Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


tanrısının  olacaqdır.  Beş  tanrını  qurtarmaq,  işığı-zülməti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

44 
 
tanrısının  olacaqdır.  Beş  tanrını  qurtarmaq,  işığı-zülməti 
ayırmaq üçün işıq göydə dolanır" (Cəfərov, 2002, s. 291). 
Bənzər  ierarxik  sistem  türk  şamanizmində  müşahidə  edil-
məkdədir  (Алексеев,  1984,  c.  43).  Maninin  təliminə  görə,  beş 
tanrı Şimnu ilə, yəni Təpəgözlə və onun beş şeytanı ilə döyüşdə 
yaralandıqları  və  murdarlandıqları  üçün  onların  qurtarılmağa, 
təmizlənməyə  ehtiyacları  var.  Yalnız  bundan  sonra  onlar  Gün, 
Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər. Gördüyü-
müz  kimi,  maniçilikdə  Əhrimənin  yerini  Şimnu  tutduğu  kimi, 
Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq 
Tenqri, yəni dan tanrısı adlandırılır. 
Manixey  əlifbası  ilə,  türkcə  yazılmış  mətnlərin  heç  də  ha-
mısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların 
dili  oğuz  türkcəsinə  daha  yaxındır  və  oğuz  türkcəsi  ilə  uyğur 
türkcəsinin  bir-birindən  hələ  tam  ayrılmadığı  vəziyyəti  əks  et-
dirir. Şübhəsiz ki, onlar daha arxaikdirlər: 
    "Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti! 
    Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti! 
    Turunqlar,kamağ bəglər,kadaşlar, 
    Tanq Tenqriq ögəlim! 
    Körünüqmə Kün Tenqri,siz bizi küzədinq! 
    Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..."            
Tərcüməsi: 
    "Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi! 
    Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi! 
    ġəhərlər,bütün bəylər,qardaĢlar,   
    Dan Tanrını öyəlim! 
    Parlaq Gün Tanrı, siz bizə nəzər salın! 
    Parlaq  Ay  Tanrı,siz  bizi  qurtarın!..."  (Xudiyev,  1997,  s. 
55; Heyət 1993, s. 89; Cəfərov, 2002, s. 122-123). 
Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tər-
xanın "Xuastu-anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır 
və  şübhəsiz  ki,  lll-V  əsrlərdə  Azərbaycanda  qələmə  alınmışdır. 
Fəqət  onun  Maninin  qələminə  mənsub  olub-olmadığını  tam 
qətiyyətlə söyləmək mümkün deyildir. Lakin əldə olan və dili bu 


45 
 
şeirin dilindən fərqlənməyən daha bir şeir var ki, onun Maninin 
qələminə məxsusluğu heç bir şübhə oyatmır: 
   "Tüzün bilgə kişilər, üriləlim, 
    Tenqrinin bitiqin biz işidəlim. 
    Törən iliq tenqrilərkə tapınalım,  
    Tört uluq emgəkdə kurtulalım. 
    Tört iliq tenqrilərdə tanıqmalar, 
    Tenqri nomun todaqmalar. 
    Tünerliq yeklərkə tapunuqmalar, 
    Tümənliq irincü kılıqmalar 
    Tüpüntə olunma ölməki bar
    Tünərliq tamuğa tüşməki bar.  
    Tümərlq yeklər gəlir tiyür, 
    Tumanlıq yeklər ayar tiyür." 
Tərcüməsi: 
    "Düzülun bilikli kiĢilər, nəfəs dərəlim, 
    Tanrının kitabını biz eĢidəlim. 
    Təntənə ilə tanrılara tapınalım, 
    Dörd ulu əzabdan qurtulalım.  
    Dörd ...tanrını tanımayanlar, 
    Tanrı qaydasına uymazlar. 
    Dörd zülm iblisinə tapınanlar, 
    On min günaha baĢ vurarlar. 
    Dibində olumun ölməyi də var
    Qaranlıq cəhənnəmə düĢməyi də var. 
    Zülmət iblisləri gəlir deyir, 
    Duman iblisləri iĢ görür deyir"  
         (Cəfərov, 2002, s. 125-127). 
Bu şerdə "Tenqri bitiyini", yəni Tanrı kitabını eşitməyə də-
vət  olduğu  üçün  onun  maniçiliyin  müqəddəs  kitabından,  yəni 
Maninin  öz  qələminə  məxsus  kitabdan  bir  parça  olduğuna  heç 
bir şübhə yoxdur. Şeirin leksik bazası da Şərqdə yaranan və içi 
soğd  və  soğd  dili  vasitəsi  ilə  alınan  arami  sözləri  ilə  dolu  olan 
maniçi  ədəbiyyatın  dilindən  fərqli  olaraq,  bütünlüklə  türk  kəl-
mələrindən  ibarətdir.  Yalnız  qayda  mənasını  verən  və  maniçi-


46 
 
liyin əsas dini kitabının adı olan "Nom" kəlməsi istisnalıq təşkil 
edir ki, bu söz də fars-Sasani dilindən götürülmüşdür (Гумилев, 
2002,  с.  424).  Bu  dil  Sasanilər  dövlətinin  rəsmi  dili  idi  və 
mətndə  bu  dildən  alınan  bir  kəlmənin  olması  təbiidir.  Nəzərə 
alsaq ki, buddizmin də əsas sutraları "Nom Bitik" (ДТС, с. 360) 
adlanırdı,  Maninin bu kəlməni  buddizmdən əxz etdiyini də dü-
şünmək olar. Mətndə "Tenqri nomu" və "Tenqri bitiyi" termin-
lərinin  işlənməsi  bir  daha  sübut  edir  ki,  təqdim  edilən  şeir  par-
çası manixeylərin dini kitabı "Nom"dan bir parçadır və Maninin 
öz qələminə məxsusdur.  
Mətnin  dilinin  saflığı  onun  məhz  Mani  tərəfindən  yaradıl-
dığını təsdiq edir. Çünki uyğurlar müəyyən qədər soğd mədəniy-
yətinin  təsiri  altında  idilər,  əlifbalarını  soğdlardan  əxz  etdikləri 
kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uy-
ğurlar yalnız şərqdə yaşamırdılar, artıq qeyd etdiyimiz kimi, Av-
ropa və  Qafqazda da  çox sayda uyğur  yaşamaqda idi.  Məsələn, 
Prisk və Menandr onlardan "oqur" adı altında bəhs etmişlər. Bu 
müəlliflərin  əsərlərində  hazırda  Şərqi  Türküstanda  yaşamaqda 
olan  sarı  uyğurların  adına  da  "saroqur"  formasında  rast  gəlinir 
(Джафаров,  1985,  c.  30).  Uyğur  boylarından  saroqurların  (sarı 
uyğurların), utiqurların (otuzyğurların), kutiqurların, onoqurların 
(onuyğurların)  Atillanın  başçılıq  etdiyi  Avropa  Hun  İmperator-
luğunun həyatında önəmli rol oynadıqları məlumdur (Плетнева, 
1976, с. 15). Manixeizmi şərqə aparanlar da məhz onlar olmuş-
lar. Hərçənd ki, Albaniya və Sasanilər imperiyasındakı təqib və 
təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç 
etmiş,  uyğurların  içində,  özlərinin  adı  ilə  adlanan  Arsaq  vila-
yətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır: 
"Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbua-
tında  ("Ədəbiyyat  və  incəsənət"  qəzeti)  Arsaq  barəsində  X 
əsrdə  qələmə  alınmış  "Uyğur  səyahətnaməsi"nə  əsaslanaraq 
verdiyi  məlumat  maraq  doğurmaya  bilməz.  Bu  məlumatdan 
aydın  olur  ki,  Arsaq  əyaləti  və  onun  baş  şəhəri  Arsaq  indiki 
Turfanın  (Tulu-fan)  qərbindədir.  Bu  Çindəki  Tyan-Şan  dağ-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə