Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

71 
 
əsasən bozoklar və üçoklar adı altında böyük türk elinin  idarə-
çilərinə çevrilirlər. Bu halda Oğuz xanın özü həm də bir növ ha-
mi  ruh  qismində  çıxış  edir  və  bu  cür  də  kultlaşır.  ―Dədə  Qor-
qud‖ eposunda isə əcdad kultu kompleksində Qorqud Ata obrazı 
da xüsusi diqqət çəkir. R.Əlizadənin fikrincə, arxaik strukturunu 
qoruyub saxlamış obraz kimi Qorqud Ata eposun müqəddimə və 
boylarında həm bir övliya, həm də ulu əcdad olaraq əksini tapıb: 
“Eposun oxunuşu zamanı aydın görünür ki, Qorqud Ata 
funksional  baxımdan  bir  çox  mifoloji  varlıqlara  (Boz  qurd, 
Xızır, Uluq Türük, Domrul  və  s.) yaxınlaşmış, mərasim ham-
isinə  xas  özəllikləri  daşımış  və  eyni  zamanda  mədəni  qəh-
rəmana  aid  edilən  cizgilərə  də  sahib  olmuşdur.  Diqqəti  cəlb 
edən başlıca elementlərdən biri budur ki, Qorqud Ata mərasim 
hamisi  obrazında  çıxış  edərək  əcdadlar  dünyasına,  yaxud 
axirət aləminə bağlanır. Bu bağlantı Qorqudun möcüzəli yolla 
dünyaya  gəlişini,  yaşamını  və  ölümünü  açıq  şəkildə  təqdim 
edir” (Əlizadə, 2008, s. 100).  
Ə.Nəvai  türklər  arasında  çox  məşhur  olan  bu  şəxsin,  ola-
caqları öncədən xəbər verdiyinə işarə edərək, onu böyük övliya 
kimi xarakterizə etmişdir (Özdək, 1992, s. 12).  
Maraqlıdır  ki,  başqırdların  mərasim  nəğmələrində  Qorqud 
bir  sehrkar  kimi  təqdim  edilir,  onun  yaman  ruhları  qovmaq 
gücünə sahib olduğuna inanc diqqət çəkir. Bir sözlə, o, qam (şa-
man) kimi  tərənnüm  edilir. Qorqud Atanın  fəlakətlərdən hifzet-
mə  qüdrətinə  inanmış  baxşılar  bunu  belə  dilə  gətirmişlər:  ―Ölü 
desəm, ölü eməs, tiri desəm, tiri eməs, Ata Qorqud övliya‖ (Рад-
лов, 1870, с. 47).  
Əfsanələrin  dəyişik  variantlarında  Qorqud  ağsaqqal,  qopu-
zu  yaradan  şaman  olaraq  göstərilir.  «Dədə  Qorqud»  eposunda 
şaman tipində  funksiya  yerinə  yetirən digər bir  obraz Bayandır 
xandır. Bunu onun adındakı «bay» sözü və atasının qam (şaman) 
olması da təsdiqləyir (Əlizadə, 2008, s. 101). 
R.Orucoğlu  «Kitabi-Dədə  Qorqud»  eposunun  boylarında 
zaman  və  məkan  anlayışlarına  münasibət  bildirərkən  haqlı  ola-
raq  yazır ki,  Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma 


72 
 
yurdudur.  Onlar  nə  köçəri-gəlmədirlər,  nə  də  ötüb-gedəndirlər. 
Dədə-baba  kurqanları  da,  öz  qəbirləri  də  buralarda  yerləşir. 
Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara 
və  Trabzon  içi  yunanlara  münasibətdən  hiss  olunur  ki,  Qafqaz 
oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, alban-
ların varisləridirlər (Qafarov, 2010, s. 18-19). 
Rəşidəddin ―Oğuznamə‖sində Oğuzun soyu da Nuh oğlu Ya-
fəsə  bağlanır.  Eyni  hal  Azərbaycandan  toplanmış  miflərin  birində 
də  açıq  şəkildə  ifadə  edilir.  Prof.  Füzuli  Bayat  yazır  ki,  Azər-
baycandan  toplanmış  bir  əfsanədə  diqqət  çəkən  yön,  Qorqudun 
atasının,  Nuh  peyğəmbərin  oğlu  Yafəsin  oğlu  Türk  olduğu  qey-
dinin  tapılmasıdır.  Alimin  fikrincə,  Qorqudun  Nuhun  nəvəsi  ol-
ması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.). 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycandan  toplanmış 
bənzər əfsanə və rəvayətlərin, demək olar ki, hamısı bu və ya di-
gər dərəcədə Rəşidəddin ―Oğuznamə‖sinin süjeti ilə səsləşmək-
dədir. Onlardan birində deyilir: 
Çox  əzazil,  özündən  deyən  bir  padşah  varımış.  Bütün 
adamnar bının əlinnən zağ-zağ əsirmişdər. Bir adamın hünəri 
nəymiş  ki,  bınnan  icazəsiz  cınqırığını  çıxatsın.  Ta  işi  o  yerə 
çıxatmışdı  ki,  özünü  allah  élan  eləmişdi.  Hamı  da  qorxudan 
bını allah sayırdı.  
Əmə  bının  uşağı  olmurmuş.  Bı  da  fikir  eliyirmiş  ki,  bə 
ölənnən sora taxt-taja kim sahib olacax? 
Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma 
verip  deyir  ki,  ala  bını  arvadınnan  ye,  bir  oğlun  olacax,  əmə 
gərəh oğlan nə desə əməl eliyəsən.  
Padşah  razılaşır,  almanı  götürüp  arvadıynan  yeyir.  Bəli, 
vədə  yetişir,  bının  bir  kürəyişütün  oğlu  olur.  Tez  qurban 
kəsillər, sora camahətə əhfalatı deyillər. 
Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar. 
Elə  bu  vaxt  uşax  dil  açıp  deyir  ki,  bə  mənim  adım  Uğuzdu. 
Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar,  əmə uşax 
ta danışmır. Bının adını Uğuz qoyullar. 


73 
 
Bir xeylah keçir. Uğuz on beş yaşına çatır. Bir iyid olur ki
tayı-bərabəri  tapılmır.  Günlərin  bir  günü  Uğuz  cəməhəti 
başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi, 
özü də heş kimin gözünə görsəmməz. 
Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atası-
nı  öldürür,  özü  keçir  onun  yerinə.  Deyir  ki,  hamı  gərəh  göy-
dəki  allahı  tanısın.  Bınnan  sora  insanlar  həqiqi  allahı  tanı-
yıllar (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42). 
Maraqlıdır  ki,  ―Oğuznamə‖lərin  uyğur  və  Rəşidəddin  va-
riantlarından,  eləcə  də  Orta  Asiyada  qələmə  alınmış  variantlar-
dan fəqli olaraq qərbdə yaranmış variantlarda oğuzların mənşəyi 
bilavasitə  Azərbaycan  və  Anadolu  ilə  bağlanılır.  Bu  baxımdan 
Övliya Çələbinin qeydə aldığı rəvayətlər xüsusi maraq doğurur. 
İşin ən maraqlı tərəfi isə budur ki, onun oğuzların ilkin ata yurdu 
kimi  qələmə  verdiyi  məkanın  adına  eyniylə  qədim  şumer 
mənbələrində də rastlanılır.  
S.N.Kramer  "Tarix  Şumerdən  başlayır"  kitabının  XlV  fəs-
lində 450 sətirlik  "Enki  və  Kainat" adlı poema barədə  məlumat 
verir.  Təqribən  5000  il  öncə  qələmə  alınmış  bu  poemanı  bizim 
üçün maraqlı edən buradakı Mahan toponimidir: 
"Ölkələr... Mahan və Dilmun baxaraq mənə, 
Dilmun gəmiləri şalban daşıyır. 
Mahan gəmiləri göyə qədər yüklənib
Meluhhidən "mahilum" yelkənli gəmilər 
Qızıl və gümüş gətirir onlar. 
Hamısı daşıyırlar Nippura." (Oğuz, 2002, s. 42-43). 
Burada  rast  gəldiyimiz  Mahan  toponimini  bizim  üçün  ma-
raqlı  edən  əsas  cəhət  ona  türk  tarixi  mənbələrində  və  folklor 
nümunələrində  də  rast  gəlinməsi,  bu  yerlərin  oğuz  yurdu  kimi 
yad  edilməsidir.  Belə  ki,  Övliya  Çələbidə  də  eyni  ölkə  adını 
görürük.  Övliya  Çələbi  Axlat  şəhərinin  təsviri  zamanı  bildir-
mişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu 
da "Oğuz şəhəri" deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni 
misal gətirərək yazır: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə