölkəsindən)  keçən  dağlar  bun-
lardır: Son ucu 153◦/ 60◦ və 171◦/ 56◦ arasında yerləşən “An-
nib”  adlandırılan  dağlar;  167◦  /  47◦30′  və  174◦  /  47◦30′  ara-
sında  yerləşən  Avzak  dağlarının  şərq  tərəfi;  167  /  47◦30′  və 
174◦ / 47◦30′ arasında yerləşən və “Asmirey” adlandırılan dağ-
lar; son ucu 162◦ / 44◦ və 171◦ / 40◦ arasında qalan Kasi dağ-
ları; ortası 170◦ / 43◦ - yə düşən Faqur dağı; sonu 165◦ / 36◦ ilə 
əhatələnən, bəzən “Ser” (Sir) də adlandırılan Emod dağları və 
169° / 36° və 176° / 39° arasında qalan Ottorokara dağı. 
Serikanın bütün ərazisi boyu əsasən iki çay axır: Bir mən-
bəyini  yeri  artıq  qeyd  edilmiş  Avzak  dağlarından,  digər  mən-
bəyini  isə  Asmirey  dağlarından  (174°  /  47°30′)  alan,  160°  / 
49°30′ üzrə Kasi dağlarına tərəf istiqamətlənən və bir qolunu 
da oradan (161° / 44°15′) alan Oyxard və mənbələrini eyniylə 
Kasi (160° / 43◦), Ottorkara (176° / 39°) və Emod (160° / 37°) 
dağlarından alan Bautis. 
Serikanın  şəhərlərinin  adları  bunlardır:  Damna  -  156°  / 
51°  40′;  Piada  -160°  /  49°40′;  Asmireya  -  170°  /  48°  20′; 
Aspakara  -  162°30′  /  42°40′;  Drosaxa  -  167°40′  /  42°30′; 
Paliana - 162°30′ / 41°-; Abraqana - 163°30′ / 39°30; Foqara -
171°20′  /  39°40′;  Daksata  -  174◦  /  39◦40′;  Orosana  -  162◦  / 
37◦30′;  Ottorokara  -  165°  /  37°15′;  Solana  -  169°  /  37°30′; 
paytaxt Sera - 169° / 37°30′... 
Paytaxt  Sera  14  saat  45  dəqiqəyə  bərabər  olan  ən  uzun 
günə sahibdir və Aleksandriyadan (Ġskəndəriyyədən) 7 saat 50 
dəqiqə və ya tam 8 saat şərqdə yerləşir...” (Пьянков, 1986, c. 7-
10). 


27 
 
İordanın  yazdıqlarından  isə  ser  (sir)  xalqının  öncə  Xəzər 
sahillərində  yaşadıqları  və  sonradan  Orta  Asiya,  Çin  və  Mon-
qolustan tərəflərə köç etdikləri aydınlaşır (The Gothic Histoy of 
Jordanes, 1960, V).
 
Sir  və  ya  ser  xalqının  kim  olduğunu  biz  Orxon-Yenisey 
abidələrindən öyrənirik. Belə ki, Tonyuquq ucaltdırdığı abidədə 
özünün  mənsub  olduğu  xalqı  "türk  sir  xalqı"  adlandırır.  Sözü-
gedən abidənin 3 və 4-cü sətirlərində oxuyuruq: 
"  Türk sir bodun yerintə  bod kalmadı" (Türk sir xalqının 
yerində boy qalmadı). (Rəcəbov, Məmmədov, 1993, s. 117). 
Eyni abidənin 11-ci sətrində isə deyilir: 
"Türk sir bodun yerintə idi yorımazun" (Türk sir xalqının 
yerində yiyə yürüməsin) (Rəcəbov, Məmmədov, 1993, s. 118). 
Tonyuquq  abidəsinin  60,  61  və  62-ci  sətirlərində  də  eyni 
etnonim ilə rastlaşırıq: 
"Kapağan kağan türk sir bodun yerintə bod yəmə, bodun 
yəmə,  kisi  yəmə  idi  yok  ertəçi  erti.  İltəris  kağan,  Tonyukuk 
kazğantuk  üçün  Kapağan  kağan,  türk  sir  bodun  yorıduku... 
Türk Bilgə kağan türk sir bodunığ igidü olurur" (Kapağan xa-
qanın  türk  sir  xalqının  yerində  bir  nəfər  də,  xalq  da,  adam  da 
sahib  olmayacaqdı.  Ġltəris  xaqan,  müdrik  Tonyuquq  qazandığı 
üçün Kapağan xaqanın türk sir xalqı yaĢamaqdadır. Türk müd-
rik xaqanı türk sir xalqını, oğuz xalqını yüksəldərək taxtda otu-
rur) (Rəcəbov, Məmmədov, 1993, s. 121). 
  Maraqlıdır  ki,  sözügedən  abidədə  Tonyuquq  türk  sir  xal-
qını  ardına  alıb  Ötügenə,  yəni  Türk  Xaqanlığının  mərkəzi  olan 
və  bugünkü  Monqolustan  ərazisində  yerləşən  əraziyə  gətirdi-
yindən söz açmaqda və keçdiyi yerlər sırasında Dəmir Qapı-nın, 
yəni Dərbəndin də adını çəkməkdədir: 
"Kəlürtüm ög türk bodunığ Ötükən yerkə ben özüm bilgə 
Tonyukuk."  (Doğma  türk  xalqını  Ötügen  yürinə  mən  -  müdrik 
Tonyuquq  özüm  gətirdim.  17-ci  sətir)  (Rəcəbov,  Məmmədov, 
1993, s. 118). 
"Təmir  Kapığa  təgi  irtimiz,  anta  yanturtımız...  Ol  küntə 
təgdi  türk  bodun  Təmir  Kapığka."  (Dəmir  qapıya  təki  çatdıq, 


28 
 
oradan  qaytardıq...  Həmin  gün  türk  xalqı  Dəmir  qapıya  çatdı. 
45-46-cı sətirlər) (Rəcəbov, Məmmədov, 1993, s. 120). 
Bütün bu deyilənlərə qədim Çin mənbələrində Xəzərin qər-
bindən gəldikləri bildirilən türklərin Çin qaynaqlarında adı "Ka-
pan Pu" kimi çəkilən ilk xaqanlarının adının "Tonyuquq" abidə-
sindəki  Qapağan  xaqanın  adı  ilə  səsləşməsini  də  əlavə  etmək 
lazımdır.  
Türklərin  qədim  Çin  mənbələrində  əbədiləşərək  dövrümü-
zədək ulaşan  ―Boz qurd‖ dastanının, daha doğrusu qurda totem 
münasibətinin Qafqaz xalqları içərisində geniş yayılması da türk 
-  sirlərin  coğrafi  areal  baxımından  Qafqaz  mənşəli  olmasının 
əlavə sübutu kimi gözdən keçirilə bilər. Məlumat üçün bildirək 
ki, bənzər mifik süjetə osetinlərin, xevsurların, çeçenlərin, meq-
rellərin və s. Qafqaz xalqlarnn əsatirlərində də rast gəlinir. 
Azərbaycanda qeydə  alınmış bir mif isə Çin qaynaqlarında 
qeydə  alınmış  mifin  cüzi  fərqlər  nəzərə  alınmazsa,  demək  olar 
ki, tam əsli mahiyyətindədir: 
Bir tayfa varımış. Bı tayfanın başçısı sonsuzmuş. Çox qur-
bannan,  nəzir-niyazdan  sora  bının  bir  oğlu  olur.  Uşax  dörd-
beş yaşına çatır,  əmmə yeriyəmmir, heş ayax üsdə durammır. 
Dədəsi  başdıyır  ağlamağa  ki,  bə  mən  ölənnən  sora  bı  şikəs 
olumun axırı nolacax? 
Elə  bı  vaxdı  düşmannar  basqın  eliyillər,  bı  tayfanı  qırıp-
çatırlar.  Bütün  kişiləri  öldürüp,  arvad-uşağı  qul  eliyillər.  Bı 
uşağı  da  şikəs  olduğuna  görə  aparmıllar,  atıllar  bir  daşın  di-
binə ki, qurt-quş yesin. 
Düşmannar tutduxları  əsirləri  də götürüp gedənnən sora 
bir  canavar  gəlir.  Uşağı  əmizdirir,  sora  götürüp  aparır  öz  yu-
vasına, başlıyır bını saxlayıp bəsləməyə. Neçə illər keçir, uşa-
ğın  ayaxları  açılır.  Özü  də  bir  pəhlivan  olur.  Nərəsi  gələndə 
şir, pələh girməyə deşik axtarır. Oğlanın adı hər yana yayılır. 
Düşmannar  da  bının  sorağın  eşidip  gəlillər  onu  öldürməyə. 
Ancax  bir  yannan  oğlan,  o  biri  yannan  da  canavar  bınnarın 
əhdin  kəsir,  bir  nəfərin  belə  sağ  bıraxmayıp  hammısın  öldü-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə