1
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
FOLKLOR ĠNSTĠTUTU
___________________________________________
BƏXTĠYAR TUNCAY
ETNOQONĠK
MĠFLƏR
BAKI – 2013
2
Redaktoru:
Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru
Bəxtiyar Tuncay. Etnoqonik miflər (ümumtürk mate-
rialları əsasında). Bakı, ―Nurlan‖, 2013, 308 səh.
folklorinstitutu.com
A
4603000000
Qrifli nəşr
N-098-2013
© Folklor İnstitutu, 2013.
3
GĠRĠġ
Zəngin türk folklorunun ayrılmaz tərkib hissəsi olan mif,
rəvayət və əfsanələr, eləcə də qəhrəmanlıq eposları ayrı-ayrı türk
soy, boy və xalqlarının etnogenezinin və etnomədəni əlaqələri-
nin öyrənilməsi baxımından son dərəcə böyük önəm daşımaq-
dadır. Bu və ya digər türk xalqının özünün etnik mənşəyi, ilkin
ata yurdu, ata yurdunu tərk edərək müəyyən bir etnik-tarixi əra-
zidə məskunlaşması və fəaliyyəti barədə nəsillərdən-nəsillərə
ötürülərək əfsanələşən və zamanla mifik çalarlar qazanan etnik
yaddaşı məhz bu rəvayət və eposlarda əbədiləşdirilmişdir. Hə-
min folklor nümunələrində söylənilənlərin müxtəlif tarixi mən-
bələrdə əksini tapmış bilgilərilə, arxeoloji qazıntılar zamanı əldə
edilmiş materiallarla, eləcə də dil materialı ilə tutuşdurulması
bəzən inanılmaz nəticələrə gətirib çıxara bilir.
―Mif və tarix bir araya gətirilə bilərmi?‖ sualına cavab axta-
ran R. Qafarov bildirir ki, mifin müasir müəyyənləşməsi, anlam
dairəsi o qədər genişdir ki, izahını başa çatdırmaq, cəmiyyətin
formalaşmasındakı və inkişafındakı rolunu dəqiq üzə çıxarmaq
üçün hələ də axtarışlar aparılır. Eləcə də tarix geniş və dar mə-
nada götürülür. Əslində bütün yaranışların doğulma, meydana
gəlmə tarixi var:
“Məsələni başqa şəkildə qoyaq: mif hər hansı bir formada
tarixdirmi? Aristotel Herodotu tarixçi deyil, mifoloq kimi təq-
dim edirdi. Qədim yunanların qənaətində mif dünya tarixinin
başlanğıcını özündə əks etdirən ən dolğun mənbə sayılırdı. Bu
günədək tarixçilər Troya müharibəsi haqqında həqiqətləri öy-
rənmək üçün antik miflərə (yeganə mötəbər mənbə kimi) mü-
raciət edirlər. Sonralar dənizin dərinliklərində aparılan arxeo-
loji axtarışların nəticəsində miflərdə göstərilən şəhər, saray və
qalaların qalıqları üzə çıxdı, mifoloji təsvirlərin çoxunun
gerçəkliyi təsdiqləndi” (Qafarov, 2010, s. 14).
4
Şlimanın ―İlliada‖da əks olunan mifik süjetlərdən çıxış edə-
rək qədim Troyanın yerini müəyyənləşdirməsi və bununla da
Homerin qələmə aldığı hadisələrin kökündə real tarixi hadisələ-
rin durduğunu sübut etməsindən sonra etnogenezlə bağlı rəva-
yətlərə münasibət əsaslı surətdə dəyişmişdir. Son illərdə Avropa
və Rusiyada folklor nümunələrinin digər elm sahələrinin mate-
rialı ilə əlaqəli şəkildə geniş təhlili istiqamətində aparılan işlərin
müsbət nəticələri də bu istiqamətin perspektivli olduğunu sübut
etməkdədir. Odur ki, sözügedən metodun türk miflərinə tətbiqi-
nin də faydalı ola biləcəyi, maraqlı nəticələrə gətirib çıxaracağı
heç bir şübhə oyatmır. A.Nəbiyev haqlı olaraq yazır ki, dünya
haqqında mif modeli müxtəlif xalqların erkən düşüncəsində özü-
nəməxsusluqlarla şərtlənsə də, onun bədii təfəkkür üçün ümumi
olan cəhətləri və xüsusiyyətləri də vardır:
“Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni sistemlə-
rini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki
yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək,
tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl
və istiqamətlərini öyrənmək üçün ən mötəbər mənbələrdəndir”
(Nəbiyev, 2002, s. 139).
Etnogenezlə bağlı mifik süjet və motivlər kosmogenez və
antropogenezlə bağlı süjet və motivlərə nisbətən çox-çox sonra-
kı dövrləri əks etdirir. Elə bu səbəbdən də bu süjet və motivlərin
əsasında duran hadisələrin reallığa daha yaxın olduğunu söylə-
mək olar. Fakt budur ki, öncə dünya yaranmış, daha sonra insan-
lar peyda olmuş, yalnız bundan sonra ayrı-ayrı etnos və xalqlar
təşəkkül tapmışlar.
S.A.Tokarev bildirir ki, hazırda etnogenez məsələləri müxtə-
lif elm sahələri ilə məşğul olan geniş mütəxəssis qruplarının diq-
qətini daha çox cəlb etməkdədir və bu məsələləri yalnız və yalnız
müxtəlif elmlərin birgə səyləri ilə həll etmək mümkündür. Lakin
etnogenetik proses o qədər mürəkkəb bir prosesdir ki, bir sıra
hallarda elm, alimlərin səylərinə baxmayaraq, onun üzərindəki
sirr pərdəsini qaldırmaqda aciz qalır. (Токарев, 1949). Alimin bu
fikrinə Q.F.Debets, V.Q.Levin, T.A.Trofimov, V.V.Qinzburq və
Dostları ilə paylaş: |