Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   7   8   9   10   11   12   13   14   ...   97

32 
 
onuyğurların  adına  Orxon-Yenisey  abidələrində  sıx-sıx  rast 
gəlinməkdədir: 
"Su...orada qalmış xalq onuyğur, doqquzoğuz xalqlarının 
üzərində yüz il oturub... Orxon çayı..." ( Moyunçur abidəsi, 3-
cü sətir) (Rəcəbov Ə., Məmmədov Y., 1993, s. 149). 
Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən 
"Selenqa daşı" da adlanır. Monqolustan ərazisindən, Selenqa ça-
yı sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər ara-
sında qoyulmuşdur (Rəcəbov, Məmmədov, 1993, s. 134-135). 
Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbə-
lərində də rast gəlinməkdədir. Bu isə uyğurların, eləcə də onuy-
ğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azər-
baycan  ərazisində  yaşamış  olduqlarından  xəbər  verməkdədir. 
İstər qədim erməni abidələrində, istər Musa Kağankatlının "Al-
baniya  tarixi"ndə,  istərsə  də  bir  çox  başqa  mənbədə  onların  adı 
Albaniyada  baş  verən  hadisələrlə  əlaqədar  çəkilir.  Bu  mənbə-
lərdə onların adı "honoğur", "onoqur" kimi qeyd edilmişdir (Əli-
yarov, 1991, s. 139; Джафаров, 1985, c. 41-68). Yeri gəlmişkən 
qeyd  edək  ki,  Xəzər  xaqanı  İosifin  məktubunda  uyğurlar  Azər-
baycanın 4-cü şahı Toqarmanın 10 oğlundan biri olan Uyğurun 
soyu kimi təqdim edilməkdədir (Ağasıoğlu, 2005, s. 29). 
Bir sözlə, tarixi mənbələr uyğurların Monqolustan, Sibir və 
Şərqi  Türküstana  (Uyğurustana)  köçməmişdən  öncə  Qafqaz  və 
Şərqi Avropada, o cümlədən Azərbaycanda yaşadıqlarını birmə-
nalı  şəkildə  təsdiq  edir.  Uyğur  türklərinin  hazırda  yaşadıqları 
əraziyə kənardan gəldiklərini bu xalqın Güveyni tərəfindən qey-
də alınmış etnoqonik mif, əfsanə və rəvayətləri də təsdiqləmək-
dədir. Onlardan birində deyilir: 
Bögü  xan  bir  gecə  yatarkən  yuxuda  ağ  geyimli  bir  qoca 
gördü.  Qoca  ona  yaxınlaşdı  və  şam  qozaları  boyda  bir  daş 
verərək, belə dedi: 
-Əgər  sən  bu  daşı  qoruyub  saxlaya  bilsən  dünyanın  dörd 
tərəfi sənin buyuruğun altında toplanacaqdır.  
Bögü xanın vəziri də həmin gecə eyni yuxunu görmüşdü. 
Ertəsi gün hamı bir yerə toplandı və bu yuxunu danışaraq, ona 


33 
 
bir  məna  verməyə  çalışdılar.  Bunun  üçün  ordularını  səfərbər 
edib  qərbə  tərəf  yürüşə  çıxdılar.  Gedə-gedə  gəlib  Türküstan 
sərhədlərinə  çatdılar.  Burada  cəyırlı-çəmənli,  axar  suyu  bol 
olan  bir  yerə  rast  gəldilər.  Bu  yer  hamının  xoşuna  gəlmişdi. 
Buna  görə  də  burada  bir  şəhər  saldılar.  Bu  şəhər  indi  Quz 
balıq  (Oğuz  şəhəri)  adı  verilən  Balasağun  şəhəri  idi  (Ögəl, 
2006, s. 89). 
Burada  söhbət  çox  güman  ki,  Şərqi  Türküstandakı  tarixi 
Balasaqun  şəhərindən  deyil,  Azərbaycanda  mövcud  olmuş  ey-
niadlı  şəhərdən  gedir.  Şəhərin  adı,  eləcə  də  onun  Türküstanın 
qərb  sərhədləri  yaxınlarında  olması  faktı  uyğurların  ilkin  ata 
yurdunun  hara  olduğunu,  yəni  onların  yeni  vətənlərinə  haradan 
köçüb  gəldiklərini  anlamağa  yardımçı  olur.  Çünki  onlar  bu  adı 
özləri ilə əski vətənlərindən yeni vətənlərinə, yəni Şərqi Türküs-
tana da aparmışdılar. Tarixdən bu adı daşıyan iki şəhərin olduğu 
məlumdur. Onlardan biri Şərqi Türküstanda, digəri isə Azərbay-
canda  idi.  V  əsrdə  Azərbaycanda,  Muğanda  salınmış  eyni  adlı 
şəhər  mənbələrdə  həm  də  ―Balasakan‖  kimi  keçməkdədir.  Bu 
şəhərin  salınmasını  isə  boylarından  biri  honoğurlar  (on  uyğur-
lar), digərləri isə saroğurlar (sarı uyğurlar) olan Ağ hunların adı 
ilə
 
bağlayırlar (Marquat, 1914, p. 119; Буниятов, 1965, с. 180). 
Yeri gəlmişkən qeyd edək ki, Balasaqun ağ hunların Azər-
baycanda  saldıqları  yeganə  şəhər  deyildi.  Onlar  ondan  qərbdə, 
Araz  çayına  yaxın  bir  yerdə  Varasan  adlı  başqa  bir  şəhərin  də 
əsasını  qoymuşdular  və  hun  eltəbərinin  iqamətgahı  bu  şəhərdə 
yerləşirdi (Marquat, 1914, p. 98). 
Tarixi mənbələr 488 - ci ildə Azərbaycanda iki hun tayfası - 
ağacəri  və  sarı  uyğurlarla  fars-Sasani  şahı  Firuz  arasında  baş 
vermiş savaş barədə məlumat verməkdədirlər (Marquat, 1914, p. 
98).  Bu  döyüşdə  Firuz  hunların  (Təbəridə  türklərin)  xaqanına 
əsir  düşmüş  və  yalnız  onun  ayaqları  altına  düşdükdən  sonra 
bağışlanmışdı (Tahirzadə, 1991, s. 82). 
Ən  əski  çağlardan  Azərbaycan,  İran,  Gürcüstan  və  Ərmə-
niyyədə  yaşayan  türk  uluslarından  biri  də  onoğur  //  onuyğurlar 
idi.  Erməni  tarixçisi  Moisey  Xorenatsi  (V  əsr)  bu  xalqın  Ər-


34 
 
məniyyə ərazisində e.ə. II əsrdə məskunlaşdığını bildirməkdədir 
(Qukasyan, 1983, s. 41). 
Türkiyəli  alimlər  N.Boratav  və  Şərif  əski  mənbələrə  da-
yanaraq yazırlar: 
“Onoğurların  (onuyğurlar)  bir  qismi  Ermənistana  köç-
dükdən  sonra  VI  əsrdə  onlara  qatılan  sabirlərin  qalıqlarıyla 
birlikdə  utiğur  (utiqur,  otuzuyğur)  boybirliyini  təşkil  etdilər” 
(Boratav, Şerif, 1941, s. 72). 
Dilçi alimlərin çoxdan bəri diqqətini çəkmiş Azərbaycan – 
uyğur  dil  izoqlosları  da  tarixi  mənbələrin  söylədiklərini  təsdiq-
ləməkdədir. Dilçi alim Elbrus Əzizov deyir:    
"Dilçilik  tariximizdən  bəllidir  ki,  yaxın  areallarda  yerləş-
miş  qohum  dillərin  uyğun  xüsusiyyələri  daha  çox  olur.  Lakin 
bir-birilərdən uzaq areallarda yerləşmiş qohum dillərdə elə uy-
ğun əlamətlərə təsadüf edilir ki, bunları heç də həmişə dillərin 
müasir  vəziyyəti  və  daxili  inkişaf  qanunauyğunluqları  ilə  izah 
etmək mümkün olmur. Bəzən də elə olur ki, eyni dil xüsusiyyəti 
müxtəlif areallarda təkrar olunur. Belə rəngarəng mənzərə türk 
dillərində  çox  aydın  müşahidə  edilir  və  bu  hal  sinxronik  yox, 
daha  çox  diaxronik  baxımdan  şərh  olunmalıdır.  Müxtəlif  türk 
dillərinin və dialektlərinin izoqlos təşkil edən bəzi xüsusiyyətləri 
həmin  dillərin  formalaşmasında  iştirak  etmiş  eynicinsli  tayfa 
dilləri  ilə  bağlı  olaraq  meydana  çıxır.  Bu  bir  tərəfdən  müxtəlif 
qəbilə  və  tayfaların  uzun  sürən  qaynayıb  qarışması  ilə,  miqra-
siyalar  ilə  bağlıdırsa,  digər  tərəfdən  müxtəlif  dialektlərin  eyni 
bir  kökdən  nəşət  etməsi  ilə,  tarixən  onların  yaxın  areallarda 
yerləşməsi ilə əlaqədardır" (Əzizov, 1991, s. 118). 
Bu  baxımdan  görkəmli  ədəbiyyatşünas  alim  Zeynallının 
1926-cı  ildə  dərc  etdirdiyi  bir  məqalədə  söylədiyi  fikirlər  çox 
maraqlıdır:  
"Bugünkü dilçilərimizin, demək olar  ki,  hamısı  Azərbay-
canı  cənub  türklər  qrupundan  sayırlar.  Lakin  bir  az  dərin 
araşdırılsa,  bunun  bir  yanlışlıq nəticəsi  olduğu görünəcəkdir. 
Azərbaycandakı ləhcə və şivələrin son dərəcə müxtəlif olması, 
bir  şəhərin  özündə  bir yerdə  "əv",  o  biri  yerdə  "ev",  üçüncü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə