Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


bir yerdə isə "öv" və yaxud "öy" deyildiyinə diqqət olunsa, bu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   8   9   10   11   12   13   14   15   ...   97

35 
 
bir yerdə isə "öv" və yaxud "öy" deyildiyinə diqqət olunsa, bu 
surətlə Azərbaycanın hansı dil qrupundan olduğu məsələsi də 
gələcəyin ən pırtlaşıq və ilişik işi olacaqdır. O zaman bəlkə də 
Azərbaycan ləhcəsini bütün türk ləhcələrinin ortası sayacaqlar 
ki, bu da yeni mövzu olacaqdır" (Zeynallı, 1983, s. 114).            
A. Samoyloviç yazmışdır:  
"...İranın və Azərbaycanın türk şivələri  özünün  əsas  əla-
mətlərinə  görə  türk  dillərinin  cənub-qərb  qrupuna  daxil  olsa 
da son vaxtlar aydınlaşır ki, Azərbaycanda son dərəcə qarışıq 
mənşəli türk ləhcələrinin qalıqları öz əlamətlərini saxlamışdır. 
Bunlar hazırda şimal-şərq və uyğur da daxil olmaqla tamamilə 
başqa qruplarda mövcuddur"
 
(Самойлович, 1926, c. 7). 
Türk  ləhcə  və  şivələrinin  kök  türkcədən  ayrılma  tarixi  və 
məkanı  barədə  alimlər  arasında  fikir  birliyi  yoxdur.  Məsələn, 
Nizami  Cəfərovun  fikrincə,  bu,  I  minilliyin  sonu,  II  minilliyin 
əvvəllərində baş vermişdir.                
Nizami Cəfərov bildirir:                 
"Qədim  ümumtük  dilinin  bölünməsi  prosesi  l  minilliyin 
sonu,  ll  minilliyin  əvvəllərində  əsasən  üç  türk  dilinin  forma-
laşması  ilə  başa  çatmışdır:  oğuz  dili,  qıpçaq  dili,  karluq  dili. 
Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər 
sıx,  intensiv  olmuşdur  ki,  ümumi  bir  dilin  -  ümumtürkcənin 
dialektləri təsəvvürünü yaradırlar" (Cəfərov, 2002, s. 112). 
Nizami Xudiyev isə bir qədər fərqli düşünür. Onun fikrincə, 
bu proses  ən  geci  eradan  əvvəl  I minilliyin  ortalarında baş ver-
mişdir: 
"Ümumi  türk  dili  tarixinə  həsr  olunmuş  tədqiqatlar, 
xüsusilə  professor  Əhməd  Cəfəroğlunun  tədqiqatları  göstərir 
ki,  müxtəıif  türk  etnik-mədəni  regionlarında  meydana  çıxan 
türk  ədəbi  dillərinin  tarixi  ümumi  türk  dili  tarixi  anlayışını 
istisna  etmir,  əksinə,  tamamlayır  və  belə  qənaəti  möhkəmlən-
dirir  ki,  müstəqil  türk  ədəbi  dilləri  ümumi  bir  türk  ədəbi  dil 
mühitinin  məhsulu  olub,  məhz  həmin  mühitin  əks  olunduğu 
coğrafi arealda formalaşır, etnik-mədəni ehtiyacı ödəyir, sonra 
isə məhv olub gedir, dəyişikliyə uğrayır, yerinə yeni ədəbi for-


36 
 
ma  gəlir.  Lakin  hər  bir  yeni  forma  mütləq  özündən  əvvəlki 
normativ  formanın  təcrübəsinə  və  ümumi  tük  ədəbi  dili  ün-
sürlərinin inkişafına əsaslanır. 
Qədim türk dili ən qədim zamanlardan eramızdan əvvəl V 
əsrə  qədərki  dövrü  əhatə  edir.  Təqribən  eradan  əvvəl  l  minil-
liyin ortalarından gec olmayaraq bu dilin differensasiyası baş-
lamışdır" (Xudiyev, 1997, s. 9-10).               
Elbrus Əzizov deyir: 
"Fuad  Köprülüzadə  1926-cı  ildə  Bakıda  çap  olunmuş 
"Azərbaycan  ədəbiyyatına  dair  tədqiqlər"  adlı  kitabçasında 
Azərbaycan  dilinin  təmiz  oğuz  dili  olduğunu  göstərmişdir. 
Sonralar Çobanzadə və onun ardınca Dəmirçizadə Azərbaycan 
dilinin oğuz - qıpçaq dili olduğunu təsdiq etdilər. Əhməd Cəfər 
isə  dilimizin  oğuz-qıpçaq  mənşəli  dil  olmasını  təsdiq  eməklə 
yanaşı, bidirmişdir ki, ancaq bu dilin uyğur dili ilə kiçicik mü-
qayisəsi  bizi  Azərbaycan  dilinin  əmələ  gəlməsində  uyğur  dili 
qatının çox işləməsi barədə düşünməyə məcbur edir" (Əzizov, 
1991, s. 119). 
Əhməd Cəfər isə yazmışdır:             
"Dialektlərin  faktlarına  əsasən  mən  bu  qənaətdəyəm  ki, 
Azərbaycan  dili  əsas  əlamətlərinə  görə,  türk  dillərinin  Qərb 
qrupuna  aid  olsa  da,  bu  dil müəyyən  dərəcədə  türk  dillərinin 
Qərb  və  Şərq  qruplarını  bağlayan  halqadır"  (Вопросы  диа-
лектологии тюркских языков, 1963, s. 22). 
Bu fikirlər də Elbrus Əzizova məxsusdur: 
"Müasir  Azərbaycan  dilində  uyğur  elementlərinin  oldu-
ğunu Nəcib də göstərməkdədir. Azərbaycan və uyğur dillərinin 
ötəri müqayisəsi daha çox bu iki dil üçün əlamətdar olan izoq-
loslar aşkara çıxarmağa imkam verir. Məsələn, "a-e" səsdəyiş-
məsini gözdən keçirək. Uyğur dili üçün xarakerik olan bu hal 
özünü  Azərbaycanın  cənub,  şərq  və  şimal  şivələrində  də  gös-
tərməkdədir.  Eyni  hala  Anadolu  şivələrində  də  rast  gəlinir. 
Bundan  başqa  Azərbaycanın  ayrı-ayrı  şivələrində  uyğur  dili 
üçün  xarakterik  olan  "a-ə",  "a-o",  "o-a",  "e-ə",  "e-ö",  "d-


37 
 
ç",  "k-ç"  və  sairə  əvəzlənmələr  də  müşahidə  edilməkdədir" 
(Əzizov, 1991, s. 119). 
Yenidən  tarixi  mənbələrə  qayıdaraq  söyləyək  ki,  Selenqa 
daşı (Moyonçur abidəsi) artıq VIII əsrdən etibarən onuyğurların 
doqquzoğuzlarla  birlikdə  Qafqazdan  köç  edərək,  Şərqi  Türküs-
tanda,  daha  dəqiq  desək,  bugünkü  Monqolustan  və  Uyğurustan 
ərazilərini  əhatə  edən  geniş  bir  məkanda  məskunlaşıb,  orada 
böyük bir xaqanlıq qurduqlarını sübut edir. X əsr ərəb müəllifi 
Məsudi doqquzoğuzlardan Xorasanla Çin arasında məskunlaşan, 
manixey dininə sitayiş edən bir xalq kimi söhbət açır.  
Tarixi  mənbələrdən  onuyğurların  lll  əsrin  böyük  Azərbay-
can  şairi  və  filosofu  Maninin  qurmuş  olduğu  maniçilik,  başqa 
sözlə,  manixeizm  dininə  sitayiş  etdikləri  və  bu  dini  öz  dövlət-
lərinin  rəsmi  dini  elan  etdikləri  məlumdur  (Гумилев,  2002,  c. 
472-473).  Görünür,  öncələr  Albaniyada  yaşamış  onuyğurların 
bu  ölkəni  tərk  edib  Şərqə  köçmələrinə  də  elə  bu  din  səbəb  ol-
muşdur. Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə 
xristianlığın  rəsmi  dövlət  dini  elan  edilməsindən  sonra  bütün 
qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçi-
lərə qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı (Kalankaytuklu, 
1993,  s.  53-55).  Bu  üzdən  də  başqa  din  və  təriqətlərin  nüma-
yəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. 
Nizami Xudiyev deyir:  
"IX-XII  əsrlərdə  ümumi  türk  dilinin  inkişafında  maniçi 
türk  ədəbiyyatı  müəyyən  rol  oynamışdır.  Bu  ədəbiyyatın  dili 
qədim  türk  dilidir.  Bununla  belə,  həmin  dil  artıq  başqa  mə-
dəniyyət  tipologiyasına  xidmət  edir.  Ümumiyyətlə,  IX-XII  əsr-
lərdə  türklər  qədim türk  Tanrı  dininin  yerinə  islam,  buddizm, 
maniçilik,  xristianlıq  kimi  dinləri  qəbul  edirlər  və  qədim  türk 
dilinin  əsas  lüğət  fondu,  hətta  ümumən  leksikası  dəyişmir. 
Eləcə  də bir  çox maniçi mətnlərdə  yeni  dinin xüsusi  termino-
logiyasına  xas  elementlərə  rast  gəlinmir.  Yəni  maniçilik  türk 
ədəbiyyaında əksər hallarda öz terminologiyası ilə təmsil olun-
muşdur" (Xudiyev, 1997, s. 55). 
Cavad Heyət yazır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə