Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   13   14   15   16   17   18   19   20   ...   97

50 
 
Olcay  xanın  yaylağı  və  qışlağı  Türküstan  torpaqlarında 
idi: Yaz aylarını o, İnanc şəhərinin yaxınlığında olan Ortaq və 
Kurtaqda keçirir, qışlayanda isə yenə o tərəflərdə - Qaraqorum 
adı  altında məşhur olan Qaraqumdakı  Borsuk adlanan yerdə 
olurdu.  Həmin  yerdə  iki  şəhər  vardı:  Biri  Talas,  o  biri  Karı 
Sayram  və  bu  sonuncu  şəhərin  qırx  böyük  qızıl  qapısı  vardı. 
İndi orada müsəlman türklər yaşayır, həmin yer Kunçi mülk-
lərinin  yaxınlığındadır  və  Kaydudan  asılıdır...  Olcay  xanın 
paytaxtı da burada yeləşirdi” (Rəşidəddin, 1992, s. 10) 
Türklərin  mənşəyinin  Nuhun  oğlu  Yafəsə  bağlanması  fik-
rində  bütün  yəhudu,  xristian  və  müsəlman  mənbələri  yekdildir-
lər.  Bu  baxımdan  türkologiyanın  atası  hesab  edilən  Kaşğarlı 
Mahmudun söylədikləri də maraqlıdır: 
“Türklər  əslində  iyirmi  boydur.  Onların  hamısının  soyu 
əleyhissalam Nuh peyğəmbərin oğlu Yafəsə, Yafəsin oğlu Tür-
kə qədər uzanır”
 
(Oğuz, Tuncay, 2009, s. 190).
 
Olcay  xanın,  yəni  Nuh  oğlu  Yafəsin  xaqanlığının  mərkəzi 
barədə  xristian  və  müsəlman  tarixçilərinin  verdikləri  məlumatlar 
ilk  baxışdan  bir-birindən  fərqli  görünsə  də,  birincilərin  daha 
düzgün  məlumat  verdiklərini  söyləyə  bilərik.
 
Əslində  müsəlman 
tarixçilərin  söylədikləri  sələflərinin  söylədiklərini  inkar  etmir. 
Məsələ  burasındadır  ki,  xristian  mənbələrində,  o  cümlədən  ―Al-
baniya tarixi‖ kitabında Azərbaycanın şimalı, yəni Albaniya həm 
də ―Şərq ölkəsi‖ adlandırılır (Kalankatuklu, 1993, s. 17-19), Fəz-
lullah Rəşidəddin də ―Şərq ölkələri‖ ifadəsini işlədir. ―Türküstan‖ 
ifadəsinə gəlincə, bu ifadə müəyyən dövrdə Azərbaycanı da əhatə 
etmişdir və bunun  ən  gözəl sübutu ―Kitabi  –  Dədə  Qorqud‖dur. 
Bu  əsərdə  Həm  Qazan  xan,  həm  də  Bayandır  xan  ―Türküstanın 
dirəyi‖ adlandırılırlar.
 
Bu fikri başqa bir Azərbaycan tarixçisi Əbu 
Bəkr  əl-Tehrani  əl-İsfahaninin ―Kitabi –  Diyarbəkriyyə‖ əsəri də 
təsdiqləyir  (Oğuz,  Tuncay,  2009,  s.  20).  Həm  yazılı  mənbələr, 
həm  də  mövcud  arxeoloji  və  yerüstü  abidələr  bir-birini  heyrə-
tamiz şəkildə tamamlayaraq, Yafəsin (Olcayın) atası Həzrət Nu-
hun yaşayış yeri kimi Azərbaycan ərazisinə işarə etməkdədir. De-
yilənlərin  ən  əsas  və  təkzibedilməz  sübutu  Həzrət  Nuh  əley-


51 
 
hissəlamın məzarının Azəbaycanda, daha dəqiq desək, Naxçıvan-
da olmasıdır (Oğuz, Tuncay, 2009, s. 190). 
Mahmud  Kaşğarlı  da  Azərbaycanı  Türküstan,  başqa  sözlə, 
Turan  sınırları  içərisində  göstərmişdir.  Bu  barədə  Zəki  Vəlidi 
Toğan belə yazmışdır: 
“”Oğuz”  dastanının  əsas  təməlini  təşkil  edən  “Şu”  və 
Tonqa Alp” rəvayətlərində, İran hökmdarları ilə hərb edikləri 
anladılan  xaqanların  mərkəzi  Çu  hövzəsində  Balasağun  və 
şərqi  Türküstandakı  Kaşğar  şəhərləridir.  Ancaq  Azərbaycann 
şimalndakı  Şabran  ilə  cənubundakı  Qəzvin  şəhərləri  də  bu 
Tonqa Alpın (Əfrasiyabın) şəhərləri  olaraq göstərilməkdədir” 
(Oğuz, Tuncay, 2009, s. 190).
 
Həzrət Nuh və tufan barədə ən qədim məlumata ―Bilqamıs 
dastanı‖nda rast gəlirik. Tövrat və Qurani-Kərimdəki süjetlərlə, 
cüzi  fərqlər  nəzərə  alınmazsa,  bütünlüklə  üst-üstə  düşən  şumer 
süjetində  sözügedən  peyğəmbər  Utnapişti  adı  ilə  yad  edilmək-
dədir.  Baş  verənlər  isə  onun  öz  dilindən  nəql  edilir.  Xatırladaq 
ki, söhbət Tövratdakı süjetdən təqribən 2 min il daha qədim olan 
süjetdən gedir.               
Tövratda  Nuhun  gəmisinin  yan  aldığı  dağın  Anadolunun 
şərqindəki Ağrı dağı olduğu bildirilir. Qurani – Kərimdə isə söh-
bət Cudi dağından gedir. ‖Bilqamıs dastanı‖nda isə bu dağ Nisir 
dağıdır. Bu halda söhbət Naxçıvandakı Nəhəcir dağından getmə-
lidir. Azərbaycan rəvayətlərindən birində isə belə deyilir:  
Nuhun gəmisi öncə Cudi dağına, daha sonra Ağrı dağına 
yan  alır,  sonra  Haçadağa  toxunub  onun  zirvəsini  parçalayıb 
haçalayır və ən sonda Nəhəcir dağına ilişib dayanır. Nuh gə-
midən  burada  endiyi  üçün  əraziyə  Nuhçıxan  deyilir.  “Naxçı-
van” adı da buradan yaranıb
 
(Oğuz, Tuncay, 2009, s. 194).
 
Hər  halda,  fakt  budur  ki,  Nuhun  qəbri  Naxçıvandadır  və 
minillərdir  ki,  xalq  tərəfindən  ziyarət  edilir.  Nuhun  Naxçıvanla 
bağlılığı  barədə  mötəbər  mənbələrdən  biri  də  I-II  əsrlərdə  ya-
şamış Roma tarixçisi Ptolomeyin  yazdıqlarıdır. O, Nuhun Nuk-
suanada,  yəni  Naxçıvanda  yaşayıb  burada  öldüyünü,  burada 


52 
 
yerdən  duz  çıxarmaqla  məşğul  olduğunu  qeyd  etmişdir  (Oğuz, 
Tuncay, 2009, s. 194). 
Maraqlıdır  ki,  Naxçıvanda  duz  mağarası  kimi  tanınan  və 
minillərdir duz çıxarılan mağarada  aparılmış  arxeoloji  tədqiqat-
lar  burada  duz  istehsalına  minillər  öncə,  yəni  təqribən  Həzrət 
Nuh dövründən başlandığını  göstərmişdir ki,  bu da Ptolomeyin 
məlumatını  təsdiq  edir.  Üstəlik  də  Duzdağ  ərazisində  aparılan 
son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi 
dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.  
Deyilənlərə  Səlcuqlular  dövründə  peyğəmbərin  qəbrinin 
üzərində sərdabə tikildiyini, sonrakı əsrlərdə bir çox səyyahın bu 
sərdabəni  ziyarət  edərək,  əsərlərində  bu  barədə  qeydlər  etdiyini 
əlavə etmək lazımdır. Yəni bu şəxsin heç də mifik şəxsiyyət de-
yil, real tarixi şəxsiyyət olduğu, fəqət sonrakı dövrlərdə ətrafında 
bir  çox  miflər  uydurulduğu  heç  bir  şübhə  oyatmır  (Oğuz, 
Tuncay, 2009, s. 194).  
Tədqiqatçı Yusif Səfərov ―Bir əfsanənin mənşəyi‖ adlı mə-
qaləsində  bölgədən  toplanmış  nümunələrin  qısa  məzmununu 
təqdim etməklə tarixi bir araşdırma aparmış, xalq dilindən söy-
lənilən əfsanələrin şumer, akkad və yəhudi variantları arasındakı 
oxşar  süjetlərin  ilk  mənbəyini  araşdırmağa  çalışmış  və  qədim 
akkad dilində olan Şumer əfsanəsini ilk mənbə kimi götürmüş-
dür.  Naxçıvan  toponiminin  yaranmasını  əfsanəyə  bağlayan 
müəllif sözün birinci tərkib hissəsi ―Nax‖ın Nuh sözünün fone-
tik variantı olması ilə əlaqələndirmişdir (Səfərоv, 1982, s. 33).
 
 
Məlum  olduğu  kimi,  dünya  tufanı  haqqında  Nuh  əfsanəsi 
mifоlоji  dünyagörüşü  özündə  əks  еtdirən,  kеçmiş  yaddaşdan 
qоpmağın  mümkünsüzlüyünü  göstərən  fоlklоr  nümunələrindən 
biridir.  Əfsanənin  səyyar  süjеtinin  təsiri  nəticəsində  Yaxın  və 
Оrta  Şərq  xalqları  arasında  bir  çоx  variantlar  yaranmışdır  (Sə-
fərоv, 1997, s. 33). Bu baxımdan Azərbaycan və onun bir guşəsi 
olan Naxçıvan da istisna deyil.  
S.H.Kramеr  tufan  haqqında  Babil  mifinin  mənbəyinin  Şu-
mеr əfsanələri оlduğunu bildirməkdədir (Kрамер, 1965 с. 175). 
Qədim Şumеr mənbələrində və Bibliyada yеr alan Nuh əfsanəsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə