Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   16   17   18   19   20   21   22   23   ...   97

59 
 
Əldə  olan  şumer  mətnləri  bu  günə  qədər  Azərbaycanda  yaşa-
maqda  olan  bəzi  inanc  və  adətlərin  Şumerdə  də  mövcud  oldu-
ğunu göstərməkdədir (Azərbaycan tarixi, 1994, s. 65-66). 
Maraqlıdır ki, ölkəmizin ərazisində kökü minilliklərin dərin-
liklərinə, daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uzanan 
―yağış  çağırmaq‖ ovsunu Aratta dövləti  dövründə (e.ə  III-II mi-
nilliklərdə) də davam etmişdir ki, bu barədə şumer mətnləri xəbər 
verməkdədir.  Həmin  mətnlərdən  aydın  olur  ki,  Aratta  əhalisinin 
həyatında  əkinçilik  önəmli  yer  tuturdu.  Burada  dəmyə  əkinçiliyi 
geniş  yayılmışdı.  Əkin  sahələrinin  məhsuldar  olması  isə  yağışın 
yağıb  –  yağmamasından  asılı  idi.  Əsasən  taxıl  və  noxud  əkən 
Aratta  əhalisi  quraqlıq  zamanı  kahinə  (şamana)  müraciət  edir,  o 
da  ovsun  oxumaqla  yağışın  yağmasını  təmin  edirdi.  Bu,  şümer 
mixi kitabələrinin birirndə öz əksini belə tapmışdır: 
“Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çax-
dırır, dağlara lərzə salır və yağış yağdırır. Bu zaman buğda və 
noxud göyərir... yetişən buğdanı anbara... Arattanın ali kahini 
üçün  gətirir  və  sarayda  onun  qabağına  tökür...”  (Azərbaycan 
tarixi, 1994, s. 66). 
Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.  
Şumer mənbələrində haqqında bəhs edilən olay bu ənənənin 
köklərinin ən azı  lll  minilliyə və Azərbaycan (Aratta)  ərazisinə 
uzandığını sübut edir. Arxeoloji qazıntılar nəticəsində isə məlum 
olmuşdur ki, ölkəmizin ərazisində bu inam və adət hələ Eneolit 
dövründə (e.ə. VI-IV minilliklər) mövcud olmuşdur. Xatırladaq 
ki, arxeoloq H.Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit 
əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən 
yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun tə-
sirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı ya-
ğış  ―çağırmaq‖mərasimi  ilə  bağlayırlar  (Azərbaycan  tarixi, 
1994, s. 32). 
Şumer  mənbələri  Arattanın  mədəni  səviyyə  baxımından 
Şumerdən  üstün  olduğunu,  bu  üzdən  də  Şumer  hökmdarı  En  – 
Merkarın (Merkar xanın) öz ölkəsində məbədlər tikdirmək üçün 
arattalı  ustalara  ehtiyac  duyduğunu  əks  etdirməkdədir.  Həmin 


60 
 
mənbələrə  görə,  Şumer  hökmdarı  Aratta  sənətkarlarına  sahib 
olmaq üçün İniniyə (Umay Nənəyə) dua edərək deyərmiş : 
“Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl 
və  gümüşü  ustalıqla  emal  etsinlər,  təmiz  lacivərd  parcaların-
dan, qızıl-gümüş qatışığındn, təmiz lacivərddən... Urukda, açıq 
təpədə,  sən  yaşadığın  “Anşan  evində”  qoy  (məbəd)  tiksinlər. 
İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı ibadətgahın) orta-
sını,  sən  yaşadığın  yeri  Aratta  (adamları)  qoy  mənim  üçün 
bəzəsin... Aratta adamları dağlarından dağ daşı gətirsinlər, qoy 
mənim  üçün  böyük  ibadətgah  ucaltsınlar.  Böyük  məbədi, 
(tanrılar)  məbədini  qoy  parıldatsınlar.  Mənim  ayinlərimi 
kulabda qoy mənim üçün qoy düzgün ifadə etsinlər. İşıqlı dağa 
bənzər  “abzu”(hovuz,  şəlalə,  fontan)  qoy  mənim  üçün  qur-
sunlar,  (meşəli) dağa bənzər “eredu” mənim üçün qoy təmiz-
ləyib hazırlasınlar...” (Azərbaycan tarixi, 1994, s. 65-66). 
Bu mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər 
tikmək üçün  yox, həm  də  dini ayinləri düzgün icra etmək  üçün 
arattalılara ehtiyac duymuşdur ki,  bu da dolayısı  ilə şumerlərin 
Arattanın  dini  təsiri  altında  olduğunu  və  ya  hər  iki  ölknin  eyni 
dini  görüşləri  paylaşdıqlarını  göstərir.  Başqa  bir  mətndən  isə 
belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni yazıdan istfadə 
olunurdu.  Həmin  mətndə  şumer  qasidinin  En-Merkarın  məktu-
bunu  Aratta  hökmdarına  (ali  kahininə)  gətirməsindən  söz  açılır 
və deyilir:                     
“Arattanın  ali  kahini  bişmiş  gili  (mixi  kitabəni)  elçidən 
aldı...,  gilə  baxdı,  sözlər  mismar  kimi  qalxdılar”  (Azərbaycan 
tarixi, 1994, s. 64).  
Musa  Kağankatlı  özünün  "Albaniya  tarixi"  kitabında  qeyd 
edir  ki,  Yafəsin  oğullarından  olan  Kimerdən  (Qamerdən)  kim-
mer (qamer) xalqı törəmişdir: 
“Yafəsin oğulları budur: Homer (Kimer) – hamirlər (kim-
merlər) onun nəslindəndirlər...” (Kalankaytuklu, 1993, s. 14-15). 
Kimmerləri e.ə. VIII əsrin Azərbaycan və Ön Asiya sakin-
ləri kimi göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V 
əsrdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz 


61 
 
açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə iskit-
lərin  təzyiqi  ilə  Araz  çayı  sahillərindən  köç  etməyə  zorlandıq-
larını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup guya 
Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan Daryal keçidini 
keçərək  gəliblərmiş,  yəni  onlar  Azərbaycan  və  Ön  Asiyanın 
avtoxton  əhalisi  deyilmiş.  Bu  fikrin  doğru  olmadığını  irəlidə 
göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçə-
rək  e.ə.  715-ci  ildə  Urartu  ordusunu  darmadağın  etdikləri  və 
Urartunu  tutduqları  dəqiq  məlum  olan  faktdır  (Меликашвили, 
1954, c. 278-281).  
Kimmerləri  "qamira"  adlandıran  aşşur  mənbələri  onlardan 
Manna, yəni Azərbaycan sakinləri kimi söz açmaqda və onların 
hökmdarı  Tuqdammenin  (Toxtamışın)  adını  çəkməkdədirlər. 
(Гейбуллаев, 1991, c. 327-219). Rus və bəzi Avropa elmi ədə-
biyyatında  yayğın  olan  fikrə  görə  bu  xalq  irandilli  idi  (Дьяко-
нов,  1951,  c.  239-241).  Lakin  əldə  olan  təkzibedilməz  dəlillər 
bunun  əksini  sübut  etməkdə,  kimmerlərin  türkdilli  olduqlarını 
birmənalı  şəkildə  ortaya  qoymaqdadır.  Dünyaya  "İlliada"  və 
"Odiseya" kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan 
"at südü sağanlar" kimi bəhs etmişdir (Homer. İlliada, XIII, 1). 
At  südünü  sağanların  və  ondan  kımız  hazılayanların  isə  məhz 
türk xalqları olduğu bəllidir. İrandillilər içərisində belə hala rast 
gəlinməmişdir. 
Erkən  orta  əsrlər  tarixçisi  Prokopiyanın  dedikləri  isə  əvəz-
siz mənbə hesab edilə bilər:              
"...Saqinlərdən  sonra  ölkədə  çoxluq  təşkil  edən  Meotiy 
bataqlığından  Tanais  çayının  bataqlığa  tökülən  yerinə  qədər 
çoxlu  hun  tayfaları  yerləşmişlər.  Burada  yaşayan  xalqları 
qədimdə kimmer, indi isə utiqur adlandırırlar" (Oğuz, 2002, s. 
20; Гейбуллаев, 1991, c. 96-97). 
Prokopiyanın  verdiyi  məlumatdan  göründüyü  kimi,  hun 
türkləri,  o  cümlədən  hunların  bir  qolu  olan  utiqurlar  qədimdə 
kimmer adlanmışlar. Bu isə o deməkdir ki, kimmerlərin türklüyü 
antik müəlliflərdə heç bir şübhə oyatmamışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə