Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   19   20   21   22   23   24   25   26   ...   97

68 
 
təsdiqləyici mahiyyətdədir. Xaqan yazır ki, ən başda xəzərlər az 
saylı və zəif idilər, lakin sonralar özlərindən qat-qat güclü olan 
boylarla  mübarizə  aparıb  onlara  qalib  gəldilər,  onların  torpaq-
larına  sahib  oldular.  Onlar  qaçır,  xəzərlər  təqib  edirdilər.  Bu, 
rəqiblərin  Kuştantiniya  yaxınlığındakı  Runa  çayını  keçmələrinə 
qədər  davam  etdi.  Məktubda  qaçanların  kimlər  olduğu  da  bil-
dirilir: u-n-n-t-r. Bu məktubda deyilənləri şərh edən alimlər bu-
radakı  Runa  çayının  Dunay,  Kuştantiniyanın  Konstantinopol 
(İstanbul), ―u-n-n-t-r‖ kimi  oxunan xalqın  isə onuyğurlar  və  ya 
utiqurlar  (otuzuyğurlar),  başqa  sözlə,  uyğurlar  olduğu  fikrində 
yekdildilər (Плетнева, 1976, с. 7)
Burada  istər-istəməz,  Diador  Siciliyalının  iskitlər  haqqında 
söylədikləri  yada  düşür  və  hər  iki  müəllifin  eyni  hadisədən 
söhbət açdığı ehtimalı ağıla gəlir. Diador Siciliyalı yazır: 
“...Əvvəllər  onlar  azsaylı  idi  və  Araz  qırağında  yaşayır-
dılar, onda şöhrət sahibləri olmadıqları üçün onlara həqarətlə 
baxılırdı. Lakin hələ qədim vaxtlardan strateji bacarığı ilə se-
çilən bir savaşqan başçılarının başçılığı altında onlar Qafqaza 
qədər  dağlarda,  Okean  və  Meoyiy  (Azov)  gölü  sahillərindəki 
düzlərdə və Tanais çayına qədərki sair bölgələrdə özlərinə ölkə 
əldə  etdilər...  Xeyli  vaxt  keçəndən  sonra  ...Tanais  çayından  o 
tərəfdə  Trakiyaya  qədər  geniş  əraziləri  də  özlərinə  tabe  edib, 
hərbi  yürüşlərini  başqa  istiqamətdə  yönəltdilər...”  (Ağasıoğlu, 
2005, s. 101). 
Məlumat üçün bildirək ki, Dunay çayının axdığı ölkələrdən 
biri  də  Bolqarıstandır  və  Trakiya  bu  ölkənin  bir  hissəsini  əhatə 
edir.  Həmin  ərazi  İstanbula  yaxındır.  Əgər  hər  iki  halda  eyni 
hadisədən  söhbət  gedirsə,  -  antik  müəlliflərin  bütün  türkləri,  o 
cümlədən  xəzərləri  iskit  adlandırdığı  məlumdur,  -  bu  halda 
xəzərlərin  öz  tarixlərinin  ən  başında  Araz  çayı  sahillərində  ya-
şadıqları heç bir şübhə oyatmır. 
Söhbətin  bu  yerində  xəzərlərin  etnogenezinin  ilkin  mərhə-
ləsinin Azərbaycanla bağlılığını təsdiq edən daha bir tarixi faktı, 
Təbərinin son dərəcə maraqlı bir məlumatını diqqətə çatdırmağa 
ehtiyac  duyuruq.  Salnaməçinin  yazdığına  görə,  Sasani  şahı 


69 
 
Qubadın  ömrünün  son  illərinədək  Aran  (Albaniya),  Gürcüstan, 
Vaspurakan, Sisəcan (Sisakan // Zəngəzur) xəzərlərin əlində qal-
mış..., Qəbələ hunların mərkəzi olmuşdur: 
“...Buna  görə  bu  əyalətlərlə  birlikdə  Azərbaycana  Xəzər 
məmləkəti demişlər” (İslam Ansiklopedisi, 1950, s. 90). 
Xəzər  xaqanı  İosifin  Yafəs  soyundan  Toqarmanın  oğulları 
sırasında  adlarını  çəkdiyi  üç  nəfər,  o  cümlədən  xəzərlərin  soy 
babası  Xəzər  haqqında  VII  əsrdə  yaşamış  suriyalı  salnaməçi 
İohan  Efeslinin  ―Tarix‖  əsərində  daha  qədim  mənbələrdən  gö-
türülmüş çox maraqlı bir qeyd var: 
“Bizans imperatoru Mavrikinin dövründə Daxili İskitiya-
dan (İskitlər ölkəsindən) üç qardaş öz xalqları ilə birlikdə hə-
rəkətə  keçdilər.  Qardaşlardan  Bulqar  adlı  biri  Roma  imperi-
yasının  sərhədlərinə  tərəf  yollandı.  Digər  ikisi  isə  alanların 
Bersiliya adlandırılan ölkəsində məskunlaşdılar. Bu ərazi son-
ralar  qardaşlardan  birinin-Xəzərin  adı  ilə  Xəzər  adlanmağa 
başladı” (Плетнева, 1976, с. 15). 
Xəzər  xaqanının  məktubundan  göründüyü  kimi,  Xəzər  xa-
qanı həm xəzərləri, həm də oğuz, uyğur, bulqar, savir və s. türk 
boylarını  Albaniya,  yəni  Azərbaycan  hökmdarının  soyu  kimi 
təqdim  edir  və  bununla  da  türk  xalqlarının  ilkin  etnogenezinin 
Azərbaycan  ərazisi  ilə  bağlı  olduğunu  dolayısıyla  təsdiq  etmiş 
olur. Bu sırada oğuzlarn da adının çəkilməsi diqqətçəkicidir.  
 


70 
 
OĞUZLARLA BAĞLI ETNOQONĠK MĠFLƏR, ĠLK 
OĞUZ YURDU MAHAN: ƏFSANƏ YOXSA REALLIQ 
 
Türk  soy  və  boyları  içərisində  genezisi  haqqında  ən  çox 
mənbə  bulunan  xalq,  şübhəsiz  ki,  oğuzlardır.  Elm  aləminə  çox 
sayda ―Oğuznamə‖lər məlumdur ki, onlardan ən məşhurları uy-
ğur və Rəşidəddin variantlarıdır. 
Ənənəyə  görə  oğuzlar  24  tayfaya  bölünürlər.  Yalnız  Mah-
mud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 
2 xalac tayfasnı əlavə edərək sayı ənənvi 24-ə çatdırır. ―Qorqud 
Kitabı‖nda  da  24  rəqəmi  təkrarlanır.  Müasir  Orta  Asiya  türk-
mənləri  də  24  tayfaya  bölünürlər.  Ancaq  onların  adları  çox  də-
yişmişdir.  Qədim  adları  yalnz  4  tayfa  (Salır,  Əmirli,  Çaudar, 
Karqın)  saxlamışdır.  Ön  Asiya  və  Qafqaz  oğuzlarının,  yəni 
Azərbaycan və Anadolu türklərinin etnik tərkibi genoloji cəhət-
dən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir (Koroğlu, 
1999, s. 15-16). 
R.Əlizadə  yazır ki, türk etnik-mədəni ənənəsində müstəsna 
yer tutmuş əcdad kultunun izlərinə türk etnoqonik miflərinin əks 
olunduğu dastanlarda rast gəlmək mümkündür. Bilavasitə Oğuz 
etnosunun  soykökə  sıx  bağlılığı,  əcdadlarına  pərəstiş  və  tapın-
maları bu toplumun yüksək mənəvi yaşam tərzini, eləcə də siya-
si baxımdan mövcudluğunu şərtləndirən ciddi aktlardan biri idi:  
“Türk epos ənənəsindəki əcdadlar düzümündə özünəməx-
sus şəkildə yer almış və Ulu Türk adı ilə kodlaşmış ilkin obra-
zın, dünyanın yaradılması aktı ilə bağlılığı və bütövlükdə xaos-
kosmos  qarşıdurmasından  törəməsi  kosmogenez  haqqındakı 
təsəvvür  sistemini  bəlli  edir.  Bu  baxımdan  Ulu  Türk  obrazı 
mədəni  qəhrəmana  aid  cizgilərə  sahib  olmaqla,  həm  də  Boz 
Qurd,  Oğuz,  Qorqud  Ata  və  başqaları  ilə  yanaşı  türk  dünya 
modelinin qurucularından ilkinidir” (Əlizadə, 2008, s. 96).  
―Oğuznamə‖lərdə oğuzların ümumi əfsanəvi əcdadı və qəh-
rəmanı kimi çıxış edən Oğuzun altı oğlu (Gün, Ay, Ulduz, Göy, 
Dağ, Dəniz) nizamlı kainat (dünya) yaratmaqla yanaşı, 24 oğuz 
boyuna  başlanğıc  verir  və  ulu  əcdad  Oğuz  xanın  bölgüsünə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə