Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   17   18   19   20   21   22   23   24   ...   97

62 
 
Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı 
bir  əfsanə  də  eyni  fikri  təsdiqləyir.  Bahəddin  Ögəl  özünün  ―Türk 
mifologiyası‖ kitabının  Avropa hunlarının maralla  bağlı  əfsanələ-
rindən söz açan bölümündə həmin əfsanəni də təqdim edir: 
Vaxtilə  Kimmer  kralınn  Kutriqur  və  Utiqur  adlı  iki  oğlu 
var imiş. Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çı-
xır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və marall 
qovmağa  başlayırlar.  Maral  qaçır,  uşaqlar  qovurlar  və  ən 
nəhayət  bir  dənizin  kənarına  gəlirlər.  Uşaqlar  maralı  dənizə 
sıxışdırıb  vurmaq  istəyirlr,  lakin  maral  dənizə  atılıb  üzməyə 
başlayır.  Uşaqlar  da  üzə-üzə  maralın  dalınca  gedirlər.  Maral 
qabaqda, uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya 
ayaq basan kimi maral yoxa çıxır (Ögəl, 2006, s. 575). 
Hun türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xal-
qın  Anadoludan  Şərqi  Avropaya  gəldiklərini,  soy  ağaclarının 
kimmerlərdən, deməli, Azərbaycan və Şərqi Anadoludan cücər-
diyini söyləməyə tam əsas verir. 
 Yuxarıda  qeyd  etdik  ki,  Musa  Kağankatlının  yazdığına 
görə,  Yafəsin  oğullarından  biri  Kimer  idi  və  kimmerlər  onun 
soyundandır  (Kalankaytuklu,  1993,  s.  14-15).  Müəllif  eyni  za-
manda  kimmerlərin  soy  babası  olan  Kimeri  Azərbaycanın  (Al-
baniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir.  
1933-cü  ildə  Aşşurbanipalın  (e.ə.668-663)  Ninəviyyədəki 
İştar  məbədindən  tapılmış  mərmər  lövhə  üzərindəki  yazısında 
başqa  yazılardan  kimmerlərin  xaqanı  kimi  tanınan  Tuqdamme 
(Toxtamış) "Saka ölkəsi"nin  və  ya sakların  hökmdarı  kimi  təq-
dim  edilir.  Mətnin  naşiri  R.Tompson  "saka"  (sak)  ifadəsindən 
sonra  gələn  mixi  işarəni  özünəməxsus  şəkildə  şərh  edərək,  bu 
halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini əsaslan-
dırmaq  istəmişdir.  Lakin  sonralar  X  Tadmor  iddia  etdi  ki,  ifa-
dəni "Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxu-
maq lazımdır. Onun fikrincə, yazıdan belə çıxır ki, kimmerlərin 
öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə bağlı olduq-
ları  məlum  olan  sakların  üzərində  də  hökm  sahibi  imiş  (Гран-
товский, 1960, c. 84).  


63 
 
Herodotun yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu 
bölgədəki hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları 
Araz  çayını  keçərək  öncə  Qara  dənizin  cənub  sahillərinə,  daha 
sonra  isə  şimal  sahillərinə  sıxışdırmışdır.  Tarixin  atasının  yaz-
dığına görə, iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz 
çayını keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə 
başladılar  (Гасанов,  2000,  c.  24).  Lakin  mütəxəssislər  həmişə 
nədənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmış-
lar.  Halbuki,  arxeoloji  faktlar  da,  ən  qədim  yazılı  mənbələr  də 
iskit  və  iskit-sakların  ilkin  vətəninin  məhz  Azəbaycan  və  Ön 
Asiya olduğunu göstərməkdədir. 
Musa  Kağankatlı  Yafəsin  övladlarından,  yəni  oğullarından 
və  nəvələrindən  danışarkən,  Əşkinazın  (Aşkenaz,  Askenaz)  da 
adını xüsusi vurğulayaraq sarmatların onun soyundan olduqları-
nı qeyd etmişdir: 
“Tirasın  oğulları  bunlardır:  Əşkinaz  –  sarmatların  cəd-
didir...” (Kalankaytuklu, 1993, s. 15). 
Əsərlərində  iskit  və  saklara  önəmli  yer  ayırmış  Strabon 
(e.ə.63-b.e.23)  iskitləri  əsasən  iki  yerə:  roksolanlara  və  sarmat-
lara bölmüş, ikncilərin isə çar sarmatları və kaziq sarmatlarından 
ibarət  olduqlarını  vurğulamışdır  (Гасанов,  2000,  c.  51).  İosif 
Flaviy  (l  əsr)  də  sarmatlardan  iskit  tayfalarından  biri  kimi  söz 
açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskit-
lərin  sarmat  adlanan  hissəsi"  ifadəsini  işlətməkdədir  (Гасанов, 
2000, c. 53).  
Yuxarıda  qeyd  etdiymiz  kimi,  Strabona  görə,  sarmatların 
bir bölümü "sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. 
Maraqlıdır  ki,  qazax  xalqının  etnogenezində  iştirak  etmiş  soy-
lardan  biri  də  sarmatlar  olub  (Абромзон,  1960,  116).  Antik 
müəlliflərin  fikrincə,  sarmatlar  iskitlərlə  amazonkaların  izdiva-
cından  törəmişlər  və  iskit  dilində  danışırdılar.  Bu  müəlliflərin 
yazdığına  görə,  sarmatlar  Qara  dəniz  iskitlərindən  və  Don  ça-
yından  şərqdə  məskun  idilər.  Eyni  mənbələrin  təhlilindən  belə 
aydın olur ki, onların torpaqları bugünkü Rusiyanın Kalmıkiya, 
Həştərxan,  Stavropol  və  Rostov  bölgələrini  əhatə  edirdi.  Antik 


64 
 
müəlliflərin  bəziləri  sarmatları  "savromat"  da  adlandırmışlar. 
Məsələn,  Herodot  "savromat"  yazdığı  halda,  eradan  əvvəl  lV 
əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovi-
diy  Nazon  isə  hər  iki  addan  istifadə  etmişdir.  Pliniy  isə  yunan-
ların  sarmatları  "savromat"  adlandırdıqlarını  bildirmişdir  (Гей-
буллаев, 1991, c. 329-330). 
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar 
Midiyadan, yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə 
zorlanmışlar. Elə bu səbəbdən də bəzi antik müəlliflər sarmatları 
midiyalılarla,  yəni madaylarla eyniləşdirmişlər. Məsələn, Pliniy 
və  Yuliy  Solin  sarmatları  midiyalıların  törəmələri  hesab  etmiş-
lər.  Pliniy  türkləri  sarmatların  bir  qolu  saymış,  Pomponiy  Mela 
isə  türklərlə  sarmatların  qonşu  olduqlarını  yazmışdır.  Eradan 
əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla ey-
niləşdirmişdir.  Fakt  isə  budur  ki,  qıpçaq  mənşəli  qazax  soyla-
rından biri də sarmatlar olub və onlar qazaxların içərisində "şer-
mat"  və  "sarmat  teleu"  adları  ilə  məşhur  idilər  (Гейбуллаев, 
1991,  s.  329-330,  334).  Bu  fakt  qədim  Atropatenanın  paytaxtı-
nın  nədən  Kazaka  (Qazax)  adlandığını  başa  düşməmizə  və  nə-
dən  qıpçaq  elementinin  oğuz  mənşəli  Azərbaycan  türkcəsində 
xüsusi bir plast təşkil etdiyini başa düşməmizə yardımçı olur.  
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy baba-
ları  saydıqları  maday  xalqının  da  qazaxların  etnogenezində  iş-
tirak  etdikləri  məlumdur  (Востров,  Муканов,  1968,  c.  118). 
Müqəddəs  "Tövrat"  kitabında  Yafəsin  oğullarından  söz  açılar-
kən, onlardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl  IX-
VIII əsrlərə aid mixi yazılarda Madayın soyundan gələn xalqdan 
-  maday  xalqından  və  eradan  əvvəl  VII-VI  əsrlərə  aid  mixi  ya-
zılarda isə bu xalqın Azərbaycanda qurduğu Madayya dövlətin-
dən  söhbət  açılır.  Qədim  yunan  müəllifləri,  o  cümlədən  eradan 
əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya dövləti, xalqı-
nı isə midiyalılar kimi qeyd etmişlər. 
Məlumat  üçün  bildirək  ki,  Azərbaycanda  formalaşan  digər 
türk soy və boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə 
Türküstanda rast gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə