Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   2   3   4   5   6   7   8   9   10   ...   97

20 
 
linən və haqlarında Azərbaycan və Şərqi Anadolu ərazisinin sa-
kinləri  kimi  söz  açılan  bu  xalq  sonrakı  dövrlərdə,  Vl-Vlll  əsr-
lərdə  böyük  xaqanlıq  qurmuş  və  bu  xaqanlığın  mərkəzi  indiki 
Monqolustan  ərazisi  olmuşdur.  Boz  qurdla  bağlı  əldə  olan  et-
noqonik  miflərin  təhlili  göytürklərin  Mərkəzi  Asiyaya,  o  cüm-
lədən  Monqolustan  ərazisinə  Ön  Asiya  və  Qafqazdan  gəldik-
lərini, türklərin ilkin ata yurdunun Azərbaycan və Şərqi Anadolu 
ərazisi olduğunu söyləməyə tam əsas verir. 
Digər  mənbələr  də  eyni  fikri  təsdiqləyir.  Məsələn,  Übeyd 
ibn Şəriyyə əl-Cürhuminin "Xəbərlər" əsərində (VII əsr) yazılır 
ki, xəlifə I Müaviyə (661-680) Azərbaycanın işğalı çağında ordu 
komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da 
"Azərbaycan  ən  qədimdən  türklərin  ölkəsidir  və  orada  türklər 
yaşayır" - deyə cavab vermişdir (Буниятов, 1964, с. 5; Буния-
тов, 1965. с 183). Eyni fikir 1126-cı ildə qələmə alınmış, müəl-
lifi bilinməyən başqa bir tarixi əsərdə də təkrarlanır: 
"Azərbaycan  ən  qədimdən  türklərin  əlində  olan  bir  ölkə-
dir" (Буниятов, 1965. с 183).  
Bələmi  özünün  məşhur  əsərinin  ―Haris  ibn  Şəddad‖  adlı 
bölümündə Azərbaycandan türklər ölkəsi kimi bəhs etmişdir: 
“O (ərəb sərkərdəsi Haris ibn ġəddad), Azərbaycana gir-
di. O zaman hər şey türklərin əlindəydi, hər şeyi türklərin əlin-
dən aldı, onlara qalib gəldi (Toğan A. Zeki Velidi, 1970, s. 403)  
Mövzumuz  baxımından  professor  Helmoltun  ümumi  rəh-
bərliyi  altında 120 alimin kollektiv  əməyinin nəticəsi  olan "Bə-
şəriyyətin ümumi tarixi" kitabının "At-ropatena" bölümündə ya-
zılanlar da böyük önəm daşımaqdadır: 
"...Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu 
yerlərdə başdan-başa türklər yaşamaqdadır” (Tahirzadə, 1991, 
s 62).      
Diqqəti çəkən ikinci önəmli məqam türklərin 10 qardaşdan 
törəmiş olması  faktıdır ki,  bu məlumat  da Xəzər  xaqanı  İosifin 
yazdıqları ilə üst-üstə düşür. Xatırladaq ki, İosifin sözlərinə gö-
rə, türklər Həzrət Nuhun nəvəsi, Yafəsin oğlu Toqarmanın (Tür-
kün) 10 oğlundan törəmişlər. Onu da xatırladaq ki, Musa Kağan-


21 
 
katlının  yazdığına  görə,  Toqarma  Azərbaycanın  (Albaniyanın) 
4-cü şahı olmuşdur (Kalankaytuklu, 1993, s. 19).  
Üçüncü maraqlı və son dərəcə önəmli məqam türklərin Su 
adlı bir ölkədən çıxmış olması faktıdır. Mövzumuz baxımından 
bu  fakt  o  qədər  böyük  əhəmiyyət  daşıyır  ki,  onun  üzərində  bir 
qədər ətraflı durmaq lazımdır. 
Su ölkəsi harada yerləşmişdir? 
Bu sualın cavabını da mixi kitabələrdə tapırıq. Məsələ bu-
rasındadır ki, eradan əvvəlki lll-ll minlliklərə aid mixi yazılarda 
Azərbaycan  ərazisində  yaşamış  kuti,  lulu,  subar,  kuman  və  tu-
ruk, yəni türk xalqları ilə  yanaşı su xalqından da söz açılmaqda 
və Su ölkəsinin adı çəkilməkdədir. 
Mixi yazıların gözəl bilicicisi, mərhum alimimiz Yusif Yu-
sifovun yazdığına görə, qədim qaynaqlarda "Su ölkəsinə mənsub 
lullu" ifadəsi işlənməkdədir:  
"Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işa-
rələri  ilə  göstərilmişdir. Deməli,  Aratta...  və  Su ölkəsi  Urmiya 
gölü  hövzəsində  mövcud  olmuş  geniş  bir  ərazinin  müxtəlif 
adları olmuşdur. Sular da turukku və lullu tayfa birləşməsinə 
daxil idilər" (Azərbaycan tarixi, 1994, s. 81).                
Mixi  yazılardan  göründüyü  kimi,  göytürklərin  öz  əski  və-
tənləri  saydıqları,  qədim  Çin  mənbələrində  haqqında  söz  açılan 
və  Xəzər  dənizindən  qərbdə  yerləşdiyi  vurğulanan  Su  ölkəsi 
Azərbaycan ərazisində mövcud olmuş ən qədim dövlətin – Arat-
ta dövlətinin başqa bir adıdır. 
Mövzu ilə bağlı Lev Qumilyov yazır: 
"...Əfsanə türklərin mənşəyini yerli So (Su)  nəsli və yenə 
də  dişi  qurdla  bağlayır.  So  (Su)  qəbiləsinin  bütün  üzvləri  öz 
axmaqlıqları üzündən... məhv olurlar. Yalnız dişi qurdun dörd 
nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney 
Altayda Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördün-
cüsü isə Güney Altaydakı Çus çayında məskunlaşdılar. Bu əf-
sanəni şərh edən N.A.Aristov əfsanədəki "So" nu Altayın qu-
zeyindəki  Biye  çayı  sahillərində  yaşayan  kumandinlərin  (ku-
manların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə 


22 
 
-  ku  kijilərlə  (ku  kiĢiləri,  ku  adamları)  ...  eyniləşdirmişdir." 
(Гумилев, 2002, c. 26-27). 
Maraqlıdır  ki,  "Su"  (So)  adına  ilk  dəfə  mixi  yazılarda  rast 
gəlindiyi kimi, "ku" və "kuman" etnonimlərinə və "Altay" topo-
niminə  də  (Urartu mənbələrində Arattanın  adı  Alateye kimi  çə-
kilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından 
Azərbaycan və Ön Asiya (Şərqi Anadolu) etnonim və toponim-
ləri kimi söz açılmışdır (Azərbaycan tarixi, 1994, s. 80).  
Qədim  mixi  yazılarda  (e.ə.XIII-XII)  "ku"  və  "kumen"  (ku-
man)  etnonimlərinin  də  adı  çəkilməkdədir  (Azərbaycan  tarixi, 
1994,  s.  83).  "Ku"  etnonimi  ilə  bağlı  hesab  edilir  ki,  bu,  türk 
(prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər 
arasında  geniş  yayılmış  qu  quşu  (qaz)  totemi  ilə  əlaqədardır 
(Гумилев,  2002,  c.  26-27).  İ.  Dron  qeyd  edir  ki,  qu  quşu  (qaz) 
kultu  qədim  zamanlarda  türk  və  monqol  xalqları  arasında  geniş 
yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının 
qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını 
qoymuşdur. Həmin türk qəbiləsi "ku" adlanmışdır. Məsələn, Tuva 
türklərinin  toci  qoluna  bağlı  qəbilələrdən  biri  kezek-kuular  (qu 
quşları)  özünü  bu  soydan  hesab  edir.  Tədqiqatçının  yazdığına 
görə,  Sayan-Altay  ərazisində  yaşayan  bir  çox  türk  xalqlarında  - 
tuvalılarda,  xakaslarda,  teleutlarda,  kumandlilərdə  qu  quşu  (qaz) 
haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır. 
Türkoloqların bir qismi kuman etnoniminin də adının "qu" 
(ku)  totemindən  yarandığını  irəli  sürməkdədirlər.  Məsələn, 
V.Q.Rodionov  qədim  çuvaş  mənbələrinə  əsaslanaraq  "ku"  və 
"kuman" etnonimlərini eyniləşdirir. İ.Dorn və O.Süleymenov da 
eyni fikri dəstəkləmişlər (Süleymenov, 1993, s. 94-96). 
Kumanların  adı  qədim  mənbələrdə  (mixi  yazılarda)  ilk  dəfə 
e.ə. XIlI-XII əsrlərdə "kumen" kimi çəkilməkdədir. Y. Yusifov da 
yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:  
"Bu  etnonim  də  Türk  dillərində  etnik  ad  düzəldən  "-
man" (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman 
sonrakı  türk  adı  olmaqla  "sarımtıl,  ağımtıl"  mənasını  daşı-
yırdı" (Azərbaycan tarixi, 1994, s. 83). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə